Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə58/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   53   54   55   56   57   58   59   60   61

doktoru  Flora  Əlimirzəyeva  yazır  ki,  tanınmış  şərqşünas  və  tərcüməçi
Ə.Şmidenin,  haqlı  olaraq,  «qorqudşünaslığın  atası»  saydığı  F.Dits  «on
bənddə Təpəgözlə Polifemi müqayisə edir və bu müqayisələrdə çox uy -
ğun oxşarlıqlar tapır. Nəticədə F.Dits «Dədə Qorqud kitabı»ndakı Tə pə -
gözün  Homerin  «Odisseya»sındakı  Polifemdən  daha  qədim  olması
qənaətinə gəlir». F.Ditsə görə, «Homer Asiyaya səyahəti zamanı Təpəgöz
hekayəsini eşitmiş, onun natamam cizgilərini, adətən tərcüməçinin dediy-
inə əsasən, öz  Polifeminə vermişdir. Bəlkə də, o, rəvayəti Yunanıstanda
özü eşitmişdir. Bəlkə də, oğuz nəslindən olan bir nəfər hansı ad altında isə
Yunanıstana gəlmiş və onun dilindən yayılan Təpəgöz hekayəti Homerə
qədər yaddaşlarda qalmışdır. Homer isə bu surəti öz dövründə danışanlar -
dan eşitmiş və yazıya almışdır». Professor Ə.Sultanlı da «Dədə Qor qud»u
qədim yunan eposları olan «İliada» və «Oddisseya» ilə müqayisə etmiş,
onlarda motiv oxşarlıqlarının olduğunu xüsusi vurğulamışdır. 
«Dədə Qorqud» eposunun poetika sistemi son dərəcə mükəmməl bədii
bir sistemdir. Eposa daxil olan boyların süjet strukturu fərqlərdən çox ya -
xınlıqları əks etdirir. Obrazlara gəldikdə isə onlar da bir-biri ilə sıx əla qəli
formadadır. Buna görə də eposun əsl məzmun və mahiyyətinin meydana
çıxarılması boylar arasındakı fərqlərin deyil, yaxınlıq və əlaqələrin tapıl-
masından, onların təhlil və şərhindən xeyli dərəcədə asılıdır. Həmin ası lı -
lığın və təmasın əyani formada nümayişi Beyrək obrazı ilə bağlı mə sə lə -
lərdə bir daha bütün aydınlığı ilə görünür. Eposun ən kamil bədii obrazı
Bamsı  Beyrəkdir.  Beyrək  bütün  Oğuz  igidləri  kimi,  təbii  ki,  birinci
növbədə, məhz qəhrəmandır. Ancaq görünür, qol gücü ilə yanaşı, o həm
də xüsusi ağıl, düşüncə sahibidir ki, Qazan xanın inağı (ən yaxın, ən ina -
nılmış adamı) sayılır.
Məlumdur  ki,  əvvəllər  yaranmış  hər  hansı  böyük  bir  abidə  özündən
çox-çox sonralar özünə bənzər onlarla əsərin yaranıb meydana gəl mə sin -
də böyük rol oynayır. Aşıq yaradıcılığında da yeni yaranan dastanlar əv -
vəlki dastanlardan istifadə edilərək meydana çıxır. «Koroğlu» dastanı da
özündən əvvəl yaranmış və bütün boyları ilə, heç şübhəsiz ki, xalq içə ri -
sində dildən-dilə gəzən «Dədə Qorqud» dastanlarından bilavasitə qüvvət
almışdır. 
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qiymətli abidəsi, Azərbay -
can poetik söz sənətinin – aşıq yaradıcılığının zirvəsi sayılan “Koroğlu”
dastanı  bir  çox  türk,  eləcə  də  qonşu  xalqlar  arasında  geniş  yayılmışdır.
Müxtəlif tədqiqatçı və alimlər - V.Xuluflu, H.Əlizadə və M.H.Təhmasib,
İ.Abbaslı, U. Ənvər, və A. Xodzko və b. tərəfindən yüksək dəyərlən di ril -
miş “Koroğlu” dastanı Azərbaycan ədəbi-bədii düşüncəsinin nadir inci lə -
rindəndir.  Bu  dastanın  geniş  yayılan  versiyaları  içərisində  Azərbaycan
“Koroğlu”sunun  özünəməxsus  mövqeyi  olmuşdur.  K.Əliyevin  “Eposun
2013/
I
157


poetikasi: “Dədə Qorqud” və “ Koroğlu” monoqrafiyasında təhlilə “Kor -
oğlu” dastanının məhz Azərbaycan versiyası cəlb edilmişdir. Zəngin obra-
zlar sisteminə malik olan “Koroğlu” eposunun poetikasında mühüm yer
tutan, lakin az öyrənilmiş bir sıra məsələlərin, müəyyən məqamların ciddi
təhlil və tədqiqata, araşdırmaya ehtiyacı var idi. 
K.Əliyev  “Koroğlu”  eposunun  poetikasının  bir  sıra  maraq  doğuran
məqamlarını  yüksək  professionallıqla  üzə  çıxarmış,  eposun  poetikasını
bir neçə istiqamətdə araşdırmışdır. Belə istiqamətlərdən biri də “Koroğlu”
eposunda bədii məkanın xarakteri məsələsidir. Təsadüfi deyil ki, mono-
qrafiyanın  ikinci  hissəsinin  üçüncü  məqaləsi  də  “Bədii  məkanın  xarak-
teri” adlanır. K.Əliyev bu məqalədə eposdakı simvollar, işarə və sözlərdə
verilən məkanları üç yerə bölür: 1.Real məkan. 2.Ara məkan və 3. İdeal
məkan. Əgər real məkan İstanbul, Toqat, Qars və basqalarıdırsa, ideal mə -
kan isə Çənlibeldir. Ara məkan isə Real məkanla İdeal məkanın arasında
olub, münaqişələrin həlli məkanıdır.
Məlumdur  ki,  “Koroğlu”  eposunda  əsas  ideal  məkan  Çənlibeldir.  O,
dəlilərin,  Koroğlunun  tərəfdarlarının  məskən  saldıqları  bu  ideal  məkan
möhtəşəm  bir  qala  kimi  təsvir  olunmuşdur.  Tədqiqatçılar  onun  harada
yerləşməsi, nə üçün Çənlibel adlanması barədə maraqlı mülahizələr söy -
ləmişlər. Çənlibelin coğrafi istiqaməti, mövqeyi barədə də müxtəlif ver-
siyalar  söylənmişdir. Ümumiyyətlə, Çənlibel  “Koroğlu” dastanında  mü -
hüm yer tutur. “Koroğlu” dastanının bütün boylarında Çənlibelin adı çək-
ilir və bu məkan həm də Çənlibel dəlilərinin vətən rəmzidir. K.Əliyev bir
məkan kimi Çənlibel haqqında belə yazır: “Koroğlu” eposunda baş qəhrə-
manın hərəkəti ilə bağlı olaraq məkanlar tez-tez dəyişir və müxtəlif is ti -
qamətləri  əhatə  edir.  Şübhə  yoxdur  ki,  bu,  bilavasitə  epos  poetikası  ilə
bağlı məsələdir. Amma eposda bir məkan da var ki, həmişə dəyişməz qa -
lır. Belə bir məkan Çənlibeldir”.
Bir məsələni də qeyd etmək yerinə düşər ki, K.Əliyevin monoqrafi ya -
larının, kitablarının və məqalələrinin tədqiqat üslubu orijinal, orada söy -
lənən fikirlər elmi və yenidir. Bu isə aparılan tədqiqatların geniş əhatə dai -
rəsini,  əsas  tədqiqat  obyektlərini  təsəvvür  etməklə  yanaşı,  bu  sahə  ilə
məşğul olan tədqiqatçılarda ətraflı və əhatəli təəssürat yarada bilir. Kam -
ran Əliyevin monoqrafiyaları bu mövzuda yazılmış əsərlər içərisində elmi
çəkisi,  dəyəri  və  sanbalına  görə  xüsusi  yer  tutur,  daim  tədqiqatçılar  və
oxucular tərəfindən böyük maraqla qarşılanır. 
Nə vaxtsa Fransız yazıçısı Jül Renarın yazılarının birində onun maraqlı
bir fikrini oxumuşam. O yazır ki, baharda anadan olan insanlar daha çox
səmimi olur və hər bir əşyada, həyatda gördüyü hər bir hadisədə və nə -
hayət,  hər  bir  insanda  bir  gözəllik,  bir  məna  axtarır  və  kövrək  olurlar.
Doğrusu, bu fikri ilk dəfə oxuyanda mənə qəribə gəlmişdi ki, necə yəni,
2013/
I
158


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə