Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə52/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   48   49   50   51   52   53   54   55   ...   61

2013/
I
137
Baldırına yazı yazdı.
Alnına möhür qoydu.
Qarğı başını qoxladıb and içdirdi.
Qılınc ucunu yaladıb and içdirdi.
Bahadur Ağ Tayçının
Adını anmaz oldu.
Altayına çıxmaz oldu.
Ondan sonra
Yuxarı baxmadan soruşdu.
Kədərli getdi
Bahadur Ağ Tayçı
Ağ Boro atına mindi,
Yeddi gəlini aparan
Ərlik Biyin yurduna yönəlib
Sürətlə gözdən itdi.
«O, yeddi gəlini
Yer üzünə aparmayınca
Andına əməl etməyincə
Geri dönüşü yox!» – deyə
Öz-özünə düşündü.
Beləcə gedir, durur
Atı Ağ Boro qəflətən dayandı
Ağac kimi dayandı
«Nəyi bildin, nəyi sezdin?
Sən qolunun qanadı.
Birlikdə yaşadığım dostum» – deyə
Ağ Tayçı ondan soruşdu
Atı Ağ Boro bunları dedi:
«Ərlik Biyin yurduna
Getməyə mənim gücüm yoxdu.
Sən yalnız gedəcəksən.
Pis vəziyyətə düşərsən,
Mənim adımı çağırarsan.
Elə də olsa, mənim
Sağ qulağımdakı gümüş incini


2013/
I
138
Al, get.
Günəş kimi parlayanda
Yolunla rahat gedərsən.
Atəş kimi istisində
İsinib yol alarsan».
Ağ Boronun bu sözlərini
Ağ Tayçı təsdiqlədi.
Sivri qara qarğısını alaraq.
Sağa-sola çevirdi, 
Ağ Boro ata çevrildi.
Ondan sonra gedib gözdən itdi.
Çox zaman keçmədən
Ərlik Biyin düzəltdiyi
Açılıb bağlanan keçidə çatdı.
Yeddi qat tunc qapını
Parçalayıb keçdi.
Oradan keçəndə gördü ki,
Ərlik Biyin dəmir sarayı
Yaxında durur.
Onu görən Ağ Tayçı
Qapısına gəldi.
Dəmir sarayın qapısının qarşısına
Qara dəmir əsasını sancdı.
Altın yarpaqlı qovaq oldu.
Gümüş incini sehirləyib
Onu günəşdən parlaq etdi.
Özü qızıl bir ququk quşu oldu,
Altın yarpaqlı qovağa oturub
Dayanmadan oxudu.
O ququğun ötməsinə dözə bilməyib
Ərlik Biyin dəmir qapısı
Buz kimi əriyib töküldü,
Sarayın içi aydınlandı
Onu görən Ərlik Biy
Yeddi sarı oğluyla


2013/
I
139
Yeddi sarı qızıyla
Yer altına yendilər.
Sonra qaranlıq qalaya qaçdılar
«Ərlik Biyin xalqıyla
Neçə-neçə bahaduru
Gümüş incinin işığına
Altın ququk quşunun ötməsinə
Dayana bilmədilər.
Qaranlıq yerdə gizləndilər.
Günəşli yerdən gələn yeddi gəlin
Dəmir saraydan qaçaraq çıxdılar.
Qızıl yarpaqlı qovağa gəlib
Əlləriylə sığalladılar.
Altın ququk quşunun səsini dinləyib
Ürəkləri fərahlandı.
İsti, aydın günəş görüb
Çəkdikləri əziyyəti unutdular.
Onlar beləcə sevinərkən
Altın ququk quşu silkindi.
Ağ Tayçıya çevrildi.
Altın yarpaqlı qovaq silkindi,
Ağ Boro ata çevrildi.
Günəşli yerin yeddi gəlini.
Günəşdən yaxşı günəş gördülər.
Günəşli yerlərinə dönmüş kimi oldular.
Aydan parlaq ay gördülər
Ana-atalarına dönmüş kimi oldular.
Aydan parlaq ay gördülər.
Ana-atalarına dönmüş kimi oldular.
Bahadur Ağ Tayçı
Yeddi gəlini tutaraq
Yeddi bənzər çaxmaq daşına çevirib.
Şəkillərini dəyişdirib cibinə qoydu.
Yenidən uçdu.
Ərlik Biy qaranlıqdan çıxdı
Yeddi gəlinin olmadığını gördü.
Qanadlı qara buğasına mindi.


2013/
I
140
Doqquz dişli tunc oltayı
Sağ əlinə aldı.
«Məni öldürməyə gələn iti
Öz yerimdən çıxarmam
Gəlib məni qəzəbləndirən iti
Öldürmədən buraxmaram» –
Ərlik Biy bağırdı.
Yeddi oğlu ardından gəldi.
Ağ Borolu Ağ Tayçı
Açılıb bağlanan keçidə çatanda
Qəzəblənən Ərlik Biy
Doqquz dişli tunc oltasını
Sehirləyərək fırlatdı.
Ağ Tayçının belinə
Tunc olta gəlib saplandı.
Bahadur Ağ Tayçı
Çox fikirləşmədən
Qara dəmir əsasını aldı.
Turc oltayı kəsdi.
Sonra sürətlə uzaqlaşdı.
Qiymətli atı Ağ Boro
Qaçaraq ona qarşı gəldi.
Ağ Tayçıya bunları dedi:
«Səndə də incə zəka varmış!
Ərlik Biyə yenilmədin.
İndii səni yenəcək
Gücdə bahadur yoxdu!»
Bahadur ağ Tayçı
Ağ Boro atına mindi.
Oradan sürətlə uzaqlaşıb
Yerüstünə çıxdı.
Fəqət güclü Ərlik Biy
Tunc oltası qırılsa da,
Doxsan qulac qara xalatı


2013/
I
141
Kəmənd düzəldib fırlatdı
Ağ Tayçının arxasından
Qanadlı qara buğasının
Sağını, solunu qamçılayıb
Sürətləndirdi.
Beləcə gedərkən
Qiymətli at Ağ Boro
Yeraltı cəhənnəmin dibindən
Yüksəlib çıxdı.
Ən sonda Ərlik Biy
Doxsan qulac qara xalatı
Sehirləyərək fırlatdı.
İndi Ağ Boro atın
Qalın boynuna dolandı.
Ağ Boro at qəflətən sürətləndi.
Qanadlı qara buğasıyla birlikdə
Ərlik Biyin özünü
Sürükləyib yerin üstünə çıxartdı.
Ağ Tayçı atdan endi.
Ərlik Biyin topa saqqalından
Bərk-bərk tutdu.
Doqquz ovuc tikandan
Çubuq düzəldib
Ərlik Biyi döyməyə başladı.
Ərlik Biyin bağırtısı
Yuxarıya çıxıb
Üç Kurbustana çatdı.
Aşağıya enib
Yerin altına yaxınlaşdı
Ağ Tayçı onu döyəndə
Ərlik Biyin halına yanmadı.
Baxıb gördü ki,
Altmış qulac quyruqlu
Ağ Börü buraya gəlib.
Altmış qulac quyruğuyla


2013/
I
142
Ərlik Biyə vurdu.
Ər gücü artdı.
Bunu görən Ağ Tayçı
Qüvvəsini topladı.
Ərlik Biyin qara əti
Palçıq kimi dağıldı.
Sonunda Ərlik Biy
Pis səsiylə bağırdı.
Yalvarıb mərhəmət dilədi:
«Atların ən yaxşısı Ağ Boronu
Heç bir zaman pisləməm,
Ağ Tayçı bahaduru.
Heç bir zaman izləməm,
Təkrar məni yeraltına
Yuvarlayıb göndərin.
Məni yerimə döndərin» –
«Xeyir, səni yer altına
Damğalamadan göndərmərik»– deyə
Ağ Tayçı söylədi.
Qara dəmir əsasını alaraq
Günəşdə qızdıraraq
Ərlik Biyin alnına
Ağ Tayçı öz rəsmini
Qızğın əsasıyla çəkdi.
Bahadurlarına yazı yazdı:
«Kirli, pis ayağımla
Altaya bir daha gəlmərəm» – deyə
Paslanıb qırılmaz əsasına
Ərlik Biyə əl basdırdı.
«Mən də surətimi çəkərəm» – deyə
Ağ Börü qəflətən söylədi.
Qızğın olaraq
Ərlik Biyin ürəyimin qarşısına
Altmış qulac quyruqlu
Ağ Börünün rəsmini əks etdirdi.


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə