Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 253,13 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix11.12.2023
ölçüsü253,13 Kb.
#145330
1   ...   8   9   10   11   12   13   14   15   16
XƏLİLOVA AYSEL .AZƏRBAYCAN DİLİNDƏ İDMAN LEKSİKASI

2.3.1
. yarımfəslində 
"Beynəlmiləl 
idman 
terminləri
" araşdırılır. İdman dünyada və dünya dillərində beynəlmiləl 
xarakter daşıyır. Ona görə də lokal dairədən kənarda bir çox idman 
anlayışları və terminləri beynəlmiləl səciyyəlidir. Strukturuna görə 
1
Adilov M. Azərbaycan dilində abreviasiya və abreviaturlar. Bakı, “Elm”. 2010, səh.168 
2
Sadiqova S. Azərbaycan dilinin terminologiyası. Bakı, "Elm" 2011, səh. 114


21 
əcnəbi prototipindən demək olar ki, fərqlənməyən bu terminlər 
internasionalizmlərdir. Onlar milli termin, leksem, söz birləşməsi, 
təsviri ifadə vasitəsi ilə əvəz etmək mümkün deyil.İdman 
terminologiyasında da beynəlmiləl terminlərin bir çoxu ön şəkilçilərlə 
birlikdə mənimsənilmişdir. Beynəlmiləl idman terminləri quruluşuna 
görə sadə, düzəltmə, mürəkkəb, qoşa söz və söz birləşməsi formasında 
olur.
Sxem 14. 
Beynəlmiləl idman terminlərini struktur-semantik cəhətdən 
öyrənməyin böyük faydası vardır. 
Dissertasiyanın 
2.4. 
yarımfəsli "İdman leksikası KİV-də" 
adlanır.
Mətbuat dili, xüsusən də qəzetlərin dilində terminlər , o cümlədən 
idman terminləri başlıca yer tutur. Xüsusi idman qəzetləri ilə yanaşı, 
digər qəzetlərin bir səhifəsi idmanın müxtəlif sahələrinə həsr edilir. Bu 
da göründüyü kimi idmanın Respublikamızda daha aktual olduğunu 
göstərir. 
İdman terminlərinin və termin birləşmələrinin əksəriyyəti geniş 
oxucu (idmansevərlər) tərəfindən başa düşülür. Bu, koqnitiv baxımdan 
22 
çox əhəmiyyətlidir. Mətbuat dilini araşdırarkən əsasən aşağıdakıların 
üzərində dayanırıq: 
1)
Şəhər adı idman klubunun adına çevrilir: Məs.: “
Qəbələ” yeni 
çempionata tam hazırdır”
(525-ci qəzet.4 avqust,2012 – ci il) ; “
Qəbələ” 
də sənin mövqeyindən çıxış edən kifayət qədər yaxşı futbolçu var
” (yenə 
orada); 

Gözlənilmədən səfərdə "Lokomotiv"ə minimal hesabla yenilən 
"Neftçala"nın qələbə seriyası Bakıda qırıldısa, "Şahdağ" hələ də 
"Ağsu"nu məğlub edə bilmir”
(“Futbol+” qəzeti, 2 oktyabr, 2013-cü il); 

Bundan sonra "Bakı" nisbətən fəallaşsada, qələbə topu da qonaqlardan 
gəldi”
(“Futbol+” qəzeti, 4 avqust, 2013-cü il). 
2)
Peşə adı komanda adına çevrilir. Məs.: 
“Neftçi” belə səviyyəli 
transferlərlə uğurlu nəticə göstərməliydi” 
(yenə orada); “ 
MOİK 
“Bakı”nın bazasında aşkar autsayder “Energetik”i sınağa çəkib”
(“Futbol+” qəzeti, 5-6 oktyabr, 2013-cü il).
3)
Quş adı komandanın adına çevrilir. Məs.: “
ilk qarşılaşmanızı səfərdə 
“Simurğ” a qarşı keçirəcəksiniz”
(525-ci qəzet.4 avqust,2012 – ci il) 
4)
Termin terminin əvəzinə işlənmişdir. Məsələn, “
komanda
termini 
əvəzinə mətndə “
Zaqatala təmsilçisi”
terminoloji birləşməsi işlənmişdir
və üslubi məqam yaranmışdır. Məsələn: Zaqatala təmsilçisi yeni mövsüm 
üçün heyətini gücləndirib. (yenə orada). Yaxud da həmin komandanın 
baş məşqçisinin adı ilə də işlənə bilər: “ 
Qurban Qurbanovun komandası 
uğursuzluq zolağından parlaq qələbə ilə çıxdı
”; “ 
Sanki bu qol Pantiçin 
yetirmələrini şoka saldı”
(“Futbol+” qəzeti, 5-6 oktyabr, 2013-cü il).
5)
Dağ və düzənlik adları komanda adına çevrilir: 
“Kəpəz”, “Şahdağ”, 
“Göyəzən”, “Mil-Muğan” və s. Nümunə göstərək: “... bunun 
müqabilində Allahverdiyevli “Kəpəz”dən uğur gözlədiklərini dedilər
” 
(“Futbol+” qəzeti, 5-6 oktyabr, 2013-cü il).
6)
 
Şirkət, holdinq adları komanda adına çevrilir. Məsələn 
“Atasport”, 
“Akkord”, “Rabitə”, “Azəryol-Bakı”, “AZAL” və s.
Mətbuat dilində idman sözlərindən siyasi arenada da istifadə 
olunur.Məs:
Yeni Azərbaycan Partiyasının 2013-cü ildə keçiriləcək 
prezident seçkilərində namizədlərin bəlli olması Azərbaycanın ictimai-
siyasi həyatında canlanma yaratdı. Bu həm də siyasi rəqabətin favoritinə 
xas olan hücum strategiyasının kəsərli olmasını nümayiş etdirdi. YAP, 
Prezident İlham Əliyevin komandası , mövcud iqtidar monalitdir. 
Əhalinin böyük əksəriyyəti prezidentin siyasətini müdafiə edir. 2013-cü 
ildə YAP – ın rəsmi qurultayında İlham Əliyevin prezidentliyinə 
namizədliyi irəli sürüləcəkdir. Və İ.Əliyevin qələbə çalması üçün bütün 


23 

Yüklə 253,13 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə