Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə60/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   53   54   55   56   57   58   59   60   61

O, vüqarlı və müdrik şəxsiyyət idi. Hər iki keyfiyyət cizgisi öz qaynağı
ilə  bu  fani  dünyanın  maddiyyat,  mövqiyyat,  mənsəbiyyat  məqamlarına
yox, mənəviyyat dünyasına bağlanırdı. Məhərrəm müəllim, həyat adlanan
məkanın hər bir guşəsində eyni mənəvi halların daşıyıcısı olan dəyişməz
insan idi. Məhz bu keyfiyyətləri onu bütün yaşda olan müasirlərinin dos-
tuna, sirdaşına, pənahdarına, yolgöstərən müəlliminə çevirmişdi.
Məhərrəm Allahqulu oğlu Cəfərli 5 yanvar 1946-cı ildə Azərbaycanın
qədim və ulu diyarı Naxçıvanın Xok kəndində anadan olmuşdu.
Əslində,  onun  şəxsiyyət  kimi  hörgüsünün  bütün  bünövrə  daşları  bu
kənddə – insanların sərt qışın cəfasına da, bərəkətli yayın səfasına da eyni
dərəcədə şükr etdiyi xeyir-bərəkətli məkanda qoyulmuşdu. İnsanı sev mə -
yin,  zəhmətkeşə  hörmətli  nəzərlərlə  baxmağın,  cəfakeşi  dəyərlən dir mə -
yin, dosta arxa durmağın, köməksizə əl uzatmağın, namərdə, mü xən nətə
yazıq nəzərlərlə baxmağın, bütün insanların yaşamaq, çörək sahibi olmaq,
onunla bərabər bu havadan udub, sudan içmək hüququnu onların Al lah -
dan gələn haqqı kimi qəbul etməyin məktəbini Məhərrəm Cəfərli məhz bu
kənddə keçmişdi. Və bu kənd onun üçün bütün hallarda fiziki və mənəvi
şəxsiyyətinin yaşam qaynağı olaraq qalmaqda idi. O, harada olursa olsun,
vaxtaşırı kəndinə dönməli, ətrafından heç vaxt əskik olmayan ailə, uşaq,
dost, yoldaş əhatəsindən bir müddətə qopub, Xokun gecələri, gündüzləri
ilə təkbətək qalmalı, atalı-analı, uşaqlıq xatirələrinə dönməli, o çətin, ta -
baqlarda çörəyin qəhətə çıxsa da, qəlblərdə insanlığın, rəhmin və mər hə -
mətin heç vaxt itmədiyi günlərin həsrəti ilə gözləri dolmalı, o günlərin xe -
yir-bərəkətinin bu günlərdə hələ də itmədiyinə görə Allaha şükr etməli idi. 
Ölümü  də  onu  Xokdan  ayrı  sala  bilmədi.  Doğmalarının,  ata-anasının
uyuduğu Xokda onu incidən ürək ağrılarından qurtulub əbədi dinclik və sa -
kitliyə daldı. 
Orta məktəbi bitirdikdən sonra varlığı ilə can atdığı Bakıya – Azər bay -
canın məhəlli adət və ənənələrinin, folklor mühitlərinin, lokal-coğrafi kül -
tür areallarının, etno-linqvistik avazların qovuşaraq ortaqlaş dığı, ümumil-
li səviyyəyə qalxdığı mədəniyyət mərkəzinə gəldi. Ermə nilər və ruslarla
dolu olan bu şəhərdə Xokdan gətirdiyi mənəviyyatın bir zərrəsini belə ba -
da verməyib, əsil azərbaycanlı olmağın məktəbini keçdi: 1964-1969-cu il -
lərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində
təhsil aldı. Həmin dövrdə bu fakültədə Azərbaycan dilçiliyi və ədəbiyy-
atşünaslığının  çox  möhtəşəm  simaları  dərs  keçirdilər.  O,  bu  gün  bizlər
üçün adları və yaradıcılıqları, sözün həqiqi anlamında, yalnız bir şirin xə -
yal ola bilən görkəmli alimlərdən dərs aldı, Azərbay can dilinin və ədə biy -
yatının vurğununa çevrildi.
1969-1970-ci illərdə hərbi xidmətdə olub fiziki-mənəvi bərkimə mək-
təbini keçdi. 1970-ci ilin noyabrından 1971-ci ilin iyul ayınadək Xok kənd
2013/
I
162


orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işlədi. 1971-ci il -
dən 1989-cu ilədək Naxçıvan Dövlət Pedaqoji İnstitutunda metodist, mü -
əllim və baş müəllim vəzifələrində çalışdı.
Azərbaycan dili və ədəbiyatının ana nəhrinə–folklora olan sevgisi M.Cə -
fərlini Azərbaycan  Elmlər Akademiyasının  Folklor  şöbəsinə  gətirdi  və  o,
burada  1984-cü  ildə  «Osman  Sarıvəlli  və  xalq  yaradıcılığı»  möv zusunda
namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi aldı. 
1993-1997-ci illərdə Naxçıvan Dövlət Universitetinin Kollecinin Nax -
çıvan Bölməsinə rəhbərlik etdi.
2003-cü ildə «Məhəbbət dastanlarının poetikası» mövzusunda disser-
tasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsini aldı,
daha sonra professor oldu.
2004-cü  ildən  ölümünə  qədər  kimi  Naxçıvan  Dövlət  Universitetinin
Ədəbiyyat  kafedrasının  professoru qalmaqla, AMEA Naxçıvan Bölməsi
İncəsənət,  Dil  və  Ədəbiyyat  İnstitutu  Folklorşünaslıq  şöbəsinin  müdiri
vəzifəsində çalışdı.
Prof. M.Cəfərli özünün elmi və pedaqoji fəaliyyəti ilə təkcə Azər bay -
canda deyil, Türkiyədə və İranda da məşhur idi. Monoqrafiyaları İranda
və  Türkiydə  nəşr  olunaraq  onu  folklor,  milli  mənəviyyat,  etnik-mədəni
düşüncə sistemi kimi aktual problemlər üzrə mütəxəssis kimi tanıtmışdı. 
Təsadüfi deyil ki, 2004-cü ildə Azərbaycanda «Qızıl qələm», 2008-ci
ildə Türkiyə  Cümhüriyyətinin  paytaxtı Ankarada  «Türk  xalq  kültürü  və
folkloruna xidmət» ödülü ilə mükafatlandırılmış, 2009-cu ildə isə Av ra si -
ya Dostluq Qurumunun mükafatına layiq görülmüşdü.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan M.Cəfərlinin
4 övladı, 30-dan çox kitabı, 160-dan çox məqaləsi var. Folklorşünas alim,
görkəmli  pedaqoq  olan  bu  şəxsiyyətin  bütün  «var-dövləti»  onun  ailəsi,
vətəni və yaradıcılığı idi.
Prof. M.Cəfərli elə bir alim tipi idi ki, onun üçün yaradıcılıq həyat tər -
zi,  özünü  yaşatmağın  üsulu,  şəxsiyyətinin  özünügerçəkləşdirmə  me-xa -
nizmi  idi.  O,  müəllimliyindən  və  alimliyindən  zövq  alırdı.  Və  bu  zövq
onun üçün heç bir halda başqa bir səviyyə ilə əvəz olunmurdu. Həyatda
çox mənsəblərə çox imkanları olmuşdu. Lakin bu mövqeləri o, bütün hal-
larda elmə nə dərəcədə yaxınlıq imkanları baxımından dəyərləndirmişdi.
Onu folklor dünyasından, nağıllardan, dastanlardan, bayatılardan... uzaq
salan məqamları və mənsəbləri heç vaxt qəbul etməmişdi. Taleyinə hə mi -
şə şükr etmişdi ki, heç vaxt ömrünün qayəsi olan işdən – müqəddəs folk-
lorşünaslıq peşəsindən uzaq düşməyib.
Folklorşünaslıq  peşəsi  M.Cəfərlinin  simasında  özünəməxsus  hadisə
idi.  O  –  müəllim  folklorşünas  idi.  Əlbəttə,  burada  söhbət  heç  bir  halda
diplom alıb müəllim işləməkdən getmir. M.Cəfərli öz şəxsində müəllim
2013/
I
163


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə