Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə8/340
tarix08.10.2017
ölçüsü8,78 Mb.
#3791
1   ...   4   5   6   7   8   9   10   11   ...   340

20 

 

Münşi  kimi  salnaməçilər  vicdanlı  fəaliyyət  göstərmişlər.  İsgəndər 



bəy  təkcə  tarixi  mənbələrin  adlarını  və  müəlliflərini  xatırlatmır,  o 

həmçinin bir çox nəzm və nəsrlə elmi, dini-fəlsəfi, ədəbi, coğrafi və 

s.  kitabların  adlarını  bir-bir  yazır,  yeri  gəldikcə  onlara  əsaslanır, 

yaxud  həmin  kitabların  müəlliflərini  oxuculara  təqdim  edərkən 

onların yaradıcılığında əsas yer tutan əsərlərini də bir-bir sadalayır. 

Belə  ki,  İsgəndər  bəyin  istifadə  etdiyi  tarixi  qaynaqlar 

aşağıdakılardır: 

"Əhsənüt-təvarix",  "Tarixe-Əkbəri",  "Tarixe-Həbibüs-

ciyər",  "Tarixe-Təbəristan",  "Tarixe-cəhanara",  "Rövzətüs-səfa", 

"Xülasətül-əxbar",  "Zəfərnamə",  "Foruhate-Yəmini",  "Lübbət-

təvarix",  "Mətləüs-sədeyn  və  məcməül-bəhreyn",  "Cəngnamə", 

"Cameye-Abbasi" və s. 

İsgəndər  bəyin  mütaliə  və  məlumat  diapazonunun  geniş 

olmasının  sübutu  üçün  aşağıdakı  kitabların  təkcə  adlarını  çəkmək 

kifayətdir: 

"Qurane-Kərim", 

"İncil",  "Təcrid",  "Əxlaqe-Cəlali", 

"Əxlaqe-Mohseni",  "Əxlaqe-Naseri",  "Təzkireye-Mir  Təqi  Kaşi", 

"Təşrihəl-əflak",  "Cameəl-osul",  "Cameəl-hekayat",  "Çehel  hədis", 

"Haşiyeye-qəvayede-şəhid",  "Haşiyeye-şərhe-eşarat",  "Haşiyeye-

təfsire-Qazi",  "Haşiyeye-mətul",  "Həblol-mətin",  "Zübdətül-osul", 

"Hədayeqül-salehin", 

"Haşiyeye-şərhe-moxtəsəre-osul", 

"Həyəvətül-həyəvan",  "Xüləsətül-hesab"  "Xolseye-mələkutiyyə", 

"Şərhüş-şərhe-Çəğmini",  "Şərhe-şəfaye-Şeyx  Əbu  Əli",  "Şərhe-

Koleyni", 

"Səfvətüs-Səfa", 

"Suratül-müstəqim", 

"Rəvaşehe-

səmaviyyə",  "Səbe-Şəddad",  "Surətül-əqalim",    "Orvətül-Vəsəqi",    

"Sovərül-əqalim",        "Əcayebül-məxluqat",  "Fərəc  bəd-əş-şeddət", 

"Kəşkül",  "Gülüstan",  "Qiyasate-həqqül-yəqin  fi  hədusül-aləm",   

"Eynül-həyat fi təfsirül-ayat", "Məxzənül-əsrar", "Əyunəl-məsayel",  

"Nüzhətül-qülub",  "Həft-bənde-Mövlana  Həsən  Kaşi",  "Məsalekül-

məmalik",   "Sidrətül-məntəha", "Haşiye-şərhe moxtəsəre-osule-Mir 

Damad", 


"Məşre-qüs-şəmseyn", 

"Miftahül-fəllah", 

"Divane-

Kəmaləddin İsmail", "Divane-Lisanülqeyb Hafiz Şirazi" və s. 

"Tarixe-aləmaraye-Abbasi" əsəri artıq çoxdandır ki, bir sıra 

dünya  ölkələri  tədqiqatçılarının  nəzərini  özünə  cəlb  etmişdir.  XX 

Alimlərdən  V.Hins,  H.R.Romer,  H.Horst,  H.Busse,  H.Braun, 

R.Luft,  G.Herman,  K.Rorborn,  M.Mazzoi,  S.Şuster,  B.Palombiani, 

E.Qlassen,  B.Hofman,  H.Müller,  E.Eberhard,  H.Zirke,  iranşünas 

Avropa  müəlliflərindən  A.Ləmbton,  R.Seyvori,  Ç.Melvill, 




21 

 

A.Morten,  E.Herziq,  J.Oben,  J.Kalmar,  M.Handa,  J.Baqe-Qramon, 



L.Rabino,  M.Zuppe,  A.Pimontese,  B.Skarçia,  V.Flor,  R.Mati, 

M.Dikson,  R.Çesni,  A.Hyuman,  həmçinin  rus  şərqşünasları 

İ.Petruşevski,  A.Romaskeviç,  O.Akimuşkin,  N.Mikluxo-Maklay, 

Türkiyə  və  İran  tədqiqatçılarından  F.Sümər,  B.Kütükoğlu, 

F.Kırzıoğlu,  H.Fəlsəfi,  Ə.Nəvai,  İ.Əfşar,  Ə.Mənzəvi,  E.Eşraqi, 

İ.Dehqan,  Ə.Süheyli-Xansari  və  başqaları  dəfələrlə  "Tarixe-

aləmaraye-Abbasi"dən və onun müəllifindən bəhs etmişlər. 

"Tarixe-aləmaraye-Abbasi" 

əsərini  bir  sıra 

vətən 


tarixçilərimiz,  o  cümlədən  Ə.Rəhmani,  O.Əfəndiyev,  M.Heydərov, 

S.Aşurbəyli,  Y.Mahmudov,  M.Nemətova,  S.Onullahi,  Ə.Rəcəbli, 

Ş.Məmmədova,  T.Nəcəfli,  X.Qasımov,  R.Ağayev,  T.Cəfiyev, 

M.Ağalarov,  Fərəh  Hüseyn  və  b.  mütəmadi  olaraq  tədqiqata  cəlb 

etmiş,  bu  dəyərli  kitabı  XVI-XVII  əsrlər  Səfəvi  tarixşünaslığının 

önəmli mənbələrindən ən dəyərlisi hesab etmişlər. 

"Tarixe-aləmaraye-Abbasi"  kitabının  mühüm  fayda  və 

əhəmiyyəti barədə aşağıdakıları demək olar: 

XVI-XVII  əsrlərdə  idari  və  hərbi  təsisatlar,  həmçinin 

maddi və şəri məsələlərin işıqlandırılması; 

Səfəvilərə qonşu olan bir sıra ölkə xalqlarının (osmanlılar, 

gürcülər,  teymurilərin  Hindistanda  hakimiyyətdə  olan  padşahları, 

Mavərənnəhr türkləri və s.) adət və ənənələrinin təsviri; 

Başqa  kitablarda  təsadüf  olunmayan  tarixi  hadisələrin 

təsviri; 

Səfəvi  dövrünün  alimləri,  üləmaları,  qoşun  başçıları, 

hökumət  vəzifədarları,  rəssamlar,  xəttatlar,  şairlər  və  musiqiçilərlə 

bağlı məlumatların verilməsi; 

Dövlət  və  hərbi  aparatda  hakimiyyəti  illərində  bir  sıra 

tayfalar  və  onların  başçıları,  həmçinin  müxtəlif  vəzifələr  haqqında 

geniş məlumatın nəzərə çatdırılması; 

Dövrümüzdə  artıq  unudulmuş  nadir  söz  və  istilahların 

işlədilməsi.

33

 



Kitabın  bu  faydalı  cəhətlərini  xatırlatmaqla  kifayətlənən 

İrəc  Əfşarın  məlumatlarının  sayını  xeyli  artırmaq  olar.  Məsələn, 

dövlətin quruluşu  və diplomatiyası; bir sıra rəsmi  məktubların tam 

mətninin, yaxud  məzmunlarının əks olunması;  İsgəndər bəy Münşi 

tərəfindən geniş işlədilən türk-monqol istilahlarının tez-tez nümunə 

                                                           

33

 Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsi),  I hissə, səh. 93. 




22 

 

gətirilməsi;  bir  sıra  vergi  və  mükəlləfiyyətlər  haqqında  qiymətli 



məlumatların  verilməsi;  əhalinin  köçürülmə  siyasəti;  II  Şah 

İsmayılın  vəfatından  sonra  və  Məhəmməd  Xudabəndənin 

hakimiyyətə başlamasından əvvəl bir neçə ay hakimiyyəti öz əlində 

saxlamış  Pərixan  xanımın  (I  Şah  Təhmasibin  qızı  -  Ş.F.)  olduqca 

orijinal tərzdə yazılan diplomatik fəaliyyətinin İsgəndər bəy qələmi 

ilə  əks  etdirilməsi;  dövlətlərarası  və  tayfalararası  ixtilaf  və 

münaqişələrə münasibət; əsərdə hadisələrin məzmunu ilə bağlı 1000 

misradan  çox  şer  parçalarının,  habelə  atalar  sözləri  və 

zərbülməsəllərin verilməsi və s. 

Bəzi  tarixçilərə  yüksək  qiymət  verən  İsgəndər  bəy  yazır: 

"İlahinin  seçdiyi  o  həzrətin  (Şah  Təhmasibin  -  Ş.F.)  gözəl 

sifətlərinin  vəsfi  qədərindən  artıq,  onun  haqqında  yazmaq  isə 

qələmin  qüdrətindən  və  darülinşa  (dəftərxana  -  Ş.F)  katiblərinin 

barmaqları  (bənan)  imkanından  kənardır.  Uca  dövlətin  onun 

dövründə  baş  vermiş  hadisələrinin  təsvirini,  apardığı  müharibələri, 

aldığı ölkə və şəhərləri, habelə başqa böyük əhvalatları rumlu tarixçi 

(movərrex)  mərhum  Həsən  bəy  o  həzrətin  dövründə  yazdığı  və 

"Əhsənüt-təvarix"  adlandırdığı  kitabında  elə  təsvir  etmişdir  ki,  bu 

həqir  zərrədə  ("zərreyi  həqiq"  -  İsgəndər  bəy  Münşi  özünü 

təvəzökarlıqla belə adlandırır - Ş.F) elə yazmaq qabiliyyəti yoxdur. 

 

Yol tapım mən necə şah məclisinə? 



Qapıçı timsalı yoxdur qədrim. 

Necə təlim eləyim elmi ki, var 

Məndə vəsfiyçün onun az təlim. 

 

Mənim  niyyətim  əlahəzrət  zilləllah  şahın  (Şah  Abbasın  - 



Ş.F.)  dövründə  baş  vermiş  hadisələri  yazmaq  olduğundan  sözümü 

uzatdığıma (ətnab) görə üzr istəyirəm. Bu aləmi bəzəyən "Aləmara" 

kitabı  (nosxe)  o  cahan  şəhriyarının  başına  gələnlərin  tam  şərhinə 

həsr olunduğu üçün "Abbasnamə"ni  yazan qələmim  (xame)  gücüm 

çatana qədər söz bəzəməkdən uzaqlaşmayacaqdır".

34

 



Bir  daha  vurğulamaq  lazımdır  ki,  "Tarixe-aləmaraye-

Abbasi"  əsərindəki  məktublar,  onlardan  ayrı-ayrı  parçalar,  yaxud 

məktubların  yığcam  məzmununun  verilməsi,  sünnü  məzhəbindən 

olan özbəklərin şiə qızılbaşlara münasibətlərini əks etdirən iki böyük 

                                                           

34

 Tarixe-aləmaraye-Abbasi (Şahin Fazil tərcüməsi),  I hissə, səh. 93. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   340




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə