Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə16/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
46 
 
Rus  dilindəki  cümlənin  tərcüməsi  nəticəsində  belə  bir 
Azərbaycan  cümləsi  alınmalıdır:  “Altı  vurulmuş  ikiyə,  bəra-
bərdir on ikiyə”. Bəs maşında tərcümə prosesində hansı alqoritm 
üzrə işləməlidir?  
Şübhəsiz  ki,  maşın  tərcüməsi  alqoritmi  yuxarıda  verilmiş 
alqoritmdən fərqlənəcəkdir. Əvvəla, rus mətnləri maşın dilinə, yəni 
ədədlər şəklinə çevrilməlidir. Çünki kompüterlərin əlifbası ədədlər-
dən ibarətdir. Yəni, verilən mətnin sözləri ədədlərlə işarələnməlidir, 
bir  sözlə  kodlaşdırılmalıdır.  Sonra  mətnin  səciyyəsindən  asılı 
olaraq uyğun sahə lüğəti maşının yaddaşına daxil edilməlidir.  
Əlbəttə,  lüğətin  sözləri  kodlaşdırılmalı,  linqvistik  təminat 
kimi  kompüterin  yaddaşına  yazılmalıdır.  Bundan  əlavə,  tərcü-
mədə gedən mərhələlərlə əlaqədar hər iki dilin formallaşdırılmış 
qrammatik  qaydaları  linqvistik  bazaya  köçürülməlidir.  Qeyd 
etməliyik ki, bazaya daxil edilmiş lüğətlər adi ikidilli lüğətlərdən 
quruluşca  xeyli  fərqlənir.  Maşın  lüğətlərində  qoyulmuş  məsə-
lənin  xüsusiyyətindən  asılı  olaraq  hər  bir  lüğəvi  vahidə  uyğun 
informasiyalar  qeyd  olunur:  nitq  hissələrinə  mənsubluğu,  söz 
birləşməsi  ilə  işlənməsi,  səs  düşümü  (yazıda  qrafem  düşümü) 
omonimlik haqqında, uyğun olan əsas iki mənası – yəni tərcümə 
ekvivalenti kimi məlumatlar daxil edilməlidir. Linqvistik bazaya 
daxil olan məlumatlar əvvəlcədən kompüterin  yaddaşına köçür-
ülməlidir.  Bundan  başqa  maşın  tərcüməsi  sistemi  üçün  lazım 
olan proqramlar morfoloji təhlil, sintaktik təhlil, semantik təhlil, 
bir sözlə əsas linqvistik təminat kimi kompüterin yaddaşına da-
xil edilməlidir. 
Son illər informasiya texnologiyalarının inkişafı ilə əlaqə-
dar mətnlərin və nitqin tanınması proqramları hazırlanmışdır. Bu 
proqramlar  vasitəsilə  artıq  təbii  dillərin  mətnlərinin  kompüterin 
yaddaşında  saxlanılması  daha  əlverişlidir.  Əlbəttə,  bu  proqram-
lar kütləvi şəkildə hələlik yayılmamışdır. 
Yuxarıda maşın tərcüməsi sistemində insan və kompüterin 
rolunu açıqlamağa cəhd göstərsək də, avtomatik tərcümə prose-


Maşın tərcüməsinin nəzəri problemləri 
 
47 
sinin  kompüterdə  reallaşması  məsələsinə  toxunmamışdıq.  Qısa 
da olsa, bu gedişatı izləyək. Kompüterdə yığılmış mətn yaddaşa 
daxil edilir.  İlk  növbədə  mətnin mənsub  olduğu sahə müəyyən-
ləşdirilir. Sahənin müəyyənləşdirilməsi isə açar sözlərin köməyi 
ilə  təyin  olunur.  Sahə  təyin  olunduqdan  sonra  ona  uyğun  lü-
ğətlərin  linqvistik  bazada  axtarışı  başlanır.  Deməli,  mətn  girişə 
daxil  olduqdan  sonra  tərcümə  sisteminə  daxil  olan  qrammatik 
qaydaların  alqoritmi  əsasında  qurulmuş  proqramlar:  morfoloji, 
sintaktik sintez işə başlayır. 
Mətnin təhlili üçün onun tərkibinə daxil olan cümlələr bir-bir 
ayrılıb, MTS-də araşdırılır. Qeyd etməliyik ki, cümlələr sağdan so-
la istiqamətində təhlil olunur. Rus dili cümləsinin tərkibindəki söz 
formaları morfoloji təhlil edilərək morfemlərə – əsas (kök) və şə-
kilçilərə ayrılır. Ayrılan morfemlər uyğun olaraq əsaslar və şəkilçi-
lər  siyahısında  axtarılır  və  qrammatik  xarakteristikaları  müəyyən-
ləşdirilir, avtomatik lüğət əsasında həmin morfemlərin Azərbaycan 
dilindəki ekvivalentinin və eyni zamanda onların formal göstərici-
lərinin uyğun siyahılarda axtarışı başlanır. 
Bu prosesdən sonra qurulmuş formal modellərə əsasən söz 
formaları arasındakı sintaktik əlaqələr avtomatik yolla müəyyən-
ləşdirilir. Azərbaycan dilindəki ekvivalentlər uyğun siyahıda ax-
tarılır və nəhayət, sintaktik əlaqələr üzrə cümlə üzvləri tapılır. 
Bundan  sonra  Azərbaycan  dilində  cümlənin  sintaktik  sintezi 
proqramları  işə  başlayır.  Cümlənin  sintaktik  sintezində  (dife-
rensiasiya prosesi) analiz proqramından fərqli olaraq inteqrasiya 
(birləşmə)  prosesində  morfemlərdən  formal  qaydalara  əsasən 
söz  formaları  yaradılır,  bundan  başqa  söz  formaları  arasındakı 
əlaqələrə  riayət  olunur  və  cümlədə  söz  formalarının  sıra  möv-
qeyi  gözlənilir.  Beləliklə,  rus  dilində  yazılmış  cümlə  Azərbay-
can  dilinə  çevrilir,  yəni  tərcümə  edilir.  Kibernetik  metodla  təd-
qiq olunan kompüter dilçiliyinin maraq doğuran məsələlərindən 
biri də dillərin tədrisi ilə əlaqədar öyrədici proqram sistemlərinin 
hazırlanmasıdır. 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
48 
III FƏSİL 
TƏBİİ DİLLƏRİN KOMPÜTERDƏ TANINMASI 
 əsr  elmi-texniki  inqilab  dövrü  kimi 
səciyyələnir.  Bu  dövrdə  EHM-lərin 
sürətli  inkişafı  elmin  demək  olar  ki, 
bütün  sahələrinə bilavasitə öz təsirini 
göstərir.  Xüsusilə,  humanitar  elmlər-
də  bu  təsir  daha  aydın  hiss  edilir.  Məhz  EHM-in  inkişafı  ilə 
əlaqədar linqvistikada yeni metodlar: formal yanaşma, modelləş-
dirmə metodları yaranır. Çünki dilçilikdə qoyulan müəyyən mə-
sələlərin  həllində  mütləq  EHM-lərə  müraciət  olunur  ki,  bu  da 
qoyulmuş məsələni yalnız formalizə etmək yolu ilə mümkündür. 
Digər tərəfdən də böyük, ağır zəhmət tələb edən proseslə-
rin daha tez, asanlıqla həlli üçün kompüterlərin lüzumluğu mey-
dana  çıxır.  Bir  sözlə,  EHM-lərin  yaranması  dilçilikdə  bir  sıra 
tətbiqi məsələlərin həllinə geniş imkanlar açdı: 
Beləliklə,  dilçilikdə  riyazi  metodların  tətbiqi  kor-koranə 
deyil,  ehtiyac  duyulan  məsələlərin  həllində  edilmişdir.  Qoyul-
muş  məsələlərin  proqramlaşdırılmasında  avtomatlaşdırma  apar-
maq,  beynəlxalq  maşın  dili  qurmaq  məqsədilə  universal  maşın 
dilləri (alqoritmik dillər) yaradılmışdır. Həmin dillər üzrə nəinki 
təbii dillərin qarşısında duran məsələləri, hətta humanitar elmlə-
rin bir sıra məsələlərini, o cümlədən linqvistikada mətnlərin av-
tomatik təhlili, maşın tərcüməsi, lüğətlərin tərtibi kimi tədqiqat-
ları proqramlaşdırmaq mümkündür və həll edilir. 
Azərbaycan dilçiliyində az işlənmiş, geniş tədqiqat obyek-
tinə çevrilən informasiya texnologiyaları vasitəsilə, ümumiyyət-
lə,  kibernetik  metodla  kompüter  dilçiliyinin  aşağıdakı  mərhələ-
ləri tədqiq edilməlidir: 

 
süni intellektin yaradılması; 
XXI 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə