Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə49/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   45   46   47   48   49   50   51   52   ...   61

Öküz yoldan təmiz gözdən itənnən sora mən bı erməniyə deyəjəm ki:
– Mən bı işə mat qalmışam ki, sən bir öküzünən  yer xışdıyırsan. 
Deyif :
– Əşşi, nətər? 
Erməni belə çönür görür ki, həqqətən bir öküzdü.Öküzün axı biri ged-
ifdi. 
Atım cin oldu
İndi  yoldaşdarı  arasında  yenə  məşdəşiplər.  Yaxşı  o  vaxdı  o  adamlar
dana  bir az zadımış, çox mərc eliyirmişdər. Deyif ki, bı erməni deyif ki,
mən o atı, atın üsdündə də ter dellər də, bi xurcun varıdı. Bu terrərdə də ta -
 xıl varmış. Mən elə eliyəjəm ki, o atı onun əlinnən alacam. Nətər elyəs sən?
İndi öz aralarında der ki, mən indi gedəcəm bı işi...Gedif girif çaya,
palçıx da sürtüf canına, çıxıf. Çıxıf   bu atın, erməninin dalıncan gedir -
miş... Bir müdət gedif. Hə, atın quyruğunnan tutuf, atı buraxıf, çıxardıf
yüyəni salıf öz başına. Deer kəndə çatanda ki, getmiyiv, əyağın diriyif.
Görüf  at  dööl  də,  tez  buraxıf  deyif  ki,  bəs  atım  cin  oldu,  getdi.  O  biri
yoldaşı atı aparıf. Atım cin oldu. Sora bir müddətdən də sora, indi der ki,
gör mən neyniyəcəm. Atın yalın, sora quyruğun qırxır həmin atın, gedir
o ermənigilə. İndi  çox belə məzəkarıdı e söhbəti. Hə, gedifdi ermənnin
qapısına hə, düşüfdü. 
− Xoş gəlmisınız.
−  Elə  dedim  ki,  yolnan  keçirdim  dedim  elə  bir  istikən  çayını  içəh,
neyniyəh. Hə çayını içəh. 
Deyir:
−  Kirvə,  deer,  o  atın  deer  quyruğu  qırxılmasaydı,  deərdim  mənim
atımdı.
Deyir:
− Kirvə, nə danışırsan? Elə şey olar? Mənim atımdı bu.
− Yo, gözümüzün qabağında cin oluf. Cin olmasa, deərdim bu at mən-
imdi.
Altısı sənin, altısı mənim
Sima xala: İndi həmən  kişi, bının bavası gedir on iki dənə inəh oğur-
ruyur. Bını gətirillər deuillər ki, bəyə deyillər ki, bı kişi on iki inəyi oğur-
ruyuf. Deer ki yoxdu də. Deer ə, bı köpöh oğluna qırx çubux vırın. Deer,
a bəy, on iki imamımız var, altısı saa qənim, altısı maa qənim. Deer ki,
bını açın bıraxın. Yanı inəyi oğurramışam da, altısı sənin, altısı mənim. 
Arif dayı: Mənim ulu babamın sərgüzəşdəri oluf. Adı Cahangiriydi.
Sima xala: Anası danışıv e, nənəsi.
Söylədilər:Hümbətov Arif  Hilal oğlu. Hümbətova Sima Həşim qızı.
2013/
I
127


Nağıl
Yetim qız
Məsəlçün, deer  biri vardı, biri yoxudu, bir kişi varıdı. Bı kişinin bir
də nə qızı var, bir də yoldaşı olur. Nəysə, qız uşaxkən bı rəhmətə gedir.
Kişinin yoldaşı. Rəhmətə gedir, qızı bir əz saxlıyır, böyüdür, bir on yaş-
on beş yaş arası. Bı gedir təzdən məjbur olur, uşağı saxlıya bilmir, yeni
bir qadın alır. Bı da gəlir qızı dolandırmır. Qız da hədsiz gözəlimiş. Öz
qızdarı da olur, çirkin olur, ona bənzəmillər.
Hə,  der  indi  kişini  başdan  aparır  ki,  yox  e,  bını  apar  neynirsən  elə,
mənim gözümnən uzağ elə. Kişi götürür qızı aparır meşiyə. Ta əlacı kə -
silir. Aparır meşiyə der gedəh bir az odun qırax gətirəh. Gedillər bir  me -
şənin bir dərin yerində qıza der ki, dur bırda sən məni gözdə, gəlləm. Gə -
lir bı tərəfdən bir dənə nəsə şey düzəldir asır ağaşdan. Bının adı yadım-
nan... toxmax der, nə der belə bir zad. O elə bil, hər dəfə küləh onu tər-
pədəndə, o səs salır.  Bı da elə bilir ki, atası orda odun yığır. Nəsə, ara -
dan xeylax keçir, şər qarışır, görür  atası yoxdu. Qız gəlir fırranır həmən
o  səs  gələn  tərəfə,  baxır  görür  ki,  atası  nə  gəzir,  atası  yoxdu,  nəsə  bir
ağaşdı, gedir dəyir takqıldıyır. Ələci kəsilir, deyir mən hara gedim, ney -
niyim, nətər eliyim. Gedir çıxır bir dənə çinar ağacının altına. Çinar ağa -
cının altına çıxır, der, yox e, neynəsəm mən məsəluçün, gəlip vəhşi hey-
vannar meşədə məni yeə bilər. Çıxır çinarın üsdünə. Ağacına çıxır ora.
Ora  çıxanda  elə  qalır  orda  yuxu  munu  tutur.  Səhər  tezdən  səsə  ayılır,
görür ki, yox, nəhlət şeytana. Onnan əvvəl də bir padşahın oğlu gəlir zad-
nan, atnan. Bu çinar ağacının altında bir dənə bulağ olur. Gəlir ora atı su -
lamağa,  nə  qədər  eliyir,  görür  at  getmir,  suya  yaxın  getmir.  Nə  qədər
munu  vurur  gorür  yo,  at  yaxın  getmir.  Deyir,  qoy  görüm  bı  nəyə  görə
görə bı sudan işmir. Əyilif baxır görür ki, suyun üzərinə  bir dənə gözəl
bir qızın şəkili düşüf. Bı şəklə görə at  ora getmir, su işmir.
Nəysə, ora-bıra baxır görür yoxdu, bu hardandı, nətərdi, bir də əyilir
baxır görür ki, çinar ağacının başındadı. Qıza deyir ki, ordan düş də, ora
niyə... Deyir, mən çıxa bilmərəm, belə düşə bilmirəm. Deyir, nətər bəs
çıx mısan ora? Onnan əvvəl bağışdıyın orda bir söz deyir, qıza dellər ki,
elə bil ki, ağaca çıxanda, indi qızdar ağaca çıxa bimir ki. Deyir, əyil, çi -
narım, əyil, müşgülüm sa düşüf. Ağaca deyir, ağac əyilir, bu minir qal xır
yuxarı əvvəlcədən. Nəysə, nəkqədər eliyir ki, qıza nəqədə eliyir düş, de -
yir yox. Bə nətər çıxmısan? Deyir, yox, belə. Nəysə, qız düşməy is dəmir
də. Deyir yoluynan çıxsın getsin. Deyir:
– Əyil, çinarım, əyil.  
Çinar əyilir, qız ağaşdan düşür. Ağaşdan düşür, nəysə  bunnan söypət
eliyir, əyən-bəyən, əhdi-peyman bağlıyıllar. Bı, çıxır gedir. Oğlan deer,
2013/
I
128


gedirəm, elə bir şey olsa qayıdajam. Bı gedir.  Qız da elə bil çinara əyil,
çinarım, əyil deyir, qalx, çinarım deyəndə, qalxır də,  gedir ağacın başın-
da durur. 
Aradan bir xeylax keçir, görür ki, bir səs gəlir aşağdan. Qaraçı köçü
düşür bıra, siqannar gəlif yığışıv ağacın divinə. Baxıllar yenə suya gedif
baxanda görüllər ki, bırda bir gözəl qızdı. Şeydi, gözəl bir qızdı, deyillər,
düş aşağı. Deyir, yox, düşmürəm, nəyəs, məjbur eliyir bir də əyil, çi na -
rım, əyil deyir, çinar əyilir, bı qız düşür.  Bı qız düşəndə, bı qızın yaxas-
ında mirvari olur, mirvari dənələri. Boynunda mirvari olur, qıza dellər ki,
bu mirvarini ver ma. Bı da vermir. Dartıllar qızın mirvarisin qıranda bu
mirvarilər  tökülür həmən bulağın  içinə. Bu bulağın içinnən qızıl güllər
əmələ gəlir. Qız elə bil yoxa çıxır də.  Nəysə gedir. Bu qaraçı qızının biri
çıxır çinarın ağacının başında oturur orda. Oğlan gəlir, o şahın oğlu gəlir,
gəlir görür ki, ə, çinarın başında bir qız oturuf, üzünə baxılası döl.  Nəy -
sə, qıza deer, düş, der düşə bilmirəm. Axı bı bilmir nə olan şeydi. Deer:
– Düş yerə.
Deer:
– Yox.
Nəysə, birtəhər bını düşürdüllər, çinar ağacın kəsillər. Bı qızı düşür -
düllər, deer qıza, deer ki, sən niyə bı günə düşmüsən? Sən axı dünən belə
döldün, büyün niyə belə olmusan? Bı siqan qız deer ki, qaraçı qız deer:
– Nətər olmalıydım ki, günnən gün vuruf məni, yağışdan yağış, küləh -
dən küləh. Bı şəklə düşmüşəm.
O vaxdı da şah oğluynan o gözəl qız söhpət eliyir, aralarında söhpət
olanda der ki, vaxt olar, evlənirihsə, mən dilimdə saa şey verəjəm, necə
bı uşaxlar yatanda nəsə qoyullar e, gejə var ki, nə bilim zad kimi də belə,
yellənçəh kimi də, beşih. Dilimdə hörəjəm onu mən saa. Dilimnən deyif-
toxuyajam da. Nəysə bu qız der ki, ma söz vermisən də, indi biz getmə -
liyih belə, qızı götürür gedir. Qızı götürüf gedəndə bı çinarı  ağacını kə -
səndə, çinar ağacınnan bir dənə kəsih baltanın ağzınnan çıxır. Kəsih çı -
xır, tullanır qırağa, düşür qırağa. Nəysə bıllar, şahın adamları bı dəsdəni
– qızın dəsdəsini götürüf gedənnən sora bir qoja arvat gəlir bulağa. Gəlir
bulağa, gələndə bu həmən o kəsiyi  götürür gedir. Qırağa düşəndə götü -
rür, bir meşox odun yığır aparır. Taxda kəsiyi də bınnarın içində... 
Hə, nəysə, gedir ora... Qadın bı odunu yığır aparır evinə qoyur, yox-
sul bir qadın olur. Heş nəyi olmur. Gətirir ojağı yananda, da yandırır bır -
da qamqaları yandıranda, bı qamqaların biri çəkilir durur kənarda. Arvad
yandırır, çayın zadın qaynadır eliyir, çıxır çölə, der ki, mən gedim işə də
iş adamıdı, kalxoz işiymiş, nəyiymiş, nəvilim o vaxdı-əkinə. Hə, nəysə,
oruya gedəndə bı qız, həmən qız demə  bir kəsih qamqalax qız olur. Bı
gedənnən sora durur, elə bil ki, dəyişir. Qız başdıyır ev-eşiyi yığışdırır,
2013/
I
129


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə