Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə11/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   7   8   9   10   11   12   13   14   ...   340

29 

 

divan  vəziri kimi cahan işlərinin həlli və əqdi (həyata keçirilməsi  -



Ş.F) ilə məşğul olmuş, onları tənzimləmişdi".

49

 



İsgəndər  bəy  Münşinin  dilində  çoxlu  türk  sözləri  və 

ifadələri də  vardır. Məşhur dövlət xadimi,  vilayət hakimi  və qoşun 

başçısı  olan  azərbaycanlı  Fərhad  xanın  Şah  Abbasın  əmri  ilə  qətl 

olunması hadisəsi ilə bağlı oxuyuruq: "Açıq-aşkar görünən sübutlar 

hümayun  şahın  xan  barəsindəki  fikrini  qətiləşdirdi,  onun  şüurunun 

işığı  bu  məqsədə  yönəldi  və  xan  şaha  olan  etibarı  ələn  verdi. 

Nəticədə  qəzavü-qədər  icraçıları  onun  qətlinə  hazır  oldular. 

Allahverdi  xana,  bəzi  əmirlərə  və  qulamlara  bu  işin  yerinə 

yetirilməsi  tapşırıldı,  onlar  da  onun  evinə  gedərək  işini  bitirdilər. 

Allahverdi xan əlini uzadıb onun xəncərini belindən çıxararkən, xan 

artıq məsələnin nə yerdə olduğunu anladı. Fərhad xan türk ibarəsi ilə 

təkcə  belə  deyə  bildi:  "Beləmi  oldu?  ",  yəni  "Mənim  işim  beləmi 

oldu?" (farscası "Karema çenin şod? ").

50

 



Yuxarıda  bildirildiyi  kimi,  "Tarixe-aləmaraye-Abbasi" 

əsərinin  dili  mürəkkəb  və  rəngarəngdir,  həmçinin  "Qurani 

Kərim"dən  gətirilən  ayələr,

51

  müxtəlif  hadisələrdən  misallar  və 



zərbülməsəllərlə zəngindir. 

Əsərin  I  cildində  bir  dibaçə  (ön  söz),

52

  94  başlıq,  110 



yarımbaşlıq,  607  misra  şer  parçası,  II  cildində  153  başlıq,  207 

yarımbaşlıq,  546  misra  şer  parçası,  III  cildində  isə  bir  dibaçə,  88 

başlıq,  20  yarımbaşlıq  və  280  misra  şer  parçası  vardır.  Beləliklə, 

İsgəndər  bəyin  əsərində  üç  dibaçə,  335  başlıq,  337  yarımbaşlıq, 

1423  misra  müxtəlif  şerlərdən  nümunələr,  habelə  bir  xatimə  (son 

söz) nəzərə çarpır. 

Biz  İsgəndər  bəy  Münşinin  əsərinin  adı  haqqında  da  bir 

neçə  kəlmə  deməyi  münasib  bilirik.  Fars  dilindəki  izafət  tərkibli 

sözlərin  sıralanmasına  görə  bu  kitab  "Abbasın  dünyanı  bəzəyən 

tarixi"  adlanmalıdır,  lakin  İsgəndər  bəy  öz  salnaməsini  "Tarixe-

                                                           

49

 Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), II kitab, səh. 722; Bax: "Şərq" tərcümə 



toplusu, Mbl, Bakı, 2004, səh. 26-27. 

50

 Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), II kitab, səh. 575. 



51

  Əsəri  tərcümə  etdikcə  orada  müəllif  tərəfindən  Qurandan  gətirilən  onlarla  surə  və 

ayələrin  adlarının  göstərilməməsi  /  "Zəlzələ"  surəsindən  başqa/  işimi  bir  qədər 

çətinləşdirdiyindən  mənim  xahişimlə  onların  ərəb  dilindən  tərcüməsi  ərəbşünas 

dostum  Valeh  Tağı  vasitəsilə  həyata  keçirildi  ki,  ona  bir  daha  minnətdarlığımı 

bildirirəm. 

52

 Əsərin hər üç cildinin əvvəllində "dibaçə" sözü yazılmayan dibaçələr mövcuddur.  




30 

 

aləmaraye-Abbasi"dən  başqa  "Tarixe-aləmara",  yəni  "Dünyanı 



bəzəyən  tarix"  (1095-ci  səhifədə)  və  "Aləmara"  ("Dünyanı 

bəzəyən")  da  (46,  92,  541,  765,  939,  995,    1052,    1094-cü 

səhifələrdə)  adlandırmışdır.  Beləliklə,  bir  neçə  tarixçi  tərəfindən 

"Abbasın  dünyanı  bəzəyən  tarixi"  kimi  tərcümə  edilən  (məsələn, 

İ.P.Petruşevski,  O.Ə.Əfəndiyev  və  N.S.Musalı)  və  kitabın  müəllin 

tərəfindən "Dünyanı bəzəyən" kimi adlanmasına görə onu "Dünyanı 

bəzəyən  Abbasın  tarixi"  şəklində  də  tərcümə  etmək  olar 

zənnindəyəm,  çünki  İsgəndər  bəy  Münşinin  bu  tarix  kitabı  aləmi 

bəzəyən Abbasın tarixidir. 

İsgəndər  bəy  1560-cı  ildə  doğulub.  İndi  isə  2010-cu  ildir. 

İsgəndər bəyin təvəllüdündən 450 il keçir. Bəli, möhtəşəm bir tarix 

əsəri  yazan  bu  bəy  hələ  də  yaşayır.  Uzunömürlüdür  İsgəndər  bəy. 

1560-cı  ildən  başlayan  yaş  hələ  də  davam  edir.  Dünya  durduqca 

davam  edəcək  bu  yaş.  Əlbəttə,  həyalda  iz  qoyan  şəxslər  çox 

olmuşdur. İsgəndər bəyin pozulmaz izi var - kitab izi. 

Yeri  gəlmişkən,  İsgəndər  bəy  Münşi  özü  öz  qüvvəsinə 

bələd  tarixçi    kimi,    hələ    tamamlamadığı,    yazmaqda    olduğu  

kitabının qiymətini yaxşı bilirdi və belə yazırdı: "Əgər o ali nəsəbli 

vəlinemət  [Şah  Abbas]  öz  diqqət  işığını  bu  şərif  nüsxənin 

tamamlanmasına saçardısa,   mənim  bəhanə   gəzən  təbim  zaman  

fərmanverəninin  fərmanı  önündə  başını  aşağı  əyər,  asiman 

qüdrətinin  yardımı  və  mənalar    bazarında    dükan    bəzəyənlərin   

köməyi  sayəsində  söz  məclisini  daha  da  hərarətləndirər  və  bu 

rəmzləri şərif ibarələr və lətif istiarələrlə (metafora, məcazi mənada 

işlənən söz, ya ifadə - Y.M.) yazı İpinə düzər, onu münasib, qiymətli 

şeirlərlə bəzəyər, təbiət üzgücüsü (qəvvas), təbiətin qüvvəsi (fetrət) 

və himayəsi (paymərdi) ilə bilik dənizindən sahilə qiymətli (səmin) 

ləllər  və  zəngin  mənalar  çıxarardı,  beləliklə,  bu  uca  məqamlı 

padşahın yaratdıqları dövranın sultanları üçün dəsturüləməl olduğu 

kimi,  bu  müflis  (ur)  şəxsin  (İsgəndər  bəy  Münşinin)  yazdığı  kitab 

fəzilət şüarlı, istedadlı adamlardan ötrü zərbülməsələ çevrilərdi: 

 

Beyt[lər] 



 

Əgər indi mənə bəxtim olsa yar, 

Ədəb mücrüsündən qıfılı açar.  

Cavan şahzadəyə bəsləyib inam,  

Alimlik mülkündə təxt ucaldaram.  



31 

 

Məna güllərindən yığıb rəngbərəng,  



Hikmət dükanına verərəm bəzək.  

Çoxlu dürr çıxarıb elm bəhrindən  

Caham dürr ilə dolduraram mən ".

53

 



 

Qələmim  "Tarixe-aləmaraye-Abbasi"  üzərində  tərcümə 

işimi  bitirdikdən  sonra  İsgəndər  bəyə  bir  qəsidə  də  yazdı.  Qədim 

şairlərin  yazdıqları  qədim  şerlər  üslubunda  bir  qəsidə.  Məncə,  bu 

kiçik  qəsidə  böyük  tarixçimizin  həyatı  haqqında  yazılan  ilk  şerdir. 

Ola  bilsin  ki,  gələcəkdə  onun  kitabını  tərcümə  edən  və  canında 

şairlik cövhəri olan mütərcimlərdən kimsə ona şer yazacaq. Bu isə o 

böyük tarixçiyə həsr olunan ilk şerdir. 

Yaşa, İsgəndər bəy Münşi. Yaşayacaqsan! 

 

Qəsidə 



 

Hədərə verməyərək bir anı İsgəndər bəy  

Etdi təsvir Azərbaycanı İsgəndər bəy. 

 

Çox kitab yazmış olan çoxlu yazar var, amma  



Bir kitab ilə tapıb ad-sanı İsgəndər bəy. 

 

İranın tarixinə nəsr ilə "Şahnamə " yazıb  



Bir də tərif elədi İranı İsgəndər bəy. 

 

Əllərində qələmi tutması məlum məsələ,  



Həm də tutmuşdu qılınc-qalxam İsgəndər bəy. 

 

Var idi bir neçə tarixçi Həsən Rumlu kimi,  



Oldu tarixçilərin aslanı İsgəndər bəy. 

 

Qazi Əhməd var idi, vardı Budaq Qəzvini,  



Yaxşı ki, qoymadı boş meydanı İsgəndər bəy. 

 

Topladı tarixi məktublarını şahlərin,  



Münşi təkyazdı neçə fərmanı İsgəndər bəy. 

 

                                                           



53

 Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), I kitab, səh. 4, 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə