Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,14 Mb.
səhifə24/27
tarix02.01.2018
ölçüsü2,14 Mb.
#19463
1   ...   19   20   21   22   23   24   25   26   27
§ 20. Kosmosun ölüb-dirilməsi

canqurtarma/candəyişmə kimi
Ölüb-dirilmə “can” konsepti ilə bağlıdır. Bu halda Qa­zan xan və Oğuz bəylərinin kafirləri öldürməsi canqur­tar­ma/candəyişmə/canı geriyə alma formuludur. Diqqət edək:

Şöklü Məlik başda olmaqla boyda öldürülən Qara Tükən Məlik və Buğacıq Məlik öldürülsələr də, sonacan ölmürlər. Belə ki, bu üç kafir bəyi eyni oğuz bəyləri tərəfindən “Dədə Qorqud” dastanının on iki boyunda bir neçə dəfə öldürülürlər. İkinci boydakı öldürmə işini eyni kafirlər üzərində Qazan və Dəli Dondar üçüncü boyda, Qara Budaq isə dördüncü boyda təkrarlayır. Bu baxımdan, təkrar öldürmə aktı “Dədə Qorqud” mətni üçün səciyyəvi formuldur. Göründüyü kimi, bir boyda öl­dürülən kafirlər o biri boyda dirilirlər. Bu, ölüb-di­ril­mə­dir359. Demək, statusdəyişmə ritualında kafirlərin öldürülməsi hər iki qarşı tərəf üçün ölüb-dirilmədir. Yenə də diqqət edək:

– Öldürənlər oğuzlar, ölənlər kafirlərdir.

– Öldürmək can almaqdır. Demək, oğuzlar kafirlərdən can alırlar.

– Boyda üç oğuzlunun üç kafirin canını necə almasının xü­susi təsvir olunması zəruri ritual formuludur və birbaşa şa­man/qəhrəman paradiqması ilə bağlıdır.

– Boyda bu üç oğuzludan başqa o biri oğuzların ka­fir­lə­rin canını necə almaları təsvir olunmur. Çünki onlar kafirləri öl­dü­rürlər. Bu üç oğuz qəhrəmanı isə kafirlərin canını al­maq­la candəyişmə (canı gerialma) aktını həyata keçirirlər.

– Yada salaq ki, Dəli Tondaz və Qarabudaq (Dəli Bu­daq) boyun əvvəlində Qazanın ova getmək təklifini təsdiq et­miş subyektlərdir.

– Dəli Tontazın “dəli”, Qarabudaq/Dəli Budağın “qa­ra/dəli” adları onların xüsusi statuslarının işarələridir. “Dəli” və “qara” adları bu subyektlərin Xaosla bağlı ikili statusa ma­lik mediator/şaman/qəhrəman olduqlarını ortaya qoyur.

– “Dəli” statusdəyişmə, yaxud statusartırma ritualında ölüb-di­rilmə prosedurundan keçən subyektdir.

– Subyektin ritualda ölməsi onun canının xaoslular tərə­findən oğurlanması/aparılması/yağmalanması demək­dir.

– Bu halda boyda canı geriyə alma (can­qur­tar­ma/candəyişmə) əməliyyatını üç şaman/qəhrəman həyata ke­çi­rir: Qazan öz canını bir şaman/qəhrəman kimi Şöklü Mə­lik­dən, Dəli Tontaz xaoslu Qara Tükən Məlikdən, Qa­ra­bu­daq/Dəli Budaq isə Buğacıq Məlikdən geri alır.

Xaosa gedib, canı geriyə gətirmə istisnasız olaraq şa­man/qəhrəmanın funksiyasıdır.

Bu da öz növbəsində Salur Qazan, Dəli Tontaz və Qa­rabudaq/Dəli Budaq obrazlarının kosmoloji status ba­xı­mından Şaman/Qəhrəman arxetipinin epik pa­ra­diq­ma­ları olduğunu birmənalı şəkildə təsdiq edir.

§ 21. Qazanın evinin Kosmosa bərpa ritualı: Dədə Qorqud
Statusdəyişmə ritualının sonuncu mərhələsi Qazanın Evi­nin Oğuz kosmosuna (yaxud kosmosunda) bərpasıdır. Bu, ay­rıca ritualdır və Kosmosda Dədə Qorqudun patronluğu ilə həyata keçirilir. Süjetə diqqət edək:

“Qazan bəg ordısını, oğlanını-uşağını, xəzinəsini aldı, ge­rü döndiü altun təxtində. Yenə evini dikdi. Qaracıq çobanı əmiraxur elədi. Yedi gün, yedi gecə yimə-içmə oldı. Qırq baş qul, qırq qırnaq oğlı Uruz başına azad elədi. Cılasun qoc yi­git­lərə qalaba ölkə verdi; şalvar, cübbə, çuqa verdi.

Dədəm Qorqut gəlübən boy boyladı, soy soyladı. Bu oğuz­naməyi düzdi-qoşdı...”360

Süjetin sintaqmlarını ritual-mifoloji kod səviyyəsində oxuyaq:

Bərpa ritualı: “Yedi gün, yedi gecə yimə-içmə oldı”;

Evin bərpa formulu: “Yenə evini dikdi”;

Hakimiyyətin bərpa formulu: “Gerü döndi altun təx­tın­də”.

Qurbanvermə formulu: Uruzun adına 40 qurban ve­ri­lir. “Qırq baş qul, qırq qırnaq oğlı Uruz başına azad elədi”. Bu, 40 can qurbanıdır. 40 qul-kənizin azad edilməsi ritual-mi­foloji baxımdan onların canının azad edilməsi deməkdir. Bu­nun altında Uruzun “40 can”, “40 gün”, “40 məkan” pa­ralel-metaforik kodları üzrə Kosmosa bərpa ritualı durur. Baş­qa sözlə, Uruzun Kosmosa ritual bərpa/dönüş/qayıdışı 40 gün çə­kir, o, bu müddətdə 40 mənzildən ibarət aralıq/keçid mər­hə­lə­sini qət edir və hər mərhələdə bir can olmaqla ümumən 40 can qurban verilir.

Statusartırma formulu. Ritualdan keçən Qaraca Ço­ba­nın statusu artırılır: “Qaracıq çobanı əmiraxur elədi”.

Statusbərpa formulu. Statusdəyişmə ritualında öz ha­kimiyyət­lərini itirmiş 24 oğuz bəyinin əvvəlki statusları bər­pa olu­nur. “Cılasun qoc yigitlərə qalaba ölkə verdi; şalvar, cübbə, çu­qa verdi”. Qazanın bəylərə verdiyi ölkə, şalvar, cüb­bə və çu­xa onların bərpa olunmuş hakimiyyətlərini simvollaşdırır.

Ritual rejimindən çıxma: “Dədəm Qorqut gəlübən boy boy­ladı, soy soyladı. Bu oğuznaməyi düzdi-qoşdı”.

“Yağmalanma” ritualını Dədə Qorqud tamamlayır. Bu, hə­min ritual haqqında oğuznamənin yaradılması (doğulması) şəklində baş verir. Bunun iki semantik səviyyəsi var:



Birincisi, “Yağmalama” haqqında oğuznamənin qo­şul­ma­sı magik söz ritualıdır. Dədə Qorqud “yağmalama” hadi­sə­si­ni oğuznamə ilə yaddaşlaşdırmaqla onu Oğuz kosmosunun sak­ral hadisəsi presedentləşdirir: o, ulu əcdad Oğuz kağandan qa­lan “Yağmalanma” adətinin doğru-düzgün həyata keçiril­di­yi­ni təsdiq edir.

İkincisi, statusdəyişmə və statusartırma ritualları bütün hallarda ölüb-dirilmə formulları ilə həyata keçirilir. Kosmos ölür, Xaosa çevrilir, sonra Kosmos kimi yenidən doğulur. Də­də Qorqudun keçirdiyi “boy boylama” ritualı Kosmosun ye­ni­dən doğulma ritualıdır. Bundan əvvəlki tədqiqatlarımızda bər­pa etdiyimiz kimi, “boy” sözü oğuz kosmoloji düşün­cəsin­də do­ğuluşla bağlı məna konseptidir361. Məs., “boylu” qadın. Bu hal­da “doğuluş” konsepti ilə bağlı söz olan “boy boylama” ifa­dəsinin mənası Oğuz kosmosunun və onun magik söz pro­yek­siyası olan “Oğuznamə”nin doğulmasını ifadə edir.

§ 22. Statusartırma statusdəyişmə ritualının

tərkib hissəsi kimi
Bir qədər əvvəl qeyd etmişdik ki, Uruzun statusdəyişmə, ya­xud statusartırma ritualından keçdiyini söyləmək çətindir. Çün­ki “Yağmalanma” ümumən statusdəyişmə ritualıdır. Bu hal­da onun tərkibinə aid olan rituallardan hansınınsa sta­tus­ar­tır­ma formulu olacağı bizdə şübhə doğururdu. Ancaq ritual­dan əvvəl Qazanın Dərbənddə qoyunlarını otaran Qaraca Ço­ba­nın oğuzların kafirlər üzərində qələbəsindən sonra Kos­mo­sun bərpa ritualında əmiraxur təyin edilməsi “Yağmalanma” ritualı­nın həm statusdəyişmə, həm də statusartırma ritual­la­rın­dan ibarət ritual kompleksi olduğunu təsdiqlədi. Bu da öz növ­bəsində Uruzun inisiasiyasının statusartırma ritualı olduğu qənaətini indiki halda bir az da möhkəmləndirir. Belə ki, Uruz­la bağlı ritualda “aprobasiya olunan” (sınaqdan keçirilən) kos­moloji dəyərlərin hamısı qəhrəman/alp/igid statusunun etik kodeksinə aid konseptlərdir. Oğuzda bir igidin Bəy/Qəh­rəman adı alması üçün onun mütləq “hünərli” və “ər­dəm­li” atributlarını qazanması lazımdır. Uruzun keçdiyi ritual da onu məhz “hünərli” və “ərdəmli” igid kimi təsdiq edir.

Ağaverdi Xəlil yazır ki, əski türk cəmiyyətinin əsas intel­lekt vahidi kimi “ərdəm” semantemi xüsusi seçilir. Bu se­man­tem özündə ədəb, ərkan, əxlaq, bilik, mənəvi gözəllik, fə­zi­lət, şərəf və ləyaqət kimi kateqoriyaları ehtiva edir... “Ər­dəm” əski türk cəmiyyətində etik minimumu ifadə edir. “Kitabi-Dədə Qorqud”da Oğuz igidlərinə ad verilməsi zamanı iki əsas zəruri qabiliyyətdən (ərdəm və hünər) birinin “ərdəm” ol­duğu aydın şəkildə görünür. Məs., eposun birinci boyunda ri­tualın başçısı Dədə Qorqud oğuz igidinin mənəvi və fiziki yet­kinliyini təsdiq edəndən sonra boy başçısı Dirsə xan ona bəy­lik, başqa sözlə, sosial status verir, toplumda yerini müəyyən­ləşdirir. Beləliklə, “ərdəm”in bütövlükdə türk mə­də­ni fenomenini ifadə etdiyi aydınlaşır362.



Göründüyü kimi:

– Qazanın statusdəyişmə ritualında oğlu Uruzu öz əvə­zin­də evin müvəqqəti başçısı qoyması statusdəyişmə ritualı çər­çivəsində həyata keçirilən statusartırma formuludur.

– Qazanın bütöv eposda öz oğlunu Bəy/Alp/İgid kimi gör­­­mək istəməsi xüsusi kosmoloji konseptdir. Bu konsept epos­da Uruzla bağlı bütün ritual süjetlərinin mətnaltı mən­ti­qi­ni təşkil edir.

– Uruz Qazanın oğlu kimi onun varisidir. O, inisiasiya ri­tualından keçərək Varis/Bəy statusuna qalxmalıdır.

– İnisiasiya ritualından keçən Uruz özünün hünərli və ər­­dəmli olduğunu təsdiq edir və öz köhnə statusundan yeni Va­­ris/Qəhrəman/Bəy statusuna qalxır. Dədə Qorqud onu bu sta­tusda təsdiq edir. Bu da öz növbəsində bizə Uruzun keçdiyi inisi­asiya sınağını statusartırma ritualı kimi qəbul etməyə im­kan verir.

NƏTİCƏ ƏVƏZİ
Tədqiqat göstərdi ki:

– Dastan Azərbaycan kosmoloji düşüncəsinin sözlü mətn paradiqması kimi bu düşüncənin strukturunu özündə mo­del­ləşdirir.

– Bu halda kosmoloji düşüncənin strukturu dastanın struk­turunda proyeksiyalanır.

– Kosmoloji düşüncənin əsasında mifik dünya modeli du­rur.

– Kosmoloji çağ insanının (oğuzlunun) mənimsəyə bil­di­yi dünya onun düşüncəsində üç qatdan: “Kosmos-Aralıq dünya-Xaos”dan ibarət struktur şəklində obrazlaşır.

– Bu obraz/model kosmoloji çağ insanı ilə onu əhatə edən (maddi və mənəvi, fiziki və metafizik) dünya/gerçəklik ara­sında istisnasız olaraq bütün əlaqələri həm həyata keçirir, həm də tənzimləyir.

– Kosmoloji çağ insanın bu dünyada – Kosmosdakı hə­ya­tı ölüb-dirilmələrdən təşkil olunur. O, bir yaş qrupundan di­gə­rinə, bir sosial, siyasi, sakral-mistik, sekulyar və s. sta­tus­dan digərinə ölüb-dirilmə formulu ilə keçir.

– Ölüb-dirilmə Kosmosla Xaos arasında mediasiya mo­de­lini nəzərdə tutur.

– Oğuz kosmoloji dünya modelində mediasiyanın üsulu Şa­man/Qəhrəman modeli əsasında həyata keçirilir.

– Şamanlar dünya modelinin müxtəlif qatları arasında hə­rəkət etmək üzrə ixtisaslaşmış peşəkar mediatorlardır.

– Şaman mediasiyası metafizik aləmlərlə hər cür əla­qə­nin universal modelidir. Statusartırma və statusdəyişmə xa­rak­terli inisiasiya rituallarında Xaosa gedib-qayıtmalı olan Qəh­rəman da şaman mediasiya modelindən istifadə edir.

– Şaman və Qəhrəmanın eyni mediasiya sxem/modeli əsa­sında həyata keçirdikləri mediasiya formulu mifin epoxal-trans­formativ proyeksiyası olan dastan materiyasında Şa­man/Qəhrəman arxetipi şəklində modelləşir.

– Şaman/Qəhrəman invariantının Qazan/Uruz/Kərəm... (və s.) paradiqmaları əsasında bərpaya gəlməsi və bunun təd­qi­qatda əldə olunan nəzəri-metodoloji təcrübəsi Oğuz-Türk mifo­logiyasının Azərbaycan folklor materiyası əsasında bər­pa­sı üçün geniş imkanlar açır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
Azərbaycan dilində

Abdullayev B. Haqqın səsi. Bakı, “Azərnəşr”, 1989

Abdulla B. Salur Qazan (tarix, yoxsa mif...). Bakı, “Ozan”, 2005

Albalıyev Ş. Butanın məqamı, məkanı, ünvanı... // “Azərbaycan xalçaları” jurnalı, Cild 2, №5, 2012, s. 34-45

Allahverdiyev R. Azərbaycan təqvim miflərinin semantikasi / Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya). Bakı-2012

Azərbaycan dastanları. 5 cilddə, 2-ci cild. Tərtib edənlər: Ə.Axun­dov, M.H.Təhmasib (1966). Yenidən işləyib nəşrə hazır­la­yan­lar: Ə.Cəfərli, H.İsmayılov, S.Axundova. Təkmilləşdirilmiş 2-ci nəşri. Bakı, “Çıraq”, 2005

Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə, 3-cü c. Bakı. “Şərq-Qərb”, 2006

Azərbaycan folkloru antologiyası. I cild. Naxçıvan folkloru / Tər­tib edənlər: T.Fərzəliyev, M.Qasımlı. Bakı, “Sabah”, 1994

Azərbaycan folkloru antologiyası. III cild. Göyçə folkloru / Top­la­yanı, tərtib edəni və ön sözün müəllifi H.İsmayılov. Bakı, “Səda”, 2000

Azərbaycan folkloru antologiyası. XII cild. Zəngəzur folkloru / Top­layıcılar: V.Nəbioğlu, M.Kazımoğlu, Ə.Əsgər. Tərtibçilər: Ə.Əs­gər, M.Kazımoğlu. Bakı, “Səda”, 2005

Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lü­ğəti. Tərtib edənlər: A.M.Babayev, C.B.İsmayılzadə (Rəmzi). Bakı, “Maarif”, 1980

Azərbaycan məhəbbət dastanları. Tərtib edənlər: M.H.Təhmasib, T.Fər­zəliyev, İ.Abbasov, N.Seyidov. Bakı, “Elm”, 1979

Babək A. Azərbaycan folklorunda su ilə bağlı inanclar. Bakı, “Nur­lan”, 2011

Bəydili C. (Məmmədov). Türk mifoloji sözlüyü. Bakı, “Elm”, 2003

Bəydili C. (Məmmədov). Xaos anlayışı mifologiyada / «Ortaq türk keç­mi­şindən ortaq türk gələcəyinə» II uluslararası folklor konfran­sı­nın materialları. Bakı, “Səda”, 2004, s. 71-78

Cəfərli M. Azərbaycan məhəbbət dastanlarının poetikası. Bakı, “Elm”, 2000

Cəfərli M. Azərbaycan dastanlarının struktur poetikası. Bakı, “Nur­lan”, 2010

Əliyev R. “Dəli Domrul” boyunun mifoloji strukturu // ADPU-nun Elmi xəbərləri, 2006, № 3, s. 143-149

Əliyev R. Türk mifoloji düşüncəsi və onun epik trans­for­ma­si­ya­ları (Azərbaycan mifoloji mətnləri əsasında): Fil. elm. dok. ...dis. Bakı, 2008

Əliyev Razim. Türk-Şumer Dünya görüşü və Dil. Bakı. “Ziya-Nurlan”, 2005

“Əsli-Kərəm” dastanı / Azərbaycan dastanları. 5 cilddə, 2-ci cild. Tər­tib edənlər: Ə.Axundov, M.H.Təhmasib (1966). Yeni­dən işləyib nəş­rə hazırlayanlar: Ə.Cəfərli, H.İsmayılov, S.Axun­dova. Tək­mil­ləş­di­ril­miş 2-ci nəşri. Bakı, “Çıraq”, 2005, s. 5-118

Hacılı A. Dünya ağacı // Azərbaycan şifahi xalq ədəbiyya­tına dair tədqiqlər, XI kitab. Bakı, “Səda”, 2002, s. 55-73

Heydərov E.İ. “Əsli-Kərəm” dastanı və alban mədəniyyəti. Bakı, “Sə­da”, 2007

Xalisbəyli T. Məhəbbətə xalq abidəsi. Bakı, “Yazıçı”, 1989

Xəlil A. Əski türk savlarının semiotikası. Bakı, “Səda”, 2006

İslamzadə A. “Ağ Aşıq və Süsənbər” dastanının semantik təhlili // “Də­də Qorqud” jur., 2003, № 4, s. 88-102

İslamzadə A. Oğuz epik ənənəsində Qazan xan obrazı / Fi­lo­lo­giya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş disser­tasiya. Bakı-2013

Kazımoğlu M. Folklorda obrazın ikiləşməsi. Bakı, “Elm”, 2011

Kamal R. “Kitabi-Dədə Qorqud”: nitq janrları və davranış poe­ti­ka­sı. Bakı, “Nurlan”, 2013

Kitabi-Dədə Qorqud / Müqəddimə, tərtib və transkripsiya F.Zey­na­lov və S.Əlizadənindir. Bakı, “Yazıçı”, 1988

Qafarlı R. Mif və nağıl. Bakı, ADPU, 1999

Qafarlı R. Mif, əfsanə, nağıl və epos (şifahi epik ənənədə janr­lar­ara­sı əlaqə). Bakı, ADPU nəşri, 2002

Qafarlı R. Uşaq folklorunun janr sistemi və poetikası. Bakı, “Elm və təhsil”, 2013

Qarayev S.P. Azərbaycan xalq nəsrində yeraltı dünya / Magistr dissertasiyası. Bakı, 2008, s. 43-44

Qarayev S.P. Azərbaycan folklorunda mifoloji xaos / Filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş disser­­tasiya. Bakı-2015

Qarayev S.P. “Kitabi-Dədə Qorqud”da xan olma ritualı (əl­yaz­ma­sı), 12 s.

Qasımov C. Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi. Ba­kı, «Nurlan», 2011

Quliyev H.V. Azərbaycan folklorunda müdrik qoca arxetipi / Fi­lo­logiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edil­miş dissertasiya. Bakı-2015

Qurbanov F. Sinergetika: xaosun astanasında. Bakı, “Bakı Uni­ver­siteti Nəşriyyatı”, 2004

Qurbanov F. Autopoyezis və sinergetika: sosial təşəkkül me­ta­fo­ra­ları. Bakı, “Adiloğlu”, 2007

Qurbanov N. Azərbaycan folklorunda mifoloji-kosmoqonik gö­rüş­lər. Bakı, 2011

Nərimanoğlu K.V. Özümüz, sözümüz. Bakı, “Çinar-Çap”, 2005

Rzasoy S. «Kitabi-Dədə Qorqud” süjetlərinin ritual-mifoloji se­man­tikasından (eposun ilk boyu əsasında) / Kitabi-Dədə Qorqud (mə­qa­lələr toplusu). Bakı, “Elm”, 1999, s. 83-96

Rzasoy S. Oğuz mifinin invariant struktu­run­dan / “Azərbaycan şi­fahi xalq ədəbiyyatına dair tədqiqlər” məcmuəsi, X kitab, Bakı, “Sə­da”, 2002, s. 146-161

Rzasoy S. Nizami poeziyası: Mif-Tarix konteksti. Bakı, “Ağ­rı­dağ”, 2003

Rzasoy S. Oğuz mifinin paradiqmaları. Bakı, “Səda”, 2004

Rzasoy S. Oğuz mifi və Oğuznamə eposu. Bakı, “Səda”, 2007

Rzasoy S. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Ba­kı, “Nurlan”, 2008

Rzasoy S. Oğuz mifologiyası (metod, struktur, rekonstruksiya). Ba­kı, “Nurlan”, 2009

Rzasoy S. Azərbaycan folklor materiyası struktur modelləşdirmə mər­hələsində (materialın materiya modelində təhlili təcrübəsi) «Dədə Qor­qud» jur., № 4, 2011 s. 153-169

Rzasoy S. «Qloballaşma və humanitar elmlərin aktual prob­lem­lə­ri» paradiqmasında folklor və milli mədəniyyət / «Qloballaşma və hu­manitar elmlərin aktual problemləri» mövzusunda keçirilmiş res­pub­lika elmi-praktik konfransının materialları (15 mart 2011-ci il). Bakı, «Araz», 2011, s. 335-336

Şaman əfsanələri və söyləmələri. Tərcümə və tərtib edən­lər: Fü­zu­li Gözəlov və Cəlal Məmməıdov. Bakı, “Yazıçı”, 1993

Şeyx Mahmud Şəbüstəri. Gülşəni-raz. Bakı, “Nurlan”, 2005

Tanrıverdi Ə. “Dədə Qorqud kitabı”nda at kultu. Bakı, “Elm və təh­sil”, 2012

Tanrıverdi Ə. “Dədə Qorqud kitabı”nda dağ kultu. Bakı, “Elm və təh­sil”, 2013

Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı, “Elm”, 1972

Trubeskoy N.S. Fonologiyanın əsasları. Almancadan tərcümə edən F.Veysəlli. Bakı, “Mütərcim”, 2001

Vəliyev K. Elin yaddaşı, dilin yaddaşı. Bakı, 1988


Türk dilində

Balkaya A. Halk Anlatılarında Kuyunun İşlevselliği Üzerine Bir Okuma // “Milli Folklor” dergisi, 2014, Yıl 26, Sayı 102, s. 53-64

Yung K.G. Dört Arketip / Çeviren Z.A.Yılmazer. İstanbul, “Me­tis Yayınları”, 2012
Rus dilində

Где искать энергию? Академик Лаверев – о Ломоносове, за­па­сах нефти и развале СССР // Газета «Аргументы и факты», 23-29 ноября 2011 г.

Басилов В.Н. Очерк «Эе» / Мифы народов мира. В 2-х то­мах. Том 2. Москва, «Советская энциклопедия», 1982, с. 659

Бейлис В.А. Теория ритуала в трудах Виктора Тернера (пре­дис­ловие) / В.Тернер. Символ и ритуал. Москва: «Наука», 1983, с. 7-31

Бутинов Н.А. Леви-Строс – этнограф и философ / К.Леви-Строс. Структурная антропология. Москва: “Глав. Ред. Вост. Лит.”, 1985, с. 422-466

Евсюков В.В. Мифы о вселенной. Новосибирск, 1988

Каташ С.С. О тематической группировке и некоторых идейно-художественных особенностях алтайского эпоса // Из­вес­тия Ал­тай­ско­го отделения Географического общества СССР, вып. 6, 1965, с. 121-177

Кныш А. Очерк «Хал» / Ислам. Энциклопедический сло­варь. Москва, «Наука», 1990, с. 266

Леви-Строс К. Миф-ритуал-генетика // Жур. «Природа», № 1, 1978, с. 90-106

Леви-Строс K. Структурная антропология. Москва, “Глав. Ред Вост. Лит.”, 1985

Лосев А.Ф. Хаос / Мифы народов мира. В 2-х томах. Том 2. Москва, “Советская энциклопедия”, 1982, с. 579-581

Лотман Ю.М. О проблеме значений во вторичных моде­ли­рую­щих системах / Труды по знаковым системам. Вып. 2-й, Тар­ту, 1965

Мелетинский E.М. Поэтика мифа. Москва, «Наука», 1976

Пу­тилов Б.Н. Героический эпос и действительность. Ленин­град, “Наука”, 1988

Радин П. Трикстер. Исследование мифов североамерикан­ских индейцев. СПб, 1999

Рашид ад-Дин Ф. Огузнаме. Перевод с персидс., комм., прим. и указатели Р.М.Шукуровой. Баку, «Элм», 1987

Суразаков С.С. Алтайский героический эпос. Москва, «Нау­ка», 1985

Тернер В.. Символ и ритуал (сб. трудов). Москва, «Наука», 1983

Топоров В.Н. Имена / Мифы народов мира. В 2-х томах. Том 1. Москва: Советская энциклопедия, 1980, с. 508-510

Топоров В.Н. Космос / Мифы народов мира. В 2-х томах. Том 2. Москва, “Советская энциклопедия”, 1982, с. 9-10

Топоров В.Н. Пространство / Мифы народов мира. В 2-х то­мах. Том 2. Москва, “Советская энциклопедия”, 1982 с. 340-342

Топоров В.Н. Хаос / Мифы народов мира. В 2-х томах. Том 2. Москва, “Советская энциклопедия”, 1982, с. 581-582

Топоров В.Н. О ритуале. Введение в проблематику / Ар­хаичес­кий ритуал в фольклорных и раннелитературных памят­ни­ках (сб. ст.). Москва, “Наука”, 1988, с. 7-60

Чернявская Ю. Трикстер, или Путешествие в Хаос, c. 5 – http: // mythrevol. narod. Ru / chernyavskaya 2. html

Элиаде М. Шаманизм. Архаические техники экстаза. Киев, «Со­фия», 2000

Юнг К.Г. Душа и миф: шесть архетипов. Киев, 1996



Həsrətİn sonu vüsal...
Bəşər övladı dünyaya gəlib ömür payını yaşadığı çağ­larda öz yolunu vaxtında tapmağı bacarırsa, İnsanlıq missi­ya­sı­nı şərəflə yerinə yetirmiş olur. Yazıb-yaratmaq eşqinə dü­şən­lər isə sözün sehrini mənəvi qidaları sanıb, Haqdan buta­la­rını alanda əsil möcüzə baş verir. Axı ulu əcdad çox qədim za­manlarda ayaq üstə durub şüura sahib olandan Dünyamızın sir­lərini öyrənməyə can atıb. Ağıl, kamal həmişə kortəbii gü­cü üstələyib. Bu mənada hay-harayla, əl-qol açmaqla, “qılınc oy­natmaqla”, dil pəhləvanlığı ilə deyil, bilik, hikmət və müd­rik­liyin yardımı ilə Tanrının yaratdığı heyrətamiz varlıqların – kainatın, göy cisimlərinin, təbiətin dərkinə doğru dolğun addım­lar atan böyük düşüncə sahiblərimizdən birinin öz nə­­həng­­liyini təsdiqləyən “Azərbaycan dastanlarında şaman-qəh­­rəman arxetipi (“Əsli-Kərəm” və “Dədə Qor­qud”)” mo­noq­rafiyasını oxuyub qürurlanmamaq mümkün deyil.

Ürəyin genişliyinə, böyüklüyünə baxın. Kitabını kədərli not­larla başlayan Seyfəddin Rzasoy içində qovrulsa da, yanıb-yaxılsa da, cavan anasının itkisindən on illər keçəndən sonra ata­sını haqq dünyasına yola salmasında sevgi və gözəllik ax­tarır...

Ata itkisinin nə qədər ağır olduğunu yaxşı bilirəm, beş yaşımdan onsuz qalmışam. Alim dostumun atasına xitabən yazdığı ithafdakı “Ölümün də özün kimi gözəl idi: ölümünü sev­dim” fikrinin arxasında, məncə, bu məna gizlənib: atası hə­yat yoldaşının yoxluğu ilə o vaxta kimi barışa bilib ki, tək­ba­şına onun yadigarlarını evli-eşikli, oğullu-qızlı etsin. Nə­və­lə­rinin toy-düyünündən, sonbeşiyi Seyfəddin müəllimin dok­tor­­luq müdafiəsindən sonra öz missiyasını bitmiş hesab edib, bitib-tükənməyən həsrətdən qurtarmaq üçün haqq dünyasına yol­lanıb ki, ömür-gün yoldaşının vüsalına çatsın... Bəlkə də, hər iki valideyninin yoxluğundakı həsrətdən qaynaqlandığı üçün alimin bu əsəri orijinallığı ilə əvvəlkilərdən seçilir və spe­sifik quruluşu, problemin dərinliyi, düzgün həlli yollarına gö­­rə nəinki başqalarının, özünün də əvvəlki əsərlərindən əsas­lı şəkildə fərqlənir. O, bir övlad olaraq ata-anasının xatirəsinə söz­dən möhtəşəm abidə ucaltmağı bacarmışdır.

Məqsədim monoqrafiyanın elmi təhlilini vermək deyil, ali­min forma və mündəricəsi ilə Azərbaycanda tamamilə fərq­li əsər ərsəyə gətirməsini, standartlıqdan, şablon qəliblərdən yan keçərək filologiya sahəsində yeni cığırlar açmasını, araş­dır­dığı aktual məsələləri bütün detallarınadək incələməsini, epos məkanında indiyədək həllini tapmayan çoxsaylı prob­lem­lərin şərhini özünəməxsus üsullarla aparmağı bacarmasını diqqətə çatdırmaqdır.

Əsər epos düşüncəsinin elə çalarlarına güzgü tutur ki, “Əsli-Kərəm” və “Kitabi-Dədə Qorqud” dastanlarındakı şəbə­kə­lərin rəngarəngliyi bütün əlvanlığı ilə üzə çıxır.

Müəllif eposa iki aspektdən yanaşır: milli düşüncə sis­te­mi­nin energetik strukturunun ümumbəşəri problemi kimi; et­no­­sun yaşamasının bütün genetik struktur sxemlərini özündə qoruyan bədii düşüncə sistemi və etnosu düşüncə enerjisi ilə təmin edən milli energetik sistem kimi.

İlk baxışda adama elə gəlir ki, bir-biri ilə müqayisədə əks qütblərdə dayandığı zənn edilən məhəbbət dastanı (“Əsli-Kə­rəm”) ilə alplıq, ərənliyə həsr olunan “Kitabi-Dədə Qor­qud”un (“Salur Qazanın evinin yağmalanması” boyu) tipoloji mü­qayisəsi mümkün deyil. S.Rzasoyun böyüklüyü ondadır ki, za­hiri əlamətlərdə oxşarlığı, yaxınlığı o qədər də nəzərə çarp­ma­yan epik bədii mətnlərin alt qatlardakı kosmoloji struktur modellərinin müqayisəsini bütün dolğunluğu ilə, deyərdim ki, xırdalıqlarına kimi verməyi bacarmasıdır.

S.Rzasoy tədqiqatında “Əsli-Kərəm”in Azərbaycan-türk epik təfəkkürünün ən qədim və mürəkkəb əsərlərindən biri ol­du­ğunu, onun mayasında heç də hamını hiddətləndirən erməni-müsəlman qarşılaşmasının durmadığını dəqiq elmi də­lil­lərlə sübut etməklə elmimizdə olan mövcud sterotiplərin ha­­mısını alt-üst etmişdir, bununla erməni xəyanətinin də kö­kü­nün çox dərinlərdən gəldiyini əsaslandırmışdır. Əslində, il­kin dünyagörüşünə söykənən motivlər sonralar dini əqidə toq­quş­ması donuna bürünmüşdür. S.Rzasoyun tədqiqatı göstərir ki, qanlı yanvar qırğınından və Xocalı soyqırımından sonra “Əsli-Kərəm”i məsum xalqın qəzəbindən qorumaq üçün qara ke­şişi ermənilikdən çıxardıb xristian-müsəlman əksliyini al­ban­laşdıranların da qənaətləri yanlışdır. Alim indiyədək na­kam eşq dastanı kimi təqdim olunan epik lövhələrin arxasında nələrin gizləndiyini elə səlisliklə açıqlayır ki, adamı heyrət bürüyür. Bu, istedadlı təfəkkür sahibinə İlahidən gələn fəhm və vergidir ki, min illərin arxasında formalaşıb uzun əsrlər bo­yu müxtəlif sosial institutlarda kodlaşa-kodlaşa gələn, sirrə-müəm­maya çevrilən epizod və deyimlərin açarını bir-bir tap­ma­ğı bacarır. Kərəmi xaoslaşdırılmış kosmik məkandan real hə­yata gətirən və təzədən sakral aləmə qaytaran yolda elə de­tal­lar və amillər (məsələn, xəbərləşmə silsilələri: Yurdla xə­bər­ləşmə, Ağacla (sərvlə) xəbərləşmə – qarğış, Evlə (Bağla) xə­bər­ləşmə, Qızla/İnsanla xəbərləşmə: etnokosmik iden­tifi­ka­siya, Ata, Ana və Dostlarla xəbərləşmə, Qızlarla xəbərləşmə: et­no­kosmik identifikasiya və keçid, Karvanla xəbərləşmə, Oba ilə xəbərləşmə, Durnalarla xəbərləşmə və s.) üzə çı­xar­maqla Dünyamızın dünəni ilə bü günü arasındakı sınıq kör­pü­ləri bərpa edir. Və onun irəli sürdüyü onlarla semantik struk­tur əlamətlərinin hər biri barədə geniş diskussiya açmaq mümkündür.

Bir detalın üzərində dayanmaq istərdim. On il əvvəl bir əfsanənin şərh edərkən tədqiqatımızda bu qənaətə gəlmişdik ki, “Azərbaycan türklərinin «Əsli və Kərəm» eposunun mi­fo­loji qay­naqlarında qırx düyməli xalat gerçək aləmin bitməsi – ömür yo­lunun bağlanması, o biri dünyanın qapısının isə açıl­ması ki­mi mənalandırılır. Füzuli rayonu, Şükürbəyli kənd sa­kini Qur­ba­nov Faiq Kamal oğlu danışırmış: «Toy gecəsi Kə­rəmlə Əsli tək-tənha qalıb bir-birinə sarmaşırlar. Kərəm əl atır ki, xala­tı­nın düymələrini açsın. Düymələr Kərəmin əli dəyən kimi öz-özü­nə açılır, axırıncıya çatanda təzədən hamısı düy­mə­lənir. Kə­rəm işi başa düşür. Bilir ki, Qara keşiş nə isə on­la­rın başına bəd­bəxtlik gətirəcək. Əsli də Kərəmə kömək edir. Bu dəfə isə düy­mələr açılıb axırıncıya çatanda ondan bir qı­ğıl­cım qalxıb Kə­rə­min sinəsinə düşür. Kərəm alışıb yanır. Bir göz qır­pı­mın­da kül olur. Əsli hay-həşir salır, saçlarını süpürgə edib Kərəmin kü­lünü ağlaya-ağlaya yığışdırmağa başlayır. Hə­min küldən bir qı­ğılcım da qalxıb Əslinin üstünə düşür. O da yanıb külə dö­nür. Bu vaxt səs-küyə el-oba adamları tö­kü­lü­şüb gəlirlər. Otaq­da bəylə gəlin əvəzinə ikicə topa kül ta­pır­lar. Bilirlər ki, bu, Qa­ra keşişin işidir. Hamı göz yaşı töküb ağ­layır, hər iki nakam gən­ci Lüləli deyilən yerdə basdırırlar. Bir zaman keçməmiş ke­şiş də azarlayıb ölür. Onu da Əsli və Kə­rəmin yaxınlığında dəfn edirlər. Nakam gənclərin qəbrinin üstündən gül kolları bi­tib bir-birinə sarmaşır. Qara keşişin də qəb­rindən qaratikan boy ve­rib güllərin arasına soxulur. De­yir­lər, gül kolları Əsli və Kə­rə­min ruhudur ki, o biri dünyada qo­vuş­maq istəyirlər. Qara ke­şi­şin ruhu isə qaratikana çevrilib on­ların qovuşmalarına mane ol­maq istəyir» (Bax: Əfsanələr. Qeydlər və şərhlər M.Seyi­do­vun­dur. - B., Gənclik, 1986, s. 50).

Bu əfsanə rəmzlərlə doludur. Eyni adlı dastandan fərqli olaraq burada Qara keşiş heç bir kənar hökmdarın təkidi ilə deyil, Kərəmin qarabaqara onları izlədiyini görüb birdəfəlik özü məsələni çürütmək istəyir və bu anadək gerçəkliklə yoğ­ru­lan epizodlar poetik simvollarla, mifik eyhamlarla əvəz­lə­nir. Ata qızının nişanlısı üçün öz əlləri ilə xalat tikir. Əslində, bu, xoş və bəşəri hadisədir. Hələ Kərəmə tapşırır ki, toy ge­cə­si Əslinin yanına getməzdən əvvəl onu geyinib, düymələrini öz əlinlə açarsan. Lakin «xalat» burada erməni keşişinin türk oğlu üçün hazırladığı qəbirdir, düymələr Kərəmin bəxtidir, taleyinin açarıdır – açılıb qurtaran kimi təzədən bağlanır. Tale də keşişin toya razılıq verməsi ilə Kərəmin üzünə gülür, ka­mı­na çatmasına mane olan xalatın içində bağlanıb qalmasıyla on­dan həmişəlik üz döndərir. Od qəzadır, dünyadakı fə­la­kət­lə­rin mənbəyidir. Kül yaradıcıya qovuşmaqdır. Gül kolu hə­ya­tın davamı deməkdir, doğrudur, əfsanədə məhəbbətin qə­lə­bə­si kimi göstərilir. Qaratikan isə xeyirlə şərin mübarizəsinin əbədiliyi deməkdir. Beləliklə, mifoloji görüşlərdə qırx düy­mə­nin açılıb-bağlanması ilə həyatın bu dünyada sonu gös­tə­ri­lir. Zamanın 40 kiçik mərhələsinin (40 günün) və məkanın 40 balaca hissəsinin (40 otağın) başa çatması ilə sirli aləmin yolu tapılır, eləcə də bir sıra problemlər həll olunur. Koroğlu Qıratı 40 gün qaranlıq tövlədə saxlamalı idi ki, qanadları çıxıb onu qa­ranlıq dünyaya apara bilsin. Lakin 39-cu gecə dözməyib, töv­lənin damından deşik açır, içəriyə ay işığı düşür, Qıratın qa­nadları əriyir. Mifik mədəni qəhrəman Koroğlu əski çağ­lar­dakı funksiyasını – o biri dünyaya ilk yola düşən Yimin fə­da­kar­lığı ilə səsləşən missiyasını yerinə yetirməyə imkan tap­mır. Bu səbəbdən də bütün var-qüvvəsi ilə gerçək dünyanın qəddar­lıqlarına qarşı mübarizə aparır. Oxay qırxıncı otağın qapı­sından içəri keçməklə yeraltı dünyaya düşür. Göy alə­min­də dünya gözəllərinin məclisinə düşən Səlim şah isə 40 gün müddətinə baş pəriyə əl uzatmamalı, başqaları ilə eyş-işrət ke­çirməli idi. Lakin o da 39-cu gün səbirsizlik etdiyindən hə­ya­tın bütün şirinliklərini əldən verir. Beləcə Kərəmin xalatının 40 düyməsi dünyalar arasındakı keçidlərin açarını sim­vollaşdırırdı” (Bax: Qafarlı R. Azərbaycan türklərinin mi­fo­­logiyası (Bərpa, genezis). Bakı, ADPU-nun nəşri, 2004, s. 150-151).

S.Rzasoy monoqrafiyanın “Toy – ölüb-dirilmə ilə Kos­mo­sa dönüş mexanizmi” adlanan yarım bölməsində əfsa­nə­də­ki epizodları daha dəqiq və əsaslı şəkildə şərh edir: “Məsələ burasındadır ki, süjetüstünə görə qəriblikdə (Hələbdə) olan Kə­rəmlə Əsli kosmoloji sxemə görə Xaosda – ölülər dün­ya­sın­dadır. Onlar Kosmosa qayıtmaq üçün hökmən ölüb-dirilmə ri­tualından keçməlidirlər. Çünki Xaosdan Kosmosa və əksinə ke­çid yalnız ölüb-dirilmə ritualı vasitəsi ilə reallaşa bilər. Fi­nal süjetindəki bütün epizod və elementlər bu ölüb-dirilmə ri­tualı­nın süjetüstündəki metaforasıdır”.

Bir cəhət də maraqlıdır, alim “Kitabi-Dədə Qorqud” epo­sunun mifoloji obraz, süjet və motivlərlə zəngin olan “Du­xa Qoca oğlu Dəli Domrul” boyunun, “Basatın Təpəgözü öl­dür­düyü boy”unun, yaxud “Baybörə oğlu Bamsı Beyrək bo­yu”nun deyil, əksər tədqiqatçılar tərəfindən tarixlə səsləşən mətn kimi səciyələndirılən “Salur Qazanın evinin yağ­ma­lan­ma­sı” boyunun kosmoloji struktur modelini araşdırır. Araş­dır­ma­dan çıxan məntiq odur ki, bütövlükdə “Kitabi-Dədə Qor­qud”un tarixi kökləri ilkin mifoloji dünyagörüşündən qida­la­nır və epik düşüncənin başlanğıc konturları boyların ha­mı­sın­da qorunub saxlanılır.

Doğru yazırsan, qardaş, “Həsrətin sonu vüsal”dır. Öm­rü­nün ən kamil və çiçəklənən çağını yaşayırsan. Yaratdıqların zaman-zaman mükəmməlləşib. Qazandığın bilik elə mər­hə­lə­yə çatıb ki, tariximizin və mədəniyyətimizin ən qaranlıq səhi­fə­lə­rinə işıq saçmaq məqamındadır. Azərbaycan folk­lor­şü­nas­lı­ğını ölkəmizin sərhədlərindan uzaqlara aparmağa, rus və Avropa tədqiqatları ilə bir sırada duran elmi əsərlər yaratmağa qadirsən.

Keçdiyin keşməkeşli yolda qarşına kötük atanlar da çox olub. Cəsarətlə bütün maneələri aşmısan. Qələmini elə iti­lə­mi­sən ki, fikirlərinin nizə, ox sərrastlığı ilə elmdə tanış­baz­lıq­la, tayfaçılıqla, qərəzçiliklə at oynatmaq istəyənləri yəhərdən en­dirməyi bacarırsan. Amma haqqa tapınmağın yolunu hə­mişə elə düz və işıqlı edir ki, qılıncını sıyırmağa ehtiyac qal­mır. Yeni müasir folklorşünaslıq məktəbinin ən böyük ustadı kimi formalaşmısan. Və hələ qabaqda çox sirli otaqlar var, qa­pılarının açarı sənin əlindədir. Sənin yaratdıqlarınla, uğur­la­rınla yaşlı silahdaşın kimi fəxr edirəm.

Dünyada o insanlar xoşbəxtdir ki, getdiyi həyat yolunda özünə ləyaqətli dost, sirdaş, həmfikir tapır. Dar günlərimdə ya­nımda olduğun üçün mən də həmin xoşbəxt insanlardan bi­ri­yəm.

Həqiqətpəstliyin, düzlüyün elmi əsərlərində də özünü gös­tərir. Heç kimin bostanına daş atmadan, şərhlərinə çoxlu şi­rinlik qataraq həmkarlarının yaradıcılığına qiymət verməyin sə­mimiliyindən irəli gəlir. Uğurlarına uğur qatdıqca biz də sə­nin­lə yüksəlirik.

Ölüm haqdır. Haqqın ən ağrılı, üzücü işində də gözəllik və sevinc tapmaq böyük hünərdir.
Ramazan QAFARLI

BAŞLIQLAR
Qəhrəman arxetipinin alp və aşiq funksionerləri:

Qazan və Kərəm (S.Qarayev, H.Quliyev) 3
GİRİŞ:

AZƏRBAYCAN EPOSU ETNOENERGETİK

SİSTEMİN ƏSASI KİMİ 29
I FƏSİL

MƏTNİN MATERİYA MODELİNDƏ TƏHLİLİ

TƏCRÜBƏSİ: METOD, ONUN TEZİSLƏRİ

VƏ ÖRNƏKLƏRİ 33
II FƏSİL

ƏSLİ-KƏRƏM” DASTANININ KOSMOLOJİ



STRUKTUR MODELİ 44


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə