Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 248,88 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix06.05.2018
ölçüsü248,88 Kb.
#42891
1   2   3   4   5   6   7   8   9

 

 

11 



Tədqiq  olunan  əsərlərdəki  ktematonimlərin  bir  sıra  özünəməxsus 

xüsusiyyətləri  vardır:  1.Ktematonimlər,  əsasən,  müvafiq  orqanlar, 

təşkilatlar  tərəfindən  qərarlaşdırılır  və  rəsmi  ad  kimi  çıxış  edir.  2. 

Ktematonimlər  əks  etdirdiyi  obyektin  mahiyyətinə  uyğun  yaranır.  Məs; 

bədii  əsər  adlarının,  idarə  və  təşkilat  və  s.  3.  Ktematonimlərin  bir  qrupu 

simvolik  xarakter  daşıyır.  Musiqi,  rəqs  kollektivlərinin  adları  məhz  bu 

tiplidir. 

Bundan  başqa  Elçinin  Əfəndiyevin  yaradıcılığında  işlənmiş  digər 

qrup  onomastik  vahidlər:  hidronimlər,  etnonimlər,  zoonimlər  və  s.  də 

tədqiqata cəlb edilmişdir. 



 II  fəsil  “Elçin  Əfəndiyevin  yaradıcılığındakı  onomastik 

vahidlərin leksik- semantik  xüsusiyyətləri” adlanır və dörd yarımfəsildə 

antroponim,  toponim,  ktematonim  və  onomastik  vahidlərin  digər  qrupları 

tədqiq edilmişdir. 

 Birinci 

yarımfəsildə 

antroponimlərin 

leksik-semantik 

xüsusiyyətləri  araşdırılır.  Elçinin  yaradıcılığında  işlənmiş  adlar  konkret 

müəyyən məqsədə xidmət edir. Ad bədii obrazı adlandırmaq, yeri gəldikdə, 

onu  səciyyələndir-  mək  üçün  işlənir.    Buraya  bütün  dram,  roman, 

hekayələrdə  və  s.  işlənən  adları  daxil  etmək  olar.  Yazılı  ədəbiyyatda 

sənətkarlar  adlardan  iki  istiqamətdə  istifadə  edirlər:1.  Xalq  tərəfindən 

yaranan  dövlət  sənədlərində  əks  olunan  real  onomastik  vahidlər;  2.  Ancaq 

yazıçının öz yaradıcılığının məhsulu olan poetik onomastik vahidlər. 

Şəxs  adları  vasitəsilə  müəyyən  tarixi  hadisələr,  yerlər,  şəxslər 

haqqında oxucuda real təsəvvür yaradılır.“Əzizimin cəfası” romanında həm 

real, həm də qeyri-real, uydurma antroponimlər işlənmişdir. Burada Murad 

İldırımlı yazıçı təxəyyülünün  məhsuludursa, Aleksandr Sergeyeviç Puşkin, 

Leonid  İliç  Brejnev,  Sov.İKP  MK  Siyasi  Bürosu  üzvlüyünə  namizəd, 

Sov.İKP.MK.  katibi  K.U.Çernenko,  Büronun  üzvləri:  V.V.Qrişin, 

A.N.Kosigin, K.T.Mazurov, A.Y.Pelşe, M.A.Suslov və başqaları real tarixi 

şəxsiyyətlərin adlarıdır.  

 

Elçinin  əsərlərində  represiya  dövrünün    tarixi  şəxsiyyətləri  dönə-



dönə xatırlanmışdır. 

Elçin  “Mahmud  və  Məryəm”    əsərində  ənənəyə  sadiq  qalmış, 

simvolik  qoşa  işlənən  adlardan  istifadə  etmişdir  “Əsli  və  Kərəm”in 

motivləri  əsasında  Elçinin  qələmə  aldığı  “Mahmud  və  Məryəm”  romanı 

realist  yazıçının  yaratdığı  dastandır.  Romanın  bütün  strukturuna  hopmuş 

aydınlıq,  sadiqlik,  xəlqilik,  humanizm,  bəşərilik,  kamillik  “Mahmud  və 

Məryəm” i dastan adlandırmağa imkan verir. 



 

 

12 



Antroponimik  vahidlərin  bir  hissəsi  ləqəblərdən  ibarətdir.  Ləqəblər 

antroponimik  sistemdə  köməkçi  adlar  qrupuna  daxildir.  Antroponimik 

vahidlərin  bir  hissəsi  də  öz  növbəsində  ləqəblərdən  ibarətdir.  Elçin 

yaradıcılığında  da  obrazlara  maraqlı  ləqəblər  verilmişdir:  “Qarabağ 

Şikəstəsi” hekayəsində-Qızıldiş Cümşüd, Malıbəyli Köhnə Qaval İsgəndər, 

Bolelşik Bufetçi, İbadulla, Avtobus Ağadadaş; “Sürpriz kababı” əsərində  - 

Gümüş  Malik,  Qızıl  Malik,  Kitabxanaçı  Nəcəf,  Qəssab  Ağakişi, 

kitabxanaçı Nəcəfin anası Əlibaba arvad, Hambal İsrafil...  

Ədibin  yaradıcılığında  antroponimik  sistemin  bir  qolunu  təşkil  edən 

təxəllüslər  də  özünəməxsus  yer  tutur.  Antroponimlərin  leksik-semantik 

xüsusuiyyətlərinin  tədqiqi  zamanı  Elçin  yaradıcılığında  7500-  dən  yuxarı 

təkrar olunan antroponimə rast gəldik. 



 İkinci  fəslin  ikinci  yarımfəsli  “Toponimlərin  leksik-semantik 

xüsusiyyətləri”  adlanır.  Bu  yarımfəsildə  bizim  məqsədimiz  Elçinin 

yaradıcılığı  boyu  istifadə  etdiyi  və  üslubi  məqsədlə    özünün  yaratdığı 

toponimləri  tədqiq  etməkdir.  A.Qurbanov  toponimlərin  bir  neçə  qrupunu 

müəyyən  etmişdir:  1.Oykonimlər;  2.Oronimlər;  3.Xoronimlər;  4.Urba-

nonimlər; 5. Dromonimlər. 

D.Əliyeva  toponimləri  xarakterizə  edərək  demişdir:  “Keçmişin 

şahidi  olan  toponimlər  uzaq  dövrlərin  əks-sədası  kimi  ən  qiymətli  tarixi 

abidələr  içərisində  şərəfli  yer  tutmaqla  yanaşı,  etnogenez  məsələlərinin 

araşdırılmasında  çox  qiymətli  mənbə,  tarix  elmi  üçün  arxeoloji  material 

timsalı,  dəyərli  maddi  mədəniyyət  qalığıdır”

1

.  Azərbaycanlı  toponimist 



T.M.Əhmədov  isə  “...  toponimlər  bizim  keçmişimizdir....”  fikrini 

söyləmişdir 

2



L.Piriyevanın  isə  məsələyə  bir  qədər  fərqli  münasibəti  vardır.  O, 



toponimləri  reallığına  və  qeyri-reallığına  görə  qruplaşdıraraq  aşağıdakı 

kimi  təsnifat  aparır.  a)  real  toponimlər,  b)  real  bədii  toponimlər,  c)  qeyri-

real (uydurma) bədii toponimlər. Əslində, bədii əsərlərdə toponimlərin real

 

və  qeyri-real  olmasına  görə  tədqiqi  ən  ağlabatan  üsuldur.



 

Elçinin 


yaradıcılığı  boyu  onun  istər  hekayələrində,  istər  povest  və  romanlarında 

                                                             

1

 Əliyev K. Bədii adların üslubi xüsusiyyətləri. AOP elmi-onomastik jurnal, , I bur, 



Bakı, 1987;

 

Əliyeva D. Toponimlərin üslubi-linqvistik xüsusiyyətləri. Bakı, 



Maarif, 2008; Əliyeva D. M. S.Ordubadinin romanlarında onomastik vahidlərin 

linqvistik xüsusiyyətləri. Bakı, 1996, Nam.dis.

 

2

 



Əhmədov T. Azərbaycan coğrafi nomenli hidronimlərin yaradılmasında sifət, feli 

sifət  və  saylardan  istifadə.  Azərbaycan  dili  monoqrafiyasının  aktual  problemləri. 

Bakı, 1987, s.5.

 



Yüklə 248,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə