Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə53/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   49   50   51   52   53   54   55   56   ...   61

2013/
I
143
Ağ Tayçıyla Ağ Börü
Ərlik Biyi damğalayaraq,
Qanadlı qara buğasının
Səkkiz buynuzunu kəsərək.
Yer altının dərinliyinə
Fırladıb atdılar.
Qara dağı kəsərək
Yer altının ağzını yaxşıca bağladılar.
Ərlik Biyi yenərək
Ağ Tayçıyla Ağ Börü
Yenidən əl sıxdılar.
Yanaqlarından öpdülər.
Hal-xətir soruşdular.
Söhbət etdilər.
İndi baxıb gördülər ki,
Ağ Börünün quyruğunun altında
Yeraltındakı Temir Xaqanın
Qızı Temene Koo
Eləcə dayanırdı
«Otuz yerindən kəsmişdim» – deyə
Bahadur Ağ Tayçı
Qara dəmir palasını
Sürətlə çəkib gəldi.
«Ah, Ağ Tayçı
Öfkənə yenilmə
O, düşman xaqanın qızı deyil.
O, intiqam almağa gəlmədi.
Aylı, günəşli Altaydan
O, zorla gətirilmiş bir gənc qız.
Onda pislik yoxdu.
Sən onu öldürmə» – deyə
Ağ Börü söyləyib
Ağ Tayçını durdurdu.
İndi gənc qız Temene Koo
İki bahadura qarşı baxdı.


2013/
I
144
O baxarkən iki gözü
Sabah ulduzu kimi parladı.
Sıx meşə kirpikli
Aya bənzər kirpikli
Gözəl, düz burunlu
Qızıl maral üzlü
Qızıl ipək paltarlı
Çox gözəl yaradılışlı Temene Koo
Dayandı.
Yumşaq səsiylə
«Mənə pis baxmayın,
Məndən sizə zərər gəlməz,
Altınıza yataq döşəyərəm,
Başınızın altına yastıq qoyaram,
Mən də sizin kimiyəm.
Aylı, günəşli Altayda doğuldum.
Yer altının alpları
Məni zorla qaçırdı
Ağ saraya kilidləyib.
Altmış cür əziyyət etdilər.
Atın yaxşısı Ağ Boro
Yerin altına enməmiş olsa,
Ərlərin ən yaxşısı Ağ Tayçı
Yeraltı ölkəsinə enməmiş olsa,
Gözəl Altayı görməzdim
Aydın günəşdə isinməzdim!»
Onu eşidən Ağ Tayçının
Qatı ürəyi yumşaldı,
Buzlu ürəyi əridi.
Gənc qız Temene Koo ilə
Sağ əli ilə yumruqlaşdı.
Altmış qulac quyruqlu
Atası Ağ Börü də salamlaşdı.
«Mənim atəşim, mənim günəşim!»


2013/
I
145
Qəflətən Temene Koo
Ağ Börünün əlini buraxmadan
Bağıraraq bunları söylədi
«Yeraltı ölkəsinə
Sənin yerinə mən getdim.
Aylı, günəşli Altayda
Sən xoşbəxt qaldın.
Bu gündən sonra artıq
Ölsək də, bərabərik,
Yaşasaq da, bərabər!»
Onu eşidən Ağ Börünün
Belindəki tükü qabardı
Azı dişləri göründü.
Sonra bunları söylədi:
«Ağ Bökönün evinə çatanda
Danışarıq Təmənə Koo!» – deyə
Ağ Börü söyləyərək,
Ağ Tayçının atından
Bir qıl qoparıb
Altın geyimli Ağ Boro atı
Bəzədi.
Gözəl qız Təmənə Konu
Ata mindirdi.
Bu hadisəni hamı gördü.
Ağ Tayçı çaşdı.
Ondan sonra üç dost:
Altmış qulac quyruqlu Ağ Börü.
Ağ Boro atlı Ağ Tayçı,
Ağ Boro atlı Təmənə Koo,
Ağ Börünün yurduna doğru
Sürətlə gedib gözdən itdilər.
Çox zaman keçmədən
Ağ Börünün yerinə
Gəldilər.
Atların səsini duyan


2013/
I
146
Bahudur Ağ Bökö
Arvadı Altın Topçuyla
İki qoca
Əsalarına dirənib qalxdılar.
Gənc gəlin Altın Tana
Qaçaraq qarşılamağa çıxdı.
Atların ən yaxşısı Ağ Boro
Başını sallayıb oynadaraq gəldi.
Bahadur Ağ Tayçı
Ağzıyla qopuz çalaraq gəldi.
Ay kimi gözəl qızı görüncə
Altın Tananın üzü dəyişdi.
Mənə günü gətirmiş» – deyə
Öz-özünə düşündü.
Sağ əllə yumruqlaşıb
Hamı sevinclə
Salamlaşdılar.
«Sönən atəşim alovlandı.
Ölən yurdum dirildi.
Altay dağının yiyəsi
Altmış qulac quyruqlu
Ağ Börüyə şükür olsun!» – deyə
Qoca Ağ Bökö bağırdı.
Ağ Börünü öpdü.
«Mən Altay dağının yiyəsi deyiləm,
Sizin böyütdüyünüz uşağınızdım!
İlk doğulan öğlunuzdum!
Ərlik Biyin elçisi
Temir Xaqan məni tutub
Yeraltına apararkın
Qızıl milçək olub
Mən qaçdım.
Telben
1
Xaqanın tək qızı
Gözəl Temene Konu
Mənə hirsləndiyi üçün


2013/
I
147
Temir Xaqan əsir aldı.
Yeraltındakı Ərlik Biyə
Öz gücüm yetmədiyi üçün
Qardaşımın doğmasını gözlədim.
Elə güclü bahadursa,
Ən sonunda doğulan
Ağ Tayçı idi.
Mən sizin oğlunuzam
Bu da arvadım Temene Koo!» – deyə
Ağ Börö söyləyib
Durduğu yerdə silkindi.
Bir yanından baxanda ay şəkilli,
O biri yanından baxanda günəş şəkilli
Bahadur pəhlivan oldu.
Onu görən ana və atası
Üzüstü yıxıldılar.
Sevinclərindən gözyaşları
Yanaqlarından yuvarlandı.
Söz söyləmədən dondular.
Sonra qalxıb
İki oğullarını sırayla
Sağdan, soldan öpdülər.
«İlk doğulan oğlumuza
Omok Mergen adını vermişdik.
Onu Ərlik Biy çaldığında
İki gözümün yaşını tökdük.
İkimiz kədərləndik.
Bu nə böyük xoşbəxtlik!
Gün başımıza dəydi!» – deyə
Ağ Bököylə Altın Topçu
Yarışmaqçün sözləşdilər.
***
Ondan sonrakı əyləncəni
Anlatmağa güc yetməz.
Böyüklərdən eşitdiyinə görə,


Çevirəni: Qumru ŞƏHRİYAR
2013/
I
148
Böyük qardaş Omok Mergen
Ağ Tayçının yanına
Ağ saray tikdirmiş
Gənc qız Temene Koonu alıb
Üç il toy eləmiş
Yerin altından gətirdiyi
Yeddi gözəl gəlini
Ağıllı-başlı dəliqanlılarla
Evləndirmiş.
Ondan sonra iki qardaş
Rahat, hüzurlu yaşamış
Ağ malına isə
Uzun quyruğunu sürüyüb
Qurd girməmiş.
Xalqı isə
Uzun qarğı tutub
Döyüşmədən yaşamış.
Eşitdiyim bu qədərdi.
İnsanlar məndən küsməsin.
Yatanlar oyansın. 


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə