Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə15/20
tarix26.11.2017
ölçüsü1,81 Mb.
#12653
növüXülasə
1   ...   12   13   14   15   16   17   18   19   20

İşin yeniliyi və nəticəsi: Göründüyü kimi, nağıllardakı mifik personajlar mü­hüm əhəmiyyət kəsb edən obrazlardır. Onları tədqiq etmədən nağılların poetik struk­turunu bütün dolğunluğu ilə üzə çıxartmaq mümkün deyildir. Nağıllar öz mənşəyi etibarilə miflərə bağlanır. Bu cəhətdən nağıllarda mif layının öyrənilməsi aktual prob­lemdir.

İşin nəzəri və praktiki əhəmiyyəti: Tədqiqatın nəzəri əhəmiyyəti ondan nağıl­ların poetikası ilə bağlı digər tədqiqatlarda nəzəri qaynaq kimi istifadə imkan­ları, praktiki əhəmiyyəti isə işdən ali məktəblərdə nağılların tədrisi prosesində prak­tiki vəsait kimi istifadə imkanları ilə müəyyənləşir.
ƏDƏBİYYAT
1. Azərbaycan nağılları. 5 cilddə, I c. / Tərtib edəni M.H.Təhmasib. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1960, 325 s.

2. Azərbaycan nağılları. 5 cilddə, II c. / Tərtib edəni Ə.Axundov. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1961, 374 s.

3. Azərbaycan nağılları. 5 cilddə, III c. / Tərtib edəni Ə.Axundov. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1962, 282 s.

4. Azərbaycan nağılları. 5 cilddə, IV c. / Tərtib edəni N.Seyidov. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1963, 287 s.

5. Azərbaycan nağılları. 5 cilddə, V c. / Tərtib edəni Ə.Axundov. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1964, 288 s.

6. Azərbaycan folkloru külliyyatı. I-X cildlər. Bakı: 2006-2008

7. Azərbaycan el ədəbiyyatı (nağıllar), I hissə / Toplayanı H.Əlizadə. B.: Azərbaycanı öyrənən cəmiyyət, 1929

8. Çəmənzəminli Y.V. Əsərləri 3 cilddə, III c. Bakı: Elm, 1977

9. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1981, 403 s.

10. Əliyev O. Azərbaycan nağıllarının poetikası. Bakı: Səda, 2001, 190 s.

11. Əliyev R. Azərbaycan nağıllarında mifik görüşlər. Bakı: 1992

12. Əsgərov Ə. Azərbaycan sehrli nağıllarında qəhrəman (səciyyəsi və mənşəyi). Namizədlik dissertasiyası. Bakı: 1992, 164 s.

13. Hatəmi M. Sehrli nağıllarda Pəri obrazı // Azərbaycan SSR EA Xəbərləri (“Ədəbiyyat, dil və incəsənət” seriyası), 1980, № 4, s. 38-41

14. Xəlilov R. Azərbaycan və ərəb nağıllarında dualist ideyanın inkişafı / Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. V kitab. Bakı: Elm, 1977, s. 162-173

15. Kazımoğlu M. Gülüşün arxaik kökləri. Bakı: Elm, 2005, 186 s.

16. Kazımoğlu M. Xalq gülüşünün poetikası. Bakı: Elm, 2011, 228 s.

17. Kazımoğlu M. Folklorda obrazın ikiləşməsi. Xalq gülüşünün poetikası. Bakı: Elm, 2006, 268 s.

18. Qafarlı R. Mif və nağıl (Epik ənənədə janrlararası əlaqə). Bakı: ADPU nəşri, 1999, 448 s.

19. Qafarlı R. Mif, əfsanə, nağıl və epos (şifahi epik ənənədə janrlararası əlaqə). Bakı: ADPU nəşri, 2002, 758 s.

20. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. I hissə, B.: Turan Nəşrlər Evi, 2002, 680 s.

21. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. II hissə, B.: Elm, 2006, 648 s.

22. Rüstəmzadə İ. Azərbaycan nağıllarının süjet göstəricisi (Aarne-Tompson sistemi əsasında). Bakı: Elm və təhsil, 2013, 368 s.

23. Seyidov N. Azərbaycan nağılları haqqında // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, I kitab. B.: Az. SSR EA Nəşriyyatı, 1961, s. 52-117

24. Təhmasib M.H. Müqəddimə / Azərbaycan nağılları. 5 cilddə, I c. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1960, s. 5-16

25. Zeynallı H. Seçilmiş əsərləri. Bakı: 1983, 319 s.

26. Гезалов Ф. Структура азербайджанских вольшебных сказок. Автореферат канд. дисс. Ташкент: 1990

27. Байбурин А.К. Миф / Свод этнографических понятий и терминов, вып. 4. Москва: Наука, 1991, с.75-78

Çapa tövsiyə edən: Fil.ü e.d. Seyfəddin Rzasoy

Fəridə MİRİŞOVA

AMEA Folklor İnstitutunun əməkdaşı

e-mail:feride_mirishova@mail.ru
AŞIQ ŞAKİR YARADICILIĞINA BİR NƏZƏR
Xülasə

Yaxın və uzaq keçmişimiz günümüzə qədərki mənzərədə Təbriz, Göyçə, Anadolu mühit və məktəbləri bir bütün olaraq elmimizin, mədəniyyətimizin inkişafına əvəzsiz töhfələrdə səciyyələnir. Bu böyük mədəniyyət mərkəzlərindən biri də Şirvan aşıq mühitidir. Bu gün Şirvan yalnız ərazi – inzibati bölgə olaraq deyil, Dərbənd, Şəki, Zaqatala, Mil-Muğan da daxil olmaqla geniş bir sahədə öyrənilmiş və öyrədilmişdir. Eyni zamanda bunu da ifadə etməliyik ki, ayrı-ayrı aşıq mühitlərində bu sənətin ənənələri, məktəbləri, hava və üslub xüsusiyyətləri, sənətkarlıq və performans qaydaları ustad aşıqların yaradı­cı­lı­ğında qorunaraq inkişaf etmiş və daha da zənginləşmişdir.

Şirvan aşıq mühitinin ən əhəmiyyətli nümayəndələrindən biri ustad Aşıq Şakir Hacıyevdir. Zəngin sənət ir­si olan Aşıq Şakir Hacıyev Şirvan aşıq mühitini bütün Azərbaycan aşıq sənəti səviy­yəsinə qaldıran, çatdıran ya­ra­dıcı aşıq olmuşdur. Böyük ənənələri yaşatmış Şirvan aşıq mühitinin yetiş­dirməsi olan Aşıq Şakir Hacıyev Şirvan aşıq məktəbinin inkişafı və formalaşmasında xüsusi bir yerə malikdir. Aşıq Şakir Hacıyev Şirvan aşıq məktəbinin ənənələrini davam etdirməklə bərabər bu ənənələri yaşatmış, təkmilləşdirmişdir. Aşıq Şakir yaradıcı ustad aşıqlardandır. Məqalədə Aşıq Şakirin söz və musiqisi, repertuarı, şairliyi və aşıqlığının xarakteristika yanlarını müəyyənləşdirilməklə Şirvan aşıq mühitinin regional xüsusiyyətləri və Şirvan aşıq musiqisi haqqında elmi təsəvvürləri genişləndir­mək­dədir.

Açar sözlər: Şirvan, Azərbaycan, Aşıq Şakir, musiqi incəsənəti, xalq yaradıcılığı
A LOOK AT THE POETRY ASHUG SHAKIR
Summary

It was typical for Tabriz, Goycha, Anadoluashug environments and schools which contributed to our science and culture since ancient times up today. One of these cultural centers is Shirvanashug environments which is not only an administration zone. It is a vast territory that covers Darband, Shaki, Zagatala, Mil-Mughan where the regular research of repertoire performing and art of a narrator traditions forms the natural panorama of this extensive development.

One of the outstanding representatives of Shirvanashug environment was ShakirHajiyev, the master ashug. Shakir Hajiyev was a connoisseur of classic epic stories, melodies and songs and author of a number of verses, poems and tales. He completed the traditions of Shirvanashug school and it made progress thanks to Shakir Hajiyev, the great representative of Azerbaijan ashug art. Ashug Shakir Hajiyev’s valuable musical and poetic heritage makes demands to have a new view on it according modern study of folk-lore and musicology. His works are popular along South Azerbaijan, Daghistan, Anadoluashugs from these regions perform them willingly and with and with love. Shakir Hajiyev’s two tales ashug verses and melodies, which created by himself are active in the repertoire of ashugs from above-mentioned regions.

Key words: Shirvan, Azerbaijan, Ashug Shakir, Art Heritage, Folk Poetry
ОБЩИЙ ВЗГЛЯД НА ТВОРЧЕСТА АШУГА ШАКИРА
Резюме

Ашугские школы Тебриза, Гейче, Анадолу привнесли не малый вклад в развитие ашугского искусства, а также науки и культуры. Ширванскаяашугская школа является одной из ведущих в данном нап­равлении. Сегодня Ширванская зона представляет собой не только административную зону, но и как Дербент, Закатала, Шеки, Миль-Муган изучается и иссле­дует­ся. Следует отметить, что традиции, исполнительские особенности, характерные для школ в совокупности, выражают культурные традиции зон.

Ашуг Шакир Гаджиев является ярким представителем Ширванскойашугской школы. Имея богатое творческой наследие, Ашуг Шакир был сказителем и поэтом-исполнителем, который сыграл незаменимую роль в развитии ашугскоготворчеста не только Ширвана, но и Азербайджана. Продолжая традиции ашугского искусства в целом, он привнес свои особен­нос­ти в ашугское исполнительское искусство. Созданные им напевы, известны далеко за преде­лами Азербайджана.

Ключевые слова: Ширван, Азербайджан, Ашуг Шакир, ашугского творчеста, традиции ашугского искусства.
Azərbaycan folklor irsinin bir qolu olan aşıq sənəti sözü, musiqini və poezi­ya­nı özündə mükəmməl şəkildə birləşdirib, həm forma, həm də məzmun baxımından ka­milləşərək bu günümüzə gəlib çıxmışdır.

XV-XVl yüzillərdə Azərbaycanda aşıq sənəti yeni bir tarixi mərhələyə qədəm qoydu. Bu dövr aşıq yaradıcılığının yayılması ilə yanaşı yeni-yeni aşıq mühiti və aşıq məktəblərinin yaran­ması ilə də xarakterikdir. Bunun səbəbi bu dövrdə aşıq yara­dıcılığında yeni fəlsəfi-ürfani, dini baxışların zənginləşməsi, habelə ayrı-ayrı təriqət­lərə yaxınlıq, daha çox təsəvvüf, məna və rəmzlərin işlənmə müxtəlifliyi, yaranan aşıq mühiti və məktəblərində ifa tərzi və özünəməxsus repertuar seçimində özünü büruzə vermişdir.

Yaxın və uzaq keçmişimizdən günümüzə qədərki mənzərədə Təbriz, Göyçə Borçalı, Anadolu mühit və məktəbləri bütünlükdə elmimizin, mədəniyyətimizin inki­şafına əvəzsiz töhfələrdə səciyyələnir. Bu böyük mədəniyyət ocaqlarından biri də Şir­van aşıq mühitidir.

Min ilə yaxın dövlətçilik tarixinə malik olan Şirvan ərazisində bu tarix ərzində əbədiyaşar maddi və mədəni nümunələr yaranmışdır. Qərblə şərqin, cənubla şimalın qovuşma nöqtəsində yerləşən bu bölgədə belə bir mədəniyyətin yaranması heç də təəccüb doğurmur. Çünki müxtəlif mədəniyyətlərin qovuşma ərazisində formalaşan Şirvan mədəniyyəti müxtəlif mədəniyyətlərdən bəhrələnmiş, özünəməxsus xüsusiy­yətləri qoruyaraq, bugünümüzə gəlib çatan böyük inkişaf yolunu keçmişdir.

“Şirvan aşıq məktəbi bu vilayətin paytaxtı olan Şamaxı mühiti əsasında formalaş­mış­dır. Lakin Şamaxı tez-tez baş verən təbii fəlakətlər üzündən dəyişmiş, buradakı əhali məcburi miqrasiyalara məcbur qalaraq ətraf yaşayış məskənlərinə – indiki Ağsu, Quba, Bakı və eləcə də aran rayonlarına səpələnmişlər. Mühitin ilk yayılma və genişlənmə səbəbi də bu məcburi miqrasiyalar olmuşdur (1,103). Kökü qədimlərə gedib çıxan, Molla Qasım (XIII), Məlik Kürəli (XIX), Abbas Bayatlı (XVI), Dostu Şirvani (XVIII), Aşıq Abdulla (XVII), Saleh Şirvanlı (XVIII), Baba Şirvanlı (XVIII), Dəllək Murad, Xaltanlı Tağı, Məhəmməd Varxiyanlı (XVIII-XIX), Aşıq Oruc Turcanlı (XIX), nəhayət, Aşıq Ağaməhəmməd, Aşıq İbrahim, Aşıq Bilal, Aşıq Şamil, Aşıq Qurbanxan, Aşıq Şakir (XX) və. bu el şairləri, saz-söz ustalarını yetirən bu mühitin ümumazərbaycan aşıq sənətində müstəsna yeri olmuşdur.

Professor Azad Nəbiyev Azərbaycan aşıq sənətində Şirvan aşıq məktəbinin tarixi rolunu xarakterizə edərək yazır: “Şirvan məktəbi Azərbaycan aşıq məktəbləri içərisində yaranma zamanına və dövrünə, ədəbi mühitlərə bölünmə çevrəsinə, aşıq şeirinin yaranma və inkişaf vü­sə­tinə görə ən qədim məktəblərdən biridir. O, aşıq şeiri şəkillərinin meydana gəldiyi, ən baş­lıcası, ozanın aşığa rekonstruksiyası prosesini özündə yaşadıb yeni aşıq institutunun for­ma­laşmasını Anadoludan sonra şərtləndirən məktəblərdən biri, yaxud birincilərindəndir” (2, 149).

Azərbaycanın istər ictimai-siyasi, istərsə də elmi-mədəni həyatında mühüm yer tutan Şirvan mədəniyyət tarixinə çoxlu sayda musiqi, söz sənət sahibləri bəxş etmişdir. Şirvan aşıq mühiti təşəkküldən üzü bəri həm ifaçı, həm də yaradıcı mühit kimi fəaliyyət göstərmişdir.

Eyni zamanda söyləməliyik ki, ayrı-ayrı aşıq mühitlərində bu sənətin ənənələri, məktəbləri, hava və üslub xüsusiyyətləri, sənətkarlıq və ifaçılıq qaydaları ustad aşıq­la­rın yaradıcılığında qorunaraq inkişaf etmiş, daha da zənginləşmişdir.

Ötən çağlarda olduğu kimi, XX yüzillikdə də bu mühit qüdrətli sənətkarlar ye­tiş­dirmişdir. Bu görkəmli sənətkarlardan biri də Şirvan diyarının yetirdiyi ustad aşıq Şakir Hacıyevdir. Zəngin sənət irsi olan aşıq Şakir Hacıyev Şirvan aşıq mühitini bütöv Azərbaycan aşıq sənəti səviyyəsinə qaldıran yaradıcı aşıq olmuşdur. Böyük ənənəni yaşatmış Şirvan aşıq mühitinin yetişdirməsi aşıq Şakir Hacıyev Şirvan aşıq məktəbinin inkişafı və onun formalaşmasında xüsusi yer tutur. Aşığın yaradıcılığı çoxcəhətlidir. Aşıq Şakir klassik havalar və dastan bilicisi kimi eyni zamanda neçə-neçə qoşma, gəraylı, dastan və aşıq mahnılarının müəllifidir.

XX əsrin ortalarında Şirvan aşıq məktəbi məhz ustad aşıq Şakir Hacıyevin şəx­sin­də öz tərəqqi və inkişaf dövrünü yaşadı. Aşıq Şakir Hacıyev Şirvan aşıq mək­tə­binin ənənələrini davam etdirməklə bərabər yaşatmış, təkmilləşdirmiş və yeni bir sə­nət cığırı açmışdır. Seyfəddin Qəniyev Aşıq Şakir haqqında ilk olaraq yazmış oldu­ğu “Adım Şakir, mahalım Şirvan” kita­bın­da Aşıq Şakirin şərəfli ömür yolunu, sənət­kar taleyini xarakterizə edərək yazır: “Dədə Şakir haqqında yazmaq üçün neçə-neçə in­san­la görüş­müş, onların ustad haqqında çox dəyərli fikirlə­rini eşitmişəm. Ünsiy­yətdə olduğum yüzlərlə insanın Şakir haqqında fəxrlə dedikləri “Aşıq Şa­ki­rin­ki Allah ver­gisi, Allah qisməti idi. Yoxsa heç kəs öz hünəri, öz səyi ilə Şakir mərtəbəsinə ucala bilməzdi”…Və bir “Şakir mərtəbəsin”də neçə-neçə Şakirlərin “yaşadığının” şahidi olmuşam. Aşıq Şakir, Xanəndə Şakir, Natiq Şakir, Rəqqas Şakir, Eyhami – Şirvan Şakir, Dirijor Şakir, bir də camalı ilə gözəllikdə Yusif misallı Şakir… Bəli, bu qədər bənzərsizliyi qeyri-adiliyi yalnız və yalnız Allah-taala ürəkdən sevdiyi bəndələrinə əta edir…” (3, 9).

Aşıq Şakir Hacıyevin yaradıcılığının ana xəttini Azərbaycanın füsunkar təbiəti, başı qarlı dağları, bərəkətli çölləri, əməksevər insanları haqqında yazılmış əsərlər təşkil edir. Onun yaradıcılığında vətənə bağlılıq, sülh, düşmənə nifrət, əmək adam­larının tərənnümü yer tuturdu. Aşıq Şakir xalq içindən çıxıb xalq üçün oxumuşdu. Böyük ustad aşıqlığın yüksək vəzifəsini gözəl duyurdu. Aşıq Şakir ilə bizi ayıran təxminən otuz altı il belə bu el aşığını xalqın yaddaşından silə bilməmişdir. Onun ölməz sənəti səs xəzinəmizdə insanların yaddaşında, xatirəsində bu gün də yaşayır.

Aşıq Şakir Hacıyevin yaradıcılıq irsinin öyrənilməsi XX əsr aşıq musiqisinin maraqlı çalarlarının üzə çıxarılması, eyni zamanda aşıq Şakirin musiqi irsi, dövrü, poetik irsi, yaradıcılığının müxtəlif mərhələlərində Şirvan aşıq musiqisinə verdiyi töhfələrin tədqiqata cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bütün bunlar onu deməyə imkan verir ki, XX əsr zaman kəsimində Şirvan aşıq mühitinin Aşıq Şakir Hacıyev kimi böyük bir nümayəndəsinin olması və bu gün onun araşdırılması bütövlükdə Şirvan aşıq musiqisi xəzinəsinə yeni nəzərlərlə baxmağı tələb edir. Bu gün Aşıq Şakir sənət irsinin musiqişünaslıqda da sistemli və kompleks şəkildə araşdırılması həllini gözləyən məsələlərdən biridir.

1. Aşıq Şakirin musiqi və poetik irsinin birlikdə araşdırılması;

2. Aşıq Şakirin Şirvan aşıq mühitində rolu və əhəmiyyəti;

3. Aşıq Şakirin ifasında olan klassik havaların nəzəri təhlili;

4. Aşıq Şakirin ifasında olan ənənəvi aşıq havalarının və eyni zamanda özünün yazmış olduğu aşıq mahnılarının nəzəri təhlilə cəlb edilməsi.

Araşdırılmaqda olan işin nəzəri əhəmiyyəti ilk növbədə onunla müəyyən­ləş­dirilir ki, burada musiqişünaslıq və folklorşünaslıq da xüsusən Aşıq yaradıcılığı­nın, Şirvan mühitinin öyrənilməsində bitkin mənbə kimi maraqlıdır. XX yüzilin zən­gin mədəniyyət xəzinəsinə öz töhfəsini vermiş görkəmli bir aşığın, aşıq Şakir Ha­cı­yevin musiqi irsi, poe­tik irsi, bütövlükdə yaradıcılığı haqqında bitkin məlumatlar musiqi­şü­naslar, folklorşünas­lar, aspirant və müəllimlər üçün nəzəri qaynaq, mənbə rolunu oynaya bilər. Tədqiqatda əldə olunmuş nəticənin əsas müddəaları aşıq Şakirin ifasın­da nota alınmış havalar, aşıq mahnıları Azərbaycanın musiqi təhsil ocaqlarında əyani vasitə kimi istifadə oluna bilər.

Folklorşünas alimlər Mürsəl Mürsəlov, Seyfəddin Qəniyev, Ağalar Mirzə, Əh­li­man Rəhimov, Yaqut Bahadurqızı Əşrəfova, Qalib Sayılov, Tariyel Qəniyev, Tofiq Abdullayev, Şirvanın böyük ustad aşıqları Aşıq Mirzə Bilal, Xaltanlı Tağı, Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Bəylər, Aşıq Pənah və s. haqqında monoqrafiya və məqalə­lə­rində buna yer ayırmışdır. Lakin qeyd etmək lazımdır ki, bütövlükdə Şirvanın aşıq mühitinin ustad aşıqlarının hər birinin özünəməxsus xüsusiyyətləri, ifa mədəniyyəti, oxu üslubu, bütövlükdə aşıq sənətinə verdikləri töhfələr var. Bu baxımdan onların ya­ra­dıcılığının öyrənilməsi, ifa etdikləri aşıq havaları və mahnıla­rının nota yazılması və tədqiqata cəlb olunması musiqişünaslıqda öz həllini gözləyən aktual məsələlərdən biridir.

Məhz Aşıq Şakirin yaradıcılığı bütün strukturu və özünəməxsusluğu ilə mən­sub olduğu Şirvan aşıq mühitinə xas hadisədir. Sənətkarın yaradıcılığının öyrənil­məsi istər folklor­şü­nas­lıq, istərsə də musiqişünaslıq baxımından obyektiv metodoloji baza kimi həmin mühit kon­tekstin­də tədqiq olunmalıdır.

Aşıq Şakirin ifasında ondan artıq havacat – “Şirvan şikəstəsi”, “Döymə Kərə­mi”, “Maral”, “Bala Nərgiz”, “Yurdumun”, “Kəndimiz”, “Boylana-boylana”, “Ba­kı”, “Nə bağ bildi, nə də bağban”, “Telli sazım”, “İnciməsin”, “Səhər-səhər” və s. ki­mi aşıq nümunələrini aşığın şəxsi arxivindən, radionun qızıl fondundan, internet resurs­larından əldə etmişik. Bu havaların hər birinin melopoetikası, melodik variantlılığı, ifa tərzi, təfsir üslubu, havalarda musiqi və şeirin melodik intonasiya, ritmik və bədii əlaqəsi – bütün bu kimi məsələlər araşdırmada öz həllini gözləyir.

Şirvan aşıq yaradıcılığında “aşıq havaları” və “aşıq mahnıları” kimi anlayışlar mövcud­dur. Bütövlükdə Şirvan aşıq mühitinin ənənəvi xüsusi­y­yət­lə­rin­dən biri də ustad aşıqların mahnı yaradıcılığıdır. Mahnı yaradıcılığı və mahnı ifaçılığı Şirvan aşıq mühitinin qədim sənətkarlıq ənənələrindən biridir. Peşəkar ustad aşıqların yaratdıqları mahnılar aşıqların repertuarına daxil edilmiş, tədricən mühitin ənənəvi havasına çevrilmiş, ifaçılıqda ənənəvi hava kimi yaşamışdır. Aşıq Şakirin özünün bəstələdiyi bir neçə aşıq mahnısı “Səhər-səhər”, “Kəndimiz”, “Yurdu­mun”, “Xub yara­şır nazlı yara” və s. kimi mahnılar bu gün də aşıqların, xanəndələrin reper­tuarında geniş yer tutur. Məhz ustad aşığın ifasında olan bu mahnıların notlaş­dırıl­ması, melodiya, forma, lad və üslub baxımından araşdırılması nəzərdə tutulan sahə­lərdir.

Aşıq Şakirin yaradıcılığının ən kamil nümunələri təkcə Şirvanda deyil, Azər­bay­canın digər bölgələrində – Güney Azərbaycan, Dağıstan, Anadolu aşıqlarının repertuarının aktiv hissəsinə daxil olub, bu gün də sevə-sevə oxunur.

Vaxtilə Aşıq Şakirin səsi Moskvanın böyük sütunlu salonlarında əks-səda ve­rib. Hələ sovet dönəmində, 1984-cü ildə Aşıq Şakirin səsi sovet hakimiyyətinin ideoloji düşməni olan ölkələrdə dillənilirdi. ABŞ-dan dövlət mühafizəsinə veril­mişdir və ABŞ-ın Los-Anceles şəhər radiosu ilə səsləndirilən iki veriliş yazıl­mışdır. Ayda bir dəfə efirə çıxan “Sandi Oprea” adlı bu verilişin aparıcıları Fret Həyat və Fret Azad olmuşdular. Verilişin biri dahi bəstəkar Üzeyir Hacıbəyova həsr olunmuş, ikincisi isə ümumilikdə Azərbaycan xalq musiqi alətlərindən, onların xüsusiyyətləri və ifa tərzlərindən bəhs edilən bu verilişin daimi rubrikası aşıq yaradı­cı­lığı olmuşdur. Aparıcıların qeyd etdiklərinə görə, ayda bir dəfə efirə çıxan bu radio proqramının redaksiyasına dinləyicilər tərəfindən göndərilən çoxsaylı məktublarda Aşıq Şakirin lent yazılarının səsləndirilməsi xahiş olunurdu (4, 210).

Məqalənin başlıca məqsədi Aşıq Şakirin yaradıcılığının səciyyəvi cəhətlərini müəyyənləşdirməklə konkret sənətkarın timsalında Şirvan aşığının gerçək sənətkar statusunu üzə çıxarmaq, eyni zamanda aşığın sənət irsi haqqında, sənət yolu haq­qında dolğun təsəvvür yaratmaqdır.

Şirvan bölgəsində şifahi ənənəli musiqinin iki professional qolunun – aşıq və muğam sənətinin əsrlər boyu yanaşı addımlaması peşəkar xanəndə-sazəndə ifaçılı­ğının inkişaf etməsi Aşıq Şakir ifaçılığında da özünü əyani şəkildə büruzə verir. Onun oxuduğu aşıq havalarında xanəndə nəfəslərinin olması havaların arasında vokal ifa etdiyi muğam parçalarını buna misal gətirmək olar. Aşıq Şakir muğamlarımızın da mahir bilicisi və ifaçısı olmuşdur. Onu yaxından dinləyən xanəndələr, ziyalılar və müasirləri qeyd edirlər ki, Aşıq Şakir aşıq kimi də, xanəndə kimi də əvəzedilməz idi. Ustad xanəndə Ağaxan Abdullayevin dediklərindən: “Mən Aşıq Şakiri kəndimizdə – Türkanda toy məclislərində görmüşəm. Oxuduğu “Zəminxarə”, “Dilkəş” və s. kimi muğam şöbələri eşidənlərə xüsusi zövq verirdi. Əgər Şakir sazı yerə qoysaydı, ondan gözəl xanəndə olardı..” (4, 94). Tədqiqatımızda Aşıq Şakirin ifaçılığının muğam və xanəndə ifaçılığı ilə qarşılıqlı əlaqələrinin elmi cəhətdən tədqiqi, eyni zamanda aşıq musiqisinin musiqi folkloru, muğam sənəti və xanəndə ifaçılığı ilə tarixi ənənəvi əlaqəsinin Şirvan kontekstində təhlili nəzərdə tutulmuşdur.

Aşıq Şakir yaradıcı ustad aşıqlardandır. Onun özünün yaratdığı iki dastan, onlarla gəraylı, qoşma, aşıq mahnısı var ki, bu gün də Şirvan aşıqlarının repertua­rında aktiv yer tutaraq, dillər əzbəri olmuşdur.

Aşıq Şakir Şirvan aşıq ifaçılığını öz arxasınca çəkib aparmağı bacardı. Aşıq Şakirin şagirdi olub-olmamasından asılı olmayaraq Şirvan “üstündə” oxuyan yüzlərlə aşığın müəllimi olmuşdur. Aşıq Şakiri hətta görməyən aşıqlar belə radiodan, lent yazı­larından onun ifaçılıq tərzini, oxu üslubunu öyrənməklə özlərinə ustad bildilər. Şakirsevər insanların toy-düyünlərdə, səsini yazdıqları lent yazılarında, toy mərasi­mində aşığın iştirakının bəzi spesifik məqamlarını görürük. Aşıq Şakirin gözəl, rəvan danışığının və gözəl səsinin, ifasının və necə gözəl məclis apardığının şahidi oluruq. Dastan, nağıl söyləyərkən, yaxud hər hansı havanı oxuyarkən çox məharətlə obraza girir, dinləyiciyə xüsusi zövq bəxş edir. Onun oxuduğu məclislərin şahidi olan müa­sir­lərinin söylədiklərinə görə Aşıq Şakir məclislər, toy-büsatlar yaraşığı idi. Onun apardığı məclislər əsl sənətkarlıq nümunəsi idi.

Xalqımızın görkəmli ustad aşığı Şakir Hacıyevin ifalarını layiqincə qorumaq və onun sənət irsini tədqiq etmək həm də bizim mənəvi borcumuzdur. Bu məqsədlə Şakir Hacıyevin yaradıcılığı haqqında tədqiqat işi üzərində işləməyi lazım bildik. Bununla Aşıq Şakirin söz və musiqi repertuarı, şairliyi və aşıqlığının səciyyəvi cəhətlərini müəyyənləşdirilməklə Şirvan aşıq mühitinin regional özəllikləri və Şirvan aşıq musiqisi haqqında elmi təsəvvürləri genişləndirmək, Aşıq Şakirin ifasında olan aşıq havalarının məqam və melodiya xüsusiyyətlərini aşkar etmək, bir sözlə, Aşıq Şakir irsini müfəssəl tədqiq etmiş olarıq. Həm də düşünürük ki, bu Aşıq Şakiri sevənlərə bir töhfə olar.
ƏDƏBİYYAT
1. A. Mirzə. Şirvan Aşıq yaradıcılığı, təşəkkülü və inkişaf tarixindən. Bakı, 2007

2. A. Nəbiyev. Azərbaycan aşıq məktəbləri. Bakı, “Nurlan”, 2004

3. S. Qəniyev. Adım Şakir, mahalım Şirvan. Bakı, “Nurlan”, 2001

4. T. Abdullayev. Aşıq Şakir zirvəsi. Bakı, 2015



Çapa tövsiyə edən: Fil.ü.e.d. Ramazan Qafarlı
Aytən CƏFƏROVA

Naxçıvan Dövlət Universiteti

ceferli_ayten@mail.ru
ORDUBAD FOLKLOR MÜHİTİNDƏ AŞIQ YARADICILIĞI

VƏ DASTANÇILIQ ƏNƏNƏSİ
Ordubad aşıq yaradıcılığı Azərbaycan aşıq yaradıcılığı kontekstində özünəməxsus xüsusiyyətlərlə cilalanmış yerə malikdir. Ordubad aşıq yaradıcılığının Azərbaycan aşıq mühiti sırasında parlaq bir yeri olmasa da, burada müxtəlif dövrlərdə aşıq mərasimləri, yığıncaqları təşkil olunmuşdur. Bu da ərazidə aşıq yaradıcılığının mövcudluğunu sübut edən amillərdəndir. Müəyyən dövrlərdə bu bölgədə bir necə nəfər aşığın yaşayıb-yaratması ərazidə bu sənətin keçmişindən xəbər verir. Həmçinin, ərazidə aşıq yaradıcılığının mövcud olması barədə bəzi mənbələrdə məlumatlara rast gəlmək olur. Bu mənbələrdə Ordubadı tərk edib yad ölkələrdə yaşamağa məcbur olmuş xalq şeiri tərzində yazmış istedadlı el şairlərinin olduğu haqqında muxtəlif fikirlər söylənilir. Məqalədə Ordubadda yaşayıb-yaradan aşıqlar haqqında söylənilmiş mövcud məlumatlar ümumiləşdirilmişdir. Bununla yanaşı, araşdırmarlar aparılaraq bu haqda yeni məlumatlar da üzə çıxarılmışdır. Həmçinin Ordubadda aşıq şeirinin inkişafı, bu şeir tərzinin yazılı ədəbiyyata daxil olması haqqında danışılmışdır. Məqalədə, bütün bunlarla yanaşı, ərazidə dastan yaradıcılığı, bu nümunələrdə milli xarakteri ifadə edən dastan qəhrəmanı haqqında da araşdırma aparılmışdır.

Açar sözlər: Azərbaycan, Ordubad, aşıq, dastan, şeir, yaradıcılıq.
Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə