Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə55/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

haqqında  bitkin,  tamamlanmış,  bütöv  bir  baxışlar  sisteminin  yaranması
ilə nəticələnmişdir. 
Ancaq bununla belə Kamran Əliyev qeyd edirdi ki, romantizmin aktu-
al problemləri çoxdur. Bu problemlər içərisində kifayət qədər öy rə nil mə -
miş məsələlərdən biri də romantiklərin folklorla əlaqəsidir. Bu na görə də
müəllif  bu  problemə  ayrıca  bir  monoqrafiya  –  “Romantizm  və  folklor”
kimi dəyərli bir tədqiqat əsəri həsr etmişdir. “Romantizm və folklor” mo -
noqrafiyasında  professor  Kamran  Əliyev  romantizmi  bütöv  bir  sistem
kimi  götürərək,  onu  Azərbaycan  folkloru  ilə  müqayisədə  öyrənmişdir.
Müəllifin fikrincə, romantiklərin folklorşünaslıq görüşlərinə ötəri bir gö -
rüşlər kimi baxmaq kökündən səhv olardı. Kamran Əliyev apardığı təd qi -
qatlar  nəticəsində  bu  qənaətə  gəlir  ki,  XX  əsr Azərbaycan  romantikləri
folklora münasibətdə də elə əsl romantiklər olmuşlar.
Azərbaycan romantiklərinin folklorşünaslıq görüşlərini səciyyəvi fakt -
lar əsasında nəzərdən keçirən müəllif onların aktuallıq dərəcəsinə də to-
xunaraq yazmışdır: “...XX əsr Azərbaycan romantiklərinin estetik ba xış -
ları, o cümlədən folklora dair düşüncələri müasir dövrümüzün folklorşü-
naslıq nailiyyətlərindən heç də geri qalmır, əksinə, bugünkü elmi fikirdə
onlardan bəhrələnmək faydalı olardı”.
Qətiyyətlə demək olar ki, “Romantizm və folklor” monoqrafiyası Azər -
baycan folklorşünaslığının və ümumfiloloji düşüncəsinin aktual problemi -
nə həsr olunmuş çox qiymətli tədqiqat əsəri olmaqla yanaşı, həm də bü töv -
lükdə Azərbaycan folklorşünaslığının nailiyyətidir.
Azərbaycan  ədəbiyyatının  ən  yaxşı,  ən  mütərəqqi  ənənələrini  davam
və inkişaf etdirən, onu daha da zənginləşdirən qüdrətli söz ustası Hüseyn
Cavid öz dərin məzmunlu əsərləri ilə Azərbaycanda milli şüurun inkişafı-
na çox mühüm xidmət göstərmişdir. Dahi sənətkarın yaradıcılığındakı ro -
mantik əhvali-ruhiyyə, hər şeydən əvvəl, türk millətinin gələcəyinə olan
sonsuz inamdan qaynaqlanırdı.
Mütəfəkkir şair, görkəmli dramaturq H. Cavid Azərbaycan ədəbiyyatı
tarixində  orijinal  yaradıcılığı  olan  ədəbi  simalardan  biridir.  Çoxəsrlik
Azərbaycan ədəbiyyatının XX əsr Azərbaycan romantizmi daha çox Hü -
seyn Cavidin adı ilə bağlıdır.Onun “Şeyx Sənan”,“İblis”, “Xəyyam”, “Sə -
yavuş” və s. bu kimi əsərləri Azərbaycan dramaturgiyasında romantiz min
bütün problematikliyi, ideya və məzmun xüsusiyyətləri ilə təzahür et diyi
əsərlərdəndir. Öz yaradıcılığı ilə H.Cavid Azərbaycan drama tur gi ya sının
mövzu  sərhədlərini  müxtəlif  istiqamətlərdə  geniş lən dirmiş,  onu  insani,
humanist, nəcib və bəşəri ideyalarla daha da zənginləşdirmişdir. Onun öl -
məz  əsərləri  XX  əsr Azərbaycan  ədəbiyyatının  mürəkkəb,  çoxşaxəli  və
zəngin  mühitində  öz  səsi  və  nəfəsi  ilə  seçilən  mühüm  bir  ədəbi  hadisə
kimi bu gün də öz məna və əhəmiyyətini saxlamaqdadır. 
2013/
I
151


Hüseyn Cavidin zəngin və parlaq yaradıcılığı, qeyri-adi istedadı və na -
kam taleyi daim böyük maraq doğurub. Bəlkə də, Azərbaycan ədəbiy-ya -
tında  xüsusi  tədqiqata,  geniş  təbliğə  Hüseyn  Cavid  qədər  ehtiyacı  olan
ikinci bir yazıçı yoxdur. Bununla bağlı professor Yaşar Qarayevin fikrini
yada salmaq yerinə düşər: «Bu gün belə obyektiv aynada, tarixi və elmi
hə qiqət  güzgüsündə  yenidən  görünməyə  Hüseyn  Cavid  qədər  ehtiyacı
olan ikinci böyük ədəbi simamız bəlkə də yoxdur».
Görünür, məhz bütün bunlara görə də professor Kamran Əliyevin dörd
monoqrafiyası – “Hüseyn Cavidin şəxsiyyəti və poetikası” (Bakı, 1997),
“Mirzə Fətəlidən Hüseyn Cavidə qədər” (Bakı, 1998), “Cavid möcüzəsi”
(Bakı, 2002), və “Hüseyn Cavid” (Bakı, 2008) monoqrafiyaları Azərbay -
can dramaturgiyasında orijinal dəsti-xətti olan bir dramaturq, qüvvətli bir
faciənəvis, mənzum və romantik dramın yaradıcısı kimi unikal və şərəfli
bir yer tutan H.Cavidin həyat  və yaradıcılığına həsr edilmişdir. Kamran
Əliyev bu monoqrafiyalarda H.Cavidin həyatının ayrı-ayrı məqamlarını,
onun  zəngin  və  parlaq  yaradıcılığını  və  demək  olar  ki,  bütün  əsərlərini
təhlil etmiş, hətta aydın və hərtərəfli başa düşülsün deyə müəllifin əsərlə -
rinin qısa məzmununu da oxuculara təqdim etmişdir.
Bu baxımdan, professor Kamran Əliyev H.Cavidə həsr edilən mono-
qrafiyalarında Cavid yaradıcılığında ümumbəşəri problemlərin qoyuluşu,
onların təhlili, tədqiqi və həlli yollarının göstərilməsi baxımından orijinal
və təqdirediləndir. Müəllifin ayrı-ayrı mövzulara Azərbaycançılıq, bü töv -
lükdə  “Böyük  Turançılıq”  ideologiyası  zəminində  yanaşma  prinsip ləri
əsasında münasibət bildirməsi isə H.Cavidə həsr edilən tədqiqatların leyt-
motivi, ana xətti kimi qiymətləndirilə bilər.
Hər bir xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi də -
yərlər, fikrimizcə, onun ən qiymətli sərvətidir. Hər bir xalq özünəməxsus,
spesifik milli mənəvi dəyərlər sisteminə malikdir. Qlobal mənada bu mil -
li-mənəvi dəyərlər hər bir xalqın, o cümlədən bizim xalqımızın da ta-rixi,
dili, dini, adət-ənənələri, mentaliteti, mədəniyyəti, ədəbiyyat və incəsənə-
tidir. Lokal anlamda isə milli-mənəvi dəyərlər keçmişə, xələflərə, ağ saq -
qala, böyük-kiçiyə ehtiram, öz milli “mən”ini yaşatmaq və ona hörmət et -
mək deməkdir. Bu mənada Kamran Əliyevin 
“Abbas Zamanov olmasaydı”(Bakı, 2011) monoqrafiyası bir növ mil -
li-mənəvi  dəyərlər  sisteminə,  konkret  olaraq  onun  daşıyıcılarından  biri
olan böyük bir ZİYALIYA, dünyaca tanınmış bir ALİMƏ, nəhayət, sözün
hər mənasında böyük hərflərlə yazılan bir İNSANA- BÖYÜK ŞƏX SİY -
YƏT Abbas Zamanova həsr edilmişdir. 
...İllər öncədən - orta məktəb illərindən qiyabi tanıdığım, yazdığı əsər-
lərin sanbalından və dəyərindən nəzərimdə böyük, nəhəng bir insan tə səv -
vür etdiyim professor Abbas Zamanovu Azərbaycan Dövlət Univer si te ti -
2013/
I
152


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə