Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 248,88 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix06.05.2018
ölçüsü248,88 Kb.
#42891
1   2   3   4   5   6   7   8   9

 

 

15 



3.  Morfoloji  yolla  yaranan  onomastik  vahidlərdə    əsas  model  kök  + 

şəkilçi  modelidir. Bu haqda da tədqiqatçıların müxtəlif fikirləri olmuşdur

1



 Azərbaycan  dilində  leksik  şəkilçilər,  eləcə  də  leksik-qrammatik 



şəkilçilər  xüsusi  adların  yaranmasında  fəal  iştirak  edir.  Bu  şəkilçilərin 

içərisində daha fəal  işlənən şəkilçilər aşağıdakıladır.1) -lı

4

,  2) -ıstan,  3) -



lıq

4

, 4) -çı



4

, 5) -ış


4

, 6) -ı


4

, 7) -ım


4

, 8) -cıq

4,

, 9) -an


2

, 10) -ar

(r), 11) -lar



2

, 12) 


-laq

2

, 13) -maz



3

, 14) -ça

2

, 15) -ca



2

, 16) -çın

4

, 17) -qın



4

, 18) -ə, 19) -ş və s. 

Bu  şəkilçilər  vasitəsilə  müxtəlif  apelyativ  vahidlər  yarandığı  kimi, 

onomastik vahidlər də əmələ gəlir. 

4.  Sintaktik  üsulla  yaranan  onomastik  vahidlər  mürəkkəb  analitik 

üsul  adlanır.  Yəni  burada  iki  və  daha  artıq  söz  müxtəlif  münasibətlər 

əsasında birləşərək bir mürəkkəb leksik vahid əmələ gətirir, iki istiqamətdə 

müşahidə  olunur:  1.  sırf    sintaktik    qaydada  ad  yaratma.  2.  sintaktik-

morfoloji qaydada ad yaratma.  

Sırf sintaktik  qaydaya aid  modellərdən  kök +  kök, kök + kök +  kök 

və  s.  modellərinin  özünəməxsus  xüsusiyyətləri  var.  Sintaktik-morfoloji 

qaydada yaranan xüsusi adların da özünəməxsus modelləri var. Burada kök 

+ kök + şəkilçi ; kök + şəkilçi + kök;  kök + kök + şəkilçi + şəkilçi;  kök + 

kök  +  kök  +  şəkilçi;    kök  +  şəkilçi  +  kök  +  şəkilçi

2

.  Bu  modellərin 



onomastik  vahidlərin  yaranma  yollarının    öyrənilməsində  böyük 

əhəmiyyəti və rolu vardır. 

 Sadə onomastik vahidlər bir kökdən ibarət olur.Elçin yaradıcılığında 

sadə  adlar  digərlərinə  nisbətən  azdır  və  lakonikliyə  xidmət  edir.  Yazıçının 

əsərlərindəki    Fərman,  Nisə,  Səfər,  Roza,  Ələkbər,  Nəsir,  Kəriş  və  s.  kimi 

adlar bu qəbildəndir. 



 Düzəltmə  onomastik  vahidlər  kök  və  şəkilçidən  ibarət  olur.  Məs., 

Qaravolçu,  Nəcəfəli,  Fətullagil  və  s.  adlara  təsadüf  edilmişdir.  Mürəkkəb 

quruluşlu  onomastik  vahidlər  digər  adlara  nisbətən  çoxluq  təşkil  edir: 

Qeysəbdül, Baladadaş, Məsməxanım və s. 

Elçin  yaradıcılığında  leksik  üsulla  yaranan  antroponimlər:  məs., 

“Toyuğun  diri  qalması”-  nda  Nisə  adı:  Bu,  bildiyimiz  kimi,  “Qurani-

Kərim” də Nisa surəsi ilə bağlıdır, ümumi sözdən xüsusi ad yaranıb. Həmin 

əsərdə Səfər adı da işlənmişdir.  Bu ad da Qurani Kərimin “Səfər” surəsi ilə  

                                                             

1

 



Cəfərov S. Müasir Azərbaycan dili, Bakı, Maarif, 1970,  s.155.

 

2



 Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları. I c. Bakı, Nurlan, 2004,  

s.469.


 


 

 

16 



əlaqədardır.  Semantik  üsulla  xüsusi  sözlər  ümumidən  konversiya  yolu  ilə 

yaranır:  I.  Sifətin  substantivləşməsi:  Gicbəsər,  Şirin,  Qaratel  (“Əbdül 

Qafarzadə”), Adil (“Mahmud və Məryəm”),  Bədiheybət, Əsmər, Əzizağa, 

Şirinxanım,  Təlxək, Müqəddəs  Qoca və s. də maraqlı prosesdir. II. Sayın 



substantivləşməsi:Vahid  Bədheybət  və  s.  Semantik  yolla  yaranan    adlar 

daha  çox  ləqəblərin  birinci  tərəfində  öz  əksini  tapır.  Məs.:  Beşbarmaq 

Əsədağa, 

Çopur 


Nəcəfquluzadə 

(“Çopur 


əlaməti”), 

(“Sonbeşik 

Böyükxanım”) Sonbeşik; Quşvuran  Fazil, Gödəkboylu professor və s. 

 Morfoloji  üsulla  yaranan  antroponimlər  Elçin  yaradıcılığında 

özünəməxsus  xüsusiyyətləri  ilə  seçilir.  Onun  əsərlərində  yuxarıda  qeyd 

etdiyimiz  şəkilçilərin  bir  çoxu  iştirak  edir.  Bəzi  dilçilər  morfoloji  yolla 

onomastik  vahidlərin  yaranmasını  qəbul  etmirlər,  hesab  edirlər  ki,şəkilçi 

onun onomastik vahidə çevrilənə qədərki tərkibində olur. 

Elçinin  antroponimik  sistemini  zənginləşdirən  adların  yaranmasında 

fəal olan morfoloji əlamətlər aşağıdakılardır: 



 1.  -lı

4

.  Güllü,    Kazımlı,  Mürsəlbəyli,  Qəribli,  Bozdağlı,  Saqlı, 

İldırımlı. 2. -lıq

4

Bu şəkilçi digər budaq morfemlərə nisbətən az məhsuldar 

olmuşdur.  Məsələn,  Məcnunluq...3.  -çı



4

.  Kitabxanaçı  Nəcəf,  Qarovulçu 

Əflatun, Süpürgəçi Nastya,Yolçu. 4. -ı

4

. Məşədi, Gülcahani, Burari, 5. -keş

Xarkeş Mahmud. 6.-an



2

. Mərdan.7. -muş. Durmuş xan. 8. -ak



2

.  Rövşənək. 



9. -lar

2

. Bəylər. 10. -maz



2

. Solmaz. 11. -man. Salman. 12. -gil. Fətullahgil, 

Ağagil, İbrahimgil. 13. -a

2

. Amalə, Bədurə, Səfurə, Tahirə, Mövlanə. 14. -



ski. Trotski, Mayakovski, Menyinski... 15. -ula. Fətulla, Abdulla, Əsədulla, 

16. -andə, -əndə. Fəxrəndə. 17. -ullah. Fərəcullah, Kəlimullah...  

Elçin  yaradıcılığında  mürəkkəb  analitik-sintaktik  yolla  yaranan 

antroponimlər  daha  çox  üstünlük  təşkil  edir.  Qeyd  etdiyimiz  kimi,  A. 

Qurbanov  sintaktik  yolla  əmələ  gələn  onomastik  vahidləri  iki  qrupa 

bölmüş, onların müxtəlif modellərini göstərmişdir. 

Yazıçının  yaradıcılığındakı  antroponimləri  nitq  hissələrinin  iştirakı 

baxımından araşdırarkən aşağıdakı xüsusiyyətlər daha çox diqqəti cəlb edir: 

1.İsimdən  yaranmış  adlar:  Qızıl  Musayev,  Norveçli    Dürdanə.2.  Sifətdən 

əmələ gəlmiş antroponimlər: Safura, Məleykə, Nəcibə, Bufetçi, Şirinxanım. 

3. Feildən  düzəlmiş şəxs adları: Solmaz.4. Saydan  düzələnlər: Beşbarmaq, 



Zərfdən, hətta nidadan əmələ gələn adlar vardır. 

Elçin  Əfəndiyev  yaradıcılığında  antroponimlər  içərisində  elliptik  - 

adlara da rast gəlinir: məs. Müseyif – Müsü (“Göy üzünün ulduzlu vaxtları” 

hekayəsindən) və s. 




Yüklə 248,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə