Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 248,88 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix06.05.2018
ölçüsü248,88 Kb.
#42891
1   2   3   4   5   6   7   8   9

 

 



Elə  İngilis  alimi  A.Qordinerin  1940-cı  ildə  Londonda  çap  etdirdiyi 

“Xüsusi adlar nəzəriyyəsi”, rus alimi  A.Superanskayanın 1973-cü ildə çap 

etdirdiyi “Xüsusi adların ümumi nəzəriyyəsi” kimi elmi işlərini bu mənada 

nümunə göstərmək yerinə düşər

1



Albaniyanın  bəzi  toponimləri  haqqında  ilk  məlumatlara  hələ  antik 



dövrün  mütəfəkkirlərinin,  xüsusilə  yunan  və  roma  müəlliflərinin 

əsərlərində  təsadüf  edilir.    Azərbaycan  haqqında  ətraflı  məlumat  vermiş 

yunan  tarixçisi,coğrafiyaşünası,  filosofu  Strabon  2000  il  bundan  əvvəl 

Qaspi,  Gerqan,  Araz,  Kür,  Alazan  hidronimləri,  Sakasen,  Uti,  Kambisen 

vilayətləri və digər toponimlərimiz barəsində məlumat vermiş, onları təhlil 

etməyə cəhd göstərmişdir. 

II  əsrdə  məhşur  yunan  riyaziyyatçısı,  coğrafiyaşünası,  astronomu, 

astroloqu,  filosofu  Ptolomey  özünün  “Coğrafiya”  əsərinə  Albaniyanın  29 

toponimini  daxil  etmişdir.  VII  əsrin  ortalarında  ərsəyə  gətirilən  “Alban 

tarixi”  əsərində  isə  nəinki  Azərbaycan  toponimləri,  hətta  antrotoponimləri 

də öz əksini tapır 

2

. 



IX-XII  əsrlərdə  ərəb  səyyahlarının  əsərlərində  Azərbaycan 

onomastik vahidləri haqqında zəngin məlumatlara rast gəlmək olar. XIII əsr 

ərəb coğrafi-yaşünası Yaqut Əl-Həməvinin “Ölkə adlarının əlifba sırası ilə 

siyahısı”  əsərində  Azərbaycan  toponimləri  də  əks  olunmuşdur.  Bəzi 

Azərbaycan etnonimlərinin mənşəyini aydınlaşdırmaq üçün XII əsr tarixçisi 

Rəşidəddinin əsərləri qiymətli mənbədir 

3

. 



XVIII  əsrin  görkəmli  coğrafiyaşünası,  səyyah  ömrünün  otuz  yeddi 

ilini  səfərlərdə  keçirmiş,  din  və  təriqətlərin  mahiyyəti  haqqında,  tarix, 

coğrafiya, poeziya və s. sahələr barədə çox qiymətli elmi əsərlər və risalələr 

çap etdirmiş olan H. Z. Şirvani qədim Azərbaycan toponimləri barəsində də 

dəyərli  fikirlər  söyləmişdir.  O,  Azərbaycan,  Bakı,  Şamaxı,  Gəncə,    Quba,  

Şəki, Ağsu, Qəbələ, Şabran, Ordubad, Muğan, Beyləqan, Sarı ada və s. yer 

adlarının mənşəyinə dair dəyərli mülahizələr irəli sürmüşdür. 

Azərbaycan  onomastik  tədqiqatlarının  tarixində  A.Bakıxanovun  da 

böyük xidmətləri vardır. O, “Gülüstani–İrəm” əsərində bir sıra Azərbaycan 

tayfa (Zəngəzur, Bayat, Çakərlu) və yer adları (Zığ, Alpan, Şamaxı, Quba) 

                                                             

1

 Qurbanov  A. M. Azərbaycan onomalogiyasının əsasları. II c. Bakı, Nurlan, 2004, 



s. 129.

 

2



 Qurbanov A. M. Azərbaycan onomalogiyasının əsasları. II c. Bakı, Nurlan, 2004, 

s. 130.


 

3

 Yenə orada, s.132. 




 

 



haqqında  maraqlı  fikirlər  söyləmiş,  tarixçi-ədib  sərkərdə  bu  haqda 

yazmışdır:  “Əgər  ölkənin  qəbilələri,  kəndləri,  binaları  və  qədim  hasarı 

geniş  bir  surətdə  tədqiq  edilərsə,  əhalinin  mənşəyini  təyin  etmək  mümkün 

olacaqdır” 

1



 Azərbaycanda 



etnonimlərin 

tədqiqatına 

dair 

materiallara 



A.Bakıxanovla  yanaşı  M.  Vəliyev,  Ə.Dəmirçizadə,  Z.Bünyadov, 

M.Seyidov, 

Y.Yusifov, 

Q.Qeybullayev, 

Ə.Hüseynzadə, 

Ə.Əliyev, 

R.Eyvazova,  Q.Məşədiyev,  M.Mirzəyev,  F.Xalıqov  və  başqalarının 

əsərlərində  də rast gəlmək mümkündür. 

Onomastik vahidlərin arasında mühüm yer tutan antropotoponimlərin 

tədqiqi,    onların  mənşəyinə  aid  maraqlı  fikirlər  T.Hacıyevin,  M.Adilovun, 

O.Mirzənin, Z.Sadıxovun, Ə. Tanrıverdi və başqa dilçilərimizin əsərlərinin 

ana xəttini təşkil edir.  

Azərbaycan  hidronimlərinin  öyrənilməsi  sahəsində  Ə.Dəmirçiza- 

dənin, K.Əliyevin, N.Məmmədovun, N.Əsgərovun, V.İsrafilovun monoqra- 

fiya və  məqalələri mühüm rola malikdir. 

80-ci  illərdən  üzü  bəri  onomaloji  tədqiqatlar  aparmış  H.  Mirzəyev 

tarixi  həqiqətləri,  obyektiv  tariximizi  gələcək  nəsillərə  çatdırmaq  üçün 

“Azərbaycan  toponimləri  və  şivə  sözləri”,  “Dərələyəz  mahalının 

toponimləri  və  şivə  sözləri”  və  digər  kitablarını,  100-dən  artıq  məqaləsini 

məhz bu mövzuya həsr etmişdir. Aşıq poeziyasında yaşayan adlarımız və 

tariximiz”  kitabı H. Mirzəyevin bu  mənada  qələmə aldığı  el ədəbiyyatı  ilə 

bağlı düşüncələrinin bir qismini əhatə edir. 

Bundan  başqa    B.Xəlilovun,    İ.Bayramovun,    A.Bayramovun, 

N.Əsgərovun,  V.İsrafilovun,  H.Hüseynovanın,  K.Səmədovanın  tədqiqat- 

larını  da  bu  qism  tədqiqatlara  aid  etmək  olar 

2

.  Aydındır  ki,  heç  bir  əsər 



onomastik vahidsiz mümkün deyil. Onomastik vahidlərin tədqiqini bir neçə 

cəhətdən əhəmiyyətli hesab etmək olar: a) dilin lüğət tərkibinin bütövlükdə 

xarakteristikasını  vermək  üçün  onomastik  vahidlərin  tədqiqi  son  dərəcə 

vacibdir;  b)  onomastik  vahidlərin  çoxunda  indi  dildə  olmayan  forma  və 

anlayışların  izi  qaldığına  görə,  bunların  tədqiqi  dilçiliyin  ən  mürəkkəb  və 

mühüm  sahəsi  hesab  edilərək  dil  tarixi,  dialektologiya  və  üslubiyyat  üçün 

zəruri  faktlar  verə  bilər;  c)  onomastik  materialın  öyrənilməsi  dilçiliklə 

yanaşı,  tarix,  etnoqrafiya,  sosiologiya    və  coğrafiya  elmlərinin  bir  sıra 

problemlərinin açılmasına kömək edir və s. 

                                                             

1

 Bakıxanov A. Gülüstani-İrəm. Ərgünəş, Bakı. 2011. s. 31 



2

 Bayramov İ. M. Aşıq Ələsgər yaradıcılığında onomastik vahidlər. AOP, III, Bakı, 

1990, s. 242-243

 



Yüklə 248,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə