Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə10/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   6   7   8   9   10   11   12   13   ...   340

26 

 

müraciət  etmişdir.  Tarix  elmləri  namizədi  Ş.K.Məmmədova  



üzərində  işlədiyi  "Xülasətət-təvarix"  əsərinin müəllifi Qazi Əhməd 

Quminin  məlumatları  əsasında  İsgəndər  bəy  Münşinin  həyatı  və 

fəaliyyəli haqqında maraqlı qeydləri nəzərə çatdırmışdır.   Belə  ki,  

"Xülasətət-təvarix"  Azərbaycan    tarixinin  mənbəyi  kimi"  kitabında 

oxuyuruq:  "Qazi  Əhmədin  yazdığından  aydın  olur  ki,  məşhur 

Azərbaycan  tarixçisi,  "Tarixe-aləmaraye-Abbasi"  əsərinin  müəllifi 

İsgəndər  bəy  Münşi  hələ  kiçik  yaşlarında  onun  şagirdi  olmuşdur. 

Qazi  Əhməd  Qumi  "Gülüstani-hünər"də  İsgəndər  bəy  Münşi 

haqqında  ətraflı  məlumat  verir:  "İsgəndər  bəy  Münşi  mənim 

övladım  kimidir.  Onun  xoşagələn  xasiyyəti  və  gözəl  keyfiyyətləri 

vardır.  Əvvəllər  şahın  dəftərxanasına  getmişdi  və  şəriət 

dəftərxanasında yazıçılığa başladı, təliq xəttini gözəl yazırdı. Elə ki, 

həmin dəftərxananın işi mənə həvalə olundu, mən sənədləri və işləri 

ona tapşırdım. Bir müddət səfərlərdə bir yerdə olurduq. Onda böyük 

istedad  müşahidə  etdiyimə  görə  bəzi  hökmlərin  və  müxtəlif 

hadisələrin  yazılmasını    ona    tapşırdım.    Mənimlə    olan    dostluğu 

sayəsində inşa işlərində, şahların hökmləri haqqında, kitab yazmaq 

sahəsində  get-gedə  püxtələşdi  və  bu  işə  alışdı.  Bir-iki  ildən  sonra 

Divanın  vəzarətindən  azad  olaraq  Darül-İnşaya  getdi.  Onun  kimi 

sayaq  (siyaq  -  Ş.F.)  elmində  mahir  şəxs,  xoşnevis  və  münşi  az 

tapılır.  Sənədlərin  tərtibi  və  tarixi  kitabların  yazılması  indi  ona 

tapşırılıb.  [İsgəndər  bəy  Münşi]  sürətlə  və  zərif  kitablar  yazmaqda 

dünyada yeganədir".

43

 



Yuxarıda  işarə  olunduğu  kimi,  həm  İsgəndər  bəyin  özü, 

həm də onun qardaşı oğlu Məhəmməd Saleh şer yazmaq məharətinə 

malik  şəxslər  olmuşlar.  Ç.A.Stori  yazır:  "İsgəndər  bəy  Münşinin 

qardaşı  oğlu  Məhəmməd  Salehin  yazdığı  üç  maddeye-tarix 

(xronoqramma)  "Tarixe-aləmaraye  Abbasi"də  xatırlanır  (İrəc  Əfşar 

nəşri,  II  hissə,  səh.  837,  968,  1013)".

44

  Ç.Stori  Məhəmməd  Saleh 



tərəfindən  yazılan  "İnşa"  adlı  əsərin  Tehran  Universitetində 

mikrofilm şəklində saxlandığını da bildirir.

45

 Həqiqətən də, İsgəndər 



bəy  bu  qardaşı  oğlunu  qiymətləndirmiş  və  onu  "Əziz  fərzənd" 

("Fərzənde-ərcomənd"),  əsərinin  iki  yerində  isə  "bu  vərəqlər 

                                                           

43

  Şükufə  Məmmədova.  "Xülasətət-təvarix"  Azərbaycan  tarixinin  mənbəyi  kimi, 



Bakı, 1991, səh. 11-12. 

44

 Ç.A.Stori. Göst. əsər, III hissə, səh. 1471. 



45

 Ç.A.Stori. Göst. əsər, III hissə, səh. 1471. 




27 

 

müəllifinin  qardaşı  oğlu  fərzənd  Məhəmməd  Saleh"  kimi  qələmə 



vermişdir. 

İsgəndər bəy Münşinin şairliyinə gəldikdə isə, deyə bilərik 

ki,  o,  əsərində  təsvirini  verdiyi  Dəmdəm  qalasının  möhkəm 

bürclərindən birinin "Hatəm bəy Ordubadi tarəfindən alınmasını və 

həmin  tutulan  bürcün  bu  qalanın  fəthi  demək  olduğunu  bildirərək 

özünün bir rübaisini oxucunun nəzərinə çatdırır.

46

 

"Tarixe-aləmaraye-Abbasi"nin  bir  neçə  yerində  Nizami 



Gəncəvi  bir  neçə  dəfə  xatırlanmış,  onun  şerlərindən  misallar 

gətirilmişdir.  Kilabda  həmçinin  oxuyuruq:  "Şah  [bundan  sonra] 

çıxıb Ordubada yollandı. O vilayətin havası əlahəzrətin külək sürətli 

atının qopardığı tozanaqdan ətirləndi. Məşhur söz ustadı (soxənvəre-

nami) Şeyx Nizami həmin məmləkətin vəsfində demişdir: 

 

"Turac, kəklik salıb elə qaraltı,  



Quşlarla doluydu ağaclar altı.

47

 



 

İsgəndər  bəy  Münşi  Ordubadda  olarkən  fars  poeziyasının 

görkəmli  nümayəndələrindən  biri  olan  Hafiz  Şirazini  (1325-1390) 

xatırlayaraq yazır: 

"Ordubad  olduqca  ürəkaçan  və  ürəyəyatan  bir  qəsəbədir. 

Onun  şimal  tərəfindən  Araz  çayı  axır  ki,  Şirazın  söz  sahibi  Xacə 

Hafiz o yerin gözəl sahillərinin mədhində buyurmuşdur: 

 

Ey səba, keçsən Araz sahillərindən sən əgər,  



Torpağından busə al ki, qoy ətirlənsin nəfəs".

48

 



(Tərcümə Şahin Fazilindir). 

 

Yaxud  başqa  bir  misal:  "Tarixe-aləmaraye-Abbasi"nin 



müəllifi  öz  kitabında  Xacə  Nəsirəddin  Tusi  və  Hatəm  bəy 

Ordubadidən,  habelə  bir  daha  Ordubaddan  söz  açaraq,  bu 

"cənnətməkan yer"  haqqında şair  Əli Nəqi Kəmrəinin  şeirindən bir 

beyt gətirməklə belə yazır: 

                                                           

46

 Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), II kitab, səh. 808. 



47

 Yenə orada, səh. 878. 

48

 Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), II kitab, səh. 722; Bax: "Şərq" tərcümə 



toplusu, № l, Bakı, 2004, səh. 26. 


28 

 

"Ordubad  Qapan  (Qafan  -  Ş.F.)  dağının  ətəyində 



yerləşmişdir  və  suyunun  təmizliyi,  bağ-bağatının  meyvəsi, 

çeşmələrinin gözəlliyi ilə bütün aləmdə məşhurdur. Dünyada elə bir 

yer  və  ölkə  yoxdur  ki,  bu  lətafətdə  və  şirinlikdə  su  çeşmələrinə 

malik  ola  bilsin.  Oranın  camaatı  möhkəm  təşəyyəxislətdirlər  (qatı 

şiədirlər  -  Ş.F.),  kəramətli  səfəviyyə  xanədanına  sadiq  olmaları  ilə 

məşhurdurlar. Belə ki, məhz buna görə də rumiyyənin (osmanlıların 

-  Ş.F)  ağalığı  vaxtı  bir  neçə  dəfə  qətliam  olunmuşdur.  O  zaman 

həmin cənnətməkan yer dağıldı, əhalisinə, xüsusilə ustadül-bəşər və 

nəsirül-millət  və  din  (bəşər  ustadı  və  millət  və  dinin  himayəçisi  - 

Ş.F)  olan  Xacə  Tusinin  ali  nəsriyyə-tusiyyə  təbəqəsinə  böyük 

sədəmə  dəydi.  Həmin  pərişanlığın  iqbal  qüvvəsi  ilə  aradan 

qaldırıldığı  bu  vaxtlarda  Ordubad  şahanə  inayətə  layiq  görüldü, 

bütün  divan  vergilərindən  azad  olundu,  Azərbaycan  vilayətində 

oraya  bənzər  başqa  bir  yerə  bu  imtiyazlar  verilmədi.  Cəm  (Cəmşid 

padşah - Ş.F) iqtidarlı etimadüddövlə (dövlətin etimadlı adamı, yəni 

baş  vəzir  -  Ş.F)  Hatəm  bəy  də  o  ali  silsiləyə  mənsubdur.  Bu 

sətirlərin  müəllifi  uzun  müddət  həmin  fələk  ehtişamlı  alicənab 

şəxsin  məclislərində  iştirak  etdiyindən  və  onunla  həmsöhbət 

olduğundan,  o  ali  sülalə  üzvlərindən  bir  neçəsi  barədə  məlumat 

verməyi məqsədə müvafiq sayır. 

Xülasə,  o  uca  təbəqə  öz  ulu  babalarının  fəzilət  və  əqli 

üstünlüklərindən bəhrələnmişdir. Həmin iqbal sahibləri barədə Şeyx 

Əli  Nəqi  Kəmrəi  nəzm  yazmış,  gözəl  beytlər  və  ürəkaçan  mənalı 

sözlər söyləmişdir: 

 

"Ordubad torpağının hətta tikanlıqları da 



Daima fəzlü hünər meyvəsinə sahibdir" 

(Tərcümə Şahin Fazilindir). 

 

Onların  (Hatəm  bəy  Ordubadi  nəslinin  -  Ş.F)  əksəriyyəti 

göfünüşcə  gözəgəlimli,  pəhrizkar,  daxili  qabiliyyətə  və  istedada 

malik, nəfsi tox, gözəl əxlaqlı olduqlarından o diyarın bütün camaatı 

tərəfindən  həmişə  sevilmişlər.  O  da  (Hatəm  bəy  Ordubadi  -  Ş.F) 

yüksək  rütbəli  dövlət  xadimi  olub,  təmiz  əxlaqlı,  nəfsi  tox,  xalqın 

yaxşılığını  istəyən  adam  idi  və  qabiliyyəti,  işgüzarlığı  ilə  məşhur 

olduğundan ali divanın  vəziri rütbəsi ilə şərəflənərək, iyirmi ilədək 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə