Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə16/20
tarix26.11.2017
ölçüsü1,81 Mb.
#12653
növüXülasə
1   ...   12   13   14   15   16   17   18   19   20

Ayten Jafarova

Nakhchivan State University

ceferli_ayten@mail.ru

The tradition of the ashug activity and art of a narrator

in Ordubad folklore environment

The Ordubad ashug activity has a place with its own polished features in the context of the Azerbaijan ashug activity. Although the creativity work of ashug of Ordubad has not an important place in ashug environment of Azerbaijan, there were ashug ceremonies, gatherings in different times. It is the fact that proves the existences of ashug activity in this territory. Creative activities of some asughs in this territory during certain periods tells us the old history of this art. However it is possible to come across information in some sources about existences of ashug activity in this territory. There are some different ideas in these sources about talented ashugs who had to leave Ordubad and live in foreign countries. In the article, the existing information about ashugs who lived and created in Ordubad is summarized. At the same time, new information about it has been found out through researches. The article deals with the development of the ashug poetry and entering this style written literature as well. At the same time, the investigations of epics and national features of epic heroes are held in this territory.



Key words: Azerbaijan, Ordubad, ashug, epic, poem, activity
Айтян Джафарова

Нахичеванский Государственный Универститет

ceferli_ayten@mail.ru

Ашыгское творчество и традиция эпического сказителя

в Ордубадской фольклорной среде

Ордубадское ашыгское творчество имеет соотвествующее место в контексте азербайджанского ашыгского творчества. Несмотря на то, что ордубадское ашыгское творчество не является ярким пятном в азебайджанской ашыгской среде, в разные времена здесь организовывались ашыгские обряды и собрания. А это является одним из факторов подтверждающих наличие ашыгского творчества на этой земле. Проживание и творение нескольких ашыгов в определенные времена говорит о прошлом этого искусства в данной территории. В некоторых источниках также встречается информация о наличии ашыгского творчества в этом регионе. В этих источниках имеются различные мнения о присутствии талантливых народных поэтов, творивших в стиле народной поэзии, которые покинув Ордубад вынуждены жить в чужих странах. В статье, обобщены различные сведения, высказанные об ашугах, живших и творивших в Ордубаде. Наряду с этим были проведены исследования и выявлены новые сведения об этом. В исследовании также, рассказывается о развитии ашыгской поэзии в Ордубаде и о введении этого поэтического стиля в письменную литературу. В статье, наряду с этим, также проводится исследование ашыгского творчества в этом регионе и об эпическом герое, выражавшем национальный характер в этих образцах.



Ключевые слова: Азербайджан, Ордубад, ашыг, эпос, стихотворение, творчество
Hər bir xalqın etnik-mədəni sistemi hazırkı sivilizasiyanın səviyyəsindən asılı olmayaraq, öz tarixi köklərilə istisnasız şəkildə əski çağlara məxsus ibtidai yaşayış və düşüncə qanunauyğunluqlarına bağlıdır.... Bu mənada, aşıq sənətinin genetik qaynaqları bir çox yöndən ilkin çağların mifoloji təsəvvür və ibtidai təxəyyül pro­sesləri ilə tarixi-semantik əlaqəyə malikdir (7, 6).

M.Sultanov qeyd edir ki, orta əsrlərdə Naxçıvanda və Ordubadda bir çox şair və aşıqlar yetişmişdir. Həmin şair və aşıqlar sırasında Aşıq Məhəmməd və Aşıq Ab­bas Ordubadilərin adlarını çəkmək olar (18, 23). Prof. Y.Səfərov bu məlumatlara əla­və olaraq söyləyir ki, Ordubadda Aşıq Muxtar adlı bir şəxs yaşayıb fəaliyyət gös­tər­miş­dir. Belə ki, “Koroğlunun Ballıca səfəri” qolu həmin aşıqdan toplanmışdır (16, 43).

Ərazidə dastan yaradıcılığının yayılması da istisna deyil. Belə ki, “Ordubadlı Kərim” və ya “Kərim-Susən” dastanına görə Kərim ordubadlıdır. Kərimin ordubadlı olması haqqında dastandan başqa aşıq rəvayəti və aşıq şeiri də var. Aşıq şeiri alim Y.Səfərov tərəfindən 1987-ci ildə Babək rayonunun Çeşməbasar kəndində yaşamış əslən Ordubad rayonunun Tivi kəndindən olan mərhum aşıq-şair Vəli Quliyevdən qeydə alınıb. Şeirdə deyilir:

Sən mənim sultanım, sən mənim xanım,

Sənə qurban olsun bu şirin canım.

Adım xan Kərim, Ordubad məkanım,

Getmə, ay qız, sənlə söhbət eyləyim (16, 44).

Y.Səfərovun bu dəyərli axtarışları Ordubad aşıq mühiti üçün əvəzolunmaz töhfədir. O, topladığı məlumatda bildirir ki, V.Quliyev ordubadlı Kərimin bəzən “Biçarə Kərim” adıyla şeirlər yaratdığını söyləyib. Nümunə olaraq aşağıdakı şeir göstərilir:

Yüz şahidi-Şirazi, Hələb, Misri, Səmərqənd,

Yüz zinəti-aləm, fərəhəfza, şəhi-fərxənd,

Yüz əhdi-diləfruz ola, yüz ləli-şəkərxənd,

Yüz mən kimi Biçarə Kərim hüsnünə həsbənd,

Cümlə sənə çakər ola, könlüm səni istər (16, 44).

Dastana nəzər yetirdikdə (21, 328) aydın olur ki, Ordubadlı Kərim istedadlı şair olmuşdur. Əldə olan bir şeiri onun dərin biliyindən xəbər verir:

Yarım gül budağı əyəndə barı,

Dərdi-sərin ona deyəndə barı,

Özün Mahmud bilib öyəndə barı,

Pul eylə Kərimi Ayaza qarşı.

Şeirdən göründüyü kimi, Sultan Mahmud Qəznəvi, Ayaz kimi tarixi şəxsiy­yətlərin adını çəkən sənətkar savadsız ola bilməzdi (15).

Ordubad rayonunun Aza kəndindən toplanan “Arzu-Qəmbər” dastanı məhəbbət mövzusundadır. Dastanda iki gəncin nakam sevgisindən bəhs edilir.

“Məhəbbət dastanlarımızın, demək olar ki, hamısının, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” kimi qəhrəmanlıq dastanlarımızın bir sıra boy və qollarının əsas mövzusu, yəni süjet, qəhrəmanın öz butasına çatmaq uğrunda apardığı mübarizənin təsvirindən ibarətdir. Bu süjeti, macəranı, əhvalatı, əsasən, dörd hissəyə bölmək olar:


  1. Qəhrəmanın anadan olması və ilk təlim-tərbiyəsi.

  2. Qəhrəmanların, yəni aşiq və məşuqənin buta almaları.

  3. Qarşıya çıxan maneələr və onlara qarşı mübarizə.

  4. Müsabiqə və qələbə.

“Arzu-Qəmbər” dastanında da qəhrəmanlar qeyri-adi şəkildə dünyaya göz açırlar: ”...Bu zaman dərviş cibindən bir alma çıxartdı, dodağı altında nəsə oxuyub almaya üfürdü. Sonra almanı ustaya verdi:

- Bu almanı tən ortadan bölün, yarısını sən özün öz hərəminlə, yarısını da qardaşın öz hərəmiylə yeyər. Vaxt gələr, Tanrı sizi murada yetirib hərənizə bir övlad bəxş edər. Birinizin oğlu, birinizin qızı olar...

...Bəli, nağıllarda vaxt tez gəlib keçir. Doqquz ay, doqquz gün keçəndən sonra Cahanın bir oğlu, Əmir padşahın bir qızı oldu. Padşah bu münasibətlə böyük bir qonaqlıq verdi. Məclis təzəcə qızışmışdı ki, içəriyə bir dərviş daxil oldu. Cahan dərvişi görən kimi tanıyıb qardaşına bildirdi ki, almanı verən budu. Dərviş ədəblə salam verib dedi:

- Mən oğlanın adını Qəmbər, qızın adını Arzu qoyuram, özlərini də göbək­kəs­di edirəm. Əgər onları bir-birindən ayırsanız, axırı yaxşı qurtarmayacaq” (1, 350).

Nağıllarda qəhrəmanın qeyri-adi doğulmasından söz açan O.Əliyev bu motivin qəhrəmanlıq və məhəbbət dastanlarında da yer aldığını söyləyir: “Həmin mifoloji elementlər nağıllarımızı folklorumuzun başqa janrları ilə, o cümlədən, mif və dastanlarımızla da yaxınlaşdırır. Bu isə bu uyğunluğun əski qaynaqlardan irəli gəlməsini ehtimal etməyə əsas verir” (3,15-16).

“Arzu-Qəmbər” dastanına İraq-Türkman folklor nümunələri içərisində də rast gəlmək olar. Ordubad variantında olduğu kimi, Kərkük variantında da hadisələrin gedişi həyatidir. Belə ki, hər iki nümunədə təbii və sadə dillə iki gəncin nakam məhəbbətindən söz açılır (12, 283).

Prof. Q.Paşayev bu dastanın Kərkük variantı haqda belə yazır: “Arzu-Qəmbər” xalq nağılları ilə bağlı olan dastanlardandır...Dastanı səciyyələndirən cəhətlərdən biri də odur ki, bu əsər nağılla dastan arasında keçid təşkil edir, daha doğrusu, nağıl-dastandır” (12, 282). Bunu dastanın başlanğıcından aydın görmək olar: “Biri var idi, biri yox idi. Keşmiş zamanlarda iki qardaş var idi...” (1, 348).

Prof. Sədnik Paşayev isə dastanın Bakı, Şamaxı, Gəncə, Naxçıvan, Qarayazı və s. variantlarının adlarını çəkir. O zaman bu variantların işıq üzü görməməsini təəssüf hissi ilə qeyd edir (13,15). Lakin 1994-cü ildə Naxçıvan variantı Ordubad rayonunun Aza kəndindən Abdullayeva Həvva Hüseyn qızından yazıya alınaraq Azərbaycan Folkloru Antologiyası seriyasından olan Naxçıvan folklorunun I cildində nəşr olunmuşdur. Dastanın adı Azərbaycan dastanlarının Şirvan variantları sırasında da çəkilir (10,189).

Ordubadda xalq qəhrəmanı Qaçaq Nəbi haqqında fikirlər dolaşmaqdadır. Hətta azyaşlı uşaqlar da öz böyüklərindən eşitdiklərinə görə fəxr edirlər ki, el igidi Qaçaq Nəbi Ordubada da gəlmiş, müxtəlif evlərdə qonaq olub, burda kasıb təbəqəyə, bəylərin təzyiqinə məruz qalan köməksiz xalqa havadar çıxmışdır. Onun Ordubada gəlməsi haqda belə deyirlər: “Unudulmaz qəhrəman Qaçaq Nəbi bir gün Ordubada gəlmiş, Hüştürləngə məhəlləsində yaşayan Əsədov Əsəd adlı bir şəxsin evində qonaq olmuşdur. Bir gecə orda qonaq qalan qəhrəman ev sahibinə beşaçılan tüfəng hədiyyə etmişdir” (9). Nəbinin Naxçıvan qəzası və onun ətraf nahiyələrində olması ilə bağlı dastandakı məqamlara diqqət edək: “Qarçevan kəndində pristav və qazaqlarla vuruşmada Nəbi və onun silahdaşları qazaqları gülləyə basıb pərən-pərən edirlər. Nə­bi Zəngilana, oradan da Qubadlıya gəlib Həcəri götürür, birbaş Naxçıvan yaylaq­larına çəkilir...” (6, 78). Qarçevan – Ordubad şəhəri yaxınlığında olan erməni kəndi idi. Qaçaq Nəbinin hərəkət meydanı çox böyük və olduqca etibarlı idi. Nəbi bir tərəfi Murov dağı, Kür çayı; digər tərəfi Alagöz dağı, Araz çayı olan geniş Qarabağ və İrə­van mahallarını gəzirdi. O, Ziyarət dağı, Kəlibalı dağı, Qırxqız dağı, Salvartı, Ərik­li dağları, Camal qalası, Kiləbi dağı, Qalaboynu və bütün başqa mövqeləri gəzir, özü­nün fəaliyyət meydanını genişləndirirdi. Bütün bu sahələrdə olan kəndlərdə Nəbi yaşamış və orada olan kəndlilərlə yaxından rabitə saxlamışdı (2, 216).

Dastanda adları çəkilən Nəbinin silahdaşları igid, qoçaq, hər zaman Nəbiyə və xalqa sədaqətli real qəhrəmanlardır. Bunlar arasında Ordubad rayonunun Tivi kəndindən olan Telli Qara da öz igidliyi ilə Nəbinin və xalqın sevimlisinə çevrilir. Telli Qara haqqında folklorşünas Ə.Şamil “Dastanlaşmış ömürlər” kitabında maraqlı məlumatlar verir. Telli Qaranın həyat yoldaşı Xanım nənənin söylədiklərindən məlum olur ki, Telli Qaraya xalq çoxlu şeirlər qoşmuşubmuş. Nəbiyə qoşulan şeirlərdən çox imiş. Sonra Nəbi məşhurlaşdığından Telli Qara yaddan çıxıb” (19, 29-30). Dastanda Sisyan maha­lın­da vuruşma zamanı gülləyə tuş gələn Telli Qaranın ölümü belə təsvir olunur: “...Vu­ruşma qızışır. Nəbinin yaxın dostu Telli Qara öz səngərindən qarşı səngərə keçmək is­təyəndə düşmən gülləsi onu yaralayır. Telli Qara səngərə yıxılır. Nəbi Telli Qaranın vurulmasını bilcək çox qəmgin olur. Düşmən çox olduğu üçün tez də özünü səngərə atır. Telli Qaranın intiqamını almaq üçün Nəbi elə bir nərə çəkir ki, düşmən qaçmağa üz qoyur” (6, 36). Bu münasibətlə aşağıdakı şeir parçası xalq tərəfindən qoşulmuşdur:

Telli Qara Çətəndaşda vuruldu,

Nəbinin dəstəsi onsuz qırıldı.

Çətəndaş üstünə qoşun sürüldü,

Hardasan-hardasan, ay Qaçaq Nəbi,

Dəstəsi özündən, ay qoçaq Nəbi (6, 36).

Telli Qara haqqında söylənilən rəvayətlər dastana çevrilərək yaddaşlarda yaşamaqdadır. “Naxçıvan folkloru” antologiyasının II cildində dastandan bir parça nəşr olunmuşdur. Dastanda Telli Qara adı qəhrəmana xalq tərəfindən verilir. Məşhur türk pəhləvanı Sami Süleymanı məğlub edən Misirxan sonralar qaçaq adı ilə də mahalda məşhurlaşdı. Dastanda bu səhnəni əks edən məqama diqqət edək: ”Qız-gəlin biri-birinə qarışdı. Bir-birindən soruşdu:

- Onu kim məğlub etdi?

- O telli oğlan.

- Axı telli oğlan ikidir. Hansı?

- Qara.


Beləlihlə, Misirxan adı bu kənddə Telli Qara ilə əvəz olundu.... Elə o vaxdan Misirxanın adı qaldı Telli Qara ki, soyra qaçax adı ilə bütün mahalımızda məşur­raşdı. Kim çətinniyə düşərdisə, kimin nə dərdi vardısa, qaçardı Telli Qaranın üstünə ki, bə qağa, mənə köməyh elə. O da kasıpların, yetim və yoxsulların dadına çatardı. Haqqın tərəfin tutardı...” (11, 410).

Telli Qara haqqında bütün bu söylənilənlərlə tanış olduqda belə qənaətə gəl­mək olur ki, el qəhrəmanı haqqında şeirlər və rəvayətlər var imiş. Sonradan bunların bəzi parçaları Qaçaq Nəbi dastanına qarışmış, bəzi parçalar isə yaddan çıxmışdı (19, 31).

Telli Qara haqqında dəyərli məlumata sahib olan Məmmədxan Məmmədovu Ə. Şamil belə təsvir edir: “Məmmədxanın 55-60 yaşı olardı. Gözəl hafizəsi, həsəd aparılacaq yaddaşı, bir də hərdən şeir demək qabiliyyəti vardı” (19, 28). Sonra biz bu şəxs haqqında Y.Səfərovun “Naxçıvan aşıqları və el şairləri” kitabında məlumatla qarşılaşırıq: “M.Məmmədov 1927-ci ildə Ordubad rayonunun Tivi kəndində anadan olub. Peşəsi dəmirçi idi. O, “Xan tivili”, ömrünün son illərində isə “Küskün” təxəl­lüs­ləri ilə heca vəznində şeirlər yazıb. Müxtəlif illərdə mətbuat səhifələrində bir neçə şeiri çap edilib. M.Məmmədov 2003-cü ilin mart ayının 3-də vəfat edib”. Tədqiqatçı-alim kitabda M.Məmmədovun “Kimi” və “Bizə nə var” adlı iki şeirini təqdim edir (17, 132). Lakin burada alimin bir fikri bizi qane etmədi: “Haqqında ilk dəfə “Nax­çıvan aşıq ədəbi mühiti” kitabında (Naxçıvan: Əcəmi, 2009, 134 s.) məlumat veri­lib”. Belə ki, Məmmədxan Məmmədov haqqında məlumata biz ilk olaraq, Ə. Şamilin “Dastanlaşmış ömürlər” (Bakı: Səda, 2001, 96 s.) kitabında rast gəldik.

XIX əsr Ordubad ədəbi mühitinin aşıq şeiri üslubunda yazan nümayəndələ­rin­dən biri də Aşıq Abbas Dəhri olmuşdur. “Dan yıldızı” jurnalında verilən məqalədə de­yilir ki, Aşıq Abbas Naxçıvan bölgəsinin Ordubad qəzasının Dəstə kəndində anadan olub. Ata-babası İrandan Kəmki dağının yanındakı Daran adlı bir yaylaqdan gəlmədirlər. Atası İranda olarkən çox zəngin imiş, çoxlu qoyun sürüsü var imiş. Ancaq qoyunlar borana düşüb qırıldığından ailə müflisləşir və Arazın bu tayına, yəni Zaqafqaziyaya köçmək məcburiyyətində qalır. Aşıq Abbas 25 yaşından aşıqlığa başlayıb, aşıqlığına səbəb dərin bir eşqə mübtəla olması olub. 45 yaşına kimi ailə qurmayıb. Sonra isə on dəfə evlənib. Əvvəlki arvadları vəfat edib. Sonuncu arvadından beş övladı olub. Aşıqlıq məqsədilə İranda – Ələmdar, Mərənd, Təbriz, Xoy; Zaqafqaziyada – Nax­çıvan, Ordubad, İrəvan, Gəncə, Tiflis, Batumi və s. yerləri gəzib dolanmışdır. Aşığın ustadı olmayıb. Söylədiyi hekayələrin hamısı öz qələmindən çıxmadır. Aşıq sənəti ilə bərabər muğamın da sirrlərinə dərindən bələd olub (20, 24).

Aşığın qohumlarından olan Ordubad şəhər sakini Məmməd Axundov və Cəlil Rəfiyev öz xatirələrində Abbas Dəhrinin mükəmməl el sənətkarı olması haqqında məlu­mat verirlər. C.Rəfiyev 1930-cu illərin xatirələrindən bəhs edərək yazır: “Abbas da­yı uzaq səfərlərdən Ordubada qayıdarkən həmişə bizim Şütürləng məhəlləsinə (Üctür­ləngə) təşrif gətirər, qonşumuz Qalayçı Qulamgildə düşər, burada məclis düzəldərdi. Belə ge­cə­lərdə Qulam kişinin evində iynə salmağa yer tapılmazdı, bura şəhərdən, yaxın kənd­lərdən axışıb gələn dinləyicilərlə, Abbas dayının pərəstişkarları ilə dolu olardı” (14,184).

XIX əsr Naxçıvan aşıq mühitinin özünəməxsus ədəbi ənənələri olmuşdur. Bu mühit özündən əvvəlki Azərbaycan xalq-aşıq poeziyasına və dastan yaradıcılığı ənənə­lərinə istinad etmiş və aşıq ədəbiyyatının dəyərli nümunələrini yaratmışdır. Azərbay­canın əksər regionlarında olduğu kimi, aşıq şeiri tərzi XIX əsr Ordubad mühitində də poeziyanın bir qolu kimi inkişaf etməkdə idi. Bu dövrdə Naxçıvanın Şərur, Sədərək, Şahbuz, Şıxmahmud və Ordubad ərazilərində qüvvətli aşıq mühiti vardı (8, 305).

Naxçıvanın başqa bölgələrindən aşıqlar, Ordubaddan da Aşıq Abbas Dəhri kimi el aşıqları ədəbi mühitdə aşıq şeir üslubunu yayırdılar. Bu aşıq mühiti Ordubad ədəbi mühitində yazılı poeziyada aşıq şeir üslubunun yaranmasında mühüm rol oynayırdı (8, 306).

Müxtəlif illərdə Ordubadda yaşayıb-yaratmış aşıq sənəti nümayəndələrindən biri də Abbasov Abbas Rüstəm oğludur. Aşığın oğlu Rüstəmov Valeh Abbas oğlunun verdiyi məlumata görə, aşıq Abbas 1906-cı ildə Şahbuz rayonunun Kükü kəndində anadan olmuşdur. 1943-cü ildə Ordubada gəlmiş, burada aşıq sənəti ilə məşğul olmuşdur. Bir müddət Ordubadın Əndəmic kəndində yaşamışdır. Elə burada da ailə həyatı qurmuşdur. Bir övladı dünyaya gəlmişdir. Ordubadın bəzi kəndlərində toy məclislərində iştirak etmişdir. 1945-ci ildə ailəsindən ayrılıb Qərbi Azərbaycana üz tutmuş, burda da Qapana gəlib sənətini davam etdirməyə başlamışdır. Aşıq burda yenidən ailə həyatı qurmuş, lakin bu izdivacdan övladı olmamışdır. 1967-ci ildə Naxçı­vana gələrək burada “Aşıqlar ansamblı” yaratmışdır. Ansamblın üzvləri Naxçıvanda fəaliyyət göstərən Aşıq Hidayət, Aşıq Bayram, Aşıq Soltan idi. Bu ansambl daha çox Ordubadın Parağaçay kəndində olar və orada konsertlər təşkil edərdilər. Əsasən, Qərbi Azərbaycanda yaşasa da, tez-tez Ordubada gələr, buradakı toy məclislərində iştirak edərdi. Azərbaycanlılara qarşı ermənilərin qaldırdıqları torpaq iddiası zamanı Aşıq Abbas Qərbi Azərbaycanda ermənilər tərəfindən vəhşicəsinə döyülür. Oğlundan aldığımız məlumata görə, onlar aşığın başını dəyirman daşının şara bənzər hissəsi ilə əzmişdilər. On beş gün Zəngilan xəstəxanasında yatan aşığı oğlu Valeh Azərbaycana gətirir, lakin aldığı zədədən 1990-cı ildə vəfat edir. Aşığın gəzib aşıqlıq etdiyi yerlər Zəngilan, Qubadlı, Mincivan, Naxçıvan, Ordubad və rayonun Biləv, Bist, əsasən də Parağaçay kəndi idi. Aşığın oğlu ilə apardığımız söhbət zaman bizə məlum oldu ki, aşığın özünün yazdığı şeirlərindən ibarət əlyazmaları olub və bu əlyazmalar Qərbi Azərbaycanda ermənilər tərəfindən yandırılmışdır. Təəssüf ki, apardığımız araşdırma­lar zamanı Aşıq Abbasın yaradıcılığından hec bir nümunə əldə edə bilmədik.

Ordubadın müasir aşıqlarından biri gilançaylı Aşıq Cəbrayıldır. Cəbrayıl 1990-2000-ci illərdə Naxçıvanda keçirilən tədbirlərdə iştirak etmiş, bu illərdə şeirləri çap olunmuşdur. Hal-hazırda Sumqayıt şəhərində yaşayır (16, 43).

Müxtəlif illərdə Aşıq Cəbrayıl müxəmməs, təcnis, gəraylı, dodaqdəyməz kimi dəyərli nümunələr yazıb-yaratmışdır. Bu şeir nümunələri öz mövzu rəngarəngliyi, axıcılığı, məzmun və məna gözəlliyi, müxtəlifliyi ilə oxucuda maraq oyadır. Aşığın bu yaradıcılıq nümunələri müxtəlif adda kitablarında öz əksini tapmışdır. Şeirlə­rindən məlum olur ki, o, aşıq sənətinə gec başlayıb:

Otuz yaşda çalmışam mən,

Sazı Allah eşqinə.

Oturun siz, qalarsınız

Razı, Allah eşqinə (4, 10).

İslam dininin dəyərlərinə böyük önəm verən, onu hər məqamda qorumağa ça­lışan ordubadlı hər işdən öncə “Bismillah” deyər, Vahid Allahın buyurduğundan kə­nara çıxmamağa çalışar. Bu dəyər Aşıq Cəbrayılın da yaradıcılığında özünü göstərir.

Aşıq Cəbrayılın məhəbbət mövzulu şeirləri yaradıcılığının əsasını təşkil edir. Şair-publisist Asif Asiman aşıq haqqındakı fikrini belə ifadə edir:”Məhəbbəti, sevgini ilahi bir qüvvə kimi öz poeziyasında göylərə ucaldan Cəbrayıl Gilançaylının həm də özünəməxsus yanıqlı səs tembri var. Nümunələrdə eşqin böyük, ilahi bir qüvvə kimi insanın yaşam tərzini mənalı surətdə istiqamətləndirən, ürəyi riqqətə gətirən bir varlıq olduğunu göstərir:

Baxışın alovsuz yandırır-yaxır,

Vəsfin misralara, bəndə sığışmır.

Can alan gözündən məhəbbət yağır,

Dəryaya sığışmır, bəndə sığışmır (5, 5-6).

Ordubad folklor mühitində də aşıq yaradıcılığının mühüm yeri olmuşdur. Bu yaradıcılıq Ordubad yazılı ədəbiyyat nümunələrinə də təsirsiz qalmamış, Ordubad ədəbi mühitinin yaradıcıları çox zaman öz poeziyalarında Ordubad aşıq yaradıcı­lığına müraciət etmişlər.
İstifadə olunmuş ədəbiyyat:


  1. Azərbaycan folkloru antologiyası. I kitab. Naxçıvan folkloru  Tərtib edənlər: Fərzəliyev T., Qasımlı M, Bakı: Sabah, 1994, 388 s.

  2. Bəhcət B. Qaçaq Nəbinin tarixi (vəsiqə və sənədlər üzrə). Bakı: Çıraq, 2011, 296 s.

  3. Əliyev O. “Kitabi-Dədə Qorqud” və Azərbaycan folkloru. Bakı: Elm, 1999, 76 s.

  4. Gilançaylı A.C. Köklən, mənim telli sazım. Sumqayıt, 1998, 132 s.

  5. Gilançaylı A.C. Vəsfin misralara, bəndə sığışmır (şeirlər). Bakı: Nurlan, 2013, 160 s.

  6. Qaçaq Nəbi  Toplayan: Tahirov Ə. Bakı: Lider, 2005, 96 s.

  7. Qasımlı M. Aşıq sənəti. Bakı: Ozan, 1996, 260 s.

  8. Qədimov Ə. XIX əsr Ordubad ədəbi mühiti: Ali məktəblər üçün dərslik. Bakı: ADPU nəşriyyatı, 2010, 546 s.

  9. Mənbə verilməyənlər müəllifin toplayıb, lakin çap etdirmədiyi şəxsi arxivindəndir.

  10. Mirzə A. Şirvan aşıq yaradıcılığı (təşəkkülü və inkişaf tarixindən), Bakı: Elm, 2007, 300 s.

  11. Naxçıvan folkloru antologiyası. II cild  Tərtib edənlər: Cəfərli M., Səfərov Y., Babayev R. Naxçıvan: Əcəmi - NPB, 2011, 496 s.

  12. Paşayev Q. Kərkük folklorunun janrları. Bakı: Elm, 2003, 320 səh.

  13. Paşayev S. Çoxvariantlı “Arzu-Qəmbər” dastanı və xalq əfsanələri  Elm və həyat, Bakı: 1987, №12, s.15-16.

  14. Rəfiyev C. Aşıq Abbas Dəhri  Azərbaycan jurnalı, Bakı: 1979, №9, s.184-185.

  15. Səfərov Y. Ordubadlı Kərim. Sovet Naxçıvanı qəz., 1983-cü il, 11 mart, №58.

  16. Səfərov Y. Naxçıvan aşıq ədəbi mühiti. Naxçıvan: Əcəmi, 2009, 134 s.

  17. Səfərov Y. Naxçıvan aşıqları və el şairləri. Naxçıvan: Əcəmi, 2011, 152 s.

  18. Sultanov M. Naxçıvanın orta əsr alim və şairləri. Elm və həyat, 1976, №2 , fevral, s.22-23.

  19. Şamil Ə. Dastanlaşmış ömürlər. Bakı: Səda, 2001, 96 s.

  20. Şəmsülcədid E. Dan yıldızı jurnalı, Tiflis: 1927, №9, s.24-25.

  21. Təhmasib M. Seçilmiş əsərləri. 2 cilddə, II cild. Bakı: Kitab Aləmi NPM, 2011, 440 s.



Rəyçi: filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli

Azərbaycan folklorundan yeni nümunələr




QAX FOLKLORU

Qax rayonu Böyük Qafqazın cənub yamacında yerləşir. Şimal-şərqdən Rusiya Fede­ra­si­yası, cənub-qərbdən Gürcüstan ilə həmsərhəddir. Ərazisindən axan Kürmük, Əyriçay və s. çay­ları rayonun Gürcüstanla sərhədindən axan Qanıx çayı ərazisinə aiddir. Qax, əsasən, tütün­çü­lük, heyvandarlıq, meyvəçilik, taxılçılıq və baramaçılıq rayonudur. Yerli əhalinin məşğuliyyəti, həyat tərzi xalq yaradıcılığında aydın şəkildə əks olunur. Qeyd edəki ki, çapa təqdim etdiyimiz folklor örnəkləri rayonun Sarıbaş və İlisu kəndlərindən toplanmış nümunələrin bir qismini əhatə edir.

Yaşayış məskəni kimi yaranması XIII əsrə aid edilən İlisu kəndinin əhalisi azər­­bay­can­lıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləş­məsi nəticəsində for­ma­laş­mışdır. Kürmükçay və Ağcaçayın (Hamamçayın) kəsişdiyi əra­zidədir. Burada yaşayan söylə­yi­cilərimizlə müxtəlif vaxtlarda görüş­müşük. Ol­duq­­ca maraqlı məqamlarla rastlaşmışıq. Ən təsirli məqamlardan biri də Tovla tala məh­­­ləsində axşamüstü Asiyət nənə ilə uzun çəkən söhbətimizi ertəsi gün eyni vaxta təyin etməyimiz oldu. Görüşə gedərkən qara geyimli kənd qadınlarının Asiyət nənə­nin dəfnindən gəldiyini eşidincə sarsıldıq. Bu, zəngin folkor ehtiyatına malik insan­larla görüşlərimizin təcili və təxirəsalınmazlığının vacibliyini göstərən daha bir fakt idi.

Sarıbaş kəndinin əsasını Mısafırlar tayfasından olan saxurlar qoymuşdur. Kənd dəniz səviyyəsindən 1800 m yüksəklikdə, İlisudan 7 km şimal-qərbdə Kür­mük­çayın yuxarı səthində Əyriçayın hövzəsində yerləşir. Yüksək dağlarla əhatə olunmuş Sa­rıbaşın, əsasən yaşlılardan ibarət olan əhalisi olduqca yurda bağlı insanlardır. Dik­ta­fon vasitəsilə bölgəyə məxsus folklor örnəklərini yazıya alacağımızı eşidincə hə­vəs­lə söhbətə qoşuldular. Mehparə Osmanova sıxılaraq "camaatımızın bu gün az ol­ma­sına baxmayın, xoş soraqları Azərbaycanın kənarından gəlir, "Unutmaz bu oba, bu mahal sizi" başlıxlı tədbir keçimişdıx, kənarda yaşiyən sarıbaşlıları çağırmışdıx, gəlmişdilər" söyləyərkən Mahirə Xəlləyeva bu misralarla təsdiqini bildirdi:

Kənardan baxırsan, laçın yuvası

İçinə girirsən, "İçərişəhər".

Böyük şəhərlərdən əzizdir mənə,

Kiçik Sarıbaşı Azərbaycanın.

Qəlbi yurd sevgisi ilə dolu olan, keçmişinə bağlı, ənənələrinə sadiq bu in­san­la­rın söylədiklərini heç bir müdaxilə etmədən, olduğu kimi də yazıya almışıq.

Nigar HƏSƏNOVA

filologiya üzrə fəlsəfə doktoru
ETNOQRAFİK MƏTNLƏR


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə