Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə17/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   13   14   15   16   17   18   19   20   ...   340

49 

 

HƏZRƏT XEYRÜL-ƏNAMIN (MƏHƏMMƏD 



PEYĞƏMBƏRİN NİSBƏLƏRİNDƏN BİRİ - Ş.F.) 

KƏRAMƏTLİ ATA- BABASININ BƏYANI 

 

Abdullah  Abbas*  -  Allah  ondan  razı  olsun



69

  -  barədə 

yazırlar  ki,  həzrət  rəsul  salavatullahın  özü  böyüdükdən  sonra  öz 

nəsəbi haqqında danışarkən, Ədnana çatdıqda möcüzbəyan bir dil ilə 

belə    buyurur:    "Mənim    nəsəbimin    Ədnandan  əvvəllərə  gedib 

çatması  həqiqətdən  uzaqdır"

70

.  Ədnanın  iki  oğlu  vardı.  Amma, 



nəbinin və vəli əleyhüsssəlamın nuru, səhih hədis məlumatına uyğun 

olaraq  -  "Mən  və  Əli  vahid  bir  nurdanıq"

71

,  onun  böyük  oğlunda 



vardı.  "Rövzətül-əhbab"  kitabının  müəllifinin  sözünə  görə  onun 

(Ədnanın  oğlunun  -  Ş.F)  səkkiz  oğlu  vardı.  Amma  həmin  nurun 

daşıyıcısı Nezar olmuşdur ki, onun konyələri (adları) Əbu Rəbiə  və 

Əhv Əyaddır. Nezar  doğulanda  atası onun alnında parıldayan nuru 

görərək,  qurban  kəsmə  mərasiminə  və  adamlara  ehsan  süfrəsi 

açmağa  başladı.  Həmin  işıqlı  nur  onun doğma  (solb)  oğlu  Məzərə 

nəql  olundu.  Məzər  daim  gözəl  Allah  (Rəbbe-cəlil)  yolunda  Hənif 

İbrahimin  hənəfi  adamlarına  və  İsmayıl  əqidəsinə  uyğun  olaraq 

gözəl Rəbbə ibadət edirdi. Həmin aləmi bəzəyən nur onun hümayun 

hüsnündən təcəlla edir və  gecənin zülmətini işıqlandırırdı. Olduqca 

gözəl  çöhrəsi  vardı.  Ərəblər  arasında  deyilən  "xedəme-şotoran" 

("dəvələr  xadimi,  müşayiətçisi"  -  Ş.F.)  nisbəsi  ona  mənsubdur. 

Günəş kimi parlaq olan o işıqlı nur sonra oğlu İlyasda göründü. İlyas 

təkallahlığa  inanan  (movəhhed),  dinpərvər  və  pəhrizkar  adam  idi. 

Fərzəndinin təvəllüdündən, qoca sinnində olarkən doğulduğu üçün, 

atası  kədərlənmişdi.  Çarəsiz  qalaraq  onu  İlyas  adlandırdı.  O,  Xəlil 

övladının  mənsub  olduğu  tayfanın  böyüyü  və  İsmayıl  xələflərinin 

başçısı (sərvər) oldu. Deyirlər ki, İlyas  Kəbə evinə  getdi, oğlundan 

təlbiyə* avazını eşitdi, bundan çox təəccübləndi, onun nuru oğlunun 

camal  aynasında  parıldayırdı.  Oğlunun  adı  Amir  idi.  Ondan  sonra 

həmin nur onun oğlu Xüzeymənin alnında parladı, aləmi bəzədi. O 

günəş  nurlu  işıq  sonra  onun  oğlu  Kənanənin  üzündə  parlayıb 

cahanın  çöhrəsini  işıqlandı.  Əvvəlki  adı  Əbu  Nəsr  idi,  sonrası 

Qüreyş  adı  ilə  şöhrətləndi.  Bütün  qüreyş  qəbilələri  onun 

                                                           

69

 İfadənin ərəbcəsi: "Radiyə-l-lahu ənhu". 



70

 İfadənin ərəbcəsi: "Kizbu-n-nəsəbi ilə ma fəuqa Ədnan". 

71

 İfadənin ərəbcəsi: "Ənə və Əliyyun min nurin vahedin" 




50 

 

nəslindəndirlər.  Onun  nurlarının  daşıyıcısı  oğlu  Malik  idi.  Ondan 



sonra bu səadət oğlu Fəhrə nəsib oldu. Sonra nur oğlu Qalibə çatdı, 

daha sonra Qalibin oğlu Ləvi üçün ötürüldü. Sonra oğlu Kəəbə, daha 

sonrasa  onun  çoxsaylı  oğlanlarına  paylandı.  Sonra  Bəni-Qüreyş 

nəslinin  böyüyü  Kəlab  həmin  nurla  şərəfləndi.  Nur  sonra  Kəlabın 

oğlu  Qəsiyə  çatdı.  Qəsinin  övladlarından  Əbu  Manaf  öz 

qardaşlarından  həmin  nurun  ona  ötürülməsi  səadəti  ilə  şərəfləndi. 

Onun sadiq oğlu ləqəbi Əmrül-Əla olan Haşim idi ki, elə bu ləqəblə 

də şərəfləndi. O, qüreyş qəbiləsinin sərvəri idi. Səadət nurları onun 

surətində parlayır, onun günəş simalı camalında igidlik və böyüklük 

nişanələri  görünürdü.  Qüreyşlərin  arasında  Bəni-Haşimin  şərəfi  və 

yeri  böyükdür.  Həmin  nuru  daşımaq  haqqı  onun  oğlanlarından 

Əbdülmütəllibə** verilmişdi. 

 

Əbdülmütəllibin Abdullahı nəzir  

deməsi və qurbanlıq vermək istəyi: 

 

O,  əzəmətli,  şan-şöhrəti  və  tutduğu  uca  məkana      görə 



qureyş   qəbilə adamları və  sərvərləri içərisində fərqlənən adamdı, 

qureyşlər  onun  böyüklüyünü  qəbul  etmiş  və  ona  tabe  olmuşdular. 

Onun  adı  Şeybə  idi,  amma  tarix  kitablarında  Əbdülmütəllib  kimi 

məşhurlaşdı.  Kəbə  evinin  açarı  onun  əlinə  yetişdi  və  hecabət 

mənsəbi  ona  verildi.  Zəmzəm***    quyusunun      qazılması      (hefr)   

onun   dövründə  icra  olundu.  Əhməd  nurunun  (nure-Əhmədi)  onda 

olması sayəsində Allahın dərgahında xahiş olunan hər duası Allaha 

çataraq  (eqteran)  qəbul  (ectenab)  olunurdu.  Onun  iki  oğlu  vardı. 

"Rövzətüs-səfa''* və "Xülasətül-əxbar"** kitablarının müəlliflərinin  

fikrincə  Əbdül Mütəllibin səkkizinci övladı sonuncu Peyğəmbərin 

(xatəmül-ənbiya) atası Abdullahdır. Əbdülmütəllib nəzir etmişdi ki, 

hər şeyi  minnətsiz  verən Allah-təala, əçər ona on övlad  verərsə, ən 

izzətli övladını onun yolunda qurban edəcəkdir. Əbdülmütəllibin bu 

arzusu baş tutdu və o, etdiyi nəzirinə vəfa etmək xatirinə fərzəndləri 

arasında püşk (qore) atdı. Püşk Abdullah adına düşdü. Abdullah bu 

şad xəbərdən şadlandı, İlahinin təqdirinə boyun əydi. Əbdülmütəllib 

onun bu qərara tabeliyindən və alinejad anasının razılığından sevindi 

və  oğlu  ilə  birlikdə  qurbangaha  yollandı.  Bundan  xəbərdar  olan 

Qüreyş onların ardınca gedərək onu bu işdən çəkindirdi, bu məsələ 

xüsusunda həmin dövrdə başqalarından seçilən bir kahinə qadın ilə 

məsləhətləşdi.  Kahinə  nəziri  fidyə***  ilə  əvəz  etməyi  məsləhət 



51 

 

bildi, qərara aldı ki, on övladın sayı qədər dəvəni Abdullahın fidyəsi 



etsinlər  və onunla dəvələrin arasında püşk alsınlar, əgər püşk  yenə 

də  Abdullahın  adına  düşərsə  püşkatmanı  davam  etdirsinlər  və  hər 

dəfə  dəvələrin  sayını  on-on  artırsınlar.  Əbdülmütəllib  bu  qərara 

əməl  etdi  və  püşk  hər  dəfə  Abdullahın  adına  çıxdı.  Dəvələrin  sayı 

yüzə  çatdıqda,  bu  dəfə  Allah-təalanın  köməyi  ilə  püşk  dəvəyə 

düşdü.  Bu  işi  bir  neçə  dəfə  təkrar  etdilər  və  Abdullah  sakitləşdi 

(təşəffi),  yüz  dəvə  qurban  etdi.  Həzrət  Xeyrül-ənam  belə 

buyurmuşdu:  "Mən  Abdullah  və  İsmayıl  kimi  göstərilən  ibnüz-

Zəbeyhəm"

72

.  Tarix  kitablarında  yazılmışdır:  Nure-Əhmədinin 



şüaları  və  Məhəmmədi  nurlarının  işığı  Abdullahın  alnında 

parlamaqdaydı.  Yəhudilər  bir  neçə  dəfə  ona  qəsd  etdilərsə  də,  hər 

dəfə nifrət  və paxıllıqdan qeybdən  gələn qüvvə ilə  yardım olundu, 

düşmən  xətərindən  qurtuldu.  Abdullahın  nurunun  parıltısından 

bütün  qüreyş  xatunları  onun  günəş  kimi  işıqlı  camalına  vurularaq, 

onunla evlənməyə rəğbətlənirdilər, amma o xoşbəxtlik  Vəhbin qızı 

Aminəyə*  nəsib  oldu,  Abdullahın  amal  ağacı  murad  meyvəsi  ilə 

calaşdı,  fil  ilində  (amel-fil)  o  əzəmətli  qızdan  xatəmül-ənbiya 

doğuldu, zülmətə qərq olan aləm onun cahanı bəzəyən camal nuru 

ilə  işıqlandı.  Hamiləlik,  doğum,  böyümə  (reza),  cavanlıq 

əyyamından  peyğəmbərliyə  çatma  (bəisət)  müddətinə  qədər  o 

nəbilər sərvərinin və onun möhtərəm anasının başına bir çox qəribə 

işlər  gəldi  ki,  bu  haqda  bir  sıra  hekayətlər  (qesəs)  və  tarix 

kitablarında  məlumatlar  (7)  vardır.  Sözün  qısası,  günəş  batmazdan 

əvvəl (qürub vaxtı - Ş.F) Adəmin oğlu seyid timsallı cahanı bəzəyən 

camalı olan Abdullah iyirmi beş yaşında ikən Mədineyi-təyyibədə** 

(gözəl  Mədinə  -  Ş.F.)  hər  iki  dünya  Rəbbinin  rəhmətinə  qovuşdu, 

müqəddəs  Yəsrib  (Mədinə  -  Ş.F.)  torpağında  dəfn  olundu. 

Peyğəmbər  doğuluşunun  (milad)  yeddinci  ilində  Aminə  vəfat  etdi, 

Əbdülmütəllib o Batha və Yəsrib sərvərini (Məhəmməd Peyğəmbəri 

-  Ş.F)  özü  böyütməyə  başladı,  [amma]  həmin  miladın  səkkizinci 

ilində  özü  də  rəhmətə  qovuşdu,  o  "Dorre-yetim"in  böyüyüb  boya-

başa çatması Əbu Talibin*** öhdəsinə düşdü. İmran ismi ilə tanınan 

Əbu  Talib  Əbdülmütəllibin  yeddinci  oğlu  idi  və  qüreyş  qəbilələri 

arasında  onun  şöhrəti  və  layiqli  yeri  vardı.  Həzrət  xatəmül-ənbiya 

həmin  ali  qədir-qiymətli  əmisinin  mehribanlıq  və  nəvaziş  (otufət) 

                                                           

72

 İfadənin ərəbcəsi: "Ənə bnu-z-Zubeyhi əşarəhu bi Abdi-1-lahi və İsmailin". 



 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə