Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə50/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   46   47   48   49   50   51   52   53   ...   61

süpürməyə. Bı arvat  gəlincən çayın qaynadır, yeməyin bişirir hazır qo -
yur.  Arvat gəlir görür ki, ə, ev-eşih, qapı-baja hamsı gül kimidi, ama heş
kəs yoxdu. Bı nə olan işdi?  Nəsə, bir gün belə, beş  gün belə. Axırda ar -
vat der ki, yox, bir gün bını mən pusuf tutajam. 
Bir gün də gedir hərrənir gəlir, qız işin görüf qutarana yaxın qız görür
tapbıltı gəlir. Nəysə tez iynə olur sancılır divara. İynə formasında bir pər -
diyə taxılır durur  orda. Arvat gəlir yenə tapbır, sora deer, yox e, bının il -
laf qəsdinə durur ki, mını tutajam. Bir də gəlir işin hamsını görüf qutarır
hər bir şeyi nizama, intizama salannan sora qəfildən qızı tutur. Görür bir
də nə gözəl qızdı. A bala, bə sən niyə belə, nətər, hardan gəldin, nejə gəl -
din? Qız başdıyır hadisəni bu arvada nağıl eləməyə başına gələn hadis-
əni. Nağıl eliyənnən sora uje başdıyıllar bırda arvatnan bir yaşamağa. Bir
günnəri bullara xəbər gəlir ki, şah oğluna toy eliyir.  Eliyip qutarannan
sora bını bir oğlu olur da. Uje evləmmişdi qavaxcadan.  Bının bir oğlu
olur, şah der, şah oğlu der ki, o vaxdı o maa söz vermişdi ki, di-limdə be -
şih toxuyajam, indi bı camat yığılmalıdı ki, bı nəsə danışmalıdı ki, bı öz-
özünə hörülə. Bına da gərəh öz həyatını danışasan da, bı öz həyatını  nə -
zərdə tutuf ki, mən bını elə bil danışmalıyam ki, bı tamam başa gə lə cəh -
də də nökdəsi qoyulsun. Arvat deer ki, dur gedəh. 
Deer:
– Yox, mən getmirəm.
Deer:
– Yox, dur gedəh.
Qəşəh mını geyindirir, kejindirir aparır, məclis quruluf, camatın hamsı
gəlir, uşax da var. Bir oğlu oluf. Nəsə, nəkqədər elir, qız der ki, mən heylə
söz  deməmişəm,  mən  toxumuram,  nəysə  belə-helə.  Neyniyir,  alımmır.
Axırda qız deyir ki, mən eliyərəm, onu mən toxuyaram. Nəsə, qız çı xır baş -
dıyır, elə bil ki, mən sizə əvvəldən danışdığım kimi əvvəldən axıra öz həy-
atını danışmağa. Elə bil axır toçqasında ki arvat mını tutuf gəti mir toya qə -
dər onda o tamam toxunur başa gəlir ki yanı mənim başıma belə hadisələr
gəlif də. Hə, indi yadıma düşdü. Orasın da demədim ki, oğlan gəlif o ki qızı
aparır e, siqan qız, demirəm orda bir qızılgül pitir. Həmən o qızılgüldən  oğ -
lan gedəndə onnan bir dəsdə yığır aparır həyətinə. Hə yətdə bütün həyət olur
qızılgül kolluğu əmələ gəlir orda.  Hə, elə onu de yənnən sora dilinnən hali
olannan sora tam o beşihdi, o ha zır olur. Hazır olannan sora elə bil ki oğlan
başa düşür ki, bu dediyi qız budu, istədiyi qız budu. Bı ozü də elə bil onun
yerini tutupdu. Onu uzax laşdırır elə uşaxlı-zaddı, bı siqannan olan uşağın
da, onu da hamsın uzax  laşdırır. Bı qıznan elə bil aylə həyatı qurur, xoşbəxt
yaşıyır.
Söylədi: Mammədova Zöhrə Əli qızı. 
2013/
I
130


Seyidlər və ocaqlar
I mətn
Bir Şıx Məmmədin ojağıdı, Şəhləbatdı. Hə, bir də Qaraqoyunda  Bə -
yim aganın ojağıdı. Seyit  Hüseyn ağanın ojağıdı, seyit Hüsen ağanın hə,
vaxdilə. Sora elə bil ki o qızına verdi vergisini. Seyitdi də, o da ojaxdı.
So ra kimdi bırda? Hə, mənim papam deerdi, uşax vaxdı yadıma gəlir da -
nışırdı e, der xəsdələnmişəm, məni aparıflar seyid Hüsen aganın ojağına,
anasıynan gedif. Deyf ki, uşax bir gün  bırda qalmalıdı, bir gejə. Elə bil
əgər o duruf yuxuda çörəh isdəsə, süd-çörəh isdəsə, bil ki bı uşax sa la -
mat olajax. Yox, isdəməsə, heç. Səhər tezdən də papam duruf süd-çö rəh
isdiyif. Hə, elə bir gejə qalıf, hə atası da aparıf onu ojağına  imam ve rif
də, kəsif qurvan. Kəsif heylə camata paylamışdı.
Söylədi: Məmmədova Zöhrə Əli qızı. 
II mətn
Seyitdər  hakqında  danışmax  istiyərdim  –  eştdiyimi  yəni.  Mən  seyit
Ya  sin ağa hakqında eşitmişəm. Seyit Yasin ağa ağır seyitdərdən biri olup.
Eşit diyimə görə də böyüh hörmət qazanıp, hörmət eliyiplər. Bir dəfə də
məclisdərin birində olarkən həmişə yaşlılara baxmayaraq başa keçir dər -
dilər. Başda oturardı. Bir dəfə də necə olursa, qəflətən ayağını uza dır, bı -
na görə də hamı onnan soruşur ki, hörmətsizdih əlaməti olarax soruşullar
ki, sən niyə bəs heç nə demədən, eləmədən ayağını uzatdın? Buna gora
da o da cavaf verir ki, mən, mənim adımı biri çəhdi, ona gora. Yanı biri
də və karvanı gedərkən onun sahibi adımı çəhdi, yəni adımı çəhdi ki, kö -
məh elə. Ona gora mən ayağımla həmin dəvənin büdrəməsini qoyma dım,
yıxılmadı, büdrəmədi. Bı heç.
Bına heç kim inammır. Sonra deyir ki, əlavə eliyir ki, həmin adam dör   -
dün   cü  gün  gəlip  mənə  nəzir  verəcəh,  onda  hamınız  görüb  bilərsiniz.  Bir
neçə gün keçir, həmin dördüncü gün gəlir. Bı zaman hamı yığışır de yilən
yerə. Həmin dəvə sahibi gəlir, tanımır həmin adamı. Yasin ağanı tanımır,
üzünü də görmüyüp, adın eşidipdi elə, çəkiv adını. Buna görə də gəlillər,
dəvə bilməyərəydən Yasin ağnı tanıyır, onun qarşısında diz çö kür. Ağ dəvə
olur, qarşısında diz çökür, bililər, həmin dəvəni dəvə sa hi bi ona nəzir ver-
mək  isdəyir,  ama  o  dəvəni...  Hə,  dəvə  sahibi  gəlir,  qar şı sında  diz  çökür,
onun üsdündəkiləri, yəni nəzir kimi verməh istəyir Ya sin ağaya. Yasin ağa
qəbul eləmir, onu qaytarır, var, üsdündə götürülən bəxşişi də paylayır insan-
nara. Bir neçə müddətdən sora Yasin ağa yuxu görür, yuxuda ona ölümünü
bildirillər, müddət qoyullar. O, Quran kitabı oxumağa başdıyır, üç oğlu olur,
oğlunu çağırır yanına üç dənə oğlunu da. Deer, mən Quran kitabı oxuya-
cam, bir axund çağırın, əgər mən ölsəm, dayananda  axund Quran kitabını
2013/
I
131


yarımçıx qoymasın, davam elətdisin. Onun dediyi kimi eliyillər. Quran ki -
tabını oxumağa başlıyır, axund da gəlir, deyiən vaxda da, özü bildiyi vaxda
ölür, həmin axund da davam elət dirir. Bir onu dəfn eləməyə aparıllar. Hə -
min zaman, üç oğlu da apar dığı zaman görüllər ki, atın başında bi gəlir, ya -
xınnaşır, sadəcə üzü örtülü olur. Axırıncı oğlu bını gözünnən atasına ox şa -
dır, yəni Yasin ağa ya oxşadır gözünnən, intası fikirrəşir özüçün. Bir az ke -
çir, sonra aparıllar, aparıllar, dözməyip həmin adam - atlı dəfn qəbrə, tabu-
ta yaxınnaşır. Ta buta yaxınnaşır, cəsədə baxmağ isdəyir, üçüncü oğlu da -
axırın cı dözməyib onun üzünü açır, görüllər ki, Yasin ağanın özüdü. Yəni
həmin adam atlı vəzyətində gəlir. Bu zaman ona gorə də həmin adam ona,
nətər deyim, başdyır ona qarğış eliyir. Öz oğluna yəni elə bil qarğış eliyir,
sora gedir. Həmin tabutu aparanda görüllər ki, artığ onun qəbri orda hazırdı.
Qəbri də qoyulup, baş daşı da qoyulub. Həmin qarğışdan sora hamı bunnan
pis olur da. Deyir, yəni necə olacax. Qarğış olur da, ağır qarğış olur. Oğluna
qarğış olunannan sora həmin oğlu həmin müddətdən itib bir daha ta pıl mı -
yıp. Eştdiyimə görə. (Kimdən eşitdiyini soruşanda mamamgil işdə da nı şır -
dılar deyə cavab verdi – L.V.).
Söylədi:  Nəcəfli  Nərgiz  Vahid  qızı.  16  yaşındadır.  Tərtər  şəhərində
yaşayır.
III mətn
Eşitdiyimə görə, Bəyimağanın yəni qardaşı olur, o da Seyid olur, Bə -
yim ağa da seyid olur. Həmin o seyidi, qardaşını cəphəyə çağırırlar, döyüş
zonasına. O da gedir getməyinə, prosdu, Bəyimağa dua eləməyə baş layır
Al laha ki, yəni qardaşına heç bir şey olmasın, sax-salamat qayıtsın, buna
görə də altı övladı olur, altı övladın da qurban verir. Yəni qurban der ki,
əgər  qardaşım  sağ-salamat  qayıtsın  bu  övladlarımın  hamsı  qur bandı.
Baş dayır bundan sonra bir-bir oğlannar, uşaxlarının hamsı ölməyə, qur-
ban gedir. Qardaşı gələnə yaxın yoldaykən ən axırıncı oğlu azyaşdı, on
dört yaşdı oğlu ölür. Bütün qurbanı yerinə yetirdi. Qardaşı sax-salamat
evə qayıdır.
Söylədi: Nəcəfli Nərgiz Vahid qızı.  
Qaçaqlarla bağlı xatirələr
Kürdoğlu Məhəmməd
Kürdoğlu Məhəmməd qaçağ olub. 17-18 il  nə qədər adam öldü, de -
mədi nə qardaşımın bacımın qanını alım. Dedi hələ alay itdərinin  qanını
alıram. Elə bil ki, oların  atasıgilin  ferması olub,  o vaxtı   hökümət  gəlib
şey eliyib. Bu, qaçaqlıq etdi nə qədər adam qırdısa, dedi, hələ alay itdərin
qanın alıram elə bil ki, 7-8 dənə itdərin qırıblar, varı, dövləti sıyrıb apa -
2013/
I
132


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə