Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

Maşın tərcüməsinin nəzəri problemləri 
 
43 
§4. Mətnlərin avtomatik tərcüməsi 
Avtomatik  tərcümə  sistemlərinin  yaranmasına  gəlincə, 
qeyd  etməliyik  ki,  maşın  tərcüməsində  mətnin  linqvistik  təhlili 
əvvəllərdə  izah  etdiyimiz  kimi  leksik,  morfoloji,  sintaktik  və 
semantik məsələlərin həllinə gətirib çıxarır. 
Leksik təhlildə mətni təşkil edən abzaslar, cümlələr, sözlər, 
ayrı-ayrılıqda analiz edilir, cümlənin tipləri, sözlərin növləri (qo-
humluq  bildirən,  kənd  təsərrüfat  bildirən,  jarqonlar  və  s.)  hansı 
dilə mənsubluğu müəyyənləşdirilir. 
Morfoloji  təhlildə  mətnə  daxil  olan  sözlər  kök  və  şəkilçi 
morfemlərinə  ayrılır,  onların  hansı  nitq  hissəsinə  mənsubluğu 
müəyyənləşdirilir. 
Sintaktik  təhlildə  cümlənin  növləri  (sadə  və  mürəkkəb 
cümlə,  mürəkkəb  cümlə  də  öz  növbəsində  tabeli  və  ya  tabesiz 
olması  müəyyənləşdirilir),  cümləni  təşkil  edən  söz  və  ya  söz 
birləşmələrinin təhlili araşdırılır. 
Semantik  təhlildə  mətnin  hansı  elm  sahəsinə  mənsubluğu 
açar  sözlər  əsasında  müəyyənləşdirilir  və  ona  uyğun  linqvistik 
bazaya  daxil  olan  terminoloji  və  sahə  lüğətləri  tədqiqata  cəlb 
olunur. 
Qeyd  etməliyik  ki,  MTS-də  (maşın  tərcüməsi  sistemində) 
linqvistik və riyazi təminatın düzgün və dəqiq yaradılması siste-
min keyfiyyət və effektliliyini bir daha artırır. 
Xatırladaq ki, MT sistemi deyərkən girişə daxil olan mət-
nin çıxışda tərcümə olunacaq dilə çevrilməsi prosesi başa düşü-
lür. Aydındır ki, bu prosesin reallaşması üçün MTS linqvistik və 
riyazi  təminatla  təmin  olunmalıdır.  Linqvistik  təminata  isə 
kompleks  şəkildə  linqvistik,  metalinqvistik,  ekstralinqvistik  bi-
liklər daxil edilməlidir.
1
 
Yuxarıda qeyd etdiyimiz kimi,  MTS üç mərhələ  – analiz 
→ transfer → sintez üzrə keçirilməlidir ki, onların da linqvistik 
                                                           
1
 Bax: Искусственный интеллект. Кн.1. Системы общению и экспертные системы. 
М., 1990, стр.212 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
44 
təminatı – 1) lüğətlər; 2) qrammatikalar; 3) qrammatik qaydala-
rın formal təsviri olmalıdır. 
Bundan  başqa,  MTS-in  linqvistik  təminatına,  fənn  sahə-
lərinə  (FS) aid  ekspert biliklərinin  konseptual şəbəkələrlə  veril-
məsi (lüğətlər və qrammatikasız) daxildir. Riyazi təminat isə uy-
ğun  qaydaların  alqoritmlərinin  tərtibi  proqramlaşdırılmasıdır. 
Dilçilik məsələlərinin, alqoritmlərinin proqramlaşdırılması üçün 
əlverişli alqoritmik dillərdən proloq, Lisp, Si-dən istifadə edilir. 
Bundan başqa, lazım gəldikdə köməkçi kompleks proqramlarına 
aşağıdakı hallarda: 
1.
 
Verilənlər girişə daxil edildikdə. 
2.
 
Səhvlərin düzəlişində korreksiya zamanı.  
3.
 
Verilənlərin idarəsi zamanı.  
4.
 
Mətnlərin redaktəsində; mətnlərin çıxışında.  
5.
 
Kommunikasiya zamanı.  
6.
 
Lüğət və qrammatikalarda dəyişikliklər, yəni yeni əla-
vələr daxil etdikdə müraciət olunur.
1
 
Digər  tərəfdən  MTS  mürəkkəb  massivlərin  və  bilik  baza-
larının daxil edilməsi üçün xüsusi SUBD proqramı əlverişlidir. 
İndi də ilk növbədə maşın tərcüməsi prosesinin dərinliklə-
rinə  toxunmadan  onun  kompüterdə  nə  cür  yerinə  yetirilməsinin 
sadə halına baxaq. 
Məlumdur  ki,  kompüterlər  proqramlı  idarəyə  malik  oldu-
ğundan onun yaddaşına tərcümə alqoritmi daxil etməklə tərcümə 
prosesini yerinə yetirə bilər.  
Nümunə üçün rus-Azərbaycan sistemini götürək. Rus dilli 
mətnin  Azərbaycan  dilinə  insan  tərəfindən  tərcüməsinin  hansı 
alqoritm  üzrə  işlənməsini  izləyək.  Aydındır  ki,  tərcüməçi  həm 
rus, həm də Azərbaycan dillərini bilməlidir. Tərcümə prosesində 
mütləq  linqvistik  bazaya  daxil  olan  rusca-Azərbaycanca  lüğət-
dən istifadə edilməlidir. Tutaq ki, rus dilində «шесть умножен-
ное  на  два  равняется  двенадцать»  cümləsi  verilmiş  və  onu 
                                                           
1
 Искусственный интеллект. Кн.1. Системы общению и экспертные системы. М., 
1990, стр.212 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
45 
Azərbaycan  dilinə  tərcümə  etmək  lazımdır.  Tərcüməçi  həm 
Azərbaycan,  həm  də  rus  dillərini  bilirsə,  deməli  onun  yadda-
şında hər iki dilin müəyyən həcmə malik lüğəti vardır. Şübhəsiz, 
lüğətin həcmi tərcüməçinin bacarığından, dilləri bilmək dərəcə-
sindən və bir sıra başqa xüsusiyyətlərdən asılıdır. Tərcüməçi ilk 
növbədə rus dilindəki mətnlə tanış olub, onun cümlələrini bir-bir 
oxuyur, təhlil edir, sözləri Azərbaycan dilinə tərcümə edir. Son-
ra Azərbaycan dilinin qayda-qanunlarına riayət etməklə cümləni 
sintez  edir  (yəni  cümlədə  sözün  sıra  mövqeyini,  söz  ilə  şəkilçi 
birləşərkən onların sərhədində  baş  verə  biləcək fonetik dəyişik-
likləri, şəkilçilərin kökə nəzərən sıra mövqeyini, şəkilçilərin sö-
zə birləşərkən ahəngə uyuşmasını nəzərə alaraq cümləni qurur). 
Əgər rus dilindəki mətndə tərcüməyə məlum olmayan sözə rast 
gəlirsə,  o  mütləq  lüğətdən  istifadə  edərək  onun  Azərbaycan 
dilindəki ekvivalentini tapıb kağıza yazır. Ümumi halda tərcümə 
alqoritmi aşağıdakı blok-sxem şəklində verilə bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mətnin oxunması 
Rus dilindəki mətnlə-
rin bir-bir Azərbaycan 
dilinə tərcüməsi 
Rus dilindəki 
mətni analizi 
Rusca-Azərbay-
canca lüğətdən is-
tifadə olunmalıdır 
Uyğun Azərbaycan sözü-
nün yaddaşda saxlanıl-
ması 
Azərbaycan 
mətninin sintezi 
Söz məlum 
deyildir 
Tərcüməçiyə rus dilindəki sözə 
uyğun Azərbaycan sözü 
məlumdur 
Tərcümə nəticəsində 
alınmış mətnin kağıza 
yazılması 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə