Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 253,13 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix11.12.2023
ölçüsü253,13 Kb.
#145330
1   ...   8   9   10   11   12   13   14   15   16
XƏLİLOVA AYSEL .AZƏRBAYCAN DİLİNDƏ İDMAN LEKSİKASI

"idman leksikasının mənşəyi 
yaranma mənbələri və üsulları
" araşdırılır.
Dilimizin idman terminlərinin xüsusiyyətlərindən biri onların 
mənşəyi
ilə əlaqədardır. “İdman terminlərinin mənşəyini fiziki tərbiyənin 
tarixində, idman növünün özündə axtarmaq lazımdır”.
1
İdman anlayışları 
qərbdə və şərqdə geniş dairədə yayıldığı üçün həmin anlayışların 
ifadəsinə çevrilmiş terminoloji vahidlər də mənşəcə müxtəliflik 
yaratmışdır. Azərbaycan dilində işlənən idman terminlərini mənşə 
baxımdan üç qrupa ayırmaq olar: 
1.Milli mənşəli idman terminləri. (Belə terminləri tarixilik 
baxımından iki qrupda izah etmək olar: a) Azərbaycanın qədim idman 
terminləri; məs. fənd adları, cıdır adları, oyun və oyunla bağlı adlar, 
pəhləvanlarla bağlı sözlər və s. b)
Azərbaycanın müasir idman terminləri. 
2. Ümumşərq mənşəli idman terminləri: a) söz şəklində keçənlər: 
hakim, hücum, xana
və s; b) mürəkkəb söz şəklində olanlar: 
onbirmetrlik, 
estafetötürən, yerdəyişmə və s.
; c) Qoşa söz şəklində: 
əks-hücum, əks-
oyun, əks-tutma
və s.; d) söz birləşməsi şəklində: 
hərəkət sürəti, sürətli 
eniş
və s. 
3.Avropa mənşəli idman terminləri. a) İngilis mənşəli: 
futbol, 
basketbol, həndbol, pas, rinq, boks, qolf, softbol, sport 
və s.; 
b) 
fransız mənşəli: estafet
və s.; c) Alman mənşəli : 
ştanq

Əlavə et
d) İtalyan mənşəli :
dama, salto, atlet
e) Yunan mənşəli: 
gimnast, stadion, 
akrobatika
və s.; f)Rus mənşəli : 
konki, brus, bulava
və s.(Siyahı davam 
edə bilər).Bu terminlərin işlənmə tezliyi nəzərə alınır. 
İdman leksikasının tədqiqi istiqamətində öncə milli mənbələrin 
araşdırılması əsas önəm daşıyır. “Azərbaycan dilinin lüğət tərkibi əsasında 
terminlər yaradılması ilə əlaqədar, xüsusən, xalq dilinin dərindən öyrənilməsi 
zəruriyyəti qarşıya çıxır. Xalq dili qayğı və həssaslıqla tədqiq edilməli, 
öyrənilməlidir. Dil inkişafında onun əsas mənbə, tükənməz məxəz olduğu 
unudulmamalıdır”.
2
Dilin öz sözləri terminə çevrilir. Azərbaycan dilinin öz sözlərindən 
idman termini kimi istifadə olunur. Sözlərlə bağlı idman terminlərin 
əksəriyyəti hərəkət adlarından ibarət olur. Azərbaycan dilinin lüğət 
tərkibindəki idman leksikasını mənşə baxımından aşağıdakı kimi 
1
Hüseynov S.İzahlı idman terminləri, B., Yazıçı 2009.səh. 6.
2
Qasımov M. Azərbaycan dili terminologiyasının əsasları. Bakı. Elm. 1973. səh. 56 .


17 
qruplaşdırmaq olar: 
Hərəkət və proses adları felin leksik mənalarından biri olan hərəkət 
fellərindən əmələ gəlir .Məs: 
qaçma, tullanma, üzmə, sürüşmə
Belə idman sözləri -ma,-mə şəkilçiləri vasitəsi ilə düzəlir. 
-ma,-mə şəkilçili idman terminləri üç formada üzə çıxır: 
Sxem 9. 
İdman leksikası öz sözlərinin və terminlərinin müəyyən bir 
hissəsini şərqdən götürüb “dillərin lüğət tərkibinə ərəb, fars, rus 
dillərindən çoxlu söz və ifadələr daxil ola bilmişdir.”
1
Azərbaycan ədəbi 
dilində funksionallarmış ərəb və fars mənşəli terminlərin struktur 
tiplərinin, əsas anlayış sahələrinin tədqiqi dilimizin arxaik termin fondu
yaradıcılığı, sistemini, bu dillərin qarşılıqlı əlaqələrini, münasibətlərini 
öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir. Şərq dillərindən keçən 
terminlərinin quruluş görüntüləri fərqlənir. Məs: İki müxtəlif sait qoşa 
işlənir: 
dairə
, İki müxtəlif samit qoşa işlənir: 
təhlükə, zərbə, künc.
Ahəng 
qanunu pozulur: 
meydan, divar, hakim, məsafə, cəza, müdafiəçi və
s. 
Qeyd edək ki, Avropa mənşəli idman leksikasına aid sözlər 
dilimizin termin yaradıcılığında fəal iştirak edir, amma bu zaman həmin 
sözlər sözdüzəldici elementə çevrilir və yeni vəzifə qazanır. “yunan və 
latın dillərinin kök - şəkilçi sistemi arasındakı daxili əlaqələr inkişafdan 
qaldığı üçün dil elementləri sabitliyini qoruyub saxlayır və həmin 
elementlərdən hətta müxtəlif linqvistik sistemli dillərdə eyni şəkildə 
istifadə edilir”.
2
Həmin elementlər son və ön şəkilçi kimi işlənir. Belələri 
mürəkkəb quruluşda çıxış edir. Biz bu elementləri sxem şəkildə 
işləmişik: 
1
Ə.Zahidi . Müasir Ərəb dilində türk mənşəli sözlər. Bakı. "Elm". 1977.səh. 147 .
2
Məmmədli N. Alınma terminlər. Bakı, "Elm", 1997, səh. 68. 
18 
Sxem 10. 
Azərbaycan dilinə müxtəlif mənşəli terminlərin keçid yolları düz 
xətt üzrə inkişaf etmişdir. Məsələn: 
Sxem 11. 
Avropa mənbələrindən qaynaqlanan bu terminlər dilimizin daxili 
müvazinətini əsla pozmur, əksinə, Azərbaycan dilinin leksik sisteminin 
qanunauyğunluqlarına da tabe olur; yeni leksemlər lüğətlərin semantik 
strukturuna yenilik gətirir, yeni terminoloji sahələr formalaşır.
 
Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibini, idman 
dilini yeni terminlər də zənginləşdirir. Müasir idman növlərinin indi sayı 
30-a çatır. Məs: 
badminton, bayk, skuter, skeytbort, pley-off, tay-breyk, 
draft, bodibilder, kikbokser və s. 
İdman leksikasına sözlər və terminlər aşağıdakı üsullarla daxil 
olur: 


19 
Sxem 12. 
Ü
s
ul
la
r
Transterminləşmə
körpü, görüş, hakim və s.
Terminləşmə
Semantik
Metaforikləşmə
Morfoloji
Sintaktik
Kalka
zərbə,cavab və s.
canlı hasar (futbolda)
güləşçi, futbolçu və s.
1. mürəkkəb (yüngün atletika);
2. qoşa söz (giriş-keçid, dağ-xizək);
3. söz birləşməsi (Beynəlxalq Olimpiya Komitəsi)
1. leksik (вратар–qapıçı);
2. sintaktik (встречный бой–qarşılıqlı döyüş);
3. frazeoloji (закрытое начало»–“qapalı başlanğıc”)
açar, meydan, sahə,hovuz və s.
Abreviatur
UEFA, FİFA və s.
Semantik üsulla termin yaradıcılığı prosesində yaranmış anlayışı ifadə 
etmək üçün dildə əvvəlcədən mövcud olan müxtəlif məzmunlu leksik 
vahidlərə yeni mənalar verməklə elmi-texniki anlayışlar yaradılır. 
Sintaktik üsulun köməyilə yaradılmış idman terminləri formasına görə 
mürəkkəb, qoşa söz və söz birləşməsi şəklində təzahür edir:
a) mürəkkəb söz şəklində.
b) qoşa söz şəklində. 
c) söz birləşməsi şəklində.
R.Budaqov yazır ki, kalkalar-alınmanın xüsusi bir növüdür. Bu, 
müvafiq əcnəbi sözlərin quruluşu kimi formalaşan, lakin onların maddi 
əsasını almayan sözlərdir.
1
Kalka üsulu ilə başqa dillərin idmana aid söz modelləri Azərbaycan 
dilinə həm leksik, həm sintaktik, həm də frazeoloji vahidlər şəklində
çevrilmişdir. 
1
Budaqov R.A. Dilçiliyə dair ocerklər. B., Azərnəşr, 1956, s. 292
20 
Sxem13. 
Azərbaycan dilinin idman leksikasında abreviaturlar şərti 
ixtisarlardan yaranır. Bunlar terminoloji sistemin zənginləşməsində də 
olduqca faydalı vahidlərdir. M.Adilov yazır ki, “abreviasiya söz 
yaradıcılığıdır”
1
. Abreviasiya hadisəsinin məhsulu olan abbreviaturlar 
dilin lüğət tərkibinin zənginləşməsində böyük rol oynayır. Leksik 
abbreviaturlar dilin digər sözlərinə aid bütün xüsusiyyətlərə malik 
olur.
Qeyd edək ki, dilin lüğət tərkibi nisbətən “qapalı olmayan” 
sistemdir. Buna görə də bütün dillərin leksikasında alınma sözlərə rast 
gəlmək olur. İdman alınma terminlərinin böyük əksəriyyəti məna ilə 
birlikdə alınır. Milli dillərin terminologiyasında terminin başqa 
dillərdən alınması fasiləsiz bir prosesdir “İnformasiya mübadiləsi 
prosesində həmin terminlər milli çərçivədən çıxır”.
2
Terminlərin alınması üçün ilkin 
əsas yaranır. İdman 
terminlərinin də Azərbaycan dilinə mütəmadi gəlişi bir linqvistik-
mədəni hadisə kimi qiymətləndirilməlidir. 
Dissertasiyanın 

Yüklə 253,13 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə