Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
32 
rilmiş şəkildə fəaliyyətinin təşkil edilməsi.
1
 
Praktiki əhəmiyyət kəsb edən tədqiqatlardan biri də Ə.Fə-
tullayevin  Azərbaycan  dilinin  formal  modellərinin  yaradılması 
və  onların  əsasında  linqvistik  prosessorların  qurulmasıdır.  Təd-
qiqatda  leksik  və  morfoloji  səviyyədə  dilin  xassələrinin  tədqiqi 
və  bu  xassələrin  təhlili  üçün  uyğun  riyazi  alqoritm  və  metodlar 
işlənmişdir.  Hazırlanmış  alqoritm  Mətnlərin  Avtomatik  Emalı 
sisteminə  tətbiq  edilmiş  və  tərtib  olunmuş  morfoloji  lüğətlər 
kompüter lüğəti sisteminə daxil edilmişdir. Bundan başqa təklif 
olunan  metodlar  “Azərbaycan  dilində  mətnlərin  düzgünlüyünü 
yoxlayan” sistemdə istifadə olunmuşdur.
2
 
Maşın tərcüməsində formal qrammatikaların hazırlanması 
ən mühüm problemlərdəndir ki, bu baxımdan son illərdə aparıl-
mış  tədqiqatlardan  Ələddin  Xəlillinin  formal  qrammatikası  nü-
munə ola bilər.
3
 
Məlumdur ki, MT-nin linqvistik təminat kimi ən vacib ba-
zası  olan  avtomatik  lüğətlərin  tərtibidir.  Bu  mənada  son  illərdə 
Zərifə Quliyevanın apardığı tədqiqatın danılmaz əhəmiyyəti var-
dır.
4
  Burada  maşın  tərcüməsi  sistemlərində  avtomatik  lüğətin 
optimal  strukturunun  formalaşması  prinsipləri  müəyyən  olun-
muş,  tədqiq  olunan  dillərin  (ingilis  və  Azərbaycan)  morfoloji, 
sintaktik  və  semantik  sistemlərinin  müqayisəli  təhlili  aparılmış, 
lüğəvi  vahidlərin  formal  modelləri  qurulmuş,  leksik-qrammatik 
məlumat  əsasında  maşın  tərcüməsini  dəstəkləyən  ekspert  siste-
minin biliklər bazası hazırlanmışdır. 
Yuxarıda qeyd etdiyimiz kimi maşın tərcüməsində ən çə-
tin  mərhələ  rəsmiləşdirilməsi  (formalizəsi)  mümkün  olmayan 
cümlənin semantik təhlilidir. Cümlənin semantik təhlili üçün se-
                                                           
1
 F.Əhmədov. Elektron imkanlar: Azərbaycan dili və türk dillərinin inteqrasiya prob-
lemlərinə konseptual yanaşma. B., 2007, s.3 
2
  Vəliyeva  K.A.  Azərbaycanca-ingiliscə  tərcümə  sistemi  (nəzəri  problemlər).  Əlyaz-
ma, 2010 
3
 Səfərov S., Əmirov Z., Vəliyeva K. Təbii aqlütinativ dillərin morfoloji analizinin av-
tomat modeli // Filologiya məsələləri: nəzəriyyə və metodika (I buraxılış), B., 1994 
4
 Quliyeva, s.28-29 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
33 
mantik lüğətlər tərtib olunmalıdır. Təhlil prosesində ilk növbədə 
tərcümə ediləcək mətnin hansı elm sahəsinə aid olunması dəqiq-
ləşdirilməlidir. Elm sahəsini avtomatik müəyyənləşdirmək üçün 
açar  sözlərdən  və  tezaurus  lüğətlərdən  istifadə  edilir,  bundan 
əlavə mütləq konteksti nəzərə almaq lazım olur. 
MT-nin bütün mərhələlərinin geniş şərhi K.A.Vəliyevanın 
“Azərbaycan-ingiliscə tərcümə sistemində” adlı monoqrafiyasın-
da verilmişdir.
1
 
Azərbaycan dilçiliyində son illərdə aparılan tədqiqatlardan 
Ə.Əliyevin maşın tərcüməsi sistemində sözlərin kontekstdə işlə-
dilmiş mənasının təyin olunmasını xüsusi qeyd etməliyik.
2
 Təd-
qiqatda ingilis dilində tezliyinə görə çoxişlək 1000 feil seçilmiş, 
onların mənaları araşdırılmış, hər bir məna üçün formal əlamət-
lər  hazırlanmış  və  tərtib  edilmiş  alqoritmlər  Dilmanc  tərcümə 
sisteminin bazasına daxil edilmişdir. 
Kibernetikanın çətin və maraq doğuran məsələlərindən biri 
olan nitqin tanınması problemindən ayrıca bəhs ediləcəkdir. 
§2. Statistik maşın tərcüməsi 
Azərbaycan  dilçiliyində  avtomatik  tərcümə  və  ya  maşın 
tərcüməsi  (MT)  haqqında  geniş  məlumat  verildiyindən  burada 
yalnız Azərbaycan dilçiliyində həllini gözləyən maşın tərcümə-
sinin  yeni  istiqaməti  –  statistik  maşın  tərcüməsindən  bəhs  edə-
cəyik.
3
 
Ədəbiyyatda maşın tərcüməsi alqoritmlərinin qurulmasına 
iki müxtəlif prinsip üzrə – xüsusi qaydalarla (rule-based) və sta-
tistikaya  əsaslanmaqla  (statistical-based)  yanaşılır.  Azərbaycan 
dilçiliyində avtomatik tərcümə və  yaxud maşın tərcüməsi (MT) 
haqqında  geniş  məlumat  verildiyindən  burada  həllini  gözləyən 
                                                           
1
  Vəliyeva  K.A.  Azərbaycanca-ingiliscə  tərcümə  sistemi  (nəzəri  problemlər).  Əlyaz-
ma, 2010 
2
 Əliyev Ə.A. İngiliscə-Azərbaycanca maşın tərcüməsi sistemində feilin çoxmənalılı-
ğının alqoritmik həlli. Fil.ü.f.d.DA, B., 2012 
3
 htts//ru.wikipedia.org 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
34 
maşın  tərcüməsinin  yeni  istiqaməti  –  statistik  maşın  tərcüməsi 
üzərində dayanacağıq. 
Əlbəttə, birinci yanaşma ənənəvi üsuldur, buraya MT sistem-
lərinə  (PROMT  –  Rusiyada,  SYSTRAN  –  Fransada,  Linguates  – 
Almaniyada, Dilmanc – Azərbaycanda və s.) daxildir. 
İkinci tipə məşhur kütləvi servis Yandeks Tərcüməçi, Google 
Tərcüməçi, eləcə də yeni açılmış servis – ABBY-daxildir. 
Məlumdur  ki,  Statistik  Maşın  tərcüməsi  böyük  həcmli  dil 
cütünün  müqayisəsinə  əsaslanır.  Dil  cütü  dedikdə,  bir  dilin 
mətndəki  cümlələrinin  digər  dildə  ona  uyğun  cümlələrlə  ifadə-
sidir.  Sanki  insanın  iki  dildə  yazdığı  variantlarına,  eləcə  də  on-
ların tərcümələrinə bənzəyir.  
Beləliklə,  statistik  maşın  tərcüməsi,  müəyyən  mənada 
“özüöyrətmə”  xüsusiyyətini  daşıyır.  Dil  cütləri  çoxaldıqca  uy-
ğunluq əmsalı daha da dəqiqləşir və nəticə etibarilə statistik tər-
cümənin keyfiyyəti də artır. 
Bəzi  məqamlarda  maşın  tərcüməsinin  hibrid  (Hibrit 
Machine Translation-HMT) növündən istifadə edilir. Hibrid ma-
şın tərcüməsində MT-nin müxtəlif uyğun variantlarından istifa-
də olunur. Bunlar aşağıdakılardır:  
Müəyyən  qaydalara  əsaslanan  maşın  tərcüməsi  Rule-
Based Machine Translation (RBMT); 
Korpus  mətnlərinə  əsaslanan  Maşın  tərcüməsi  Corpus 
Based Machine Translation (CBMT); 
Nümunələrə  əsaslanan  maşın  tərcüməsi  Example  Based 
Machine Translation – (EBMT); 
Statistik Maşın Tərcüməsi – Statistical Machine Traslation 
= (SMT).  
Müasir dövrdə maşın tərcüməsi iki texnologiya ilə – statis-
tik  tərcümə  –  SMT  və  xüsusi  qaydalara  əsaslanan  tərcümə 
(RBMT) ilə yerinə yetirilir. 
Azərbaycanda  kompüter  dilçiliyinə  gəlincə  isə,  Azərbay-
can  dilçiliyində  riyazi  metodlardan  istifadə  edilməsi  XX  əsrin 
60-cı  illərində  M.S.Qarayevanın  “Riyazi  dilçilik  tədrisdə”  adlı 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə