Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 253,13 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix11.12.2023
ölçüsü253,13 Kb.
#145330
1   2   3   4   5   6   7   8   9   ...   16
XƏLİLOVA AYSEL .AZƏRBAYCAN DİLİNDƏ İDMAN LEKSİKASI

Tədqiqatın mənbələri.
Ən qədim mənbələr kimi Mahmud Kaşğarinin 
“Divani-lüğət-it türk” əsəri, klassik Azərbaycan ədəbiyyatı və folklor 
nümunələri, izahlı lüğətlər, Azərbaycan, türk, rus dilçilərinin bu problemlə bağlı 
tədqiqatları, terminoloji lüğətlər və s. götürülmüşdür, bu mənbələr əsasında 
idman terminlərinin formalaşma və inkişaf tarixi izlənilmişdir. 
Tədqiqatın aprobasiyası
. Dissertasiya işi AMEA Nəsimi adına Dilçilik 
İnstitutunun Lüğətçilik şöbəsində hazırlanmışdır. Mövzu ilə əlaqədar 11 məqalə, 
2 tezis və “İdman terminlərinin izahlı lügəti” dərc edilmişdir. 
Dissertasiyanın quruluşu. 
Tədqiqat işi girişdən, iki fəsil, nəticə, istifadə 
olunmuş ədəbiyyat siyahısından və qısa idman terminləri lüğətindən ibarətdir. 
TƏDQİQATIN ƏSAS MƏZMUNU 
Dissertasiyanın “Giriş”ində mövzunun aktuallığı, tədqiqatın məqsəd 
və vəzifələri, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti, metod və 
mənbələri, aprobasiyası haqqında məlumat verilir. 
Dissertasiyanın birinci fəsli 
“Azərbaycan idman leksikasının 
formalaşması və inkişafı tarixi” 
adlanır. Bu fəsildə idman leksikasının 
tədqiqi məsələləri, yaranma tarixi və inkişafı, fonetik, qrammatik və 
semantik xüsusiyyətləri müəyyənləşdirilir.
İdman leksikasının tədqiqi məsələlərinə toxunmazdan əvvəl 
leksikanın mahiyyəti, onun dilçilik sahəsindəki yeri və vəzifəsi haqqında 
danışmaq daha məqsədəuyğundur. “Leksika dildə olan sözlərin cəminə 
deyilir. Başqa sözlə, dildə olan bütün sözlər birləşib dilin leksikasını əmələ 
gətirir... Leksika dilin bazisli səviyyələrindən hesab olunur. Onun əsas vahidi 
sözdür”.
1
Bir çox dünya dilçiləri "söz" anlayışının mövcud olmadığını
2
...,
1
A.Axundov. Ümumi Dilçilik . Bakı, "Maarif", 1988, səh.157.
2
Щерба Л. В. Сравнительная фонетика тюркских языков. Л. Наука, 1970, c.175
1
Фердинанд де Соссюр. Заметки по общей лингвистике. М., Прогресс, 1990, c.107
2
Реформатский А. А. Введение в языковедение. М. 2008. c.60.
3
A.Axundov. N.Məmmədov. Dilçiliyə giriş. "Maarif", Bakı,1980, səh. 100 



"söz"ün bizim təsəvvürümüzdəki dilin konkret vahidi ilə uyğun gəlmədiyini 
söyləsələr də

, onların dilin məna daşıyan müstəqil vahidi olduğunu 
deyən, onun nominativ xarakterini səciyyəvi xüsusiyyəti kimi
vurğulayan
2
alimlər də olmuşdur. 
Azərbaycan dilinin idman leksikası xalqımızın maddi və 
mənəvi mədəniyyətindən doğan zəngin və rəngarəng leksik-semantik 
söz qruplarını təşkil edir. Onlar dilimizin zənginləşməsində xüsusi 
rol oynayır, çünki fikrimizcə sözün dil üçün əhəmiyyəti olduqca 
böyükdür, "sözsüz heç bir fikir ifadə oluna bilməz”
3
. Ümumi 
leksikanın içərisində hər bir elmi-sahə terminləri xüsusi yer tutur və 
bunlar ayrıca sistem yaradır. Bu, terminoloji sistem adlanır və bu 
sistemin xüsusi dili olur. Ümumi terminoloji sistemin bir hissəsi 
olan idman terminologiyası idman sahəsinə aid olan leksikanı deyil, 
ümumilikdə ədəbi dilin ümumi leksik fondunda da öz rolunu 
oynamaqdadır.
Tədqiqat işinin 

Yüklə 253,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə