Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə13/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   9   10   11   12   13   14   15   16   ...   340

37 

 

Aləm özü nəmdir o əta bəhrindən.  



Bizlər nəçiyik qüdrətini vəsf eləyək?  

İndi Sənə layiq nə deyim, ya Rəbb, mən?

55

 

 



Şah   sarayını   (bargah)   bəzəyən   seçkin   (estefa)   və 

qənaətbəxş  istiqamətin  (erteza)  mürşidləri  olan  müqəddəs 

peyğəmbərin   (nəbəvi)   peyğəmbəranə   cah-cəlalı,   [həzrət Əlinin] 

tərifəlayiq (mənaqeb və eftexar) fəaliyyəti, həmçinin pak imamların 

tərifi   Allahın sifətlərini əks etdirir. Elə buna görə də,  mən özümü 

savad  kəsb  etməməkdə  bəhrəsiz  görməmək,  heyrət  və  nadanlıq 

səhrasında  sərgərdan  etməməkdən  ötrü  çətinlikdən  çəkinməməyin 

gərəkli, məqsədə uyğun və biədəblilikdən xali olduğunu düşündüm. 

Bu  [kitabdakı]  məqalələri  (məqalat)  yazmaqdan  məqsəd  budur  ki, 

mən,  yəni  [Allah]  qullarının  kiçiyi  olan  və  Münşi  kimi  tanınan 

İsgəndər*  cavanlıq  nəşəsinə  daldığım  vaxtlarda  ağlı  gödək 

dünyapərəst adamların təhriki ilə, öz xislətimə  Liyğun gələn dəbdə 

olan  elmləri  (olume-motədavele)  öyrənməkdən  əl  çəkib  siyaq 

elminə** (dəqiq mühasibat elmi - Ş.F.) həvəs göstərdim, bir müddət 

bu  natamam  peşə  (şöğle-natəmam)  ilə  məşğul  oldum,  naqis 

etiqadımla  özümü  kamal  rütbəsinə  çatdırdım.  [Bir  müddət]  dəyərli 

vaxtımı dövlət adamlarına [xidmətdə] sərf etdikdən sonra uzaqgörən 

ağlım  məni  qəflət  yuxusunun  xumarlığından  (sokr)  oyatdı  və  öz-

özümə  dedim:    "Qurşandığın  bu  kiçik  (xəsis)  iş  səni  fəzilət  və 

kamaldan yüz mərtəbə uzağa atdı. Sən ki, mənalar dalğaları ilə dolu 

olan dənizdə üzgüçülük  etmisən, heç rəvadırmı ki,  mərəkə axtaran 

şəxslərin yoluyla gedib surətpərəstliyə aldanasan?" Ətraflı düşünüb 

bildim  ki,  vaxtım  boş-boşuna  keçmiş,  mənim  vücudum 

peşimançılıqla dolmuşdur. [Amma], qabiliyyət və istedada malik və 

inşa  elminə  (məktub  və  başqa  sənədlərin  fəsahət  və  bəlağətlə 

yazılması  -  Ş.F.)  bələd  olmuş  bəzi  izzətli  adamların  feyzli 

söhbətlərindən  işıqlandım,  həmin  adamlarla  həmsöhbət  olduğum 

vaxtlarda onların nəzm və nəsrdə zərnigar qələmlə bəyan səhifəsinə 

yazdıqları  faydalı  və  şirin  sözləri  dinlədikdə,  mənim  yoxsul 

                                                           

55

 Beytlərin farscası: 



Anca ke kəmal kebriyaye-to bovod, 

Aləm nəmi əz bəhre-ətaye-to bovəd. 

Ma-ra çe hədd həmd o sənaye-to bovəd? 

Həm həmd-o sənaye to səzaye-to bovəd. 

 



38 

 

(doryuze)  ilhamım  həmin  şəxslərin  tərifəlayiq  fikirlərinə 



rəğbətləndi: 

 

Misra 



 

Ürəyimdə o həvəs canlandı

56

 

 



Ətəyimi  əvvəlki  işimdən  üzərək,  ürək  tarlasına  [yeni] 

həvəsin toxumunu səpdim, şövq əli ilə o əziz adamların ətəklərindən 

yapışdım.  Beləliklə  də,  mən  hümayun  ləqəbləri  "bəşər  övladının 

(xeyrül-bəşər) ən xeyirlisi olan həzrət Məhəmmədin - ona və nəslinə 

salam  olsun

57

  -  astanasının  torpağı",  "on  iki  umamın  haqlı 



məzhəbinin  rəvac  verəni  (mərəvvəc)  möminlər  əmiri  həzrət 

Heydərin  -  ona  və  onun  pak  övladlarına  Allahın  salamı  olsun  - 

sədaqətli qulamı"

58

 kimi dürr səpən (dornesar) sözlərdən ibarət olan 



və bununla da hər iki dünyanın bəzəyi olan, pak əhli-beytə xidmət 

edən  və bunu özü üçün iftixar sayan, özünü mələklər  yuvası Nəcəf 

bölgəsindəki (şəhərindəki - Ş.F.) [İmam Əli] astanasının iti bilən, iki 

nisbətdən - [yəni] əzəmət və fayda (movhəbət) [baxımından]  dünya 

başçıları  (sərvərane-aləm)  və  başqa  sabiq  padşahlarla  müqayisədə 

[böyük] sərvərlik rütbəsinə malik olan, mübaliğəsiz deyə bilərik ki, 

Allahın  kölgəsi  olmaq  nuru  (zilbllahi)  hümayun  alnında  (nasiye) 

parlayan  və ədalət  günəşi hamının üstündə işıq saçan uca  məqamlı 

padşah,  səfəvilərin  ən  çox  fərqlənəni  (səfvətnehad),  musəvi  və 

hüseyni nəsilli, Heydər nəsəbli*, ölkələr tutan xaqanın (Şah Abbasın 

- Ş.F.) sarayında xidmətə  götürüldüm. Bu varaqlarının yazılmasının 

əsas  məqsədi  o  sultanlar  sultanının  mübarək  əhvalatlarının  əks 

etdirilməsidir. 

Şer 

 

Dinli bir şahdır ədalətəsas,  

Xəbfe-sedqe-Mortəza-Abbas.**  

                                                           

56

 Misranın farscası: 



An həvəs dər deləm pədid aməd 

57

 İfadənin ərəbcəsi: "xeyru-l-bəşəri salla-1-lahu aleyhi və alihi". 



58

  İfadənin  ərəbcəsi:  "Həzrətu  əmiru-1-momininə  Heydər  səlamu-1-lahi  əleyhi  və 

ovladihi-əl-əthəri  murucu  məzhəbi  həqqi  əimməti  isna  əşər  əleyhim  salavatu-1-lahi 

əl-məliku-1-əkbəru həzrətu əmir-ul-mömininə Heydər səlamu-1-lahi əleyhi və ovladi-

l-əthəri". 



39 

 

Sayəsində nə kədər, ah olsun,  



Aləmə bir əbədi şah olsun

59

 



 

Beləliklə, mən xilafət nişanlı sarayın münşilər silkinə qəbul 

olundum.  Bu  böyük  vəzifədə  (moşgəleyi-əzim)  gecə-gündüz 

çalışdım və bu ləyaqətli işə bağlandım. Cidd-cəhd (himmət) istəyən, 

fəhm  və  istedad  (fetrət)  tələb  edən  bu  işi  öyrənmək  hələ  mənə 

müyəssər  olmurdu,  amma  xəcil  kamal  və  böyük  çalışqanlıqla  onu 

öyrənmyə giriftar oldum. 

Lakin,  bu  böyük  vəzifədə  (məşğoleye-əzim)  hər  gecə-

gündüz  davam  edən  məşğuliyyətim  mənim  istəyimə  (hemmət), 

dərrakəmə  (fəhm)  və  istedadımın  ləyaqətlə  davam  etməsinə  mane 

oldu. İşin gedişində fürsət tapan kimi seyr və xəbərlə dolu kitabların 

mütaliəsi ilə məşğul olub, həmin şərafətli peşədən bəhrələnməyimi 

arzuladım: 

 

Beyt: 



 

Hər zərrəsində hava olan bir ürəyim var,  

Dilənçi paltarı tək ürəyimdə yamaqlar.

60 


 

Sözün  qısası,  bütün  xidmətim  (molazimət)  müddətində 

Cəm  məqamlı  o  padşahın  (Şah  Abbasın  -  Ş.F.)  sələfləri  haqqında 

yazılan  kitablardan  və  onun  özünün  bəyənilən  hərəkətlərindən  öz 

gözlərimlə  müşahidə  etdiklərimi  ağıl  tərəzisinin  gözünə  qoydum, 

fəzilətli  alimlər  və  bəlağətli  tarixçilər  tərəfindən  bizim  əvvəlki 

sultanlarımızın yaxşı xüsusiyyətlərindən və vaqiələrindən bəhs edən 

və  maraqlı ibarə  və istiarələrlə* zəngin olan neçə-neçə kitabı cidd-

cəhdlə  oxudum,  öyrəndim  ki,  yüksək  qədir-qiymətli  cahangirlərin 

heç biri ona (Şah Abbasa - Ş.F.) bərabər olmamışlar. Düşündüm ki, 

                                                           

59

 Beytin farscası: 



Şahi bi din-o dade-ədlosas,  

Xələfe-sedqe-Mortəza-Əbbas  

Ke əz-u ruzgar xorrəm bad,  

Ta əbəd padşahe-aləm bad.  

60

 Beytin farscası: 



Darəm deli ke darəd hər zərreəş həvayi,  

Çon xerqeyi-gədayan hər pareyi ze cayi 

 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə