Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
66 
qanununa tabe olmalı, orfoqrafik qaydalara riayət olunmalı, şə-
kilçilərin  kökə  nəzərən  tutduğu  mövqelər  müəyyən  edilməlidir. 
Bu baxımdan ayrı-ayrılıqda bu bölgüləri araşdıraq.  
Məlumdur ki, Azərbaycan dilində söz formaları kök və şə-
kilçilərdən ibarətdir. Şəkilçilər iki növdür: Sözdüzəldici və söz-
dəyişdirici. Adətən, sözdəyişdirici şəkilçilər bilavasitə sözdüzəl-
dicilərdən  sonra  gəlir.  Sözdüzəldici  şəkilçilərdən  düzəlmiş  söz 
formalarını  şərti  olaraq  əsas  kimi  qəbul  edib,  sözdəyişdirici  şə-
kilçilər üzərində tədqiqat aparacağıq.  
Söz  formalarının  morfoloji  sintezində  aşağıda  göstərilən 
bölmələr nəzərdən keçirilmişdir: 

 
sözdəyişdirici  şəkilçilərin  söz  formaları  ilə  ahəng-
darlığı;  

 
kök ilə şəkilçilərin qarşılıqlı münasibəti;  

 
şəkilçilərin  kökə  nəzərən  tutduğu  mövqeyin  formal  təs-
viri.  
Qısa da olsa, adları çəkilən bölmələri şərh edək.  
1.1. Şəkilçilərin söz formaları ilə ahəngə uyuşması 
Azərbaycan dilində söz formaları ahəngə uyuşur. Yəni söz 
formalarının tərkib hissəsi olan morfemlərdəki hecalarda ahəng 
qanununa  görə  qalın  saitdən  sonra  qalın,  incə  saitdən  sonra  isə 
incə  sait  gəlir.  Ahəng  qanununu  kompüterdə  avtomatik  yoxla-
maq üçün bu qanunauyğunluğun formal modelini qurmaq lazım 
gəlir.  Şəkilçilərin  söz  formaları  ilə  ahəngə  uyuşmasının  formal 
modeli  Q.P.Melnikov
*
  tərəfindən  qurulmuşdur.  Q.P.Melnikovun 
prinsipinə  görə,  ahəng  qanununu  çox  sadə  riyazi  şəkildə  vermək 
mümkündür.  
Məlumdur  ki,  saitlər  bir-birindən  diferensial  əlamətlərinə 
görə,  yəni  dodaqların,  eləcə  də  ağız  boşluğunda  dilin  üfüqi  və 
şaquli  vəziyyətlərindəki  hərəkətlərindən  asılı  olaraq  sıra,  həcm 
                                                           
*
 Математические формулы и блок-схемы электронных автоматов для описание 
и  моделирование  Мельников  Г.П.  взаимодействие  дифференциальных  призна-
ков фонем присингармонизме (огласовка тюркских аффиксов). М. 1961 


Maşın tərcüməsinin nəzəri problemləri 
 
67 
və dodaqlanma üzrə fərqlənir. Diferensial əlamətlərin baş hərflə-
rindən düzəlmiş ardıcıllıq РГП şərti olaraq cəbri yazılış adlanır. 
Burada  hər  bir  əlamətin  2  qradiasiyası,  daha  doğrusu,  ölçüsü  0 
və 1-dir. Saitlərin (РГП cəbri yazılışında) əlamətlərinin qradiasi-
yasını  əks  etdirən  0  və  1  kombinasiyası  şəklində  verilir.
 
Əgər 
əlamətlərdən birinin qradiasiyası məlumdursa, onda 0 rəqəmi ilə 
göstərilir,  digər  məlum  olmayanlar  hərf  şəklində  yazılır,  məs.: 
PII  yazılışında  saitin  dodaqlanan,  yuxarı  vəziyyətdə  olması  ay-
dınlaşır,  lakin  ön  və  ya  arxa  sırada  yerləşməsi  qeyri-müəyyən 
olur. Azərbaycan dilində şəkilçilər saitlərin diferensial əlamətlə-
rinə görə 2 hissəyə ayrılır. 
Qapalı  saitlərin  cəbri  yazılışı  РПI  ilə,  açıq  saitlərin  cəbri 
yazılışı isə POO ilə ifadə olunur. 
Şəkilçinin saitinin diferensial  əlaməti məlum olduqda on-
dan sonra gələn şəkilçinin saitini məntiqi toplama vasitəsilə tap-
maq  mümkündür.  I  sətirdə  əvvəlki  hecadakı  saitin  diferensial 
əlaməti məlum olsa, cəbri ifadəsi, II sətirdə sonrakı hecadakı sa-
itin qarışıq  cəbri  ifadəsi  yazılır.  III  sətirdə isə  məntiqi  toplama-
dan alınan (axtarılan) saitin diferensial əlamətləri yazılır.  
 
 
 
 
 
Beləliklə,  əvvəlki hecanın saitinin diferensial  əlaməti mə-
lum olduqda, sonrakı hecanın saitinin diferensial əlamətini (sadə 
şəkildə  ifadə  olunmuş)  məntiqi  toplama  vasitəsilə  tapa  bilərik. 
Bu prosesi kompüterdə reallaşdırmaq üçün alqoritm tərtib edək.  
 
1) Şəkilçilərin söz formalarında ahənginin alqoritmi 
Tutaq  ki,  bizə  kitab  və  T  (РГI)  tipli  şəkilçi  verilib.  Qeyd 
etməliyik  ki,  şəkilçilər  saitsiz  verilir.  Şəkilçidəki  saitin  əvəzinə 
onun  tipi  göstərilir.  Biz  qarşımıza  aşağıdakı  məsələni  qoyuruq: 
verilən köklə şəkilçini birləşdirərkən ahəng qanununa əsasən av-
a = 000
 
f = 000
 
001= ы 
+ Р00 
000=а 
0Г1
 
Məs.: 
 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
68 
tomatik surətdə saiti seçməli.  
Qoyulmuş məsələnin alqoritmi aşağıdakı kimi tərtib olun-
muşdur: 
1.
 
Kökün sonuncu hərfini ayırmalı. 
2.
 
Hərfin əlamətini təyin etməli (sait və ya samitdirmi?) 
3.
 
Əgər saitdirsə, 4-cü qaydaya keçməli.  
4.
 
Saitin tipini ayırmalı, 5-ci qaydaya keçməli. 
5.
 
Şəkilçinin axırıncı hərfini ayırmalı, 6-cı qaydaya keçməli.  
6.
 
Hərfin  əlamətini  təyin  etməli.(sait  və  ya  samitdirmi?) 
7-ci qaydaya keçməli. 
7.
 
Əgər  saitdirsə,  VIII  qaydaya  keçməli,  sait  deyilsə,  V 
qaydaya keçməli.  
8.
 
Şəkilçinin saitinin tipini ayırmalı, IX qaydaya keçməli. 
9.
 
T  ilə  T
1
-i  müqayisə  etməli.  Əgər  T  =  T
1
-dirsə
 
XII 
qaydaya, T ≠ T

deyilsə XI qaydaya keçməli.  
10.
 
Sütun  koordinatı  (kökün  sonuncu  hesabındakı  saitin) 
ilə şəkilçinin tipini məntiqi toplamalı, XII qaydaya keçməli. 
11.
 
Saitin  koordinatı  ilə  şəkilçinin  tipini  məntiqi  vurmalı, 
XII qaydaya keçməli. 
12.
 
Alınan nəticəni şəkilçinin saiti məlum olmayan hissəsi-
nə (yəni, X-in) yerinə göndərməli. 
Alqoritmi  misalda  yoxlayaq.  Yuxarıda  qeyd  etdiyimiz 
kitab və dxn (x) şəkilçisini götürək. Sözün sonuncu hecasından 
asılı  olaraq  şəkilçinin  saitini  tapmaq  tələb  edilir.  Alqoritmi 
addım-addım izləyək.  
Qaydaya görə, sözün sonuncu hecasını tapmaq üçün onun 
hecadakı saitini ayırmaq lazımdır. Yəni, kitab sözündə b-ni ayı-
rıb hərfin əlamətini (sait və ya samitliyini) müəyyənləşdiririk.  
Qeyd  etməliyik  ki,  hər  hərfin  əlaməti  haqqında  informa-
siya qabaqcadan kompüterin yaddaşına daxil edilmişdir, b samit 
olduğundan alqoritmə görə b-dən əvvəlki hərfi ayırırıq. Məlum-
dur  ki,  a  saitdir.  Onun  tipini  ayırıb  şəkilçinin  tipi  ilə  müqayisə 
edirik (Şəkilçinin tipinin ayırma üsulu kökdəki ayırma üsulu ilə 
eynidir).  Şəkilçinin  saiti  kökdəki  saitin  koordinatı  ilə  şəkilçinin 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə