Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 248,88 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix06.05.2018
ölçüsü248,88 Kb.
#42891
1   2   3   4   5   6   7   8   9

 

 

17 



Elçinin  yaradıcılığında  rast  gəldiyimiz  ləqəblərin  bir  sıra  əlamətdar 

xüsusiyyətləri var. Onların bir qrupunda prepozitiv – ( addan öncəki. ) məs. 

Bağban  Ağasadıq,  digərləri  isə  pospozitiv  –  (addan  sonrakı  )  məna 

dayanmışdır.  Onun  əsərlərində  həmçinin  ləqəblərlə  bərabər  çox  maraqlı 

titullar da işlədilmişdir. 

Tədqiq  etdiyimiz  əsərlərdə  antroponimlərin  qrammatik  qayda  ilə 

yaranmasına  aid  nümunələr  xeyli  çoxdur.  Bundan  başqa,  yuxarıda  qeyd 

etdiyimiz kimi, yardımçı sözlərdən geniş istifadə edilmişdir. Eyni zamanda 

adların  yaranmasında  nitq  hissələrinin  də  rolu,  iştirakı  müxtəlifdir:  1. 

isim+isim:  Xalaqızı,  Baladadaş,  Atabala  “Toyuğun  diri  qalması”, 

Nuhbala...2..Xüsusi  isim+xüsusi  isim:  Qeys  Əbdül,  Əliheydər,  Məmməd 

Hüseyn  (“Görüş”).  3.İsim+feili  sifət:  Xörəkpaylayan,  Nağaraeşən, 

Narsatan,  Karvanqıran  və  s.4.Sifət  +  isim:  Bozdağlı,  Qırmızı  burun. 



5.Xüsusi isim+feil: Məmmədbağır 

 Elçin  Əfəndiyevin  yaradıcılığında  toponimlərin  əksəriyyəti  ya 

düzəltmə,  ya  da  mürəkkəb  quruluşludur:1.Leksik  yolla  yaranmış 

toponimlər. a) leksik yolla yaranmış toponimlərə Lenin meydanı (“Qatar” 



hekayəsi),  Bakı  Pasajı,  “Pera  Palas”  oteli,  Qapalı  çarşı  “Sabunçu 

vağzalı” Respublika sarayı, “Reqal Y.N.Plaza” oteli (“Sarı Gəlin”), Hidro 

Elektrik  Stansiyası,  Topxana  meşəsi,  Cıdır  düzü  və  s.  b)  Qəbilə,  tayfa 

adlarından  əmələ  gələn  toponimlər:  Ağdədəli  məhəlləsi  (“Qarabağ 

şikəstəsi”),  Osmanlı  torpaqları,  Bayandurlar  məhləsi  (“Mahmud  və 

Məryəm”).  c)Şəxs  adlarından  əmələ  gələn  toponimlər:  Əsgəran...  ç) 

Memorial  toponimlər.  2.Morfoloji  yolla  yaranmış  toponimlər.  Məlum 

olduğu kimi, morfoloji yolla yaranmış toponimlər müxtəlif sözdüzəldici və 

sözdəyişdirici  şəkilçilər  vasitəsilə  düzəlmiş  adları  əhatə  edir.  Elçin 

yaradıcılığında  müşahidə  etdiyimiz  məhsuldar  morfoloji  göstəricilər 

aşağıdakılardır: 

 I.  -lı



4

  (-li,  -lu,  -lü)  şəkilçiləri  ilə  yaranan  toponimlər.  Azərbaycan 

dilində  bu  şəkilçi  geniş  funksiyaya  malikdir.  S.  Cəfərov  bu  şəkilçinin  söz 

yaradıcılığında  altı  funksiyasını  qeyd  etmişdir.  Lakin  toponimiyada  bu 

şəkilçinin  bütün  funksiyaları  rol  oynamır

1

:  Əhmədli  qəsəbəsi  (“Əzizimin 



cəfası”),  İsmayıllı (“Hər şey keçib gedir”) və s. 

II.  -çı


4

  şəkilçisi  ilə  yaranan  toponimlər:  “Bəzi  adların  yaranmasında 

bu  şəkilçi  sənət,  peşə  məzmunu  bildirirsə,  digərində  mənsubiyyət  mənası 

                                                             

1

 Hacıyev  T.Sənət düşüncələri. Bakı.1997. s.20. 




 

 

18 



ifadə edir”

1

;  Kömürçü meydanı, Sabunçu (“Qonaqlıq”), “Sabunçu” vağzalı  



(“Ölüm hökmü”). 

III.  -stan  şəkilçisi  ilə  yaranan  toponimlər:  Gürcüstan,  Dağıstan, 

Yunanıstan, Talıstan (“Əbdül Qafarzadə”), Əfqanıstan (“Ölüm hökmü”). 

IV  -an


2

,  -lan  şəkilçisi  ilə  yaranan  toponimlər:  Elçin  yaradıcılığında 

Azərbaycan  dilindəki  -an,  -ən,  -lan,  -lən  şəkilçiləri  ilə  düzəlmiş 

toponimlərdaha çoxdur. Məsələn, Mərdəkan, Şüvəlan, Əsgəran (“Tonqal”), 

Nardaran (“Toyuğun diri qalması) və s. 

Ktematonimlər,  əsasən,  mürəkkəb  quruluşludur.  Ktematonimləri 

onomastik  tərkibdə  fərqləndirən  cəhətlərdən  biri    məhz  budur.  Belə  bir 

cəhət  diqqətimizi  cəlb  etdi  ki,  yazıçı  öz  əsərlərinə  verdiyi    adlara  daha 

diqqətlə, məsuliyyətlə yanaşmışdır. 

 Tədqiqat  göstərir  ki,  təkcə  “Mahmud  və  Məryəm”  əsərinə  25 

ktematonim  daxil  edilmişdir.  Məs.:  Bunlardan  yalnız  leksik  yolla 

yarananlara  “Kəlilə  və  Dimnə”,  “Qabusnamə”,  Sofinin  nağılları”  və  digər 

əsərlərində:  “Oqonyok”  jurnalı,  “Segah”  muğamı,  “Sarı  bülbül”  mahnısı, 

“Şur  dəsgahı”  muğamı  kimi  ktematonimləri  göstərmək  olar.  Elçin 

yaradıcılığını izləyərkən müşahidə edildi ki, etnonim, zoonim, hidronim və 

kosmonimlər digər növlərə nisbətən az işlənmişdir. 



 Üçüncü  fəslin  ikinci yarımfəsli “Elçinin yaradıcılığında işlənmiş 

onomastik  vahidlərin    sintaktik  xüsusiyyətləri”  adlanır.  Biz  Elçinin 

yaradıcılığında  aşağıda  göstərilən  modellərdə  adlara  rast  gəldik:  1. 

Kök+kök:    Əlinəcəf,  Nəcəfəli,  Ağadadaş,  Baladadaş,  Qeysəbdül, 

Şirinxanım, Nazxanım... 2. Kök + kök + kök: Üç kökdən düzələn mürəkkəb 

onomastik  vahidlər  Elçinin  əsərlərində  yox  dərəcəsindədir.  Sintaktik-

morfoloji  yolla  yaranan  xüsusi  adların  modelləri  və  onlara  aid  olan 

nümunələr  çox  və  rəngagəngdir:  3.  Kök  +  kök  +  şəkilçi.  Malıbəyli, 

Çərikbaşı,  Aysulu,  Quyuqazan  və  digər  nümunələr  göstərilən  modelə 

uyğundur.  4.  kök+kök+şəkilçi+şəkilçi.  Həsənqulular,Qaramuradlılar  və  s. 

5. kök+şəkilçi+kök. Duzlu göl, Sulu dərə, Nurlu bulaq və s. 

Göstərilən  modellərdən  Elçinin  əsərlərində  ən  çox  yayılanı,  intensiv 

işlənəni sırf sintaktik üsula uyğun kök+ kök modeli və sintaktik- morfoloji 

üsula uyğun olan kök + kök + şəkilçi modelidir.  

                                                             

1

 Hacıyeva N. H. Cavid  pyeslərində şəxs adlarının vokativ funksiyası. AOP, elmi-



onomastik jurnal, III, Bakı, 1990, s.42.

 



Yüklə 248,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə