Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 253,13 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix11.12.2023
ölçüsü253,13 Kb.
#145330
1   2   3   4   5   6   7   8   9   ...   16
XƏLİLOVA AYSEL .AZƏRBAYCAN DİLİNDƏ İDMAN LEKSİKASI

1.1 yarımfəslində idman leksikasının 
tədqiqinə dair mülahizələr 
nəzərdən keçirilmişdir. Məlum olur ki, 
bu sahədə xeyli iş görülmüşdür. Bir sıra tədqiqatçılar idman 
terminlərinin mənşəyi, yaranması və inkişaf tarixini, ayrı-ayrı sözlərin 
terminə 
çevrilməsi 
prosesini 
və 
elmi 
nitqə 
inteqrasiyasını 
araşdırmışlar. İdman terminlərinin istifadəsinin xüsusiyyətlərini 
öyrənməklə yanaşı, idman müəllimlərinin nitq mədəniyyətinə dair 
monoqrafiyalar yazmışlar. Bir sıra dillərdə idman terminlərinin 
yaranması tarixi, idman terminologiyasının inkişaf problemləri xüsusi 
tədqiqat obyekti olmuşdur. Aвакова A., Джонур В., Гайсина Р., 
Молдатаев Е., Карибаева А., Шалгин Ф., Mustafa Ö
və 
başqalarının əsərlərində bu məsələlərdən bəhs olunur.
Terminologiya sahəsində zəngin təcrübəsi olan Azərbaycan 
dilçiliyində müxtəlif sahələrin terminlərinə dair çox qiymətli əsərlər 
yazılmasına baxmayaraq, idman sözləri və terminləri xüsusi araşdirma 
mövzusu olmamışdır. Bir sıra kitablarda təsadüf etdiyimiz elmi 
mülahizələri və bir neçə məsələni nəzərə almasaq, idman 
terminlərinin tədqiqi haqqında xüsusi monoqrafiya, dissertasiya və 
dilçilik əsərləri yaranmamışdır. Doğrudur, ayrı-ayrı idman sahələri 
haqqında həmin sahənin öz mütəxəssisləri müəyyən tədqiqatlar 
aparmış, sözlər, terminlər haqqında fikirlər söyləmiş, lüğətlər tərtib 
etmişlər ki, bu da özlüyündə mövzunun tədqiqatında ilkin mənbə 
rolunu oynamışdır. Azərbaycan dilində işlənən idman leksikası

haqqında məqalələr yazılmış, bəzi xalq oyunları tədqiq edilmiş, bir 
sıra lüğətlərdə idman terminləri tam əhatə olunmasa da, onların 
mənası izah olunmuşdur. 
İdman sözləri, oyun adlarının yaranma tarixinə ilk dəfə “Kitabi - 
Dədə Qorqud “ dastanında
1
rast gəlsək də, dissertasiyamızın sonrakı 
bölümündə Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk”
2
əsərində 
idman leksikasına dair verdiyi bilgiləri ətraflı şərh etməyə çalışmışıq. 
Professor İ.Məmmədli oyun adlarını etnoqrafik leksikanın tərkib 
hissəsi kimi araşdırmış
3
, “Qəzet dilinin leksikası”
4
monoqrafiyasının 
“Qəzet leksikasında idman və bədən tərbiyəsinə aid terminlər” 
bölməsində müasir dövrdə idmanın inkişaf etdiyindən bəhs etmişdir. 
Dilimizin leksik quruluşundan bəhs edən tədqiqatçı H.Həsənov bu 
məsələyə dair “Müasir Azərbaycan dilinin leksikası” kitabında 
yazmışdır.
5
Müəllif idmanla əlaqədar terminləri müvafiq tematika üzrə 
müəyyən qruplara ayırır, buraya idmanın növləri, onun keçirildiyi yerlər, 
idman maşınları, alətləri, yarış növləri, həvəsləndirici amillərlə bağlı 
sözləri aid edir. V.Balayevanın “Azərbaycan dilində olan bədən tərbiyəsi 
və idman terminləri haqqında”
6
məqaləsini də qeyd etmək lazımdır. 
Müəllif idman terminoloji vahidlərini bir neçə leksik qrupa ayırır. İdman 
leksikasında terminlərin başqa dillərdən alınması prosesini araşdırarkən 
bu sahədə tədqiqatçı prof. S. Sadiqovanın tədqiqatlarına diqqət 
yetirilmişdir. S.Sadiqova milli dillərin terminologiyasında terminin başqa 
dillərdən alınmasının fasiləsiz olduğunu qeyd edir....
7
S.Hüseynovun 
“İzahlı idman terminləri lüğəti”
8
kitabı da diqqəti cəlb edir. 
Dissertasiyanın bu bölümündə həmin müəlliflərin əsərlərinə müəyyən 
münasibət bildirilmişdir. 
Dissertasiyanın 

Yüklə 253,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə