Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.

səhifə2/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   189

oğulları  olan  M.F.Axundov,  Seyid  Əzim  Şirvani,  Həsən  bəy  Məlikov  Zərdabi  də 

öz əsərlərində XIX əsr tarixinin bir sıra məsələlərinə toxunmuşlar. 

1904-cü  ildə  Rəşid  bəy  İsmayılovun  ―Qafqazın  qısa  tarixi‖  kitabı  nəşr 

olunmuşdur.  Bu  kitabda  Qafqazın,  o  cümlədən  Azərbaycanın  XIX  əsr  tarixinin 

bəzi məsələləri öz əksini tapmışdır. 

Hacı  Şeyx  Həsən  Mollazadənin  dördcildlik  ―Zübdət-üt-təvarix‖  adlı 

əsərinin  dördüncü  cildində  İranın,  Qafqazın,  Orta  Asiyanın  tarixi  ilə  yanaşı, 

Azərbaycan  tarixinin  XVIII  əsrin  sonundan  başlayaraq  XX  əsrin  birinci  on  illiyi 

dövrü məsələləri də işıqlandırılmışdır. 

1918-ci il mayın 28-də elan olunmuş  müstəqil Azərbaycan  Cümhuriyyəti 

dövründə  digər  vacib  məsələlərlə  yanaşı,  maarifin,  o  cümlədən  tarixşünaslığın 

inkişafı  üçün  bir  sıra  tədbirlər  həyata  keçirilmiş,  elm,  adamları  hazırlamaq  üçün 

xarici  ölkələrə  nümayəndələr  göndərilmiş,  1919-cu  ildə  Bakı  Universiteti 

yaradılmışdı.  O  vaxta  Parisdə  Adilxan  Ziyadxanovun  ―Azərbaycan‖,  Əkbərağa 

Şeyxülislamovun  ―Qafqaz  Azərbaycan  Respublikası‖  kitabları  çapdan  çıxmış, 

M.Ə.Rəsulzadənin ―İran və Azərbaycan‖, ―Azərbaycanın paytaxtı‖ məqalələri çap 

olunmuşdu.  Bu  məqalələrdə  çox  mühüm  məsələlərə  -  Azərbaycan  xalqının 

təşəkkülü, onun qonşu xalqlarla əlaqələri, Bakı şəhərinin inkişafı və s. Məsələlərə 

toxunulur. Azərbaycanın mədəni həyatını, tarixi keçmişini işıqlandırmaqda ―Səfa‖, 

―Nicat‖,  ―Nəşri-maarif‖,  İran  maarifçisi  ―Tərəqqi‖  cəmiyyətləri  mühüm  rol 

oynamışdılar. 

1920-ci  il  aprelin  28-də    Azərbaycanda  sovet  hakimiyyəti  elan 

olunduqdan    sonra  ictimai  elmləri,  o  cümlədən  Azərbaycan  tarixini  öyrənən  elmi 

qurumlar  meydana  çıxmağa  başladı.  1923-cü  ildə  Azərbaycanı  öyrənən 

―Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti‖ yaradıldı. 

Azərbaycanda 

1929-cu 

ildə 


Azərbaycan 

Dövlət  Elmi-Tədqiqat 

İnstitutunun yaradılması respublikada Azərbaycan tarixinə dair tədqiqatların həyata 

keçirilməsində və yazılı tarixi mənbələrin nəşrində mühüm rol oynadı. 

1932-ci  ildə  SSRİ  Elmlər  Akademiyasının  Zaqafqaziya  Filialının 

Azərbaycan  şöbəsi,  1936-cı  ilin  martında  isə  Elmlər  Akademiyasının  filialı 

yaradılmışdı. Onun nəzdində Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu fəaliyyət 

göstərirdi.  1970-ci  ildə  bu  institut  Tarix  İnstitutu  adlandırıldı.  Onun  nəzdində 

arxeologiya  və  etnoqrafiya  bölmələri  yaradıldı.  Lakin  təəssüf  ki,  Azərbaycanın 

XIX  əsr  tarixini  tədqiq  etmək  sahəsində  əhəmiyyətli  bir  iş  görülmürdü.  Əsas  iş 

marksizm-leninizm  klassiklərinin  əsərlərinin  nəşrinə  və  XX  əsrin  ilk  iki  on 

illiyində baş verən fəhlə çıxışlarının öyrənilməsinə yönəldilmişdi. Bununla yanaşı, 

akademik  V.V.Bartoldun  Bakıda  1925-ci  və  1926-cı  illərdə  nəşr  etdiyi 

―Azərbaycan tarixinin qısa xülasəsi‖ və ―Türk xalqlarının tarixinin öyrənilməsinin 

müasir vəziyyəti və ən vacib vəzifələri‖, akademik A.N.Samoyloviçin ―Qafqaz və 

Türk dünyası‖ əsərlərini göstərmək olar. N.İ.Meşşaninov, Ə.Ələkbərov, P.K.Juze, 

Əziz Qubaydulin kimi alimlər Azərbaycan tarixinin müxtəlif dövrləri və məsələləri 



üzrə  əsərlər  nəşr  etsələr  də,  bu  əsərlərdə  Azərbaycanın  XIX  əsr  tarixi  məsələləri 

tədqiq olunmamışdır. 

Azərbaycanın  XIX  əsr  tarixi  məsələlərini  ilık  tədqiq  edənlərdən  Bakı 

Universitetinin  professoru  Q.Q.Pisarevski,  T.Passek,  T.Latınin,  V.M.Sısoyev 

olmuşlar.  Bu  istiqamətdə  V.M.Sısoyevin  1925-ci  ildə  nəşr  etdirdiyi  ―Azərbaycan 

tarixi (Şimali)‖ əsərini xüsusi qeyd etmək lazımdır. 

Bu  dövrdə,  yəni  1920-ci  illərdə  Vəli  Xuluflu,  M.Əfəndizadə,  H.İmanov, 

Abdulla  Salamzadə,  Ağamir  Məmmədov,  Rəşid  İsmayılov  və  başqaları  kimi 

azərbaycanlı  tarixçilərimiz  olmuşdur.  Onlar  da  öz  tədqiqatlarında  Azərbaycanın 

XIX  əsr  tarixi  məsələlərinə  toxunmamışlar.  H.Minasazov  isə  1826-1828-ci  illər 

Rusiya-İran  müharibəsi  məsələlərinə  xüsusi  əsər  həsr  etmiş  və  1826-cı  ildə 

Gəncədə  Rusiya  işğalına  qarşı  baş  vermiş  üsyanla  əlaqədar  olaraq öz  əsərini  ―Bir 

inqilabın yüz illiyi‖ adlandırmışdı. 

40-cı  və  50-ci  illər  Azərbaycanda  tarixçi  alımlər  nəsli  yetişdi.  Onlardan 

yalnız 

Ə.S.Sumbatzadə, 



İ.M.Həsənov, 

M.Ə.İsmayılov, 

M.M.Əfəndiyev, 

R.Ə.Mehdiyev,  İ.A.Talıbzadə  XIX  əsr  tarixi  mənbələrinin  tədqiqi  ilə  məşğul 

olmuş,  Azərbaycanın  çar  Rusiyası  tərəfindən  istilası  məsələlərinə  dair  onlarla 

məqalə,  Azərbaycanda aqrar münasibətlər, kənd təsərrüfatı və  sənayenin,  xüsusən 

neft  sənayesinin  tarixinə  dair  əsərlər  nəşr  etmişlər.  Bu  istiqamətdə  Rusiya 

tarixçiləri  N.Q.Boqdanova,  K.A.Pafitnov  və  Q.Q.Pisarevski  müəyyən  işlər 

görmüşlər. 

1950-ci  illərin  sonu  –  1960-cı  illərin  əvvəllərində  üç  cilddən  ibarət 

―Azərbaycan  tarixi‖  nəşr  olundu.Onun  II  cildi  Azərbaycanın  XIX-XX  əsrin 

əvvəllərinə  dair  tarixinə  həsr  olunmuşdur.  Bu  cild,  demək  olar  ki,  Azərbaycanın 

XIX  əsr  tarixinə  bütövlükdə  həsr  olunmuş  ilk  əsəridir.  Cildin  yazılması  üçün 

müəlliflər  külli  miqdarda  material  toplamışlar.  Bu  materialların  əksəriyyəti 

tarixşünaslıq elminə ilk dəfə gətirilmiş, XIX əsr tarixinin istər sosial-iqtisadi, istər 

siyasi,  istərsə  də  mədəniyyət  problemlərinə  dair  ətraflı  və  yeni  məlumatlar 

verilmişdir.  Bu  dövrdə  Ə.N.Quliyevin  və  İ.M.Həsənovun  XIX  əsrin  birinci 

yarısında  Azərbaycan  tarixşünaslığına  dair  kitabı  da  nəşr  olunmuşdur.  Bu  sahədə 

Ə.S.Sumbatzadənin,  M.C.İbrahimovun  və  Ə.Hüseynzadənin  xidmətləri  də  qeyd 

olunmalıdır. 

Üçcildlik ―Azərbaycan tarixi‖ nəşr edildikdən sonrakı illərdə Azərbaycan 

tarixinin  bütün  dövrləri  üzrə.  O  cümlədən  XIX  əsr  üzrə  tədqiqatlar  sahəsində 

xüsusi  nailiyyətlər  əldə  edildi,  bir  neçə  kitab,  xeyli  məqalə  nəşr  olundu.  Bu 

istiqamətdə  Ə.S.Sumbatzadənin  XIX  əsr  kənd  təsərrüfatı  və  sənayə  tarixinə, 

M.Ə.İsmayılovun  XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəlləri  ndə  Azərbaycanın  kənd 

təsərrüfatı və sənaye tarixinə, kənd təsərrüfatında kapitalizmin inkişafı tarixinə həsr 

etdikləri 

monoqrafiyaları  qeyd  olunmalıdır.  Bu  dövrdə  sonuncunun 

M.C.İbrahimovla  birlikdə  Azərbaycanın  neft  sənayesi  tarixinə,  A.Ş.Milmanın 

Azərbaycanın siyasi quruluşuna, İ.V.Striqunovun proletariatın formalaşmasına həsr 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə