Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


yarımfəslində Azərbaycan dilində idman



Yüklə 253,13 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix11.12.2023
ölçüsü253,13 Kb.
#145330
1   ...   8   9   10   11   12   13   14   15   16
XƏLİLOVA AYSEL .AZƏRBAYCAN DİLİNDƏ İDMAN LEKSİKASI

2.5. yarımfəslində Azərbaycan dilində idman 
terminlərinin leksikoqrafik təsviri (lüğətlər)
araşdırılır. 
Dilimizdəki idman leksikası lüğət tərkibində önəmli yer tutur. 
Sahənin sözləri lüğətlərdə verilmiş və lüğətlərin inkişaf gedişində həcmi, 
sahələri dəyişərək yeniləşlmişdir. Bu sahədə Azərbaycanda S.Əliyevin, 
H.Rəhimovun, S.Hüseynovun əməyini, fəaliyyətini qiymətləndirmək 
lazımdır.
Azərbaycan dilində idman terminlərinin leksikoqrafik təsviri 
göstərir ki,
 
Azərbaycanda idman leksikasının inkişaf dinamikası lazımi 
səviyyədədir. Bu dinamika idmanın təkmilləşməsi və inkişafı ilə bağlı 
gün-gündən yeniləşir. Bu sahədə yeni hadisələrin yaranması, idman 
ustalığının artması, yeni element və birləşmələrin meydana çıxması, yarış 
qaydalarının dəyişməsi ilə onları ifadə etmək üçün yeni terminlər və 
terminoloji birləşmələr meydana çıxır və təbii ki, yenə də 
formalaşacaqdır. 
Dissertasiyanın 
"Nəticə"
hissəsində tədqiqatdan əldə olunmuş 
elmi qənaətlər ümumiləşdirilir. 
1.
Azərbaycan dilinin idman leksikasının formalaşması təxminən V əsrə 
təsadüf edir. Qədim idman terminləri Azərbaycan dilində xüsusi lay 
təşkil edir. Bu lay qədim idman sahələrinin keçmişini qoruyub 
saxlamışdır. Qədim idman leksikası Azərbaycan dilinin yazılı 
abidədələrinin dilində və digər türk dilli abidələrdə qorunur. 
2.
İdman leksikasının böyük bir qismini təşkil edən əcnəbi sözlər 
dilimizdə fonetik, qrammatik və semantik dəyişikliyə məruz qalır



25 
3.
İdman leksikasında məcazlaşma prosesi fəaldır. 
4.
Dissartasiyada Azərbaycan dilinin idman leksikasında bütün idman 
növləri sahələrə bölünmüş, sistemə salınmışdır. 
5.
İdmanın ənənəvi növləri öz inkişafını yeni formalarla davam etdirmiş 
və bu xüsusda yeni terminoloji vahidlər yaranmışdır. 
6.
İdman leksikasında gedən təbii bir proses – semantik proses analiz 
olunmuşdur. Bu prosesi yaradan çoxmənalılıq, omonimlik, dubletik və 
antonimlik hadisələri əsasında prosesin intensivliyi aşkar olunur. 
7.
Azərbaycan dilinin idman leksikası zəngindir. Dilin öz sözləri ilə 
birlikdə şərq və qərb mənşəli sözlər də mövcuddur. Daxiolma prosesində 
bu sözlər dilin öz quruluşuna uyğun formalaşmışdır. 
8.
Azərbaycan idman leksikasının KİV-də araşdırılması göstərir ki, dilin 
zəngin resursları mətbuat dilində qorunub saxlanılmır. 
9.
Azərbaycan dilində idman terminlərinin leksikoqrafik təsvirini lazimi 
səviyyədə hesab etmək olar. Müstəqillik illərində bu sahədə lüğətlər nəşr 
edilmişdir. 
10.
Azərbaycan dilinin leksikasını qohum dillə (Azəri türkcəsi-Türkiyə 
türkcəsi) müqayisəli araşdırılmasından məlum olmuşdur ki, hər iki dilin 
leksikasında fonetik tərkibi cüzi fərqlənən sözlər və terminlər vardır. Bu 
sözlər adətən eyni məna versələr də fərqli mənalarda işlənən leksik 
vahidlər mövcuddur. 
11.
Tipik əlamətlərdən biri
idman termin və ifadələrinin əmr formasında 
işlənməsidir. Bu formalar elliptik xarakter daşıyır.
12.
Azərbaycan dilinin idman leksikasında elə leksik vahidlər vardir ki
dilə termin kimi gəlib adi sözə çevrilmişdir və ya dilin öz sözü terminə 
çevrilmişdir. Bu, Azərbaycan idman leksikasının səciyyəvi xüsusiyyət-
lərindən biridir.
Dissertasiya mövzusu ilə əlaqədar aşağıdakı kitab, məqalə və 
tezislər çap olunmuşdur: 
1. İzahlı idman terminləri. Bakı, 2011. 193 s. 
2. Alınma terminlərin xüsusiyyətləri. Onomastika. Elmi-onomastik jurnal 
№1.Bakı.2009. s. 135-139 
3.Azərbaycan dilinin idman terminologiyasının formalaşması və inkişaf 
yolları., "Tədqiqlər". Bakı. 2009. №3. s.116-122. 
4. Azərbaycan dilində idman terminlərinin quruluş mənşə xüsusiy-
yətlərinə dair. BDU, Dil və ədəbiyyat, beynəlxalq elmi-nəzəri jurnal. № 
5. Bakı. 2009. s.36-39. 
5. İdmana aid sözlərin- oyun adlarının yaranma tarixi və əsas istiqa-
26 
mətləri. Onomastika, elmi-onomastik jurnal №1. Bakı. 2010. s. 124-129. 
6. Azərbaycan klassik ədəbiyyatında idman oyunlarının adları. AMEA, 
Terminologiya məsələləri. Bakı. 2010. s.169-178. 
7. Azərbaycan dilində idman terminlərinin sahələr üzrə nizama salınması. 
ADU. Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər. 
Beynəlxalq Elmi Konfrans. Bakı. 2010. s. 2 . 
8. Словарь спортивных терминов в азербайджанском языке. 
Тıлтаным, Языкознание. Институт языков Казахстан. Алматы. 2011. 
с.219-223. 
9. Uşaq oyun adlarının yaranma tarixi. ARTN. Doktorantların və gənc 
tədqiqatçıların XV Respublika Elmi Konfransının materialları. Bakı. 
2011. s.115-116. 
10. İdman leksikasının tədqiqi məsələləri. Slavyan Universiteti. Bakı, 
2013. s.29-34. 
11.
İdman leksikası KİV-də .Filologiya Məsələləri. №10. 2013.31-39 . 
12.
Спортивные термины Европейского происхождения в 
азербайджанском языке, их заимствование и пути перехода на язык. 
Вестник Московского Городского Педагогического Университета. 
№4. 2013. с.102-108. 
13. Sport Tourism Consumer Motivation (İdman turizmi və istehlakçı 
motivasiyası). International Tourism Congress. Antalya, 2014.2

Yüklə 253,13 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə