Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix15.03.2018
ölçüsü1 Mb.
#32217
1   2   3   4   5   6   7   8   9   ...   34

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

BİDAD  (hərfi  mənada:  haqsızlıqdan  şikayət).  “Hümayun”  dəstgahında 

beşinci  pillədə  ifa  olunan  həzin  və  kədərli  əhval-ruhiyyəli  guşə.

BOĞAZ. Xanəndənin şəxsi yaradıcılıq məhsulu kimi onun ifaçılıq üslubuna 

xas və mənsub  olan  ən kiçik  avaz ifadələri.

BUSƏLİK. Yaxın Şərq xalqları klassik musiqisinin əsasını təşkil edən muğam­

lardan  üçüncüsü.

BÜZÜRG. Yaxın Şərq xalqları klassik musiqisinin əsasını təşkil edən muğam­

lardan  səkkizincisi,  “Şur”  dəstgahlarmda  son şöbələrdən  biri.

BƏSTƏ-NİGAR.  “Çahargah”  dəstgahının  ilk əsas  şöbələrindən  biri.



14

CABBAR QARYAĞDIOĞLU ADINA MUĞAM ÜÇLÜYÜ.  1987-ci ildə 

M.M aqomayev  ad.  Azərbaycan  Dövlət  Filarmoniyasının  nəzdində 

yaradılm ış  ilk  muğam  triosudur.  Tərkibi:  xalq  artistləri  Möhlət 

Müslümov  (tar),  Fəxrəddin  Dadaşov  (kamança)  və  Zahid  Quliyev 

(xanəndə).

Sonrakı  illərdə  muğam  üçlüyü  bir  çox  xanəndələrlə  işləmiş,  dünyanın 

müxtəlif ölkələrində qastrol səfərlərində olmuşdur. Xanəndələri müşayiət 

edən  üçlüyün  ifasında xarici  ölkələrdə  bir  sıra  disklər  buraxılmışdır.

CƏLD MlZRAB. Tar ifaçılığmda ənənəvi mizrab işlətmə üsulu. Əsasən triol- 

larla ifa edilir.  ’’Segah”, ’’Çahargah”, ’’Mahur-Hindi” və b. muğamlarda 

rast  gəlinir.

CİDAYİ. Muğam şöbəsi.  ”Şur” muğam ailəsindən olan kiçik həcmli “Dəşti” 

muğamının  ikinci  şöbəsi  (farsca  Cidayi  “mizraq”,“süngü”  deməkdir). 

Həyəcanlı  əhvali-ruhiyyə  daşıyır.

CÜMLƏ.  Musiqidə  ən  kiçik  quruluş.  Müəyyən  kadensiya  ilə yekunlaşır. 

Muğam  şöbələrinin  quruluşu  cümlələrdən  ibarət  olur.

15

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



İz

a

h



 

m

u

ğ

a

m

 



,

ÇAHARGAH MƏQAMI (farsca hərfi mənası: çahar “dörd” + gah “mövqe”, 

“məkan”, “vəziyyət”).  1. Azərbaycan musiqisində yeddi əsas məqamdan 

biri (Ü.Hacıbəyli). Quruluşu:  1/2-  1  1/2,  l/2tonform ulluüçtetraxordun 

qovuşuq və yanaşı üsullarla (I və II tetraxordlar - qovuşuq (xl), II və III 

tetraxordlar yanaşı - b.2 intervalı məsafəsində) birləşməsindən ibarətdir; 

səssırası  11  pilləlidir,  IV  pillə  mayə  (tonika)  pilləsidir.  Məqamın 

səssırasının  II,  IV,  VI,  VIII,  IX  (IX#),  XI  pillələri  istinad-dayaq pilləsi 

kimi “Çahargah” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda 

qurulan  musiqi  nümunələri  həmin  pillələrə  əsaslanır  (do  çahargah 

məqamının  səssırası).

ÇAHARGAH MUĞAMI. Azərbaycan şifahi ənənəli professional musiqisində 

ən böyük muğam dəstgahı.  Məcmusu:  “Bərdaşt”,  “Mayəyi-Çahargah”, 

“Bəstə-Nigar”,  “H asar”,  “M üalif”,  “Qərrə”,  “M üxalif’,  “Məğlub”, 

“M ənsuriyyə”,  “Ü zzal”,  “Ç ahargaha  ayaq”  şöbə  və  guşələrindən 

ibarətdir. Hazırda dəstgahm yığcam və lakonik ifası məqsədilə: “Bərdaşt”, 

“Mayəyi-Çahargah”,  “Bəstə-Nigar”  (“Cövhəri”),  “Hasar”,  “M üxalif’, 

“ M əğ lu b ” ,  “M ənsuriyyə”  (zərbi  m uğam )  tərk ib d ə  ifa  olunur. 

“Çahargah”  Şərq  xalqları  musiqisində  də  geniş  yayılmış  muğamlardan 

biridir.  “Çahargah”  orta  əsrlərdə  Yaxın  Şərq  xalqlarının  musiqisində 

muğam  şöbəsi  olmuşdur  (Ə.Marağayi).

XIX əsr Azərbaycan musiqisində “Çahargah” dəstgahı aşağıdakı muğam 

şöbələrindən  ibarət  idi:  “Çahargah”,  “Segah”,  “Zabul”,  “Yədi-hasar”, 

“M üxalif’,  “Məğlub”,  “Mənsuriyyə”,  “Zəmin-xara”,  Mavərənnəhr”,



16

J5

W



“Hicaz”, “Şahnaz”, “Azərbaycam”, “Əşiran”, “Zəng-şötör” və “ Kərkuki” 

(M.M.Nəvvab).  “Çahargah”  parlaq,  virtuoz,  qəhrəmanlıq  xarakterli, 

dərin dramatik məzmunlu bir dəstgahdır. Musiqişünas alimlərin fikrincə, 

“Çahargah”  məqamı  göy  gurultusu  ilə  əlaqədar  olaraq  yaradılmışdır 

(M.M.Nəvvab  “Vüzuh-ül-ərqam”).  “Çahargah”  dinləyicidə  coşğunluq 

və  ehtiras  hissi  oyadır  (Ü.Hacıbəyli.  “Azərbaycan  xalq  musiqisinin 

əsasları”).

ÇAHARGAH MUĞAMININ NOT YAZILARI. Bu dəstgah müxtəlif muğam 

ifaçılarından nota salınmışdır: N. Məmmədov instrumental şəkildə tarzən 

Əhməd  Bakıxanovun  ifasından  (1962),  vokal-instrum ental  şəkildə 

xanəndə  Yaqub  Məmmədov  və  muğam  üçlüyünün  ifasından  (1970), 

A.Əsədullayev instrumental şəkildə tarzən Elxan Mirzəfərovun ifasından 

(2005)  nota  yazmışlar.

Bütün  bu  not  yazıları  “Azərbaycan  xalq  musiqisinin  antologiyası”na 

daxil  edilmişdir.

ÇAHAR MİZRAB.  Tar ifaçılığında  ənənəvi  mizrab  işlətmə  üsullarından 

biri,  əsasən səslərin dörd-dörd qruplaşdırılmasmdan ibarət  çalğı.  Çahar 

mizrab  cingənə  simlərin,  kök  simin  və  ya  ağ  simlərdən  birinin  hər  dəfə 

ostinat kimi və müəyyən metroritmi saxlamaqla yaradılır. Çahar mizrab 

üsulu  “Rast”,  ’’Mahur”,  ’’Çahargah”,  ’’Dügah”,  ’’Q atar”  və  s.  muğam­

larda  daim  işlədilir.

ÇALĞI ALƏTLƏRİ FƏSİLƏSİ. Eyni quruluşa və səsçıxartma prinsipinə 

malik,  lakin  ölçüsünə  görə  fərqlənən  alətlər  qrupu.  Bu  tip  alətlər  oxşar 

tembrli  olsa da,  səssıraları müxtəlif registri əhatə edir.  Məsələn,  saz, tar 

və s.  alətlər fəsiləsi vardır.

ÇANAQ. Simli alətlərin gövdəsi. Onun üzərinə simlər çəkilir, simlərin dartıl­

masından  alman səslərin rezonansım artırır.

ÇƏKAVƏK.  İran  musiqisində  “Humayun”  dəstgahının  əvvəlində  oxunan

muğam  şöbəsi.

ÇƏNG.  Üçbucaq  şəklində  simli,  dartımlı  musiqi  aləti.

ÇƏQANƏ.  Kamanla  çalman  dördsimli  çalğı  aləti.  XIX  əsrin  sonlarına 

kimi  Azərbaycan  ərazisində  mövcud  olmuşdur.  Müasir  dövrdə  bərpa 

olunaraq,  qədim  musiqi  alətləri  ansamblında  istifadə  olunur.

ÇOBAN BAYATI. Çobanların tütəkdə çaldıqları bayatı. Sonralar bu musiqi 

frazası  inkişaf edərək  peşəkar  səviyyəyə  çatmış  və  “Çoban  bayatı”  adlı 

muğam  parçasıda  çevrilmişdir. 

.  !

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə