Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 248,88 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix06.05.2018
ölçüsü248,88 Kb.
#42891
1   2   3   4   5   6   7   8   9

 

 

13 



xeyli,  müxtəlif  toponimlərə  rast  gəlirik.  Bu  zənginlik,  təbii  ki,  yazıçı 

təfəkkürünün  zənginliyi  ilə  bağlıdır:  Gəncə,  Qarabağ,  Qafan,  Ordubad, 

Naxçıvan,  Qazax,  Göyçə,  Azərbaycan,  Şirvan,  Təbriz,  Çuxursəd,  Bağdad, 

İraq, Xankəndi... və s. bunlara nümunə ola bilər. 

Dil 

mənsubiyyətini 



nəzərə  alsaq,  Elçinin 

yaradıcılığındakı 

toponimləri  aşağıdakı  qruplara  bölmək  olar:  1.  Azərbaycan-türk  mənşəli 

toponimlər: Abşeron, İstanbul, Azərbaycan, Bakı, Bərdə, Quba şəhəri və s. 

2. Ərəb-fars mənşəli toponimlər: Kərbəla, Xorasan, Mərənd, Məqrib, Xoy, 

Suriya, İran, İraq, Qüds və s. Ərəb-fars mənşəli toponimik vahidlər Elçinin 

yaradıcılığında digər adlara nisbətən az işlənmiş, reallığı qorumaq məqsədi 

daşımışdır.3.  Rus-Avropa  mənşəli  toponimlər.  “Qatar”-  Moskva,  Paris, 

Lenin meydanı, Rusiya, London, Barnaula, Amerika, Leninqrad; “Araba” - 

ABŞ, Kiyev, Norveç, Avropa, Nyu-York, Manhettin, BMT. 

   Elçin yaradıcılığındakı toponimləri aşağıdakı qruplara bölmək olar: 1. Ən 

qədim toponimlər, 2. Qədim toponimlər, 3. Müasir toponimlər.  

“Azərbaycanın  ən  qədim  və  qədim  toponimləri  çox  mötəbər  dil 

faktlarıdır.  Bunların  dərin  linqvistik  təhlili  əsasında  ümumən  Qafqazda, 

xüsusilə  Azərbaycan  ərazisində  türkdilli  tayfaların  yaşaması  tarixini 

müəyyən mənada aydınlaşdırmaq olar” 

1



İkinci  fəslin  üçüncü  yarımfəslində  “Ktematonimlərin    leksik-



semantik    xüsusiyyətləri”  tədqiqata  cəlb  edilmişdir.  Azərbaycan  dili 

zəngin  ktematonimik  sistemə  malikdir.Elçin  yaradıcılığında  həmin  dil 

vahidləri  müxtəlif  məqsədlərlə  işlədilmişdir:  Fransız  ətri  “Emprinte”, 

Kalaşnikov  tüfəngi,  “İkarus”  avtobusu,  “Admiral  Naximov”  gəmisi, 

“Avropa” siqareti, “Volqa” maşını, “Jiquli” maşını və s. Yazıçı əsərlərində  

ideonim və   erqonimlərə daha çox yer verilmişdir. Erqonimlər yazıçının bir 

dövlət  xadimi  kimi  dövlətin,  siyasətin  öncüllərindən  olduğunu  bir  daha 

sübut edir. 



 İkinci  fəslin  növbəti  yarımfəslində  Elçin  yaradıcılığında  işlənmiş 

“Etnonim,  hidronim,  kosmonim,  fitonim  və  zoonimlərin  leksik-

semantik xüsusiyyətləri” tədqiqata cəlb edilmişdir. 

Elçin 


yaradıcılığında 

etnonimlərə  antroponim,  toponim 

və 

ktematonimlər  kimi  geniş  yer  verməsə  də,  müəyyən  bir  qism  etnonimlərə 



təsadüf  edildi.  Yazıçının“Mahmud  və  Məryam”  romanına  nəzər  salaq. 

Elçinin  “Mahmud  və  Məryəm”  romanında  adı  çəkilən  tayfalardan  biri 



padarlardır.  M.  H.  Vəliyevin  əsərində  padarlar  ən  məşhur  oğuz 

                                                             

1

 Qurbanov A. Azərbaycan onomalogiyası əsasları. I c. Bakı, Nurlan , 2004,  s.115. 




 

 

14 



tayfalarından  biri  kimi  təqdim  edilir  və  göstərilir  ki,  Elxanilər  dövründə 

padarlar  Orta  Asiyadan  Azərbaycana  köçürülmüş,  əvvəllər  Cənubi 

Azərbaycanda  yaşamış,  XVI-XVII  əsrlərdə  bir  hissəsi  dağıstanlıların 

qarşısını almaq məqsədilə Şimali Azərbaycana  köçürülmüşlər 

1

.  


 Elçin  yaradıcılığında,  əsasən  də  “Mahmud  və  Məryəm”  əsərində 

aşağıdakı  etnonimlərlə  rastlaşırıq:  Səfəvilər,  Bayat  tayfaları,  Qızılbaş 

əmirləri, Osmanlı torpağı, Qararbağ bəylərbəyliyi,  Padarlar, Ağqoyunlular, 

Amatilər, Ağdədəli məhəlləsi – genonim, Ərimgəldi məhəlləsi – genonim), 

Bayandur  bəy,  Xan  Məhəmməd  Ustaclı,  Çərikbaşı  (“Mahmud  və 

Məryəm”),  Kələntərlər  və  s.  Yazıçı  yaradıcılığı  boyu  bir  sıra  hidronim  və 

kosmonimlərdən də xüsusi üslubi məqamlarda istifadə edilmişdir. 

III  fəsil  “Elçin  Əfəndiyevin  yaradıcılığında  işlənmiş  onomastik  

vahidlərin  qrammatik  xüsusiyyətləri”  adlanır.  Burada  iki  yarımfəsildə 

Elçinin yaradıcılığında işlənmiş onomastik vahidlərin morfoloji və sintaktik 

xüsusiyyətləri 

tədqiq 


edilmişdir.“Azərbaycan 

diliçiliyində 

söz 

yaradıcılığının  bir  neçə  üsulu  vardır:  leksik,  semantik,  morfoloji  və 



sintaktik.  Onomastik  leksikanın  bütövlükdə  derivatoloji  təhlili  göstərir  ki, 

əslində, dilçilikdə başlıca olaraq, iki mühüm söz yaratma üsulu mövcuddur: 

1)  leksik-semantik,  2)  qrammatik

2

.  Elçinin  yaradıcılığında  da  bu 



rəngarənglik özünü göstərir: 

1.  Leksik  üsulla  ad  yaradıcılığı:  Antroponimlərdə  leksik  yolla 

sözyaratma prosesi daha çox özünü göstərir. Məs.; lalə, sünbül, tovuz və s. 

tipli apelyativlər şəxs adları kimi işləndikdə həmin sözlərin semantikasında 

yeni  məna  çalarları  əmələ  gəlir.  Elçinin  yaradıcılığında  toponim  və 

hidronimlərdə  leksik yolla sözyaratma nisbətən az məhsuldardır. Çünki bu 

coğrafi obyektlərdə adlandırma müəyyən məna əsasında baş verir

3



2.  Semantik  yolla  sözyaratmada  xüsusi  adlar  konversiya  yolu  ilə 

yaranır.  Semantik  üsulla  əmələ  gəlmiş  onomastik  vahidlərin  başlıca 

xüsusiyyəti  bu  prosesdə  bir  nitq  hissəsinə  məxsus  sözlərin  başqa  nitq 

hissəsinə  keçməsidir.  Burada  a)  sifətin  ismə  keçməsi;  b)  feilin  ismə 

keçməsi və s. hallar baş verir 

4



                                                             

1

 Валиева М.Н. Бахарлы Население Азербайджана музей этнографических 



сокровищ Азербайджанский настольный календарь. Баку, 1925, s. 398-399 

2

 Qurbanov A. M. Azərbaycan onomalogiyasının əsasları. II c. Bakı, Nurlan, 2004, 



s.365.

 

3



 Məşədiyev Q. Nitq hissələrinin semantikası. (Oçerklər) Bakı, Elm, 1998, s.162. 

4

 Mollazadə S.M. Azərbaycan şimal rayonlarının toponimiyası. Bakı, Elm, 1979. 



s.450.

 



Yüklə 248,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə