Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 253,13 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix11.12.2023
ölçüsü253,13 Kb.
#145330
1   2   3   4   5   6   7   8   9   ...   16
XƏLİLOVA AYSEL .AZƏRBAYCAN DİLİNDƏ İDMAN LEKSİKASI

Tədqiqatın obyekti 
Azərbaycan dilində işlənən idman leksikasıdır. 
Dissertasiyada bu sahədə mövcud elmi nəticələrə istinad edilmişdir. 
Tədqiqatın predmeti
Azərbaycan dilinin idman leksikasının leksik-
semantik və struktur baxımından təhlilindən ibarətdir. 
Tədqiqatın elmi yeniliyi. 
Təqdim olunan dissertasiya işində 
Azərbaycan dilinin idman leksikası ilk dəfə olaraq ayrıca elmi təhlilə cəlb 
olunur, bu sahə leksikası sistemli şəkildə struktur-semantik istiqamətdə təhlil 
olunur. İdman leksikası ilə bağlı linqvistik proseslər struktur-semantik, 
leksik-qrammatik istiqamətlərdə üzə çıxarılır, terminoloji vahidlərin ifadə 
etdiyi anlayışlar leksikanın bu təbəqəsinin formal-qrammatik xarakteri açılır. 
İlk dəfə olaraq, sahə leksikası hüdudunda funksionallaşma məsələləri, 
həmin terminlərin işlənmə-fəaliyyət proseslərində yeni dil hadisələrinin 
nəticəsi kimi üzə çıxarılır ki , bunları da tədqiqatın elmi yeniliyi kimi 
göstərmək olar. 
Müstəqillik illərində idmana verilən üstünlüklər nəticəsində 
Azərbaycan dilində işlənən idman sözləri və terminləri ilə əlaqədar ümumi 
semantik proseslərin təhlilə cəlb edilməsi də işin elmi yeniliyini şərtləndirir. 
Tədqiqat işinin əsas müddəaları. 
1.Azərbaycan dilçiliyində idman leksikası haqqında kiçik məlumatlar 
verilsə də, o xüsusi tədqiqat mövzusu olmamış, geniş araşdırılmamışdır. 
2.İdman leksikasının yaranması təxminən IV əsrə təsadüf edir. O 
dövrlərdə
güləş, çövkən, atçılıq, oxatma
kimi idman oyunlarının adları artıq 
mövcud idi. 
3.İdman leksikasının fonetik, qrammatik və leksik xüsusiyyətləri ilə 
yanaşı, bu qrup sözlərin özünəməxsus əlamətləri də vardır. Dildə onların 
məcazlaşma imkanları daha çoxdur.
4.Bəzi idman terminlərinin istifadəsi zamanı morfoloji formaların 
yaratdığı dubletlər də özünü göstərir. İdman leksikasında yuva yaradan 
idman sözləri çox işləkdir.
5.Semantik dəyişmə nəticəsində idman terminlərinin metaforik, 
metonimik və funksional dəyişməsi baş verir. 
6.İdman leksikasında türk və ümumşərq mənşəli terminlərin olmasına 
baxmayaraq, müasir Azərbaycan idman leksik sistemin əsasını Avropa 
mənşəli söz və terminlər təşkil edir. 
8. İdman leksikasının mətbuat dilindəki vəziyyəti sabit deyil. 



9. Azərbaycan dilində beynəlmiləl terminlərin əksəriyyəti ingilis və rus 
mənşəlidir. 

Yüklə 253,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə