Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 253,13 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix11.12.2023
ölçüsü253,13 Kb.
#145330
1   2   3   4   5   6   7   8   9   ...   16
XƏLİLOVA AYSEL .AZƏRBAYCAN DİLİNDƏ İDMAN LEKSİKASI

 
 
 Dissertasiya Şurasının elmi katibi,
 filologiya üzrə elmlər doktoru: N.F.Seyidəliyev 



İŞİN ÜMUMİ SƏCİYYƏSİ 
Mövzunun aktuallığı
. "Azərbaycan dilinin qloballaşma şəraitində 
zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair 
Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 
prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı
1
müasir 
dövrün tələblərinə cavab verən aktual bir sənəd kimi diqqəti cəlb edir. Bu 
sənədin tələblərinə müvafiq olaraq qeyd etməliyik ki, bu gün Azərbaycan 
yüksək sürətlə dünyaya inteqrasiya edir. Bu inteqrasiyanın fonunda ölkənin 
elmi və ictimai həyatında bir çox sahələrin inkişafı diqqəti cəlb edəcək 
qədər çoxdur. Bu prosesin tərkib hissəsi olaraq Azərbaycan dilçiliyinin 
qarşısında duran mühüm vəzifələrdən biri də ayrı-ayrı sahə leksikalarının və 
terminlərinin araşdırılmasından, dilimizin inkişafında onların oynadığı rolu 
müəyyənləşdirməkdən ibarətdir. Bu gün ölkəmiz dünya idmanının əsas bir 
hissəsinə çevrilməkdədir. İdman sahəsində istifadə olunan yeni termin və 
sözlərin dilimizə daxil olması təbii bir prosesdir. Dünya proseslərinə ən fəal 
müdaxilə edən idmanın özünəməxsus leksikası sahə leksikaları sırasında 
xüsusi fərqlənir. Belə ki, Azərbaycan dilinə yeni idman terminləri intensiv 
şəkildə daxil olur. Daxilolma prosesi o qədər sürətlə baş verir ki, mətbuat 
orqanları yad dillərdən alınan terminləri ya olduğu kimi, ya da qeyri- peşəkar 
şəkildə “dilə uyğunlaşdırır” və " kütləviləşdirir" . Məhz buna görə də idman
leksikasının elmi araşdirilması aktualdır.
Son illər Azərbaycan dilçiliyində idman leksikasına dair məqalələr 
yazılmış, terminologiya problemlərindən bəhs edən elmi tədqiqat əsərlərində 
ötəri məlumatlar verilmiş , fiziki tərbiyə və idman fakültələrində tədris 
vəsaiti rolunu oynaya biləcək lüğətlər tərtib edilmişdir.
2
Lakin idman 
leksikası dilçilik elminin aktual bir problemi kimi xüsusi tədqiqat obyekti 
olmamış, dilimizin lüğət tərkibinin zənginləşməsində onun oynadığı rol 
geniş planda tədqiq edilməmiş, leksikologiyamızın inkişaf tarixindəki 
mövqeyi ətraflı araşdırılmamışdır. 
Dilimizin lüğət tərkibindəki idmana aid söz və terminləri seçib 
toplamaq, sistemə salmaq , onları təsnif etmək , struktur-semantik, 
etimoloji xüsusiyyətlərini araşdırıb öyrənmək, ən başlıcası isə həmin
1
Ədəbiyyat qəzeti, 12 aprel 2013, 13-cü nömrə.
2
Balayeva V.G. Azərbaycan dilində olan bədən tərbiyəsi və idman terminləri haqqında. 
Azərbaycan terminologiyası problemləri. Bakı, "APİ"-nin nəşri, 1988, səh.301

sözlərin Azərbaycan dilinin leksikasındakı yerini , rolunu və mövqeyini 
müəyyənləşdirmək və çıxarılan elmi-nəzəri nəticələr işin aktuallığını bir 
daha sübut edir. 

Yüklə 253,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə