Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə59/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   53   54   55   56   57   58   59   60   61

yayda, payızda, qışda anadan olanlar “səmimi” və ”kövrək” ola bilməz -
lərmi?! Ancaq yazıdakı “daha çox” ifadəsinə diqqət yetirəndə və baharda
anadan olan dostlarımın, tanışlarımın, nəhayət, Azərbaycan Milli Elmlər
Akademiyası Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin
müdiri, filologiya üzrə elmlər doktoru, professor, 1953-cü il mart ayının
5-də baharda anadan olan Kamran Əliyevin xarakterinə fikir verəndə hər
şey mənə aydın olmuşdu. Mənə aydın olmuşdu ki, doğrudan da, baharda
anadan olanlar daha səmimi, daha qayğıkeş və bir az da kövrək olurlar... 
Bu bahar – 2013-cü il mart ayının 5-də əsl elm fədaisi, yorulmaz folk-
lor tədqiqatçısı və nəhayət, qayğıkeş və mehriban bir insan olan Kamran
Əliyevin 60  yaşı tamam  olur. O, ömrünün 61-ci baharına qədəm  qoyur.
Bir də ki, 60 yaş hələ əsrin beşdə üçü və demək olar ki, hələ, təxminən,
yarısıdır. Deməli, əziz Kamran müəllim, bu hesabla sağlıq olsun, qarşıdan
hələ ən azı əsrin beşdə ikisi – yəni bütöv bir 40 il də gəlir. Bu illər isə öm -
rün müdriklik çağı hesab olunur. Sizi yaxşı tanıyan, yaradıcılığınıza az -
dan-çoxdan  bələd  olan  bir  adam  kimi  qətiyyətlə  deyə  bilərəm  ki,  yaşa -
dığınız bu 60 il bütöv bir əsrə bərabər illərdir. Əminəm ki, Ulu Tanrının
Sizə bəxş edəcəyi qalan illəri də şərəflə, alnıaçıq yaşayacaq, əsl gənclik
həvəsi  ilə  yazıb-yaradacaq  və  daha  bir  əsrə  bərabər  olacaq  bir  ömür
yaşayacaqsınız.  Və  nəhayət,  inanıram  ki,  Siz  bundan  sonra  da  problem
məsələlərin həlli ilə seçilən tədqiqat əsərlərinizlə, elmi dəyəri, tutum yükü
böyük olan monoqrafiyalarınızla, yeni məqalə və kitablarınızla oxucuları
sevindirəcək, Azərbaycan ədəbiyyatını  və  folklorşünaslığını  isə  daha  da
zənginləşdirəcəksiniz. 
Tahir ORUCOV
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
2013/
I
159


İtkilərimiz
«SON…» ADLANDIRA BİLMƏDİYİM YAZIM
Ölüm xəbərin qəfildən gəldi, Məhərrəm müəllim.
Səninlə uzun illər ər zində dostluq etmiş başqa bir dos-
tum xəbər verdi. Əslində, o, bu xəbəri axşamdan bilir-
miş  və  həmin  axşam  mənimlə  telefonda  danı şanda
onu ne çə dəfə dilinin ucunda dolaşdırıb, amma deyə
bilməyib, sabaha saxlayıb.
Səninlə sonuncu dəfə ölümündən bir neçə gün qa -
baq görüşdük. Rəngin qaralmışdı, ürəyin sözünə bax -
mırdı.  Türkiyədəki  dostlarının  əməliyyata  gəl məklə
bağlı təkid etdiklərini söylədin. Əslində, əmə liyyatın
yüngül əməliyyat idi: xəstəxanada cəmi bir gün qalmalı idin. An caq ürəyin
döz mədi… Və o ürək ki səndə var idi, o çox şeyə dözmürdü. Ancaq sən
ha mı ya dözməyi, səbr etməyi, Allaha təvəkkül etməyi öy rə dir din…
Bir  neçə  gün  xəbərin  sarsıntısını  yaşadıq.  Hər  şeyi  başa  düşsək  də,
ölümün Allahın əmri olduğunu bilsək də, ölümü artıq yaşımızla, başı-mız -
la dərk etsək də, yenə də çətin idi. Və bu çətinliyin içərisində bir şey beyn-
imdən, yaddaşımdan, şüurumdan aramsız axırdı: əziz dostun itkisi.
Prof. Məhərrəm Allahqulu oğlu Cəfərli!
O heç mənim yaşıdım da deyildi. Sonradan tanımışdım. Və möhkəm
bağlanmışdım:  ağ  saçlarına,  böyük  ürəyinə,  müdrikliyinə,  təmkininə  və
insanlığa dayanan dostluğuna…
Həyatımın çətin günlərində, o günlərində ki, mənim məhz dost məslə -
hətinə ehtiyacım olurdu, o günlərdə ki, yolların dolanbacında dolaşıb qa -
lır, qərar qəbul etməkdə şaşırırdım, onda Məhərrəm müəllimə telefon açır,
məsləhətini  soruşurdum.  Nikbinlik  və  arxayınlıq  dolu  səslə:  «İşuy  gör,
heş nəyə fikir vermə, hər şey öz yoluna gedəcək», – deyirdi. O, çoxdan
dərk etmişdi ki, həyatda hər kəsin və hər şeyin öz yolu var. Ən əsas bir
yol tutub getməkdi. Ona görə deyirdi ki, sən öz işində ol, yazılaruy yaz,
heç kəsə fikir vermə, qalanı öz-özünə düzələcək. 
O, illərə sığmayacaq, zamanla ölçülməyəcək böyük bir ömür yaşa mış -
dı. Və bu ömründə çox şey görmüş, çox hadisələrdən dərs almışdı. Ona
görə də həmişə arxayınlıqla məsləhət verirdi. «Yazın, yaradın, – deyirdi,
– yazdıqlarınız qalacaq, qalanı boş şeydi. Vaxtuzu belə-belə şeylərə sərf
etməyin, sora özuz heyfislənəcəksiz».
O, yaddaşa bağlı insan idi. Bəlkə, elə buna görə də folklorşünas olmuş-
du. İnanırdı ki, özünü yaddaşın bir parçası, yaddaşda həkk olunmuş ulu
tarixin  hərəkət  ünsürü,  zaman  içində  zaman  daşıyıcısı  olaraq  dərk  edən
2013/
I
160


insanlar öz içini, dünyanı özünə şifrələyən daxili həqiqətini, ömrünün ra -
hatlıq mənbəyini, ruhani-mənəvi bütövlüyünü tapmışlardır. 
Məhərrəm müəllim öz həyat həqiqətini tapmış insan idi. 
Belə insanların ömrü həyatları boyu axtardıqları «itiyini» tapmağa ça -
lışanların ömrünə bənzəyir. Ulu Tanrı bizlərin hər birini öz tale «itiyimiz -
lə» yaradıb: kimlərsə bu itiyin həqiqi ünvanını – fərdin, millətin, tarixin
və zamanın qovuşduğu, birləşdiyi «milli yaddaş» qapısını tapa bilib. Ke -
çərək də cismini və ruhunu sakitləşdirən həyat həqiqətini, şəxsiyyət tamlı -
ğını və öz ömür yolunu tapıb. Belə insanlar milli yaddaşın ulu zaman yol -
çularıdır. Bütün titullarına rəğmən cismində və ruhunda «insan» adlı bir
«həqiqəti» yaşadan Məhərrəm müəllim də:
– zaman içində zaman, həqiqət içində həqiqət, tale içində tale yaşadan
ulu şəxsiyyət, 
– ulu yaddaş tariximizin yorulmaz yolçusu,
– minillərə sığmayan yaddaş tariximizin yaddaşlılar yoldaşı;
– cismini milli yaddaş yolunda qurban verib, ruhunu ona qovuşduran-
ların sirdaşı,
– öz həyat həqiqətini, mənəvi və ruhani səadətini milli yaddaş yolunun
yolçuluğunda tapanların ruhdaşı,
– insan olub insanlığa yol arayanların insandaşı,
– fikir, məslək, əqidə acılıqları içində yaşayanların fikirdaşı,
– milli yaddaş tariximizin «Məhərrəm Cəfərli» kitabında elmi və hə-
yati həqiqətləri arayanların nurdaşı idi... 
Varlığı həm sağlığında, həm də indi yalnız «əziz» sözü ilə dolğun mə -
na kəsb edə bilən Əziz Məhərrəm müəllim ona bağlı olanların, şəx siy yət
heyranlılarının yaddaşında həmişə özünün nurlu çöhrəsi, mehriban, gü lər -
üz aynası, insanlara münasibətdə «həqiqəti» bütün hallarda «həqiqi» olan
sevgisi ilə boy verəcəkdir...
Məhərrəm məllim haqqında yazmaq indi hər mənada çətindir. Bir tə -
rəfdən itkinin acısı buna imkan vermir. Digər tərəfdən, bütün şəxsiyyət öl -
çüləri ilə tamlaşmış, bitkinləşmiş, şəxsiyyət dünyası özünün bütün gös tə -
riciləri ilə bütövləşmiş bir insandan yazmaq asan deyil. İlk baxışdan sadə
görünsə də, bu sadəliyin şəxsiyyətin bütün hallarda mürəkkəbliyə və zən -
ginliyə müncər olunan mahiyyətinin təzahür gözəlliyi, həyat estetizmi ol -
ması üzə çıxır.
Çətinliyin  bütün  mahiyyəti  də  elə  bunda  –  şəxsiyyəti  bütün  hallarda
bütövlüyə müncər olunan bu elmi və mənəvi simanın təsviri üçün baxış
bucağının  düzgün  seçilməsinin  müşkülə  dönməsindədir.  Məhərrəm  Cə -
fərli, onun şəxsiyyətinə hansı bucaq altında baxılırsa baxılsın, bütün hal-
larda bütöv, sabit, müdrik obrazda görünür. Özünün bütün davranışları ilə
Azərbaycan insanının minilləri haqlayıb gələn müdrikliyini bütün daxili-
mənəvi bütövlüyü və saflığı ilə yaşadırdı.
2013/
I
161


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə