Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 248,88 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix06.05.2018
ölçüsü248,88 Kb.
#42891
1   2   3   4   5   6   7   8   9

 

 



− Elçin  Əfəndiyevin    yaradıcılığında  işlənmiş  xüsusi  adların  üslubi 

cəhətlərini aydınlaşdırmaq; 

− xüsusi adların etimoloji xüsusiyyətlərini öyrənmək; 

− onomastik vahidlərin derivatoloji cəhətlərini təyin etmək; 

− xüsusi sözlərin milli mənsubluğunu araşdırmaq; 

− real və qeyri-real onomastik vahidlərin nisbətini təyin etmək; 

−yazıçının  yaradıcılığında  işlənmiş  onomastik  vahidlərin  sözlüyünü 

tərtib etmək və s. 



Tədqiqatın  metodu.  Tarixi-müqayisəli,  təsviri,  areal  və  üslubi  

metodlardan,  eləcə  də  qarşılaşdırma,  tutuşdurma  və  etimoloji  üsullardan 

istifadə edilməklə diaxron və sinxron istiqamətdə tədqiqat aparılmışdır. 

Tədqiqatın  elmi  yeniliyi.  Dissertasiya  işində  ilk  dəfə  olaraq, 

E.Əfəndiyevin  əsərlərinin  onomastik  sistemi  sistemli  şəkildə  tədqiq 

olunmuş,  onların  leksik-semantik,  qrammatik xüsusiyyətləri  elmi  cəhətdən 

təhlil  olunmuş,  Elçinin  yaradıcılığında  işlənmiş  onomastik  vahidlərin 

sözlüyü hazırlanıb, dissertasiyanın sonuna əlavə edilmişdir. 

Tədqiqatın  nəzəri  və  təcrübi  əhəmiyyəti.  Tədqiqat  işinin  həm 

nəzəri,  həm  də  təcrübi  əhəmiyyəti  vardır.  Elçinin  əsərlərindəki  onomastik 

vahidlərin  təhlili  üslubiyyatın  nəzəri  məsələlərinin  izahında  olduğu  kimi, 

həm  də  onomastik  vahidlərin  linqvistik  xüsusiyyətləri  ilə  bağlı  aparılan 

tədqiqatlarda,  onomastikanın  nəzəri  və  təcrübi    sahələri  ilə  bağlı  elmi 

araşdırmalarda  geniş  və  səmərəli  şəkildə  istifadə  edilə  bilər.Üslubiyyyata, 

onomalogiyaya aid dərslik, dərs vəsaitlərinin hazırlanmasında istifadə edilə 

bilər. 


Tədqiqatın  mənbəyi.  Tədqiqata  Elçin  Əfəndiyevin    “Seçilmiş 

əsərləri” cəlb olunmuşdur 

1



Müdafiəyə çıxarılan əsas müddəalar:  



−  Elçin  Əfəndiyevin  yaradıcılığında  xüsusi  adlar  sistemində  özünü 

göstərən kateqoriyalar ədəbi dil normalarına əsaslanır; 

         −  yazıçının  apelyativ  leksikası  ilə  onomastik  leksikası  arasında 

möhkəm bağlılıq var; 

         −  yazıçı  real  həyat  hadisələrinə  əsaslandığı  üçün  daha  çox  real  - 

həyati onomastik vahidlərdən istifadə etmişdir; 

                                                             

1

  Elçin. Ədəbi düşüncələr. Qapp-Poliqraf, Bakı, 2002; Elçin.  Seçilmiş əsərləri. 



Bakı, Avrasiya Press, 2005; Elçin. Balddaşın ilk məhəbbəti. Qapp-Poliqraf. 2000; 

Elçin . Seçilmiş əsərləri. Çaşıoğlu., 2005.

 



 

 



−  Elçin  Əfəndiyevin  onomastikası  Azərbaycan  dilinin  onomastik 

sisteminə məxsus leksik-semantik, qrammatik cəhətləri özündə əks etdirir; 

−  həm  milli  mənşəli,  həm  də  alınma  adlardan  üslubi  məqsədlərlə 

istifadə edilmişdir; 

−  onomastik  vahidlərin  bütün  növlərindən,  xüsusilə  antroponim, 

toponim və ktematonimlərdən geniş istifadə olunmuşdur; 

−  xüsusi  adların  derivatoloji  cəhətlərinin  öyrənilməsi  fəal  və  qeyri-

fəal budaq morfemlərin üzə çıxarılmasına şərait yaradır; 

−  söz  yaradıcılığında    sintaktik  və  sintaktik-morfoloji  üsulların 

aktuallığı aydın şəkildə özünü göstərir; 

−  ləqəblərin  və  titulların  yaradılmasında  daha  çox  sintaktik  üsuldan 

istifadə edilmişdir; 

−  yazıçının  onomastik  leksikası  onu  deməyə  əsas  verir  ki,  Elçin 

tarixiliklə  müasirliyi  eyni səviyyədə  dəyərləndirən, onları vəhdətdə təqdim 

edən yazıçıdır və s. 

Tədqiqatın  aprobasiyası. Dissertasiya Azərbaycan Dövlət Pedaqoji 

Universitetinin  Azərbaycan  dilçiliyi  kafedrasında  yerinə  yetirilmişdir. 

Dissertasiya  ilə  əlaqədar,  Azərbaycanda  və  xaricdə,  beynəlxalq  və 

respublika səviyyəli konfranslarda çıxışlar edilmiş, on beş  məqalə və tezis 

çap olunmuşdur. 

Tədqiqatın  quruluşu.  Dissertasiya  giriş,  dörd  fəsil,  nəticə, 

ədəbiyyat siyahısı və sözlükdən  ibarətdir.  

 

İŞİN ÜMUMİ MƏZMUNU 

 

 Dissertasiyanın 

“Giriş” 

hissəsində 

mövzunun 

aktuallığı 

əsaslandırılmış,  tədqiqatın  məqsəd  və  vəzifələri,  obyekti,  elmi  yeniliyi, 

metodları,  müdafiəyə  çıxarılan  müddəalar,  qarşıya  qoyulmuş  məqsəd  və 

vəzifələr müəyyənləşdirilmiş, nəzəri və praktik əhəmiyyəti, aprobasiyası və 

quruluşu təqdim edilmişdir. 



Birinci 

fəsil 

“Elçin 

Əfəndiyevin 

yaradıcılığında 

işlənən 

onomastik  vahidlər  və  onların  növləri  ”  adlanır  və  iki  yarımfəsildən 

ibarətdir.  Birinci  yarımfəsildə  “Poetik  onomastika  məsələləri”ndən  bəhs 

olunur.  Bu  bölmədə  tarixilik  prinsipi  gözlənilərək  son  əsrlər  çərçivəsində 

Azərbaycanda  poetik  onomastikanın  yaranması,  aparılan  tədqiqat  işlərinin 

xarakterik cəhətləri, istifadə edilən üsul və metodların müəyyənləşdirilməsi, 

kəmiyyət  və  keyfiyyətcə  inkişafı,  təkamülü  və  digər  məsələlərə  münasibət 




 

 



bildirilmiş,  onomastik  vahidlərin  qorunub  saxlandığı  bir  çox  tarixi 

mənbələr diqqətə çatdırılmışdır. 

Poetik  onomastikada  onomastik  vahidlərin  üslubi  imkanları,  onların 

sistem  halında  öyrənilməsinin  vacibliyi  haqqında  1986-cı  ildə  keçirilən 

Azərbaycan  onomastikası  problemlərinə  həsr  olunmuş  elmi  konfransda 

geniş  bəhs  edilmişdir.  Dilçilərimizdən  A.Qurbanov  və  A.Paşayev  poetik 

onomastikanı  iki  yerə:  şifahi  və  yazılı  ədəbi  əsərlərin  onomastikasına 

bölmüşlər.  Şifahi  ədəbiyyatdakı  onomastik  vahidlər  həmişə,  təbii  olaraq, 

yazılı  ədəbiyyatdan  fərqlənmişdir.  Poetik  onomastik  vahidlərdə  adi-  real 

onomastik  vahidlərdən fərqli  olaraq, obrazlılıq  daha güclü şəkildədir. Belə 

dayanıqlı, özəl xüsusiyyətə malik olan bu növ onomastik vahidlər müxtəlif 

janr və üslubda yazılmış poetik əsərlərdə işlənə bilir. 

Şifahi  ədəbiyyatda  verilən  onomastik  vahidlər  daha  çox  uydurma, 

fərziyyə xarakteri daşıyır və leksik-semantk üslubi cəhətdən fərqli olur.  

Yazılı  ədəbiyyatda  işlənən  onomastik  vahidlər  isə  daha  çox  real 

həyatın  göstəriciləridir.  Lakin  istər  şifahi,  istərsə  də  yazılı  ədəbiyyatda 

onomastik vahidlər zəngin üslubi imkanlara malikdir. Poetik onomastikada 

yazıçının  yaratdığı  bədii  əsərlərin  adları,    obrazlara  verilən  adlar  və  s. 

üslubi  cəhətdən  tədqiq  edilir,  yazıçının  spesifik  üslubi  keyfiyyətləri  kimi 

təqdim edilir.  

“Poetik  onomastika  dilçiliyin  ən  yeni  və  az  tədqiq  olunmuş 

sahələrinəndir”

1

.  A.  Qurbanovun  bu  fikri  poetik  onomastikanın  inkişafının 



müasir  mərhələsi  ilə  səsləşmir.  Çünki  hazırda  artıq  poetik  onomastika  da 

ayrıca  bir  elm  sahəsi  kimi  böyük  uğurlar  əldə  etmişdir  ki,  bu  işdə  vaxtilə 

Azərbaycanda  Onomastika  məktəbinin  yaradıcısı  olan  A.  Qurbanovun 

rəhbərliyi  ilə  keçirilən  konfransların,  2010-cu  ilə  qədər  ADPU-da  nəşr 

olunan “Onomastika” jurnalının böyük rolu olmuşdur. 

Ümumiyyətlə,  XIX 

əsrin 

ortalarında  onomastik 



vahidlərın 

araşdırılmasına meyl o qədər genişlənib dərinləşmişdir ki, o, təkcə dilçilərin 

deyil, həm də tarixçi və coğrafiyaşünasların marağına səbəb olmuşdur. XIX 

əsrin ortalarında bu sahədən olan toponimlər diqqəti daha çox cəlb etmişdir. 

XX əsrin əvvəllərində isə dünyanın bir çox ölkələrində-Rusiyada, Fransada, 

İngiltərədə, Almaniyada və başqa ölkələrdə onomastik vahidlərin tədqiqi ilə 

ətraflı məşğul olunmağa başlanılmışdır. 

                                                             

1

 Qurbanov A. M. Azərbaycan onomalogiyasının əsasları. II c. Bakı, Nurlan, 2004, 



s. 56.

 



Yüklə 248,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə