Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


partiya üzvləri və tərəfdaşlarımız səy göstərəcəklər. (Baku Post



Yüklə 253,13 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix11.12.2023
ölçüsü253,13 Kb.
#145330
1   ...   8   9   10   11   12   13   14   15   16
XƏLİLOVA AYSEL .AZƏRBAYCAN DİLİNDƏ İDMAN LEKSİKASI

partiya üzvləri və tərəfdaşlarımız səy göstərəcəklər. (Baku Post 
qəzeti.25.07.2012.№ 29) 
Qeyd olunan qəzet səhifəsindən götürülmüş bu mətndə bir sıra 
idman terminologiyasında işlədilən terminoloji birləşmələrə rast gəlirik: 
hücum strategiyası, iddialı qüvvələr, komanda, müdafiə, qələbə 
və s. 
İdman terminlərinin əksəriyyəti, qeyd etdiyimiz kimi alınmalardır. 
Bu alınmalar daha çox dilimizə rus dili vasitəsilə keçən Avropa mənşəli 
sözlərdir. Rus dilinin təsiri xüsusən alınma idman sözlərində özünü daha 
çox hiss etdirir. Belə ki, bir çox dünya ölkələrində işlənən, eyni zamanda 
öz orijinal adı Torino olan şəhər bizdə Turin kimi ifadə olunur. Onə görə 
ki, ruslar məhz bu şəhəri belə adlandırırlar. Şəhərin böyük komandası 

Yuventus
” dur. Məhz həmin komandanın adı “
Yuventus
” Turin kimi 
gedir. Halbuki, həmin şəhər Torinodur. Diqqət edək: “
Turinlilər ÇL-in 
“Qalatasaray”la matçında əsas heyətin iki üzvünü itirib
” (“Futbol+” 
qəzeti, 5-6 oktyabr, 2013-cü il). Eynilə “
Bavariya
” komandası da rus 
dilində bu şəkildə ifadə edildiyinə görə dilimizdə də belə işlədilir. Amma 
orijinal adı “
Bayer Münhen
” dir və bütün dünya ölkələri də bu cür 
işlədir. Amma bizim qəzetlərdə “
Bavariya
” yazılır: “
Bayer-04” son 3 
oyunda iki dəfə “Bavariya”nı udub
” (“Futbol+” qəzeti, 5-6 oktyabr,
2013-cü il).
Dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış idman 
növü futboldur. Ona görə də, bizdə qəzetlərdə futbola daha çox yer 
verilir. Bizdə futbola aid qəzetlər var ki, o qəzetlərdə müəyyən bir hissə 
idmanın digər növlərinə aid edilir. Ona görə də terminlərin çoxu futbolla 
bağlıdır.Müstəqilliyimizin ilk illərində daha çox öz dilimizin hesabına 
yaranan terminlər üstünlük təşkil edirdi. Məsələn, 
küncdən vurulan zərbə 
və ya
künc zərbəsi, 11 metrlik cərimə zərbəsi, qapıdan vurulan zərbə və 
s
. İndi bunlarla yanaşı daha çox beynəlmiləl sözlər, dünya ölkələrinin 
çoxunda işlədilən terminlərdən istifadə olunur. Məsələn 
küncdən vurulan 
zərbə indi- korner ( corner) kimi , 11 metrlik cərimə zərbəsi- penalti 
(penalty) kimi, oyundan kənar vəziyyət - ofsayt
kimi istifadə olunur. 
Bunlarla yanaşı elə sözlər var ki, onlar öz dilimizin hesabına 
yaranıb. "
Qapıçı"
belə sözlərdəndir. Amma çox təəssüf ki, son dövrlərdə 
bəzən "
qapıçı"
termini yox, məhz ingilis sözü olan "qalkiper" ( 
goolkeeper) işlədilir. Eyni zamanda "
cərimə zərbəsi
"nin yerinə yenə də 
ingilis sözü olan "fol" (foul) işlədilir. Bu yersiz sözlər dilimizdə ağırlıq 
yaradır. Çətin ingilis dilli sözlərin işlədilməsinin əvəzinə öz dilimizin 
hesabına yaranan terminlərə müraciət etməyimiz daha məqsədə uyğun 
24 
olar. 
Mətbuat dilində məcazlaşmış idman terminləri geniş dairədə 
işlənir. Məs: "
Ağ-göylər
"
in həmişə olduğu kimi, "transfer bazarı"ndakı 
passivliyi sərgilənən futbola təsirsiz ötüşə bilməzdi
.” (“Futbol+” qəzeti, 4 
sentyabr, 2013-cü il) Burada "
Ağ-göylər
" dedikdə “
İnter
” futbol 
komandası nəzərdə tutulmuşdur ki, bu rənglər də bu klubun geyiminə 
aiddir. 
“Amma reallıq budur ki, "təyyarəçilər" hamıdan yüksəkdə 
uçmaqdadı
” (“Futbol+” qəzeti, 12 sentyabr, 2013-cü il). Burda da 
“təyyarəçilər” dedikdə “
AZAL
” komandası nəzərdə tutulmuşdur. Bu da 
metonimiyanın bir forması olan sinekdoxa sayılır. “Bakı Olimpiadadan 
əlini üzdü” cümləsində küllün bir hissəsi işlənmişdir. Bütün formada 
cümlə belə olmalıdır: Bakı əhli, Bakı camaatı, Bakı idmançıları 
Olimpiadadan əlini üzdü. Burada – mətndə eyni zamanda “əlini üzmək” 
frazeologizmi , sinekdoxa (bədii təsvir vasitələrindən biri) işlənmişdir.
Dissertasiyanın 

Yüklə 253,13 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə