Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə51/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   47   48   49   50   51   52   53   54   ...   61

rıblar. Bir gündə bizim kəntdən bəri o kəndin uşağı  bizim kəndə dərsə
gəlib.  Alış var milisiyada  general zvaniyası verilib miliyisyaya yaxınla -
şa bilmir ki, Kürdoğlu Məhəmmədi öldürə. Nolsun veriblər  qorxur da bu
Alış var, bu gəlir ki, bu milisyanın  birin çağırıb min manat pul verə  di -
yələr  ver  maa  mən  gedib  Kürdoğlu  Məhəmmədi  öldürəjəm.  Gedir    ki,
“Qaban qayası” var bizdə qəşəng maral, keçi  nə bilim hər bir şey olur
orda.  Kürdoğlu  Məhəmmədin  orda  zağası  vardı-  daşdan.  Oturub  qa ba -
ğında qoynun cəmdəyin asıb. Deyib:
– Alış, xoş gəlmisən.
Deyib ki:
–  Məhəmmməd  dayı,  yadıma  düşmüsən  ona  görə  gəlmişəm.  Deyib,
yaxşı eləmisən. Bu gecə yuxusuzam, aftafanı götür, get, orda bulağ var,
ordan su gətir, gələndə sənnən söhbət eliyərəm. Aralaşannan sora duruf
ağajdan peyjama düzəltmişmiş, pəncəyi də keçirib papağı qoyub başına
ojağın qırağına belə uzadır, keçir bir yekə fıstığ ağacının dalına. O tə rəf -
dən gəldi deyir, sən öl, səni də əldən yerə qoymağ olmur. Bu yatıf bunu
ateyjam tapança çıxarır güllə qutaranacan döşüyür. Ağacın dalınnan çı -
xır. Deyir:
– Əə Alış, atan belə atmır, belə atır. 
Təpəsinə atır, kəndə də xəbər yolluyur ki, gəlin, bu iti aparın.  Axı bu
qaçaxdı, sən bunu öldürə bilmərsən, bu, elə bir qaçaxdı, savaddı qa çaxdı.
Söylədi: Allahverdiyev  Məhiyəddin  Hümbət  oğlu.  1965-ci ildə  Kəl -
bəcər rayonu Mərcimək kəndində doğulub. Hal-hazırda Tərtərin İsma -
yıl bəyli kəndində məskunlaşıb. 
Dini rəvayətlər
Kətəməz
Bir  də o vaxtlar  Musa Peyğəmbərə deyillər ki, bir adam buna deyir
ki, mənim qismətimi de, mən nə yeəjəm? Deyir kətəməz yeəjəhsən. Də -
əndə deyir ki, a kişi, sən nə danışırsan sən, mən ömrüm boyu bu yaşa gəl -
mişəm, kətəməz yeməmişəm. Ta, sən qismətini istədin, mən də qisməti-
mi dedim. Özün bilərsən. Hə, bu örüşdən evə gəlmir. Deyir, günorta evə
getmiyəjəm,  bir  də  axşam gedəjəm.  Görüm  bu  maa  qismət olur, yoxsa
yox. Hə,  bu  günü  keçirirmiş,  bir  çoban  da  qoyun  otarırmış,  bircə  dənə
bunun heyvanı varıymış özünün. Bu heyvan doğmağına az qalmışımış.
Yoxsa, elə əvvəldən demiş  imiş.  Deyif ki, Allah təala  mənim bu qoyu -
numnan maa bir bala versin, and olsun pərvərdigara, onun kətəməzin do -
dağıma  vurmayajam.  Onun  kətəməzin  yolnan  keçənə  verəjəm.  Hə,  bu
gəlif bunun yannan gəlif keçir, deyir:
– Qağa,  hara gedirsən? 
Deyir:
2013/
I
133


– Evə gedirəm? 
Deyir:
–  Ə,  heç  hara  getmə,  gəl  bəri,  mən  Allahnan  əhdi-peyman  bağla -
mışdım, hə, qoyunum  doğsun, onun kətəməzin yolnan gedənə verəjəm. 
Deyir:
– Ə,  get, işinnən, peşənnən məşqul ol.  Mən hələ anadan gələnnən
ağzıma kətəməz vurmamışam. Çoban qəzəblənir, deyir ki, helə şey olar?
Mən Allahnan əhdi-peyman bağlamışam, səni hara boşduyuram? Bu de -
yir, yemiyəjəm, o deyir yeyəssən. Çoban ağacı hərriyir ki, bunun kürəy-
inə bir ağac çəkə. Ağacı göydə tutur, deyir ki, ə, bir kətəməzə görə məni
öldürəcəksən, qoy yeyim. Deyir ki, Xudabəndi aləm, şükür sənin böyük-
lüyünə. Deyir, demək qisməti qəbul eliyən eliyir, eləmiyəni məj bur elət-
dirillər.
Söylədi: Sadıqov  Güloğlan  İbrahim oğlu. 1968-ci ildə  Tərtər  rayo -
nunun  Evoğlu  kəndində  anadan  olub.  Arıçılıqla,  təsərrüfat  işlərilə
məşquldu, yas mərasimlərini aparır. 
Peygəmbər və bal arısı
Bir gün də Peyğəmbərimiz Əmirəl Möminnən bağda gəzirmişlər. Bal
arısı gəlib peyğəmbərin yanına. Arı gələndə, arının özünün səsi var. Hə,
peyğəmbərimiz deyir ki, ya Əli, bilirsən, arı gəldi, nə dedi? Arı gəldi dedi
ki, yaxınnığda mənim balım var, gedin on nan istifadə edin. Yerini Əmir -
əlmöminə dedi. Əmirəlmöminin getdi, balı gətirdi, baldan tam elədilər,
peyğəmbərimiz arıdan soruşdu kü, ey Al la hın heyvanı, sizin qidanız gü -
lün acı gönçəsinnəndi, necə olur ki, belə acı qönçə belə şirin, gözəl tama
çevrilir? Deyəndə deyir ki, ey Allahın pey ğəm bəri, o ki, gülün acı qön -
çəsinnən ki, gətirib biz istifadə eliyiriy, biz onnan istifadə eliyən vaxtı bi -
zə ilham gəlir ki, sənin gül camalına salavat zikr eliyək, sənin gül camalı-
na salavat zikr eliyənnən sora, o bala bir bal kimi şirinnik əmələ gəlir.
Söylədi: Sadıqov Güloğlan İbrahim oğlu
2013/
I
134


Qardaş türk folklorundan
AĞ TAYÇI
AĞ TAYÇI
(Əvvəli ötən sayımızda)
2013/
I
135
Bu sözləri dəstəklədi.
Fəqət sonunda
Fəlakət olacağını bilmədi.
Atası Ağ Börünün verdiyi
Pis geyiminin bağını açdı.
Alp, pəhlivan Ağ Tayçı
Hamısını geyindi.
Təkrar davaya başladı.
Tutduğu yerdən
Bir ovuc ət qopdu.
Tutduğu yerdən
Qan fışqırdı.
Paltarları yanmadı,
İsti od dəymədi,
Qiymətli at Ağ Boronun
İki qulağındakı gümüş inci
Ay kimi, günəş kimi parladı.
Ora-bura yüyürdü.
Elə də olsa, Ağ Tayçının
Gücü azaldı
Yerə daha çox yıxıldı.
Bax o zaman Ağ Tayçı
Altmış qulac quyruqlu
Atası Ağ Börünü düşündü.
Gəl, yardım et atana» – deyə Bağırdı.
Qarşıya baxdı, yenə baxanda
Altmış qulac quyruqlu
Ağ Börö yetib gəldi.
Yatıb yuvarlandı.
Heybətli bahadura çevrildi.
«Ər yaşına yetməmiş
Gənc dəliqanlıyla savaşma,
Əgər ər isən
Mənimlə savaş» – deyə.


2013/
I
136
Ağ Börü bağırdı.
Bunu eşidən Ağ Tayçının
Tutduğu əli maqqaş kimi,
Boyu pəhləvan kimi
Ər düşüncəli igidə,
Əti, qanı isti dəmirə
Çevrildi.
«Yavaş, ata sən qarışma
Mən özüm həll edərəm» – deyə
Ağ Tayçı bağırdı
Otuz başlı bahadur Ox Çilanı
Üç sıçrayışda qaldırdı
Doqquz qat dəmir xırman
Torpaq kimi ovuldu.
Otuz başlı bahadur Ox Çilan
Bütövlükdə torpağa batdı.
Altmış qulac quyruqlu
Atası Ağ Börü
Yox olub, itdi.
Otuz başlı bahadur Ox Çilan
Yalvarmazdı, yalvardı.
Kədərlənməzdi, kədərləndi.
«Eh Ağ Tayçı bahadur
Atın atların yaxşısıymış
Mən indi heç bir zaman
Sənin adını ağzına almaram.
Keçdiyin yolu tapdalamaram.
Əsla Altayına çıxmaram»–deyə. Yalvardı.
İki gözündən yaş töküldü.
Bahadur Ağ Tayçı,
Otuz başlı bahadur Ox Çilanın


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə