Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə4/40
tarix19.07.2018
ölçüsü1,69 Mb.
#57268
1   2   3   4   5   6   7   8   9   ...   40

Maşın tərcüməsinin nəzəri problemləri 
 
11 
söz  olan  bütün  mətndəki  ifadələrin  siyahısını  göstərən  konkor-
danslar,  sözün  sonundan  asılı  olaraq  əlifba  sırası  ilə  sıralanan 
əks  lüğətlər,  qafiyə  lüğətləri,  maşın  tərcüməsi  sistemi  üçün  ha-
zırlanan avtomatik lüğətlər və s. tərtib edilmişdir. Adlarını çək-
diyimiz  lüğətlər  haqqında  V.Y.Pines  və  M.Ə.Mahmudovun 
“Elektron hesablayıcı maşınlar dilçilikdə” adlı icmalında kifayət 
qədər dolğun məlumat verilmişdir.
1
 
Burada yalnız Azərbaycan dilçiliyində EHM vasitəsilə tər-
tib  olunan  lüğətləri  nəzərdən  keçirəcəyik.  Bu  məsələyə  toxun-
mazdan əvvəl EHM və onun işləmə prinsipi haqqında qısa məlu-
mat verək. 
Məlumdur ki, “insan-maşın” sistemində tədqiq olunan mə-
sələlər aşağıdakı mərhələlər üzrə həll edilir:
2
 
–  məsin qoyuluşu (mütəxəssis tərəfindən); 
–  məsin riyazi qoyuluşu
–  EHM-in  girişinə  daxil  olunacaq  materialların  (ilk  veri-
lənlərin) hazırlanması, yəni kodlaşdırılması;  
–  məsin həlli üçün uyğun metodların seçilməsi
–  məsin  alqoritminin  qurulması  və  onun  blok-sxeminin 
hazırlanması; 
–  qurulmuş alqoritmin proqramlaşdırılması; 
–  məsin EHM-də həlli
–  EHM-də alınan nəticələrin araşdırılması. 
Lüğətlərin tərtibi məsələsi ilə əlaqədar bu mərhələləri qısa 
da olsa xarakterizə edək. 
Məsin  riyazi  qoyuluşu  deyərkən  verilənlərin  (bizim  qoy-
duğumuz  məsələnin  xarakterindən  asılı  olaraq  bu  halda  mate-
riallar nəzərdə tutulur) ədədi şəklə gətirilməsi – yəni kodlaşdırıl-
ması, onun tərkibinə daxil olan hissələrin həlli nəzərdə tutulur. 
Tərkib  hissələrinin  ardıcıl  həlli  qoyulmuş  məsələni  ta-
mamlayır. 
                                                           
1
 Pines V.Y., Mahmudov M.Ə. Elektron hesablayıcı maşınlar dilçilikdə. B., 1977 
2
 Зубов А.В. Переработка текста естественного языка в системе «человек-маши-
на». В сб. Статистика речи и автоматический анализ текста. М., 1971, c.307-308 


Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva 
 
12 
Əlbəttə, məsələnin həlli üçün ona uyğun metodlar araşdırı-
larkən  qarşıya  çıxan  müxtəlif  variantlardan  optimalını  seçmək 
lazımdır. Məsələn, tezlik lüğətinin tərtibi zamanı əlverişli metod 
artıq standart hala keçmiş sortlaşdırma metodudur. Seçilmiş üsu-
la əsasən isə məsələnin alqoritmi qurulmalıdır. 
Alqoritm  –  elə  hesablama  sistemidir  ki,  müəyyən  dəqiq 
əməliyyatlarla (qaydalarla) ardıcıl addımlardan sonra qoyulmuş 
məsələnin həllinə gətirib çıxarır. 
Alqoritm  qurulduqdan  sonra  məsələnin  EHM-də  realizə 
edilməsi üçün proqram tərtib olunur və qurulmuş alqoritmə əsa-
sən isə proqram hazırlanır. Proqram ayrı-ayrı əməliyyatların ma-
şın əmrləri ilə ifadə olunmuş yazılışından ibarətdir. Hər bir əmr 
isə müəyyən rəqəm vasitəsilə ifadə olunur. Məlumdur ki, hesab-
lama maşınlarının özünəməxsus əmr sistemi vardır. 
Əmrlər sisteminə hesab əməlləri, məntiqi, idarəedici əmə-
liyyatlar daxildir. Hər bir əmr müəyyən informasiya daşıyır. Yə-
ni  kodun bir hissəsi  yerinə  yetiriləcək əməliyyatı, digəri isə  hə-
min  əməliyyatın  hansı  rəqəmlər  (kodlar)  üzərində  yetirilməsini 
göstərir. Maşında əmrlər onlar üçün əvvəlcədən ayrılmış xüsusi 
xanalarda (oyuqlarda) yaddaşda yerləşdirilir. Alqoritm proqram-
laşdırıldıqdan sonra son mərhələ – onun EHM-də gerçəkləşdiril-
məsi başlanır. Proqram maşına daxil edilir, onu təşkil edən ayrı-
ayrı hissələr, yəni bloklar yoxlanılır. Çünki proqram qurularkən, 
şübhəsiz ki, müəyyən xətalara, məntiqi və ya mexaniki səhvlərə 
yol  verilə  bilər.  Məhz  yoxlama  zamanı  buraxılmış  müəyyən 
səhvlər  bilavasitə  maşında  insan  tərəfindən  düzəldilir.  Müasir 
maşınlarda bu düzəliş displeydə  aparılır. Bəzən səhvlərdən asılı 
olaraq maşın dayanır. Belə halda da proqramda müəyyən səhvə 
yol verilmiş, ya da maşının qurğularında müəyyən mexaniki na-
sazlıq  baş  vermiş  olur.  Proqram  maşında  yoxlanıldıqdan  sonra 
proqramın  bütün  blokları  düzgün  işləyirsə,  artıq  onu  tamamilə 
insanın  iştirakı  olmadan  avtomatın  ixtiyarına  vermək  olar.  Bu 
zaman  maşının  idarəedici  pultundakı  avtomat  düyməni  açmaq 
kifayətdir.  


Maşın tərcüməsinin nəzəri problemləri 
 
13 
Dilin  riyazi-statistik  metodlarının  köməyi  ilə  tədqiqində 
Azərbaycan dilçiliyində tezlik lüğətlərinin tərtibi önəmli  yer tu-
tur. Məlumdur ki, tezlik lüğətlərində sözlər və onların mətndəki 
işlənmə tezliyinin göstəricisi qeyd olunur.  
Bu lüğətləri tərtib edərkən bir sıra çətinliklər qarşıya çıxır. 
Birincisi,  mətnləri  elə  seçmək  lazımdır  ki,  kifayət  qədər  ədəbi 
dil  normalarını  özündə  əks  etdirmiş  olsun.  Bu  bir  o  qədər  də 
asan iş deyildir. İkincisi, daha mürəkkəb məsələ, mətnlərin ümu-
mi həcmini seçməkdən ibarətdir. Azərbaycan dilinin tezlik lüğəti 
üçün  əsas  mənbə  qəzet  materialları  olmuşdur.  İxtiyari  götürül-
müş mətnlərdən 100 min söz seçilmişdir. 
Tezlik  lüğətlərinin  tətbiqinin  məlumatların  avtomatik  iş-
lənməsində,  avtomatik  tərcümədə,  referatlaşdırmada,  poliqrafi-
yada, kriminalistikada, anonim yazıların müəlliflərini müəyyən-
ləşdirməkdə müstəsna əhəmiyyəti vardır. 
Yuxarıda  danışdığımız  lüğətlərin  EHM-də  necə  tərtib 
olunması prosesini nəzərdən keçirək. 
EHM-in  köməyi  ilə  ilk  tezlik  lüğəti  Yosselson  tərəfindən 
tərtib  olunmuşdur.  Hal  hazırda  EHM-in  köməyi  ilə  yüzlərlə 
müxtəlif  xarakterli  tezlik  lüğətləri  yaradılmışdır.  Ümumiyyətlə, 
dünya  miqyasında  500-ə  qədər  tezlik  lüğəti  bizə  məlumdur. 
Bunların  bir  qismi  texniki  vasitəsiz,  yəni  əl  ilə  uzun  illərin 
zəhməti  bəhrəsi  kimi,  digər  qismi  EHM-in  köməyi  ilə  tez  bir 
zamanda əldə edilmişdir. Misal üçün mətndən seçilmiş 200 min 
sözdən  ibarət  olan  siyahıdan  tezlik  lüğətini  tərtib  etmək  üçün 
tədqiqatçı 2 il vaxt sərf etməlidir. Ancaq EHM-in köməyi ilə hə-
min  işi  3  aya  görmək  mümkündür.  Burada  çox  vaxt  aparan  iş 
mətnlərdəki  sözlərin  kodlaşdırılmasıdır.  Əgər  hər  gün  7  saat 
ərzində  4000  söz  kodlaşdırılsa,  onda  EHM-də  lüğətin  tərtibinə 
12 saat vaxt sərf edilər. 
Ümumiyyətlə, EHM vasitəsilə tərtib edilən lüğətlər aşağı-
dakı mərhələlər üzrə aparılır: 

 
tərtib  ediləcək  lüğətin  növündən  asılı  olaraq  blok-sxe-
mə əsasən proqram qurulur


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə