Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə12/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   8   9   10   11   12   13   14   15   ...   340

32 

 

Üləma əhli var idi o dövrdə - mahir,  



Oldu bir çox üləma sarbanı İsgəndər bəy. 

 

Meyli çox olsa da, məhdudidi imkanı fəqət,  



Meylə uyğun elədi imkanı İsgəndər bəy. 

 

Yazdı Hafiz ilə Sədi və Nizami babadan,  



Oxudu məsnəvini, divanı İsgəndər bəy. 

 

Sevdi çox fənni, bilib cəbri, nücum elmini də,  



Gözəl öyrəndi gözəl Quranı İsgəndər bəy. 

 

Söz bağından dəmət hazırladı bağban sayağı,  



Yığaraq dəstəhdi reyhanı İsgəndər bəy. 

 

Arabir yazdı coşub sevgi-məhəbbətdən də,  



Hurini yad elədi, qılmanı İsgəndər bəy. 

 

Etməmişdən hələ dünya evini tərk, əhsən,  



Oldu üqba evinin heyranı İsgəndər bəy. 

 

Şah Xətai - Səfəvilər bağının bağbanı!  



Oldu tarix bağının bağbanı İsgəndər bəy. 

 

Özü haqqında xəsisliklə yazıbdır, lakin  



Gözləyibdi ədəbi-ərkanı İsgəndər bəy. 

 

"Çox gəzən çox da bilər" söylədi əcdadlarımız,  



Neçə yol gəzmədimi Şirvanı İsgəndər bəy?! 

 

Vəsfini eylədi türk ellərini sevgiylə,  



Şəruru yazdı, Baki-Şabranı İsgəndər bəy. 

 

Qəndəhar torpağını seyr eylədi rəğbətlə,  



Gördü Gürcüstanı, Luristanı İsgəndər bəy. 

 

Gəzdi dərviş sayağı çox yerini Qafqazın,  



Süzdü tarixçi kimi çox yanı İsgəndər bəy. 

 



33 

 

Təhrizin təsvirini verdi, Bəmə söz yazdı,  



Xatirə saldı Reyi, Tehranı İsgəndər bəy. 

 

Yazdı Dərbənd qalasından, ehdi Gəncəni vəsf  



Muganı, Naxçıvanı, Arranı İsgəndər bəy. 

 

Şəkidən, Qəhqəhədən, Kiş qalasından yazdı,  



Qələmə aldı neçə üsyanı İsgəndər bəy 

 

Qanalardan danışarkən o Gülüstan yazdı,  



Sürxabı vəsf ehdi, Sindanı İsgəndər bəy. 

 

Yazdı cürətli qələmlə tatar həngaməsini  



Tuş edib tənqidə bir çox xanı İsgəndər bəy. 

 

Qələmə aldı Moğol dövlətinin tarixini,  



Səy ilə izlədi Hindistanı İsgəndər bəy. 

 

Necə osmanlı-qızılbaş savaşından yazdı,  



Yazdı onlarla qopan tüğyanı İsgəndər bəy 

 

Çox səfərlərdə ki, Şah Abbasa həmrah oldu,  



Tərif etdi o böyük sultanı İsgəndər bəy. 

 

Bilmirəm etdi ürəkdənmi Şah Abbasə dua?  



Olmağa hazır idi qurbanı Isgəndər bəy. 

 

Ordubad əhli olan var idi hir Hatəm bəy,  



Etdi təqdir o böyük insanı İsgəndər bəy 

 

Sufi tək girdi təsəvvüf deyilən ümmanə,  



Bildi arif oluban irfanı İsgəndər bəy. 

 

Təqdim etdi neçə xəlqi oxucu kütləsinə — 



Ərəbi, həm giləki, əfqanı İsgəndər bəy. 

 

Ölməyibdir, kitabı etdi onu var Şahin,  



Demirəm qeyrisi tək mən "Hanı İsgəndər bəy? " 

* * * 



34 

 

 



Tərcümə  prosesində  tərəfimizdən  anlaşılmaz  olduğu  üçün 

bəzi  şeir  nümunələrini  (cəmi  5-10  beyt)  ixtisar  etdik.  Əsərdə  bir 

neçə  cümlədən  ibarət  cüzi  ixtisarada  yol  verilmiş,  tərcümə 

olunmayan yerə nöqtələr qoyulmuşdur.  Tərcüməmizin səhifələrinin 

haşiyələrindəki  rəqəmlərə  gəldikdə  isə  onlar  əsərin  2003-cü  il 

Tehran nəşrinin  və  İrəc Əfşar tərəfindən istifadə olunmuş  "Tarixe-

aləmaraye-Abbasi"nin  Tehran  əlyazma  nüsxəsinin  səhifələrini 

göstərir.  Məsələn,  1(2)  rəqəmlərindəki"  1"-  Tehran  nəşrinin,  ("2") 

isə  əsərin  Tehran  əlyazma  nüsxəsinin  səhifələridir.  Tarixe-

aləmaraye-Abbasi"  kitabının  hazırlanmasında  göstərilən  diqqət  və 

qayğıya  görə  AMBA  A.Bakıxanov  adına  Tarix  İnstitutunun 

direktoru, AMEA-nın müxbir üzvü, t.e.d., prof. Yaqub Mahmudova, 

elmi işlər üzrə direktor  müavinləri t.ü.f.d. Cəbi Bəhramova, t.ü.f.d. 

Tofiq Nəcəfliyə, elmi katib l.ü.f.d. Gövhər Məmmədovaya, rəyçilər 

akademik  Vasim  Məmmədəliyevə,  t.e.d.,  prof.  Vaqif  Piriyev 

Buduqluya  və f.ü.f.d., dos.  Tofiq Cahangirova, həmçinin kitabdakı 

Qurandan  gətirilən  ərəbcə  surə  və  ayələrin,  o  cümlədən  ifadələrin 

tərcüməsində  köməklik  göstərən  Bakı  Dövlət  Universiteti 

Şərqşünaslıq  fakültəsi  Ərəb  dili  kafedrasının  baş  müəllimi  Valeh 

Tağıyevə minnətdarlığımı bildirirəm. 

Müəllif kitabın hazırlanmasında zəhməti olan AMEA Tarix 

İnstitutu  İnformasiya  Mərkəzinin 

müdiri,  t.ü.f.d.  Elmar 

Məhərrəmova,  işçiləri  Nuranə  Əhədovaya,  Nailə  Məmmədovaya, 

Səbinə  Məmmədovaya,  Ramilə  Şıxəliyevaya,  İradə  Əliyevaya, 

"Şərq-Qərb"  Nəşriyyat  evinin  əməkdaşları  Rasim  Müzəffərliyə, 

Hacı  Quliyevə,  Rövşən  Ağayevə,  Allahverdi  Kərimova,  Sevinc 

Yusifovaya  və  Gültəkin  Yusifovaya  təşəkkür  etməyi  özünə  borc 

bilir. 

 

Şahin Fazil 



 

 



35 

 

 



 

 

 

 

İSGƏNDƏR BƏY MÜNŞİ TÜRKMAN 

 

 

 

DÜNYANI BƏZƏYƏN  

ABBASIN TARİXİ 

 

 

 

(Tarixe-aləmaraye-A bbasi) 

 

 


36 

 

Bismillahir-rəhmanir-rəhim!* 

 

Ağıl  (oqul)  və  xəyal  (ovham)  dairəsindən  kənar  olan 



əzəmətli  İlahinin  gözəl  xüsusiyyətləri  barədə  yazmaq  bəşər 

səviyyəsindən  (məhamed)  və  insan  zəkasından  (modrek)  uzaq 

olduğu  üçün  vahidlik  (əhədiyyət)  sarayının  (bargah)  mədhi  (səna) 

təsəvvürə  sığmazdır  və  Onun  mərhəməti  haqqında  yazmaq  isə 

barmağın  (bənan)  və  qələmin  qüdrəti  ilə  mümkün  olan  iş  deyildir. 

Elə  bir  gözlənilməz  (qəflətəfza)  arzunu  həyata  keçirməkdən  ötrü 

özlərinin məqsəd yoluna cəsarət addımını atan adamlar fəqət heyrət 

çölünün  sərgərdan  adamlarındandırlar  ki,  elə  ilk  təmənna  və 

minnətdarlıq addımında palçığa batıb qalmışlar. Onlar huşyarlıq  və 

zəka cahanından uzaq düşərək, nadanlıq məhəlləsinin (kuy) başında 

əyləşən  şəxslərdirlər.  Onlar  [Allah-təalanın]  əbədilik  (səmədiyyət) 

nəşəsini  qavramaq  gümanı  ilə  bilik  məclisində  fərziyyə  qilü-qalı 

içərisində  qalmışlar  və  yəqinlik  şamı  yandıraraq,  bu  beytin 

məzmununda deyildiyi kimi: 

 

Beyt 

 

Ağlın gücü çatmaz Səni isbat eləyim, 

Mahiyyətini məgər bilən vardırmı?

54

 



 

çox  çətin  xəyala  düşüb  dayanmışlar.  Mən  də  naqis  ağlımı  və 

biliksizliyimi  nəyəsə  yararlı  hesab  edərək  istədim  ki,  öz  fikir 

(əndişe)  qədəmimi  axtanşdan  (təkapu)  uzaqlaşdırım  və  onu  sükut 

(xamuşi)  ətəyinə  bürüyüm,  bilik  bazarmda  yeri  və  əlində  mayası 

olmayan  hövsələsiz  adamlar  kimi  sakitcə  əyləşim,  ürəyimə  ədəb 

möhürü  vurum,  acizlik  və  çarəsizlik  əlimi  üzrxahlıq  ətəyindən 

asaraq, öz tərif dilimi bu beytlərin məzmununa uyğunlaşdırım: 

 

Beytlər: 

 

Əzminlə kamal bəxş edibsən bizə Sən,  

                                                           

54

 Beytin farscası: 



Konhe-xerədəm dor xore esbate - to nist, 

Danəndeyi-zate-to becoz zate-to nist.  

(Qeyd: Kitabdakı bütün ş'erlərin tərcüməsi bu sətirlər müəl-lifinindir - Ş.F.) 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə