Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə22/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

Maşın tərcüməsinin nəzəri problemləri 
 
63 
yoxluğu ilə yaranmış uyğunsuzluqlar tərcümədə çətinliklər törə-
dir  ki,  bu  səbəbdən  də  bəzən  onları  aradan  qaldırmaq  mümkün 
olmur. Şübhəsiz ki, bu mənada yaradılacaq tərcümə sistemi tam 
dolğunluq və düzgünlüyə heç də dəlalət etmir.  
Tərcümə  sistemində  qarşıya  qoyduğumuz  məqsəd  ingilis 
dilindəki mətnləri düzgün və normal Azərbaycan dili mətnlərinə 
çevirməkdir. Buna  görə  də tərcümə sistemində əsas üç mühüm 
məsələyə baxılmalıdır: 1) leksikanın tərcüməsi; 2) sözlərin mor-
foloji  xarakteristikalarının  tərcüməsi  və  3)  sintaktik  əlaqələrin 
tərcüməsi.  Əlbəttə,  bu  məsələlərin  həlli  yalnız  maşın  tərcümə 
sisteminin mühüm mərhələləri: maşın fondunun yaradılması, ba-
za avtomatik lüğətlərin hazırlanması, məlumat axtarış sistemləri-
nin hazırlanması, hər iki dilin qrammatik qanunauyğunluqlarının 
formal  modellərinin  hazırlanması,  onların  morfoloji  analiz  və 
sintezi,  semantik  analizi,  sintaktik  analiz  və  sintezi  mərhələləri 
yerinə yetirildikdə mümkündür.  
Beləliklə,  ingilis  dilindən  Azərbaycan  dilinə  MT  sistemi 
yaratmaq üçün aşağıdakı məsələlərin həlli labüddür: 
1.
 
Dilin qrammatik quruluşunun formal analizi.  
2.
 
Tərcümə alqoritmlərinin hazırlanması.  
3.
 
Maşın tərcüməsi sistemi üçün lüğətlərin tərtibi:  
a)  tərcümə seçimi;  
b) lüğəvi məlumatların səciyyəsi;  
c)  frazeoloji ifadələrin lüğəti. 
4.
 
Tərcümə alqoritmlərin quruluşu: 
a)  ifadələrin işlənmə meyarı; 
b) omonimliyin müəyyənləşməsi və ləğvi
c)  təhlil qaydaları; 
ç)  təhlil prosesində tərcümə olunan ifadələrin məluma-
tı, analiz və sintez qaydalarının hazırlanması. 
5.
 
MT-də qrammatik xüsusiyyətlər: 
a)  feillərin (valentlik) qruplaşdırılması (təsirli və təsirsiz);  
b) kodlaşdırma. 
6.
 
Tərcümə proqramının strukturu: 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
64 
a)
 
tərcümə qaydaları. 
Aydındır  ki,  yaradılan  maşın  tərcümə  sistemi  sürət  baxı-
mından insanın etdiyi tərcümədən fərqlənir. Keyfiyyətə gəldikdə 
isə  üstünlük,  əlbəttə,  semantik  çalarlıqları  nəzərə  alan  insanda 
olur.  Burada  sistemin  yaradılmasında  insanın  tərcüməyə  yanaş-
maq üsulundan çıxış edirik. İnsan tərəfindən tərcümə necə gedir? 
İlk  növbədə  mətnin  hansı  sahəni  əhatə  etdiyi  müəyyənləşdirilir. 
Bu ən vacib prosesdir. Çünki hər sahənin özünəməxsus terminləri 
və spesifik xüsusiyyətləri  vardır. Əlbəttə, tərcüməçi bu amili nə-
zərə alaraq uyğun lüğətlərə müraciət etməli olur. Mətnlə tanışlıq-
dan sonra mətndəki abzasların ardıcıl tərcüməsinə keçir.  
Proses  ilk  abzasdan  başlayır.  Abzasdakı  cümlə  ilə  tanış 
olur, ona məlum olmayan sözləri qeyd edib, uyğun lüğətdə axta-
rır. Hər bir söz-forması morfoloji təhlil edilir və uyğun qrammatik 
xarakteristikası  vasitəsilə  cümlə  üzvlərini  müəyyənləşdirir.  Söz 
formaları  arasındakı  sintaktik  əlaqələri  nəzərə  alaraq  tərcümə 
olunacaq qrammatik qanunauyğunluqlarına görə cümləni qurur.  
Maşın tərcümə sistemi yaradılarkən analoji proses gözləni-
lir.  Bu  proseslər  yalnız  formal  modellər  üzrə  baş  verir.  İkidilli 
lüğətlərdən fərqli olaraq, avtomatik lüğətlərin tərtibində də mü-
əyyən  dəyişikliklər  edilir.  Sabit  söz  birləşmələri  və  frazeoloji 
ifadələr hətta bəzi hallarda “şablon” (çoxişlək, sabitləşmiş cüm-
lələr) cümlələr avtomatik lüğətə daxil edilir.  
Bundan əlavə avtomatik lüğətlər elm sahələri üzrə zonalara 
bölünür,  yəni  xüsusi  sahə  terminoloji  lüğətləri  hazırlanır.  Mətn 
kompüterə daxil edilərkən onun hansı sahəyə mənsub olması ma-
şın tərəfindən dərk edilir və uyğun avtomatik lüğətlər seçilir. Əl-
bəttə,  mətnin  maşın  vasitəsilə  dərk  edilməsi  üçün  xüsusi  teza-
urus lüğətləri tərtib olunmalıdır. Bu lüğətlərin köməyi ilə mətn-
dəki açar sözlər müəyyənləşdirilir və açar sözlərlə mətnin hansı 
sahəyə mənsub olması təyin olunur. Qeyd etməliyik ki, sözlərin 
avtomatik  lüğətdə  axtarışı  üçün  məlumat  axtarış  sistemlərinin 
yaradılması  ən  vacib  sərvətlərdən  biridir.  Məlumat  axtarış  sis-
temləri böyük sürətə malik, dəqiq, eynimənalı olmalıdır.  


Maşın tərcüməsinin nəzəri problemləri 
 
65 
İngilis dili cümləsinin tərkibindəki söz formaları morfoloji 
təhlil edilərək morfemlərə: əsas (kök) və şəkilçilərə ayrılır. Ayrı-
lan morfemlər uyğun olaraq əsaslar və şəkilçilər siyahısında ax-
tarılır  və  qrammatik  xarakteristikaları  müəyyənləşdirilir,  avto-
matik  lüğət  əsasında  həmin  morfemlərin  Azərbaycan  dilindəki 
ekvivalenti  və  eyni  zamanda  onların  formal  göstəricilərinin  uy-
ğun  siyahılarda  axtarışı  başlanır.  Bu  prosesdən  sonra  qurulmuş 
formal modellərə əsasən avtomatik yolla söz formalar arasındakı 
sintaktik  əlaqələr müəyyənləşdirilir, Azərbaycan  dilindəki  ekvi-
valentləri uyğun siyahıda axtarılır və nəhayət, sintaktik əlaqələr 
üzrə cümlə üzvləri tapılır.  
Bundan  sonra  Azərbaycan  dilində  cümlənin  sintaktik  sin-
tezi proqramları işə başlayır. Cümlənin sintaktik sintezində ana-
liz  (diferensiasiya  prosesi)  proqramından  fərqli  olaraq  inteq-
rasiya  (birləşmə)  prosesində  morfemlərdən  formal  qaydalara 
əsasən söz formaları  yaradılır, bundan başqa söz formaları ara-
sındakı əlaqələrə riayət olunur və cümlədə söz formalarının sıra 
mövqeyi  gözlənilir.  Beləliklə,  ingilis  dilində  yazılmış  cümlə 
Azərbaycan dilinə çevrilmiş olur, yəni tərcümə edilir.  
Tədqiqata  müxtəlif  sistemli  dillər  (Azərbaycan  və  ingilis) 
cəlb  olunmuşdur.  Ayrı-ayrılıqda  həmin  dillərdə  gedən  sintez 
prosesini təhlil edək.  
§1. Azərbaycan dilində sözün sintezi 
Sözün  sintezi  analiz  nəticəsində  alınan  ayrı-ayrı  morfem-
lərin birləşib bütövlük təşkil etməsi prosesindən ibarətdir. Sözün 
sintezinin formal təsviri elə elmi təsvirdir ki, burada verilən qay-
dalar məntiqi ardıcıllığa malik olmalı, insan və ya maşın tərəfin-
dən eyni tərzdə başa düşülməlidir. 
Mətnin  morfoloji  analizi  nəticəsində  söz  formaları  mor-
femlərə  ayrılır.  Morfemlərdə  uyğun  olaraq  müəyyən  informa-
siyalar  qeyd  olunur.  Söz  formalarının  sintezində  isə  morfoloji 
analizin əks prosesi, yəni bölünmə deyil, morfemlərin birləşməsi 
prosesi  gedir.  Bu  prosesdə  köklər  şəkilçilərlə  birləşərkən  ahəng 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə