Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə16/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   12   13   14   15   16   17   18   19   ...   340

46 

 

bəlağətlə yazan [başqa] tarixçilər (movərrex) kimi, öz vəlinemətimin 



bəyənilən vəsfi və əxlaqı (seyər) barədə biri-yüz, yüzi isə min edə-

edə yazaraq, yazılanları ruzigar səhifəsində yadigar qoyum, amma o 

həzrətin  düzgünlüyə  (həqqaniyyət)  olan  sağlam  meyli  həqiqətdən 

uzaq  və  bühudə  sözlər  yazan  yazarların  (səxənsəra)  yazılarından 

xoşlanmadığı  üçün,  biz  onların  bəyənilməz  üsullarından  sərfnəzər 

etdik,  qələmimizin  cilovunu  hiyləgərlik  (təkəllof)  meydanının 

axtarışından  (təkapu)  və  ibarəli  bəzək  -  düzəyindən  (ibarətarayi) 

kənara çəkdik, həqiqət zinətindən (həliyye) xali olan  məsələləri bu 

səhifədə  bəyana  gətirmədik,  bu  hümayun  (şahanə,  şaha  məxsus  - 

Ş.F.)  kitabı  müqəddimə,  iki  səhifə  və  xatimədən  ibarət  yazdıq  ki, 

Allah təalanın köməyi ilə iki-üç cilddə tamamlanacaqdır. 

* * * 

 

Birinci səhifə 



 

Müqəddimə:  [Bu  hissə]  o  həzrətin  (Şah  Abbasın  -  Ş.F) 

hümayun nəsəbinin zikri, mənəvi səltənət  və  yol göstərmək (erşad) 

taxtında  əyləşmiş  görkəmli  (sami),  ali  və  yüksək  rütbəli  böyük 

şeyxlərin  (məşayex)*  bəyanı,  bu  xanədana  məxsus  dövlətin 

yaranması (zohur), o həzrətin səadətli təvəllüd və həyatının yığcam 

vəsfini əhatə edən on iki məqalədən** ibarətdir. 



Birinci  məqalə:  Xoşbəxt  (kamkar)  padşahların  və  o  ali 

nəsilli (alitəbar) şəhriyarın hakimiyyəti zamanı baş verən hadisələrin 

(vaqiə)  zikri,  həzrət  cənnətməkan  şahın  (Şah  Təhmasibin  -  Ş.F) 

vəfatı  hadisəsi,  İsmayıl  Mirzənin  və  İsgəndər  şanlı  nəvvabın  (Şah 

Məhəmməd Xudabəndənin - Ş.F) hakimiyyətlərinin zikri, hümayun 

cülus sahibinin (Şah Abbasın - Ş.F) İranın müzəffər səltənət taxtında 

bərqərar olması; 

İkinci məqalə: O həzrətin ilahi dərgaha olan diqqəti və ulu 

əcdadlarından miras götürdüyü keyfiyyətlərinin zikri



Üçüncü  məqalə:  Allahın  ona  bəxş  etdiyi  fikir  və  elmin, 

habelə qəzavü qədərin istəyi ilə baş verən qarşılıqlı anlaşma (hosne-

tədbir); 

Dördüncü məqalə: Sahibqranlıq*** rütbəsinin ləyaqəti  və 

səadətli əyyamı zamanı sahibqranın (Şah Abbasın - Ş.F) təhlükələrə 

məruz qalmasının zikri; 



47 

 

Beşinci  məqalə:  [Şahin]  ədalətpərvərliyi  və  bəndələrin 

rifahı  haqqında;  şəhərin,  ölkənin,  vilayətin  (belad)  nizamına  səbəb 

olan yollar barədə



Altıncı  məqalə:  İlahinin  sonsuz  hikmətlərindən  olan  bəzi 

işlər (əmr), qəddarlıq və tündxasiyyətlilik (atəşməcazi) haqqında; 



Yeddinci  məqalə:  Padşahlıq  (cəhandari)  məsələlərində 

ortaya çıxan qayda-qanun haqqında; 



Səkkizinci  məqalə:  Qeyri  müəyyənlik  (bitəəyyoni), 

dərvişxislətlilik,  öz  borcunu  yerinə  yetirməmək  (bitəkəllofi)  və 

təzadlı xüsusiyyətləri haqqında; 

Doqquzuncu  məqalə:  Xidmətçilərin  hüquq  və  haqlarının 

zikri, mərdlik (fotovvəf)* və mürüvvət" aləmində həqi-qətgəzənlərin 

hüquqi  imtiyazlarının  yerinə  yetirilməsində  [şahın]  onların 

mülkiyyətlərindən uzaq olmasının zikri; 



Onuncu  məqalə:  Aləm  sultanları  haqqında  xoş  sözlər, 

Adəm  övladlarının  (bəni  -  Adəm)  dərəcələri,  yeddi  iqlimdəki 

məmləkətlərin və yolların (məsalik) xüsusiyyətləri haqqında; 

On  birinci  məqalə:  [Əlahəzrətin]  xeyirxah  işləri  və 

məmləkətlordə ali binalar inşa etməsinin zikri; 



On ikinci məqalə: Ali hümayun dövlətin hakimiyyəti vaxtı 

baş verən müharibə, qələbə və fəthlərinin bəyanı haqqında. 



 

İkinci səhifə 

 

Səadətli cülusun xoş amallı çağından başlayaraq bu kitabın 

yazılmasına  -  min  iyirmi  beşinci  (miladi  1616)  il  tarixinədək  baş 

verən əhvalatların zikridir. 



Xatimə:  Köhnə  kitablardan  oxuduğum  və  həyatım  boyu 

müşahidə etdiyim qəribə hekayətlər,  maraqlı rəvayətlər və dövranın 

nadir  hadisələri  haqqındadır.  İnşaallah,  əgər  ömür  vəfa  edərsə,  o 

[hissə]  üçüncü  cilddə  yazılacaqdır.  Yazdıqlarımız  barədə  bəsirət 

ərbablarından  xahişimiz  budur  ki,  yazılanlara,  -  pis,  ya  yaxşı  -, 

bəsirət gözü və insafla baxsınlar, xırdaçılığa aludə olmasınlar. Əgər 

o  dövr  (ruzigar)  hadisələrinin  çatışmazlığı  barədə  bəlağət  nəzərli 

şəxslər  (baleğnəzəran)  [hansısa]  ziddiyyətli  məqamlar  (tənaqoz) 

görərlərsə,  fikir  müxtəlifliyinə  dözərək,  eybaxtaran  nəzərlərini 

onlardan kənar etsinlər. 

 

 

 



48 

 

BİRİNCİ SƏHİFƏNİN BİRİNCİ MƏQALƏSİ  



ƏLAHƏZRƏT ZİLLƏLLAH ŞAHIN HÜMAYUN 

NƏSƏBNAMƏSİ, MEYDANA ÇIXMA (RESALƏT) VƏ 

İDARƏETMƏ (VƏLAYƏT) DUDMANININ QƏDRİ ALİ 

OLAN ƏCDADININ MƏQAMLARININ ZİKRİ 

 

Yüksək bəsirət sahiblərindən gizli deyildir ki, bu sülalənin şəcərəsi 

sonuncu  Peyğəmbər  (xatəmül-ənbiya)  və  Əliyyül-mürtəza  (İmam 

Əli  -  Ş.F.)  əleyhüssəlamlarla  bağlıdır.  [Həmin  şəcərə]  belədir: 

Əbülmüzəffər  Şah  Abbas  ibn  Sultan  Məhəmməd  padşah  ibn  Şah 

Təhmasib ibn Şah İsmayıl ibn Sultan Heydər ibn Sultan Cüneyd ibn 

Sultan  İbrahim  ibn  Şeyxşah  ibn  Sultan  Sədrəddin  Musa  ibn  Şeyx 

Səfiəddin  İshaq  ibn  Əminəddin  Cəbrayıl  ibn  Saleh  ibn  Qütbəddin 

ibn  Səlahəddin  Rəşid  ibn  Məhəmməd  əl-Hafiz  ibn  Əvəz  əl-Xəvas 

ibn  Firuzşah  ibn  Məhəmməd  ibn  Şərif  ibn  Məhəmməd  ibn  Həsən 

ibn Məhəmməd ibn  İbrahim ibn Cəfər ibn Məhəmməd ibn İsmayıl 

ibn Məhəmməd ibn Əhmədül Ərabi ibn Əbi Məhəmməd  əl-Qasim 

ibn  Əbül-Qasim  Həmzə  İbnül-İmamül  Hümmam  Əbi  İbrahim 

Musaül-Kazim  ibn  İmamün  -  natiq  Cəfərüs-Sadiq  ibnül-İmam 

Məhəmməd  əl-Bagir  ibnül-İmam  Əli  Zeynalabdin  ibnül-İmam  Əbi 

Abdullah  əl-Hüseyn  ibn  əmirəl-möminin  və  imamül-məttəqin 

əsədullahül-qalib  Əli  ibn  Əli  Talib  əleyhüssalam.  Üləmalar  və 

bəlağətli  tarixçilərin  hamısı  bu  fikirdədir  ki,  o  həzrət  (İmam  Əli  - 

Ş.F.)  və  həzrət  xatəmül-ənbiya  Xəlil  gülzarının  gülləri  və  İsmayıl 

bostanının fidanlarıdırlar ki, onlara salamlar olsun. Onların əzəmətli 

ata-babaları  və  Ədnandan  həzrət  əbülbəşər  (bəşərin  atası  -  Ş.F.) 

Adəm  əleyhüssalama  qədər  bir-biriləri  ilə  əlaqədar  olmamışlar. 

Tarixçilər  (ərbabe-əxbar)  peyğəmbərin  məşhur  sələflərinin  və  ulu 

əcdadlarının başlarına gələn hadisələr, həmçinin onların hər birindən 

zahir  olmuş  və  həzrət  xerül-bəşərin  (Məhəmməd  peyğəmbərin  - 

Ş.F.)  nurlu  zühuruna  qədər  baş  verən  qəribə  əlamətlər  (əlamat) 

barədə  yazmışlar,  həmçinin  onların  fəzilətləri  və  gözəl  xislətləri 

(mənaqeb)  haqqında  risalələr  tərtib  etmişlər.  Bu  həqir  zərrə 

[İsgəndər  bəy  Münşi]  imkan  olduqca  bu  fənn  (şəcərə  fənni  -  Ş.F.) 

üzrə məlumatlı ustadlara əsaslanaraq, onlar barədə aşağıdakı yığcam 

məlumatı verir: 

 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə