Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə54/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   50   51   52   53   54   55   56   57   ...   61

Folklorşünas təqvimi
KAMRAN ƏLİYEV – 60
ƏSRİN BEŞDƏ ÜÇÜ
İctimai-siyasi  arenada,  sənət  aləmində,  eləcə  də
elm, təhsil sahəsində tanınmış yaradıcı insanların iste -
dadı, yaradıcılığı, elmi səviyyəsi və dün ya görüşü hə -
mişə cəmiyyətdə diqqət mərkəzində olub. Belə insan-
ların həyatı, xarakteri, şəxsiyyət kimi bütövlüyü, on -
ların insani xüsusiyyətləri, həm də müasirlərinin onlar
barəsində fikirləri tədqiqatçılar, eləcə də sadə insanlar
üçün həmişə maraq kəsb edib. Heç kəsə sirr deyil ki,
belə tanınmışların arasında elələri olub ki, onların yaradıcılığı insanlığını
üstələyib, ya da insanlığı yaradıcılığından önə keçib. Çox az tanınmışlar
olub  ki, yaradıcılığı  ilə  insanlığı üst-üstə düşsün.  On  iki  ilə  yaxın şəxsən
tanıdığım  professor  Kamran  Əliyev  məhz  üçüncü  qəbil  insanlardan,  yəni
yaradı cı lı ğı ilə insanlığı, şəxsiyyəti üst-üstə düşən nadir ziyalılarımızdan dır. 
Kamran İmran oğlu Əliyev 1953-cü il mart ayının 5-də Naxçıvan MR
Şərur rayonunun Diyadin kəndində anadan olmuşdur. O, 1969-cu ildə orta
məktəbi,  1974-cü  ildə  isə Azərbaycan  Dövlət  Universitetinin  filologiya
fakül təsini fərqlənmə diplomu ilə bitirmişdir. K.Əliyev 1976-1979-cu il -
lərdə Azərbaycan  MEA-nın  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  aspi-
ranturasında  oxumuşdur.  1993-2001-ci  illərdə  ali  məktəblərdə  kafedra
müdiri,  prorektor  vəzifələrində  çalışmış  və  mühazirələr  demişdir.
K.Əliyev 1980-ci ildə 27 yaşında namizədlik, 1990-cı ildə 37 yaşında isə
doktorluq dissertasiyası müdafiə etmişdir. 
Kamran Əliyev “XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri gö -
rüşləri”  (Bakı,  1985),  ”Hüseyn  Cavidin  şəxsiyyəti  və  poetikası”  (Bakı,
1997),  ”  Mirzə  Fətəlidən  Hüseyn  Cavidə  qədər”  (Bakı,  1998),  “Cavid
möcüzəsi”  (Bakı,  2002),  “Azərbaycan  romantizminin  poetikası”  (Bakı,
2002), “Azərbaycan romantizminin nəzəriyyəsi” (Bakı, 2006), “Ro man -
tizm və folklor” (Bakı, Elm, 2006), “Hüseyn Cavid” ( Bakı, 2008), “Ab -
bas Zamanov olmasaydı” (Bakı, 2011) və s. kimi fundamental elmi əsər-
lərin və monoqrafiyaların, 200-dən artıq elmi və elmi-publisistik mə qa lə -
nin, o cümlədən “Yalquzaq”, “Zəli” və “Vağzal” kimi dəyərli po vest lərin
və “Sədərək döyüşləri” (1992) kimi publisistik kitabın müəllifidir.
Kamran Əliyev Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət gös -
tə rən  Dissertasiya  Şurasının,  Folklor  İnstitutunun  Elmi  Şurasının, Azər -
baycan Yazıçılar Birliyinin üzvüdür. Hal-hazırda Azərbaycan MEA Folk -
lor İnstitutunda “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiridir. 
2013/
I
149


Professor  K.Əliyev  Azərbaycan  filoloji  elm  tarixində  xüsusi  üslubu,
özünəməxsus dəst-xətti ilə tanınan, zəngin, hərtərəfli elmi təxəyyülə ma lik
olan, məşğul olduğu sahəni professional səviyyədə və dərindən bilən də -
yərli elm xadimlərimizdəndir. Uzun illər boyu tanıdığım bu alimdə ötən il -
lər ərzində əksər elm adamında müşahidə etmədiyim bir cəhəti özüm üçün
müəyyən etmişəm: orijinal və maraqlı düşüncə sahibi olan Kamran Əliyev
nədən yazırsa yazsın – istər şifahi xalq ədəbiyyatından olsun, istər yazılı
ədəbiyyatdan, fərqi yoxdur, – yazılarında hökmən bir yenilik, bir novator-
luq, yeni bir söz, fikir deməyə meyllilik hiss olunur. K.Əliyevin ədəbiyyat
tariximizin  müxtəlif,  eyni  zamanda  az  öyrənilmiş  sahələrinə  marağı  hər
zaman  ciddi  səciyyə  daşımışdır.  O,  həmişə  aktual  olan  elmi  məsələlər
barəsində vaxtında və eyni zamanda orijinal fikirlər, mü la hi zə lər söyləmək
xüsusiyyəti ilə də həmişə diqqət mərkəzində olmağı bacarmışdır.
Kamran  Əliyev,  əsasən,  romantizm  problemlərinə  həsr  olunmuş  qiy -
mətli tədqiqatları, eləcə də yazılı ədəbiyyatla folklorun qarşılıqlı əla qə lə -
rinə  həsr  edilən  dəyərli  əsərləri  ilə  ədəbi  ictimaiyyət  arasında  tanınır.
Professor  K.Əliyevin  “XX  əsr Azərbaycan  romantiklərinin  ədəbi-nəzəri
görüşləri”  (Bakı,  1985),  “Azərbaycan  romantizminin  poetikası”  (Bakı,
2002), “Azərbaycan romantizminin nəzəriyyəsi” (Bakı, 2006), “Ro man -
tizm və folklor” (Bakı, Elm, 2006) kimi monoqrafiyaları romantizm mə -
sələlərinə,  yazılı  ədəbiyyatla  folklorun  qarşılıqlı  əlaqələrinə  həsr  edilən
dəyərli tədqiqatlardır. K.Əliyev bu monoqrafiyalarında XX əsr Azər bay -
can romantizminin ümumnəzəri mənzərəsini vermiş, o dövrün Azər bay -
can  romantikləri  olan  Hüseyn  Cavid,  Məhəmməd  Hadi, Abbas  Səhhət,
Abdulla Şaiq kimi görkəmli sənətkarların ədəbi-nəzəri görüşlər sistemini
əhatəli və hərtərəfli şəkildə təhlil etmişdir. Kamran Əliyev vurğulamışdır
ki, bu sənətkarların ədəbiyyata baxışları dövrün ictimai-siyasi hadisələ ri -
nin, həmin dövrdə baş verən ədəbi-mədəni fəaliyyətin təsiri altında olsa
da, istiqamət baxımından bilavasitə romantizmin özü ilə, romantik metod
və romantik üslubla əlaqədar olmuşdur.
Alim  həmçinin  göstərmişdir  ki,  XX  əsr Azərbaycan  romantiklərinin
hər  hansı  bir  məsələyə  öz  spesifik  baxışları  vardır.  Bu  baxışlar  sistemi,
heç  şübhəsiz,  onların  dünyagörüşündən  və  mənsub  olduğu  romantizm
ədəbi cərəyanından irəli gəlirdi. 
Bu kitablarda müəllifin XX əsr Azərbaycan romantikləri olan Hüseyn
Cavid,  Məhəmməd  Hadi,  Əli  bəy  Hüseynzadə,  Abbas  Səhhət,  Abdulla
Şaiq və başqa ədiblərin əsərlərindəki romantizm problemlərinə həsr olun-
muş  axtarışları  öz  əksini  tapmışdır.  Monoqrafiyalarda  Kamran  Əliyev
həm  də  XX  əsr Azərbaycan  romantizmini  ayrı-ayrı  sənətkarların  ədəbi-
nəzəri görüşləri, o cümlədən həmin ədiblərin spesifik yaradıcılıq xüsusiy -
yətləri səviyyəsində tədqiq etmişdir. Bütün bunlar isə alimin romantizm
2013/
I
150


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə