Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


T ərkibindəki sözlərin iştirakına görə



Yüklə 253,13 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix11.12.2023
ölçüsü253,13 Kb.
#145330
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
XƏLİLOVA AYSEL .AZƏRBAYCAN DİLİNDƏ İDMAN LEKSİKASI

T
ərkibindəki sözlərin iştirakına görə 


15 
Sxem 8. 
Azərbaycan dilində olan idman leksikasının əsas xüsusiyyətlərindən biri 
odur ki, ona aid olan sözlər ayrı-ayrı sahələri əhatə edir. Professor F.Veysəlli 
yazır: “Sözlərin sahələr üzrə düzümü müxtəlif dilli xalqlarda müxtəlif cür 
olur...”
1
 
Doğrudur, müxtəlif dillərdə idman leksikasına aid olan sözlərə 
nəzər saldıqda görürük ki, idman sahələrinə aid olan terminlər dünya 
dillərində əksəriyyəti eynilik təşkil etsə də, xalqın özünə aid olan idman 
oyun adları da var. Tədqiqat prosesində sahələr üzrə Azərbaycan dilində 
idmana aid terminoloji vahidlər qruplaşdırılmış və sistemə salınmışdır ki, bu 
da həmin sahə leksikasını geniş səpgidə öyrənməyə şərait yarada bilir. Hər 
şeydən əvvəl, idmanın sahələri üzrə özünü göstərən qüsurlu cəhətlər də aradan 
qalxır, eyni prinsiplərə əsaslanan terminlər sistemi yaradılır. Biz bu yolla 
idman terminologiyasında olan ardıcıllığı gözləyirik. 
Tədqiqatda sahələr üzrə təsnifat aşağıdakı ardıcıllıqla aparılmışdır. 
Həmin terminoloji sistemi aşağıdakı kimi təsvir etmək olar: 
Aerobika, Ağır 
atletika, Avarçəkmə, Avtomobil ,Alpinist, Akrobatika, Basketbol, Vaterpolo, 
Bilyard, Boks, Buyer, Cüdo, Qılıncoynatma, Velobol, Voleybol, Üzgüçülük, 
Qaçış, Güləş, Xizək
, Su 
idmanı, Həndbol, Motobol, Paraşütçülük
və s. 
Dilimizdə elə idman növləridə mövcuddur ki, həmin növlər də öz ətrafına 
terminoloji leksika toplaya bilmişdir. Məs: 1) 
Əsas gimnastika (gigiyenik 
gimnastika); 2) İdman gimnastikası (akrobatika və bədii gimnastika); 3) 
Köməkçi gimnastika (istehsalat və müalicə gimnastikası).
2
 
Tədqiqatımızda idmanın sahələrini əks idmana aid söz və ifadələrin 
mənaları müəyyənləşdirilmiş, sözlərə, terminlərə təyinat verilmişdir. Ən 
başlıcası isə idman növlərinin terminoloji vahidlərin unifikasiyası, onların 
nizama salınması, standartlaşdırılması yolları müəyyənləşdirilmişdir. 
1
F. Veysəlli. German dilçiliyinə giriş., Bakı. 2011., səh.136
2
Сабиров Ю.А. Англо-русский словарь гимнастических терминов. М.: Рус. Яз. , 
1985, c. 36, 42,155.
16 
Dissertasiyanın 2.2. yarımfəsli 

Yüklə 253,13 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə