Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 253,13 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix11.12.2023
ölçüsü253,13 Kb.
#145330
1   2   3   4   5   6   7   8   9   ...   16
XƏLİLOVA AYSEL .AZƏRBAYCAN DİLİNDƏ İDMAN LEKSİKASI

Tədqiqatın məqsəd və vəzifələri
. Dissertasiyanın yazılmasının əsas 
məqsədi Azərbaycan dilində idman leksikasının inkişafının səciyyəvi 
xüsusiyyətlərinin öyrənilməsindən, onun Azərbaycan dilinin leksik 
sistemindəki rolunu və yerini müəyyənləşdirilməsindən, eləcə də idman 
leksikasının tətbiqi problemlərini müəyyənləşdirməkdən ibarətdir.
Dissertasiyada aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə 
tutulmuşdur: 
- termin və onun təsviri aspektlərinin mahiyyətini açmaq; 
- müasir Azərbaycan ədəbi dilinin strukturunda idman leksikasının 
yerini müəyyən etmək; 
-idman leksikasının spesifik cəhətlərini üzə çıxarmaq; 
- Azərbaycan dilinin idman terminoloji vahidlərinin yaranma yol və 
üsullarını təsvir etmək; 
- KİV-dəki vəziyyətini araşdırmaq 

idmanla 
bağlı 
sözlərin 
leksik-semantik 
xüsusiyyətlərini 
müəyyənləşdirmək; 
- bu sahənin terminologiyasını dövrləşdirmək, bu leksikanın idman 
sözlərinin və terminlərinin inkişafını izləmək, onları təsnif edərək sistemə 
salmaq; 
-bu sahəyə aid dil vahidlərinin struktur cəhətlərini müəyyənləşdirmək, 
onların söz yaradıcılığı prosesindəki yerini aşkar etmək; 
-idman terminlərinin semantik təbiətini açmaq, onların qrammatik 
strukturunu, bu sahədə funksional qanunları, paradoksal situasiyaları 
müəyyən etmək; idman terminlərinin milli və beynəlmiləl cəhətdən nəzərdən 
keçirməklə onların semantikasını dəqiqləşdirmək; 
Tədqiqatın metodları.
Dissertasiya işində təsviri, müqayisə, 
müşahidə, linqvistik metodlar; struktur-semantik (komponentlərin təhlili 
metodu), həmçinin leksikoqrafik təsvir metodundan istifadə edilmişdir. 
Tədqiqatın nəzəri və praktik əhəmiyyəti.
Tədqiqatın nəzəri 
əhəmiyyəti terminologiyada ümumi problem kimi idman terminologiyasının 
elmi-nəzəri məsələlərini təhlil etməkdən ibarətdir. Dissertasiyada 
Azərbaycan dilində işlənən idman sözlərinin, termin-anlayışların yeri 
müəyyənləşdirilmişdir. Dissertasiyanın nəticəsi praktik material olaraq üzə 
çıxır ki, bu materiallar əsasında çoxaspektli kompleks idman lüğətlərini 
tərtib etmək olar; bundan əlavə, digər terminoloji lüğətlərin, həmçinin 
filoloji lüğətlərin tərtibində də bu materiallardan istifadə edilə bilər. 

Dissertasiyanın nəticələri leksikoqrafiya, terminologiya fənnlərinin tədrisində 
faydalı sayıla bilər. Dissertasiyanın nəticələrindən həmçinin idmanın 
nəzəriyyəsinə və müxtəlif sahələrinə aid aparılan elmi təhlillər prosesində, 
həmçinin bədən tərbiyəsi və İdman Akademiyasında, digər universitetlərin hərbi 
xidmətə hazırlıq fakültələrinin tədris prosesində istifadə oluna bilər.

Yüklə 253,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə