Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

Maşın tərcüməsinin nəzəri problemləri 
 
55 
əlavə mayya əlyazmalarındakı şəkillər də kodlaşdırılmış və  yaddaşa 
daxil  edilmişdir.  Burada  məqsəd  mayya  əlyazmaları  oxunan  zaman 
ayrı-ayrı  heroqliflərin  mənasının  tapılması  deyil,  mətnin  bütöv  bir 
hissəsinin mənasının tapılması nəzərdə tutulmuşdur. 
Məlumdur  ki,  əlyazmanın  oxunmasında  qrafem  və  hecaların 
tezliyinin təyini mühüm rol oynamışdır. Bir sözlə, mayya əlyazma-
larının  de-şifrəsi  üçün  müxtəlif  hərf  birləşmələrinin  (qrafemlərin) 
rastgəlmə tezliyi müəyyən edilməli, sonra isə mayya heroqliflərinin 
də  rastgəlmə  tezliyi  hesablanmalı  və  alınmış  tezliklər  müqayisə 
edilməlidir. Qurulmuş proqrama əsasən alınan tezliklərin müqayisəsi 
nəticəsində  mayya  əlyazmalarındakı  heroqliflərin  mənaları  tapıldı. 
Deməli,  kibernetikanın  ən  böyük  nailiyyətlərindən  biri  olan  EHM-
lərin vasitəsilə mayya xalqının qədim əlyazmaları dərk edildi. 
EHM-lərin  tətbiq  dairəsini  nəzərdən  keçirdikdə  istər-istə-
məz belə bir sual doğur: 
Süni intellekt yaratmaq mümkündürmü? 
Süni  intellekt,  yəni  insan  kimi  “düşünən”  və  işlədə  bilən 
“zəkalı” maşın yaratmaq üçün əvvəlcə insanın özünü öyrənmək 
lazımdır. Qeyd etməliyik ki, EHM-lərdə ən işlənməli, təkmilləş-
məli  hissələr  daxiledici  və  xaricedici  qurğulardır.  Bu  qurğular 
hələlik əllə yazılmış mətnləri bir başa oxuya və insan kimi danı-
şa bilmirlər. Doğrudur, hal-hazırda skaner qurğusu vasitəsilə is-
tənilən  mətni  kompüterin  yaddaşına  daxil  etmək  mümkündür. 
Lakin  tanınma  proqramları  məhdud  olduğundan  ixtiyari  mətn-
lərin oxunması da qeyri-mümkündür. Skayp proqramı vasitəsilə 
internet  şəbəkəsində  ikitərəfli  əlaqələr  –  görmə  və  dialoq  danı-
şıqları  aparmaq  olur.  Lakin  EHM-ləri  təbii  dildə  idarə  etmək 
üçün şifahi nitqin tanınması problemi hələ də həllini gözləmək-
dədir. Çünki  maşına insanla danışmağı  öyrətmək  üçün dilin  fo-
noloji,  leksikoloji,  sintaktik,  qrammatik,  morfoloji  və  semantik 
səviyyələrində geniş tədqiqatların aparılması lazım gəlir. 
Məlumdur ki, səslər müxtəlif tezlikli dalğaların havada ya-
yılmasıdır. Eyni bir sözü müxtəlif adamlar özünə məxsus müx-
təlif cür səsləndirirlər. 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
56 
Aydındır  ki,  səsin  tonu,  tembri,  intonasiyası  və  s.  fərqli 
olur.  Bu  səbəbdən  də  EHM-lər  üçün  adamların  səsini  tanımaq 
çox çətin olur. Lakin səs rəqslərini elektron rəqslərinə çevirmək-
lə səsi  süni olaraq sintez etmək olar. Səsi  tanımaq üçün o, süz-
gəclərdən  keçirilir  və  sonra  maşının  yaddaşında  saxlanılan  eta-
lonla müqayisə edilir. Əgər bu zaman üst-üstə düşmə baş verir-
sə, onda maşın həmin səsi tanıyır. Əks halda isə, səsi tanıya bil-
mir. Başqa bir üsul isə ayrı-ayrı səsləri deyil, hecaları və sözləri 
tanımağa əsaslanır. 
EHM-də  “görmə”yə  gəlincə  isə,  burada  da  hər  bir  hərf 
kodlaşdırılıb  maşının  yaddaşına  daxil  edilir.  Deməli,  yalnız 
EHM-in yaddaşına daxil edilmiş simvollar tanına biləcəkdir. 
Beləliklə, “görən” və “danışan” EHM-lərin yaranması hələ 
süni  intellektin  yaranması  demək  deyildir.  EHM-i  o  vaxt  ağıllı 
hesab etmək olar ki, ona təqdim edilən riyazi məsələni həll etsin, 
özü müəyyən bir məsələ qoya bilsin. 
Məsələ burasındadır ki, hazırda “düşünmə”nin nə olduğu haq-
qında  ümumi  bir  fikir  yoxdur.  Adətən,  “düşünmə”  dedikdə  yara-
dıcılıq qabiliyyəti, daha doğrusu, hər hansı bir məsələni əvvəlki təc-
rübələrdən fərqli olana, lakin əvvəlki dünyagörüşü ilə xarici aləmin 
obyektləri arasında yeni qarşılıqlı əlaqə görmək yolu ilə həll etmək 
qabiliyyəti başa düşülür. Əslində, düşünmə daha geniş bir məfhum 
olub,  özündə  mücərrəd  hiss  və  hissdən  kənar  düşünməni,  öyrətmə 
qabiliyyətini,  obrazların  formalaşması,  qərarların  qəbulu  və  bir  sıra 
başqa  xüsusiyyətləri  birləşdirir.  Bu  sahədə  çalışan  mütəxəssislərin 
bir qrupu belə  hesab edir ki, insan düşünməsinin bütün xüsusiyyəti 
informasiyaların emalı prosesinə gətirilə bilər. Buna görə də bu pro-
seslər çox güclü EHM-lərdə proqramlaşdırılıb işlənə bilər. Beləliklə, 
həmin  EHM-lər  prinsipcə  intellektual  fəaliyyətin  bütün  sahələrində 
insana  oxşaya bilər. Süni  zəkanın  yaradılması üçün  artıq dərin təd-
qiqat  işlərinin  aparılması  məsələsi  aktuallaşmışdır.  Yuxarıda  sada-
ladığımız  məsələlərin  həllində  məlumat  axtarış  sistemlərinin  rolu 
inkaredilməzdir. 
 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
57 
IV FƏSİL 
DİLLƏRİN KOMPÜTER VASİTƏSİLƏ ÖYRƏDİLMƏSİ 
al-hazırda  müxtəlif  sistemli  dillərin  kompüter  vasi-
təsilə  öyrənilməsi  dillərin  tədrisində  böyük  vüsət  al-
mışdır.  Yüzlərlə  elektron  lüğətlər,  müxtəlif  sistemli 
dillər üçün maşın tərcüməsi sistemləri, öyrədici proq-
ram  sistemləri,  ekspert  sistemləri,  məlumat-axtarış 
sistemləri  istehsalata  buraxılmışdır.  Biz  burada  qısa  da  olsa,  aqlü-
tinativ dillərin kompüter vasitəsilə öyrədilməsi məsələlərini şərh edə-
cəyik. Nümunə üçün aqlütinativ dillərin timsalında Azərbaycan dilinin 
kompüter  vasitəsilə öyrənilməsinin  ən vacib  mərhələlərinin  biri  olan 
mətnin linqvistik təhlili üzərində dayanacağıq. 
Yeri  gəlmişkən,  təbii  dillərin  kompüter  vasitəsilə  öyrənil-
məsi zamanı gedən proseslərə aydınlıq gətirmək üçün bəzi incə-
likləri nəzərdən keçirək. Adətən, dil öyrənərkən hansı vasitələrə 
müraciət olunur? Əlbəttə, ilk növbədə lüğət, qrammatika və da-
nışıq kitabçasını əlavə etmək lazım gəlir. 
Kompüterlə  dilin  öyrənilməsinə  gəlincə  isə,  burada  artıq 
mənzərə  dəyişir.  Lüğətin  elektron  versiyasını  tətbiq  etmək, 
qrammatikanı  formal  şəklə  salmaq,  məlumat-axtarış  sistemləri-
ni, dialoq sistemlərini, ekspert sistemlərini, lüğətlərin səslənmə-
sini, sorğu sistemini hazırlamaq lazım gəlir. Bir sözlə, linqvistik 
təminat  və  informasiya  texnologiyalarının  məsələlərinə  daxil 
olan  problemin  həlli  labüdlüyü  meydana  çıxır  ki,  diqqətimizi 
əsasən bazanın hazırlanmasına yönəldəcəyik. 
Xatırlatmalıyıq ki, öyrədici sistemlər üçün tərtib olunan ikidilli 
lüğətlər adi ikidilli lüğətlərdən xeyli fərqlənir. Adi lüğətlərdə söz və 
onun mənaları verilir.  Adı çəkilən  sistemə daxil  olan lüğətlərdə  isə 
qoyulan  məsələlərin  səciyyəsindən  asılı  olaraq,  məsələn,  maşın 
tərcüməsi  və  dillərin  tədrisi  üçün  söz  və  onun  mənaları  ilə  kifa-
yətlənməyərək  onun  hansı  nitq  hissəsinə  mənsubluğu,  səs  düşümü 



Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə