Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
30 
edilir.
1
 Bundan başqa MT sistemlərində nəzərə çarpacaq səmərə 
verən tezauruslar ayrı-ayrı söz formalarının analizi və tərcüməsi 
ilə  deyil,  həm  də  mətndə  sabit  söz  birləşmələrinin  analizi  və 
tərcüməsinin düzgünlüyünü yoxlayan semantik komponent kimi 
tədqiqata  cəlb  edilmişdir.
2
  Burada  mətnin  mənaca  formal  ana-
lizi,  yəni  mətnin  avtomatik  başa  düşülməsinin  təmin  olunması 
iki  əsas  əməliyyatın  yerinə  yetirilməsini  nəzərdə  tutur.  Sözlər 
arasında semantik əlaqələrin aşkar edilməsi və onların bu və ya 
digər  formada  təsvirləri,  məlumat  axtarış  tezaurusları  da  həmin 
funksiyaları yerinə yetirir, belə ki, tezaurus ilk növbədə predmet 
sahəsini  təsvir  edən  məlumat  axtarış  dilinin  semantik  vahidləri 
arasında münasibəti aşkarlamaq üçün nəzərdə tutulmuşdur.
3
 
XX  əsrin  90-cı  illərindən  başlayaraq  MT  sistemində  mü-
rəkkəb mərhələ hesab edilən cümlənin sintaktik təhlili və sintezi 
məsələsi  tədqiqata  cəld  edilmişdir.
4
  Aparılan  tədqiqatlarda  sin-
taktik, morfoloji  səviyyədə  dilin  formal modelləri  qurulmuş,  və 
eyni zamanda cümlə tiplərinin formal modelləri hazırlanmışdır. 
Sintaktik sintezdə söz formalarının törəndiyi prosesdə baş 
                                                           
1
  Махмудов  М.А.  Разработка  системы  формально-морфологического  анализа 
тюркской  словоформы  (на  материале  азербайджанского  языка)  АКД,  Баку, 
«Элм»,  1982;  Махмудов  М.А.  система  автоматической  переработки  тюркского 
текста на лексико-морфологическом уровне, Б., 1991; Mahmudov M.Ə. Azərbay-
can mətnlərinin avtomatik işlənməsi sistemi, DDA, B., 1994 
2
  Мамедова  М.Г.  Автоматизированный  отбор  лексики  в  информационно-поис-
ковый тезаурус на основе анализа терминологических словарей. Авт. дисс. канд. 
тех.  наук  М.,  1984;  Мамедова  М.Г.  О  cоздании  банка  терминологических  дан-
ных азербайджанского языка – Советская тюркология, 1990, 2 
3
 Мамедова М.Г. О cоздании банка терминологических данных азербайджанского 
языка  –  Советская  тюркология,  1990,  2.  s.38-39;  Vəliyeva  K.A.  Mətnin  avtomatik 
sintaktik təhlili və sintezi. B., 1996; Vəliyeva K.A. Mətnin avtomatik sintaktik təhlili və 
sintezi. B., 1997, ADD; Vəliyeva K.A. Azərbaycan mətnlərində sözlərin düzgünlüyünün 
yoxlanılması yolları, Tədqiqlər, 2, B., 1998; Vəliyeva K.A. Mətndə söz birləşmələrinin 
düzgünlüyünün yoxlanılması yolları. Tədqiqlər 3, B., 1999; Vəliyeva K.A. Söz formala-
rının  sətirdən-sətrə  avtomatik  yolla  keçirilməsi  //  Filologiya  məsələləri:  Nəzəriyyə  və 
metodika. B., 1995; Yenə də orada. Orfoqrafiyanın avtomatik yolla yoxlanılması; Vəli-
yeva  K.A.  Dildəki  sapmaların  aşkar  edilməsi.  Tədqiqlər,  2,  B.,  2001;  Vəliyeva  K.A., 
Məmmədova M.H. Mətnlərin avtomatik redaktəsi. B., 2003 
4
 Vəliyeva K.A. Mətnin avtomatik sintaktik təhlili və sintezi. B., 1996; Vəliyeva K.A. 
Mətnin avtomatik sintaktik təhlili və sintezi. B., 1997, ADD 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
31 
verə biləcək fonetik, morfoloji dəyişikliklər tədqiq olunmuşdur. 
Son illərdə kompüter vasitəsilə mətnlərin avtomatik redak-
tə edilməsi ilə əlaqədar, cümlə quruluşunun düzgünlüyünün, söz 
formalarının  orfoqrafik  qaydalara  riayət  olunmasının  (ahəng 
qanununun,  morfemlərin  kökə  nəzərən  tutduqları  mövqeyinin, 
qrafem  düşümü  hadisələrinin  yoxlanılması),  söz  formaları  ara-
sındakı sintaktik, semantik və qrammatik əlaqələrin, söz forma-
larının  sətirdən-sətrə  keçirilməsi  qaydalarının  və  durğu  işarə-
lərinin  işləmə  qaydalarının  yoxlanılması  məsələləri  tədqiqata 
cəlb edilmişdir.
1
 
Qeyd  etməliyik  ki,  MT  üzrə  aparılan  tədqiqat  işlərinin 
əksəriyyəti  nəzəri  səciyyə  daşıyırdı.  Son  illər  MT  sistemində 
praktiki  cəhətə  daha  çox  üstünlük  verilmiş,  bu  baxımdan  Azər-
baycan  dili  mətnlərinin  düzgünlüyünü  yoxlayan  Az  Spellcheck 
sistemi  yaradılmış və Windows sisteminə daxil edilərək realizə 
olunmuşdur. Bundan başqa böyük maraq doğuran bir sıra tədqi-
qatlar  aparılmış,  o  cümlədən  elektron  məkanında  Azərbaycan 
dili ilə bağlı Firudin Əhmədovun “Elektron imkanlar: Azərbay-
can  dili  və  türk  dillərinin  inteqrasiya  problemlərinə  konseptual 
yanaşma”  əsəri  diqqəti  cəlb  edir.
2
  Əsərdə  bir-biri  ilə  bilavasitə 
bağlı olan iki əsas istiqamətin problemlərinə toxunulmuşdur: 
1.  Türk  qrupu  dillərinin  qohum  olmasından  türk  xalqla-
rının  və  dövlətlərinin  yaxınlığının  və  birliyinin  inkişafı  üçün 
maksimum və effektiv istifadə edilməsi
2.  Ayrı-ayrı türk dillərinin qorunması, inkişafı və istifadə-
sinin  təmini  üçün  ölkələrin  müvafiq  qurumlarında  əlaqələndi-
                                                           
1
  Vəliyeva  K.A.  Azərbaycan  mətnlərində  sözlərin  düzgünlüyünün  yoxlanılması  yol-
ları, Tədqiqlər, 2, B., 1998; Vəliyeva K.A. Mətndə söz birləşmələrinin düzgünlüyünün 
yoxlanılması yolları. Tədqiqlər 3, B., 1999; Vəliyeva K.A. Söz formalarının sətirdən-
sətrə avtomatik yolla keçirilməsi // Filologiya məsələləri: Nəzəriyyə və metodika. B., 
1995;  Yenə  də  orada.  Orfoqrafiyanın  avtomatik  yolla  yoxlanılması;  Vəliyeva  K.A. 
Dildəki sapmaların aşkar edilməsi. Tədqiqlər, 2, B., 2001; Vəliyeva K.A., Məmmədo-
va M.H. Mətnlərin avtomatik redaktəsi. B., 2003 
2
 F.Əhmədov. Elektron imkanlar: Azərbaycan dili və türk dillərinin inteqrasiya prob-
lemlərinə konseptual yanaşma. B., 2007 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə