Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə19/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   15   16   17   18   19   20   21   22   ...   340

54 

 

Ənam süfrəsini ziyafət və səxavət evində bağlayıb, üqba (axirət evi - 



Ş.F) mehmanxanasına getdikdə, onun bənzərsiz oğlu Məhəmməd əl-

Hafiz atasının  yerində qaimməqam oldu. Qəribə hadisələrdəndir ki, 

o,  yeddi  yaşında  ikən  atasının  evindən  çıxmışdı  və  ondan  heç  bir 

xəbər-ətər yoxdu. Həmin xanədanın üzvləri nə qədər axtardılarsa da 

onu  tapmadılar,  məyus  olub  təziyəsini  tutdular.  Yeddi  il  keçəndən 

sonra on dörd gecəlik ay cövza bürcündə* görünərkən o, ata evinin 

qapısı  önündə  zahir  oldu.  Onun  ayrılığından  göz  yaşları,  ah-nalə 

içərisində olan o sülalənin xidmətçi və müridləri asiman kəramətlə o 

ayı  (bədr)  o  ərazidə  gördükdə  s.10  öz  təziyələrini  şadlıqla  əvəz 

etdilər,  ondan  başına  gələnləri  (8)  soruşdular.  Dedi:  "Doğru  yol 

silkinə mənsub olan (salek) bir dəstə  müsəlman cini (əcinnə)  məni 

öz yanlarına apardılar, üzümə şəfəq qapılarını açaraq şəriət və Quran 

öyrətdilər,  beləliklə  də  mən  yeddi  il  onların  arasında  yaşayıb 

fəzilətlərlə  (fəzayel)  məşğul  oldum,  hal-hazırda  isə  vətənə 

qayıtmışam". İradət (istək) yolunun adamları onun bu zəruri gedişini 

dini  və  dünyəvi  səadət  üçün  səmərəli  sayaraq,  onu  əzəmətli 

babalarının hidayət taxtına əyləşdirdilər. O da alinejad əcdadı kimi 

yaşayıb, öz qövmünün hidayət və irşadı ilə məşğul oldu. Həyatı sona 

yetdikdə ata-babalarının  vəzifəsi  möhtərəm  fərzəndi  Səlahəddin ər-

Rəşidə  çatdı,  o,  hidayət  və  kəramət  taxtını  əzəmətli  əcdadı  kimi 

zinətləndirdi,  Ərdəbilin  Kəlxaran  adlı  yerində  məskunlaşdı,  iradət 

ərbablarının  verdikləri  nəzir  və  hədiyyələrdən  gözünü  çəkdi, 

əkinçiliyə (ziraət)  meyl etdi, özünün dost (əshab)  və təbəələrini də 

əkinçiliyə həvəsləndirdi, əhali tarlasında məhəbbət və şəfqət toxumu 

becərdi.  Ömrünün  mərhələlərindən  yetmiş  mərhələ  bitdiyi  vaxt  öz 

varlıq  yükünü  axirət  mənzilinə  apardı.  Möhtərəm  oğlu  Əmir 

Qütbəddin*  öz  alimiqdar  atasının  qaimməqamı  oldu,  həmin 

müqəddəs nəslin sərvərinə və rəhbərinə çevrildi, bu sülalə üzvlərini 

öz  nəvazişi  və  şəfqəti  altına  alaraq,  qiymətli  əcdadı  kimi  irşad 

yolunu tutdu. O ləyaqətli əmirin sağlığında  gürcü hakimlərinin biri 

bir  dəstə  kafir  döyüşçü  ilə qəfildən  Ərdəbil  vilayətinə  hücum  etdi, 

bu  hücumdan  islam  əhlinə  çox  zərər  yetişdi.  Onların  qorxusundan 

Əmir Qütbəddin öz iffət sarayının qadınlarını Ərdəbil darülirşadına 

köçürərək onları etibarlı bir yerdə gizlətdi. Bir gün axşam çağında o, 

onları yoluxmaq məqsədilə gizləndiyi yerdən çıxdıqda kafirlərin biri 

qarşısına  çıxıb  o  sərvəri  ağır  yaraladı,  əmir  yaralı  halda  öldürülən  

adamların  arasında  qaldı.  Baş  vermiş  bu  qorxulu  vaqiədən  sonra 

cərrahlar onun müalicəsinə başladılar, yara sağaldı və onun mübarək 




55 

 

zatı  sağ-salamat  qaldı.  Bu  hadisədən  sonra  hidayət  və  irşad  taxtı 



[yenə] onun vücudunun işığı ilə zinətləndi, əhalinin müşkülatı onun 

dürlər  çəpən  dili  ilə  öz  həllini  tapdı.  Bir  neçə  il  nəvəsi  Səfiəddin 

İshaqın  (səftil-həqq  və-1-həqiqə)  səadətli  təvəllüdü  dövründə 

həyatda  qaldı,  bir  neçə  il  qiymətli  [nəvəsini]  gördü.  Sözün  qısası, 

ölümünə  az  qalmış  həmin  gözəl  xasiyyətli  əmir  öz  qiymətli 

əcdadından miras qalan və qorunan o irfan və irşad cəvahirini istəkli 

fərzəndi Seyid Salehə* verərək, bu aşağı dünyaya vida etdi və onun 

pak ruh quşu ülvi aləmə pərvazlandı. Seyid Saleh  vəlayət  və irşad 

bəhrindəki  sədəflərin  incisi,  hidayət,  məsləhət  və  mürşidlik 

bürcündəki      dürlərdəndi.  O,  möhtac      adamların      vəziyyətlərinin   

yaxşılaşdırılmasına atasından daha çox çalışdı. Xalq indiyəcən onun 

şan-şöhrəti barədə danışmaqdadır. Onun səadətli qapısı həmişə fəqir 

və  möhtac  adamların  üzünə  açıq  olurdu  və  heç  vaxt  onların 

çoxluğundan  şikayətlənmirdi.  Seyid  Salehin  dünyadan  köçmə 

zamanı  yaxınlaşanda  axirət  səfərinə  hazırlaşdı,  şərafətli  ruhu  saleh 

və  sadiq  adamların  ruhlarına  qoşuldu,  həyat  bağının  cavan  tingi 

(novnehal)  Seyid  Cəbrayıl*  o  həzrəti  Kəlxaran  darülamanında  dəfn 

etdi. 


Sultan  Seyid  Cəbrayıl***:  Allahı  tanıyıb  onun  səcdəsinə 

əyləşən  şəxslərin  (səccadeneşinane-xoda)  ən  məşhuru  idi.  Təqva 

(dindarlıq, möminlik, zahidlik - Ş.F.) pəhrizkarlıq, taət (Allaha itaət) 

və ibadətdə ali dərəcəli adamdı. Öz alicənab atası kimi, doğulduğu 

Ərdəbil  Kəlxaranında  qaldı.  O  diyarın  camaatı  o  möhtərəmin 

müqəddəs  nəfəsindən  səadət  nurları  əxz  etməkdəydi.  Nəhayət 

Allahın  mərifət  zövqü  onu  zəmanənin  qeyri  adamlarının 

söhbətlərindən kənara çəkdi, ona mücahidlik və pəhrizkarlıq, ziyarət 

rəsmini öyrətdi, zahirini və batinini irfan nuru ilə işıqlandırdı, dilini 

xamuşluq kamına çəkdi. Adamlarla az danışardı. Məqamının şöhrəti 

hər  yana  yayıldı.  Hörmətli  və şərafətli tayfa əyanından doğulan  və 

dövrün Rabiəsi olan Dövləti adlı bir banu o alinejadla həyat qurdu... 

onların  birliyindən  o  iffətli  [xanım]  övliyalar  və  seçkin  şəxslərin 

sultanı  səfiül-həqq  və-1-həqiqət  vəddin  İshaqdan  hamilə  oldu. 

Hamiləlik  dövründə  o  mübarək  camallı  qadın  aləmi  o  qədər 

işıqlandırırdı  ki,  sanki  dövlətübhü  və  səadət  nurları  onun  işıqlı 

alnından  parlayırdı.  İbn  Bəzzaz  "Səfvətüs-səfa"  kitabında  Sultan 

Sədrəddin      dövründəki  fəzilət  sahiblərindən  olan  Movlana 

Məhyəddinin*  dilindən  Seyx  Səfiəddin*  və  onun  kamalına  dair, 

həmçinin onun doğulması  və südəmərliyi (reza) dövründəki qəribə 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə