Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 248,88 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix06.05.2018
ölçüsü248,88 Kb.
#42891
1   2   3   4   5   6   7   8   9

 

 



Onomastik  tədqiqatların  təşəkkül  tarixi  yaxın  keçmişimizə  aid 

olduğundan  bu  sahədə  Azərbaycan  dilçiliyində  həll  olunmamış    məsələlər 

vardır.  Müxtəlif  dövrlərdə  yaşamış  yazıçı  və  şairlərimizin  yaradıçığında 

xüsusi  adların  öyrənilməsi  yolu  ilə  həmin  sənətkarın  yaradıçılığının  dil 

qanunauyğunluqlarını, 

onomastik 

sistemin 

səviyyəsini 

öyrənmək 

mühümdür  

 Elçin  Əfəndiyevin  yaradıcılığında poetik  onomastika  problemlərini, 

xüsusi  adların  bədii  əsərlərdəki  rolunu,  üslubi  cəhətlərini  öyrənmək 

yazıçının bədii irsini öyrənmək qədər əhəmiyyətlidir.  

Birinci fəslin  ikinci yarımfəsli “Elçin Əfəndiyevin yaradıcılığında 



işlənən  xüsusi  adlar  (dilçiliyin  onomastika  sahəsinə  gətirdiyi  kompleks 

yeniliklər-töhfələr)”  adlanır.  Elçin  yaradıcılığı  xüsusi  adlarla  olduqca 

zəngin  olduğundan,  onun  yaradıcılığında  onomastik  vahidlərin  bütün 

qruplarına  aid  nümunələrə  rast  gəlmək  mümkündürBu    bölmədə  Elçinin 

yaradıcılığında  işlənmiş  onomastik  vahidlər  qruplar  üzrə  tədqiq  edilir:  1. 

Antroponimlər, 2.Etnonimlər, 3. Toponimlər, 4. Hidronimlər, 5. Zoonimlər, 

6. Kosmonimlər, 7. Ktematonimlər. 

 

  Elçin  yaradıcılığnda  işlənən  antroponimlər:  Ədibin  yaradıcılığında 



olduqca zəngin antroponimik leksikaya rast gəlmək mümkündür. Qeyri-adi 

bədii  antroponimlər  olduğundan  belə  adlara  Elçin  yaradıcılığında,  demək 

olar ki, rast gəlinmir. Onun bütün qəhrəmanları real, həyati obrazlardır. 

Həmin  antroponimlərin  mənşəyinə  diqqət  yetirsək,  burada  milliliklə 

bərabər  zəngin  ərəb,  fars  və  rus-Avropa  mənşəli  antroponimlərin 

mövcudluğunun  şahidi  olarıq.  Bu,  əlbəttə  ki,  yazıçının  dünyagörüşünün,  

onun  nəinki  Azərbaycan,  hətta  dünya  ədəbiyyatı  və  mədəniyyəti  ilə 

yaxından  tanış  olmasının  göstəricisidir.  Elçinin  yaratdığı  antroponimlər 

müxtəlif    insan  simalarını  və  xarakterlərini  maraqlı  şəkildə  özündə 

birləşdirir  ki,  bu  da  onun  güclü  müşahidəçilik  qabiliyyətindən  xəbər  verir. 



Məleykə,  Safura,  Səməd,  Məlik,  Sənubər,  Kərim,  əmioğlu  Bəylər,  xalaqızı 

Mədinə, Məlekə xanım və s. 

Yazıçı  Elçin  yaradıcılığında  zoonimlərdən  də  istifadə  etmiş,  onların 

bədii–üslubi  imkanlarından  faydalanmışdır.  Məs.;  “Dolça”  hekayəsində 

“Dolça” itə verilən addır. 

Kosmonimlər: Dilimizdə səma cisimlərinin adlarını bildirən sözlərin 

mövqeyi  xüsusidir.  Səma  cisimləri  dedikdə  Günəş,  Ay,  Yer,  ulduzlar, 

bürclər,  kraterlər  və  s.  nəzərdə  tutulur.  Şübhəsiz  ki,  müxtəlif  planetlərə, 

bürclərə, ulduzlara verilən adlar şərti - ləqəb xarakteri daşıyır. Astronomik 

adlar,  ümumiyyətlə  şərq  ədəbiyyatında  çox    geniş  yayılmışdır.  Belə 



 

 

10 



adlardan  biri  də  Zöhrədir.  M.  H.  Təhmasib  yazır:  “Zöhrə  -  qədim 

mədəniyyətə  malik  bütün  xalqlarda,  həm  ilahə-məbdud,  həm  də  onun 

atributu  olan  ulduz  kimi  müqəddəs  sayılmışdır.  Qərinələrdən  gələn 

təsəvvürlərə görə, Gözəl qız – qadın şəklində təsəvvür edilən Zöhrə  qədim 

şümerlərdən  başlayaraq  Romada,  Yunanıstanda,  İranda,  Babildə,  Ərəb 

dövlətlərində,  eləcə  də  Zaqafqaziya  xalqlarında    məhəbbət,  su, 

məhsuldarlıq, gözəllik, musiqi, rəqs ilahəsi kimi təsdiq olunmuş, onun hətta 

su köpüyündən yarandığı da zənn edilmişdir 

1

. Elçin yaradıcılığında az rast 



gəlinən kosmonimlər bunlardır: Dan yeri; Suheyl ulduzu və s. 

Ktematonimlər.  Azərbaycan  dilində  maddi-mədəniyyət  abidələrinin 

elm və texnika, mədəniyyətlə bağlı əsərlərin, xüsusi əşyaların, fəxri adların, 

inzibati  idarə,  təşkilat  və  s.-in  adını  bildirən  yüzlərlə  onomastik  vahid 

buraya  daxildir.  Ktematonimlər  indiyədək,  demək  olar  ki,  dilçilik  tədqiqat 

larından kənarda qalmışdır. 

Elçin  yaradıcılığında ktematonimlərin  - xrononimlərin yaranmasının 

özünəməxsus  prinsipləri  vardır.  Bunlardan  bir  neçəsini  nəzərdən 

keçirək:“Oktyabr bayramı”, “Bahar bayramı”, “Bilik günü” və s. 

Xrononimlərin  yaranmasında  əsasən,  saylar  iştirak  edir:  31  Dekabr 



həmrəylik  günü.Tarixi  hadisələrin,  siyasi  dövrlərin  əsas  mahiyyəti 

xrononimlərin  semantik  sferasında  mütləq  əks  olunur:  Məs.  “20  Yanvar”, 



”Şəhidlər günü” və s. 

3. İdeonimlər. Elm,  mədəniyyət, bədii ədəbiyyatla bağlı  əsərlərin  və 

digər  materialların,  nəşriyyat,  mətbuat  və  s.  adını  bildirən  onomastik 

vahidlər  ideonimlərdir.  Dilimizin  onomastik  leksikası  və  Elçinin 

yaradıcılığı  bu  cür  adlarla  çox  zəngindir.  Həmin  adları  aşağıdakı  qruplara 

bölmək olar: nəşriyyat,

 

qəzet və jurnal, bədii əsər adları və s. 

Elçinin  hekayələrinin  adlarına  nəzər  salaq:  Sarı  gəlin”,  “Qarabağ 

şikəstəsi”,  “Dolça”  hekayələriilə  tanış  olduqda  məlum  olur  ki,  yazıçı 

onların  heç  birinə  təsadüfi  deyil,  əsərin  ideyasına,  məzmununa  uyğun  ad 

seçmişdir ki,bu da Elçin yaradıcılığına xas ən sadə və uyğun  manevrdir.  

Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  bədii  əsərə  adqoyma  uğurlu 

olduqda  bu,  yazıçının  dildə  yeni  ifadə  tərzi  yaratması  hesab  olunmalıdır. 

“Elçinin yaradıcılığında da bir çox hekayələri, xüsusən də “Baladadaşın ilk 

məhəbbəti” əsərinin adı da olduqca maraqlı alınmışdır. 

                                                             

1

 Əlizadə Z. Atalar sözlərində onomastik layın sintaktik və semantik xüsusiyyətləri. 



AOP, elmi-onomastik jurnal, III, Baki, 1990 , s.232.

 



Yüklə 248,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə