Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə17/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

Maşın tərcüməsinin nəzəri problemləri 
 
49 

 
mətnlərin  avtomatik  annotasiya  və  referatlaşması  sis-
temlərinin yaradılması; 

 
avtomatik tərcümə sisteminin yaradılması; 

 
mətnlərin  avtomatik  yaranma  sistemlərinin  hazırlan-
ması; 

 
mətnlərin avtomatik redaktəsi; 

 
öyrətmə sistemlərinin yaradılması; 

 
nitqin tanınma sistemlərinin yaradılması; 

 
ekspert sistemlərinin yaradılması; 

 
mətnlərin  anonim  və  de-şifrə  atributlarının  təyini  sis-
temlərinin yaradılması; 

 
linqvistik təminat bazasının yaradılması; 

 
müxtəlif tipli avtomatik-elektron lüğətlərin tərtibi

 
məlumatların internet şəbəkəsinə verilməsi sistemləri-
nin yaradılması; 

 
sorğu-məlumat sistemlərinin yaradılması. 
Süni intellekt (artificial intelligence) – deyərkən intellektu-
al  maşınların  yaradılması,  xüsusilə  intellektual  kompüter  proq-
ramlarının  hazırlanması  –  bu  proqram  vasitəsilə  insan  nitqinin 
tanınmasının  mümkün  olması,  insan  hərəkətlərinin  imitasiyası-
nın,  yəni analoqunun özündə əks etdirilməsi, riyazi teoremlərin 
isbat edilməsi və s. nəzərdə tutulur.
1
 
Süni  intellektin  qarşısına  qoyduğu  ən  mühüm  məsələlərə 
təbii  dillərin  kompüter  vasitəsilə  tanınması,  avtomatik  tərcümə, 
ekspert sistemlərinin  hazırlanması,  obyektlərin zahiri görünüşü-
nün  tanınması,  uzaq  məsafədən  obyektlərin  rənginin  seçilməsi, 
idarəedici robotların  yaradılması, kompüter oyunlarının, o cüm-
lədən şahmat və dama oyunlarının yaradılması və s. daxildir. 
Qeyd  etməliyik  ki,  praktiki  ehtiyacdan  doğan  məsələlərin 
maşın vasitəsilə həllinin mümkünlüyünü tədqiq edən süni intel-
lekt  kor-koranə  yaranmamışdır,  onun  tarixinə  nəzər  saldıqda 
keçdiyi yolların mənzərəsi bir daha aydınlaşır. 
                                                           
1 Bax.:www.kazedu.kz 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
50 
Hələ  1956-cı  ildən  meydana  gələn  süni  intellekt  D.Butun 
məntiqindən,  Ç.Bebbicin  hesablamasının  maşın  modelləşdirmə-
sindən,  Şennonun  kommunikasiya  nəzəriyyəsindən,  N.Vinerin 
kibernetika  elminin  yaranmasından,  Fon  Neymanın  avtomatik 
nəzəriyyəsinin əmələ gəlməsindən xeyli əvvəl meydana gəlmiş-
dir.  Bəllidir  ki,  real  aləmin  dərki  hələ  qədim  zamanlardan 
alimləri  düşündürmüş,  dəfələrlə  tədqiqat  obyektinə  çevrilmiş, 
mikroaləmin modelləşdirilməsini həyata keçirmək yollarını tap-
maq, araşdırmaq üzrə axtarışlar aparılmışdır. 
1980-ci illərdən süni intellekt əsas istiqamətini obyektlərin 
“düşünmə” və tanınmasına yönəldir. Bu istiqamət üzrə dilçilikdə 
yeni bir sahə koqnitiv dilçilik yaradıldı ki, onun da öhdəsinə aşa-
ğıda sadalanan məsələlərin həlli düşdü: 

 
təbii dillərin tanınma və tədqiqi prosesi; 

 
dildəki kateqoriyaların prinsiplərinin şərhi; 

 
anlamların struktur tipləri və onların dildəki uyğunluq-
larının tədqiqi; 

 
koqnitiv-semantik super kateqoriyaların tədqiqi; 

 
dildə konseptual fəza münasibətlərinin tədqiqi

 
dilin və insan şüurunun cismani bazasının tədqiqi; 

 
dildəki metaforik və metonimik münasibətlərin tədqiqi.
1
 
Qeyd etməliyik ki, koqnitiv elm özündə bir neçə fənni eh-
tiva  edir.  Məhz  yuxarıda  sadalanan  məsələlərin  həllində  elmin 
fundamental  ənənələri  ilə  yanaşı  riyaziyyatçı,  linqvist,  psixoloq 
və filosofların birgə əməkdaşlığı ilə  yeni inkişaf etmiş informa-
siya nəzəriyyəsindən, riyazi modelləşdirmədən, informasiya tex-
nologiyalarından, neyro-elmdən istifadə edilir. 
Koqnitiv elmin əsas istiqamətləri haqqında məlumat verər-
kən deməliyik ki, müasir koqnitiv dilçilik dünyanın müxtəlif elm 
mərkəzlərində  inkişaf  etdirilir  və  onun  istiqamətlərinin  təsnifatı 
alimlər tərəfindən müxtəlif metodlarla öyrənilir. Rusiya alimləri 
koqnitiv  dilçiliyin  əsas  iki  istiqamətini  –  linqvokoqnitiv  və 
                                                           
1
 Bax.: kogni.narod.ru/concept.htm 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
51 
linqvo-kulturoloji yanaşmaları araşdırırlar.  
Son  illərdə  kompüter  dilçiliyi  üzrə  faydalı  mənbə  olan  küllü 
miqdarda  struktur,  mətn  və  koqnitiv  linqvistika  sahəsində  dərs  və-
saitləri  yazılmışdır  (Bax:  Ə.  Rəcəbov,  A.Məmmədov,  M.Musayev, 
F.Veysəlli  və  b.  Azərbaycan  alimlərinin  əsərlərinə)  və  eləcə  də  bu 
yaxınlarda  professor  M.Mahmudovun  işıq  üzü  görmüş,  dilçiliyin 
nəzəri, təcrübi məsələlərinə həsr olunmuş “Kompüter dilçiliyi” əsəri 
elm aləmində böyük rezonans doğurmuşdur.
1
  
Monoqrafiyada milli korpus, statistik lüğətçilik, maşın tər-
cüməsi  və  formal  linqvistik  təhlil  sistemləri  ilə  bağlı  müəyyən 
məlumat verilmişdir. Tədqiq edilən formal təhlil sisteminin linq-
vistik  alqoritmləri  dilin  yaranması,  inkişafı  baxımından  böyük 
əhəmiyyət kəsb edir və onlardan məlumat axtarış sistemlərində, 
avtomatik sintez və təhlil sistemlərində geniş istifadə etmək olar. 
Kompüter vasitəsilə tərtib olunmuş Azərbaycan dilinin tezlik və 
əks lüğətləri, tarixi abidələrin – “Kitabi-Dədə Qorqud” və M.Fü-
zulinin  dilinin  statistik  təhlili  linqvistik  tədqiqatlarda  faydalı 
faktlar verə bilər.  
M.Mahmudov tamamilə haqlı olaraq qeyd edir  ki,  “Kom-
püter dilçiliyi yenicə formalaşmaqda olan, lakin böyük gələcəyi 
olan,  bəşəriyyətə  fayda  gətirəcək  bir  elm  sahəsidir.  Cəmiyyətin 
gələcək inkişafını kompütersiz təsəvvür etmək mümkün olmadı-
ğı  kimi,  dilçilik  elminin  də  gələcək  inkişaf  istiqamətlərini  və 
perspektivlərini  də  kompüter  dilçiliyi  olmadan  təsəvvür  etmək 
qeyri-mümkündür”.
2
 
Təbii dillərin strukturunun dərindən öyrənilməsi ilə əlaqə-
dar  insan-maşın  münasibətlərinin  lüzumluluğu,  kommunikativ 
aktın  bütün  aspektlərini  özündə  əks  etdirən  ünsiyyət  üçün  ən 
vacib  –  dolğun  nəzəriyyənin  yaradılması,  ifadəçilərin  tələbatını 
ödəyəcək səviyyəyə çatdırılması ilə əlaqədar dilçilərin bu işə cəlb 
olunmasının labüdlüyü 60-cı illərin sonunda ortaya çıxdı. Təbii ki, 
insan-maşın əlaqəsində əsas ünsiyyət dialoq formasında olmalıdır. 
                                                           
1
 Mahmudov M.Ə. Kompüter dilçiliyi. B., 2012 
2
 Mahmudov M.Ə. Kompüter dilçiliyi. B., 2012. s.317 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə