Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə57/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   53   54   55   56   57   58   59   60   61

lor  və  yazılı  ədəbiyyat»  problematikasına  aid  olduğu  üçün  o,  həm  folk-
lorşünasların, həm də ədəbiyyatşünasların daim diqqət mərkəzində olmuş-
dur.  Bu  cəhətdən  Ə.Abid,  H.Araslı,  T.Hacıyev,  B.Nəbiyev,  Y.Qarayev,
A.Nəbiyev, P.Əfəndiyev, N.Cəfərov, Ş.Cəmşidov, Q.Namazov, K.Abdulla,
K.V.Nərimanoğlu və başqa dəyərli folklorşünas, ədəbiyyatşünas və dilşü-
nas alimlər eposun məzmun və mündəricəsinə, obraz və motivlər sisteminə,
poetik quruluşuna, kompozisiya sisteminə, bədii dilin semantik məna alə -
minə və s. təsiri haqqında qiymətli tədqiqatlar aparmış, dəyərli fikirlər söy -
ləmiş, ideya və mülahizələr irəli sürmüşlər. 
Azərbaycan  şifahi  xalq  ədəbiyyatının  ən  qiymətli  əsərlərindən  olan
“Koroğlu” dastanı da ədəbi fikir tariximizin qiymətli yazılı salnamə lə rin -
dəndir. Xalqımıza məxsus qəhrəmanlıq, vətənpərvərlik, huma-nizm, dost -
luq, qardaşlıq, qonaqsevərlik və başqa xüsusiyyətlər öz parlaq bədii ifadə -
sini bu dastanda tapmışdır. “Koroğlu” eposunun əsas qəhrəmanı və ayrı-
ayrı surətləri ilə bağlı ilk məlumatlar, rəvayətlər, əfsanələr, kiçik epizod-
lar, həmçinin dastandakı mövcud qolların hamısı, müxtəlif illərdə top lan -
sa  da,  onların  hamısında  qiymətli  informasiya  daşıyıcıları  mövcuddur.
Mənəvi  irsimizin  möhtəşəm  abidəsi, Azərbaycan  poetik  söz  sənətinin  –
aşıq  yaradıcılığının  zirvəsi  sayılan  “Koroğlu”  dastanı  uzun  onilliklərdir
ki, respublika və dünya eposşünaslığının tədqiq obyektindədir.
”Dədə Qorqud” və ”Koroğlu”  eposları Azərbaycan xalqının epik dü -
şüncəsinin  ən  möhtəşəm  ədəbi-bədii  təzahürlərindən  hesab  olunur.  Bu
eposlar çox qiymətli epik abidələr olduğundan, onlarda daşınan epik mə -
lumatların  çəkisi  də  olduqca  böyükdür.  “Dədə  Qorqud”  və  ”Koroğlu”
eposları  xalqın milli və mənəvi ehtiyatlarının çeşidli ünsürlərini  özündə
ehtiva edir. Bu mənada ”Dədə Qorqud” və ”Koroğlu” eposları epik mə lu -
matlarının zənginliyi baxımından bütün digər oxşar abidələrdən fərqlənir.
Məlumdur ki, Azərbaycan şifahi xalq ədəbiyyatının janrları içərisində
epos  və  onun  poetikası,  eləcə  də  eposun  araşdırılma  problemləri, Azər -
baycan folklorşünaslığında tədqiq aktuallığını itirməyən mövzulardandır.
Monoqrafiyada “Dədə Qorqud” və “Koroğlu” eposları milli ədəbi düşün -
cənin ilkin mərhələsi və ilkin qaynağı kimi götürülmüş, onun milli ədəbi
fikrin inkişaf tarixindəki yeri və rolu öyrənilmiş və bu eposlar elmi-mə -
dəni tərəqqimizin mühüm amillərindən biri kimi tədqiq olunmuşdur. 
Professor K. Əliyevin bu mövzulara həsr olunmuş “Eposun poetikasi:
“Dədə Qorqud” və “ Koroğlu” monoqrafiyası iki hissədən ibarətdir: “Də -
də Qorqud” və “Koroğlu”. Bir neçə onilliklərdir ki, ayrı-ayrı tədqiqatlar-
da, müxtəlif dərsliklərdə, monoqrafiyalarda «Dədə Qorqud» eposunda iki
boyun  “Dəli  Domrul”  və  “Çoban  oğlu Təpəgöz” boylarını “süjetdənkə-
nar”,”yad”, “qalan boylarla əlaqəsi olmayan” və s. epitetlərlə oxuculara
təqdim  etmişlər.  Bu  kimi  fikirlər  isə,  təbii  olaraq,  qorqudşünaslıqda  bir
2013/
I
155


çox  mübahisələrə, fikir  ayrılıqlarına və müxtəlif  polemikalara səbəb  ol -
muşdur. 
Buna  görə  də  Kamran  Əliyev  kitabın  "Dədə  Qorqud"la  bağlı  hissə -
sində əsas diqqəti yuxarıda qeyd olunan fikirlərə rəğmən, eposun poetik
strukturunun bütöv və tam olmasına, eposda heç bir “süjetdənkənar”lığın
olmaması və s. bu kimi çox vacib problemlərə yönəltmişdir. Burada müəl-
lifin əsas məqsədi «Dədə Qorqud» eposunu vahid, tam, bütöv halda təd -
qiq  etmək  və  onu  elə  bu  şəkildə  oxuculara  çatdırmaq  olmuşdur.  Çünki
məhz  bu  şəkildə  təqdim  edilən  «Dədə  Qorqud»  eposu  daha  möhtəşəm,
daha  əzəmətli  görünür.  Kamran  Əliyev  kitabdakı  "Dəli  Domrul"  boyu:
təsadüf, yoxsa zərurət?" və "Çoban oğlu Təpəgöz" sərlövhəli yazılarını bu
iki  boyun  eposun  ümumi  quruluşu,  süjeti  və  kompozisiyasının  eposun
ümumi  poetikası,  ahəngi  ilə  bağlılığı  problemlərinə  həsr  etmişdir. Alim
mübahisə və polemika doğuran məsələləri inandırıcı elmi dəlillərlə sübut
və həll etməyə çalışmışdır. Qətiyyətlə demək mümkündür ki, elmi intuisi -
yası və elmi  eridusiyasi  dərin,  zəkası iti  olan  professor  K.  Əliyev  bunu
məharətlə bacarmışdır. Belə ki K.Əliyev tutarlı dəlil və sübutlarla aydın-
laşdırmışdır  ki,  “Dəli  Domrul”  boyu  «Dədə  Qorqud»  eposunun  struk -
turun dan-süjetindən,  kompozisiyasından,  poetika  elementlərindən  ayrıl-
maz və təcridolunmazdır. Tədqiqatçının fikrincə, hətta “Dəli Domrul” bo -
yu olmasaydı, sözsüz ki, epos öz bitkinliyini, dərin məna siqlətini, əzə mə -
tini və monumentallığını xeyli itirmiş olardı. Çünki digər boylarda adda-
budda  və  epizodik  səviyyədə  olan  Oğuz  elinin  dinc,  sakit  dövrü  yalnız
“Dəli  Domrul”  boyunda  özünün  tam  həllini  tapmışdır.  «Dədə  Qorqud»
eposu üçün zəruri olan “Dəli Domrul” boyu ilə qədim türklərin həyatının
bitkin və bütöv mənzərəsini əks etdirmək və-zifəsi həyata keçirilmiş və
eyni zamanda, eposun ədəbi-bədii məntiqi tamamlanmışdır.” 
"Dədə  Qorqud"  eposunun  boyları  arasında  onları  bir-birinə  bağlayan
elə incə məqamlar mövcuddur ki, dəfələrlə oxunsa da, çox vaxt onları sez -
mək, hansısa bir hadisənin, əhvalatın, xırdaca bir məqamın mahiyyə-tinə
varmaq, onları  duyub hiss  etmək mümkün olmur.  K.Əliyev  eposdakı bu
incə məqamları yaxşı hiss edib duyduğuna görə, Təpəgözlə bağlı hələ də
qaranlıq qalmış bir sıra məsələlərə aydınlıq gətirə bilmişdir. Qeyd etdiy-
imiz kimi, bir sıra tədqiqatçıların "Dədə Qorqud" eposunun ümumi kom-
pozisiyasından ayrı hesab etdikləri ikinci boy "Basatın Təpəgözü öl dür dü -
yü boy" dur. "Çoban oğlu Təpəgöz" sərlövhəli yazıda K. Əliyev Təpə gö -
zün eposda əhəmiyyətli yer tutduğunu və Təpəgöz obrazının mən şəyinin
müəyyənləşdirilməsi yolunda bir sıra maraqlı elmi qənaətlərini qeyd etmiş,
dəqiqləşdirmələr aparmış və maraqlı nəticələr əldə etmiş dir. 
Təpəgöz obrazının qədimliyi və bu eposun Homerin «Odisseya»sı ilə
oxşarlığı barədə elmi ədəbiyyatda fikirlər çoxdur. Filologiya üzrə elmlər
2013/
I
156


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə